Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   11   12   13   14   15   16   17   18   19

94 
 
– Diqqətlə nəzər salın.  
Henri şəklidəyişmiş xromosomun təsvirini böyütdü. İndi 
qara  və  ağ  zolaqlarla  növbələnən  ayrı-ayrı  genləri  seçmək 
imkanı oldu.  
 
 
 
Henri izah etdi: 
 –  Yad  DNT  digər  xromosoma  keçib,  öz  qonşusuna  so-
xulub.  
– O yayılır?  
Malloy  köməkçisinə  tərəf  döndü.  Onun  səsində  həyəcan 
vardı.  
–  Dəqiq  deyə  bilmərəm.  Amma  mən  təcrübəni  üç  dəfə 
təkrar  etdim.  Ola  bilsin,  birinci  dəfə  Ceyson  hansısa  başqa 
hibridin DNT nümunəsini göndərmişdi. Ola bilsin, bu tarlada 
bir  neçə  yeni  qarğıdalı  növü  təcrübədən  keçirilir.  Əgər  belə 
deyilsə,  deməli,  genetik  şəkil  dəyişdirilmə  qeyri-sabitdir.  O, 


95 
 
bir nəsildən digər nəslə dəyişir. Nümunə daha çox özgələşib, 
onda qarğıdalıdan az şey qalıb.  
– Bu nə deməkdir?  
Henri çiyinlərini çəkid.  
–  Anlayışım  yoxdur.  Amma  kimsə  hər  şeyi  ay-
dınlaşdırmalıdır.  Mən  artıq  “Viatus”un  dənli  bitkilər 
biogenetikası  şöbəsinə  sorğu  göndərmişəm.  Əminəm,  orada 
bu  məlumatlar  böyük  maraq  doğuracaq.  Ola  bilsin,  mən 
korporasiyadan qrant qoparmağa da nail olaram.  
Andrea qalxdı.  
– Belə halda, mən də nəhayət  sizin bu qədər söz atdığınız 
maaşımın artmasına müvəffəq olaram.  
Onun  üzündən  təbəssüm  kölgəsi  keçdi  və  bunda  onun 
müdirinin heyranlığı əks olundu. 
– Baxarıq.  
Andrea saata baxdı.  
–  Əgər  mən  sizə  daha  lazım  deyiləmsə,  evə  qaçım.  
Mənim  itlərim  bütün  günü  bağlı  evdə  qalıblar.  Yəqin,  onlar 
zingildəyir, qapını cırmaqlayırlar.  
Henri onu qapıya qədər ötürdü.  
– Bir daha sağ olun ki, istirahət günü gəldiniz.  


96 
 
Andrea qapıda yubandı.  
– Sizə dəqiq yeməyə bir şey gətirmək lazım deyil? Baxın, 
mən hələ getməmişəm.  
– Xeyr, mən testi bitirib, məlumatı serverə yükləyəcəyəm. 
Bu, çox vaxt almayacaq.  
Əlini yelləyərək laborant qadın çıxdı. Qapı onun ardınca 
xışıltıyla örtüldü.  
Henri  iş  stansiyasına  qayıtdı.  Ona  hesabatı  qeyd  etmək 
üçün  bir  saatdan  az  vaxt  lazım  olacaq.  Baxmayaraq  ki,  Cey-
sonun  Afrikadan  göndərdiyi  fayllar  onun  həlak  olması  şə-
raitini  işıqlandırmırdı,  onlar  cəsarətli  ürəkdən  şəhadət  ve-
rirdi.  
Senator Qormen bununla fəxr etməli idi.  
–  Sən  əla  işləmisən,  Ceyson,  –  faylları  son  dəfə  gözdən 
keçirən Henri mızıldandı.  
Sonrakı  on  beş  dəqiqə  ərzində  o,  bir  neçə  qeyd  və  şərhi 
çap  etdi.  O,  “Viatus”a  təsir  bağışlamaq  istəyirdi.    Dənli 
bitkilərin biogenetika şöbəsi nümunələri analiz etməyi bütün 
dünyada  yerləşən  laboratoriyalara  tapşırırdı.  Baxmayaraq  ki, 
hal  hazırda  sifarişlərin  əsas  hissəsi  Hindistana  və  Şərqi 
Avropaya  göndərilirdi;  orada  işlərin  qiyməti  xeyli  aşağı  idi. 
Əgər  korporasiyanın  rəhbərliyini  ən  vacib  tədqiqatları  onu 
etibar etməyə inandırmaq olsaydı... 


97 
 
Bu düşüncədən Malloyun üzündə təbəssüm oynadı, lakin 
qapı  tıqqıltısı  onu  xəyaldan  ayırdı.  Təbəssümü  üzünə  daha 
çox  yayıldı.  Əgər  o,  Andreanı  yaxşı  tanıyırsa,  qadın  onun 
sözünə  məhəl  qoymayacaq.  Yəqin  ki,  o  kafeteriyə  getdi  və 
yeməyə nə-sə aldı. – Gəlirəm! – Henri çığırdı.  
Laboratoriyadan  keçərək  o,  kilidə  maqnit  kartını  toxun-
duraraq qapını açdı.  
 
 


98 
 
Saat 17:30  
 
Monk  dəmir  yolu  vağzalının  yanında  gözləyən  taksiyə 
mindi. Onun ortağı arxa oturacaqda oturmuşdu və sürücüyə 
göstəriş verirdi:  
–  Prinston  Universitetindəki  Karl  İkanın
6
  laboratoriyası. 
Bu Vaşinqton-roudda yerləşir.  
Arxada  əyləşən  Monk  pencəyini  düzəltdi  və  oturacağın 
arxasına  söykəndi.  Kiçik  çamadanını  dizləriüstə  qoydu.  Bu, 
təbii dəridən olan, sifarişlə hazırlanmış çamadanı Ket ona iki 
ay əvvəl bağışlamışdı.  O zaman o, yenidən öz xidməti vəzi-
fələrini yerinə yetirməyə qayıtmışdı, baxmayaraq ki, onları bir 
qədər  azaltmışdılar.  Monk  bu  bahalı  hədiyyənin  arxasında 
gizlənən  deyilməmiş  istəyi  başa  düşürdü.  O  kağız  işləri  ilə 
məşğul  olanda,  Ket  daha  rahat  olurdu.  Nə  olur  olsun,  təki  o 
təhlükələrdən uzaq olsun.  
Monk ah çəkdi və yeni ortaq sualedici nəzərlə ona baxdı.  
Con Krid bir az belini əymiş vəziyyətdə oturmuşdu. Bax-
mayaraq  ki,  aclıq  çəkmiş  teryer
7
  kimi  arıq  idi,    gənc  oğlan 
yeddi  futa  yaxın  olardı.  O,  “Siqma”ya  axırda  gələn  yeni  iş-
çilərdən  idi.  Üzü  çilli,  təmiz  qırxılmış,  uzun  düz  kürən  saçlı 
                                                           
6
 İkan Karl Silian – Amerika milyardçısı, filantrop, bir çox elmi tədqiqat layihələrini 
maliyyələşdirir. 
7
 İt cinsi
 


99 
 
idi. Uşaq  cizgilərinə  baxmayaraq, Kridin  üzünün  ifadəsi  dai-
ma ciddi qalırdı.  
Qaşqabağını yığaraq Monk bərkdən yeni ortağını ilk gör-
düyü andan onu narahat edən sualı verdi:  
– Beləliklə, balaca, sənin neçə yaşın var? 14? 15?  
– 25.  
Monk bacardığı qədər öz şübhəsini gizlətməyə çalışdı. Bu 
mümkün  ola  bilməzdi. Onları  yalnız  yeddi  yaş ayırır?  Monk 
protezdəki  gərilmiş  barmaqlarını  rahatladı;  yadına  saldı  ki, 
yeddi  ildə  çox  şey  baş  verə  bilər.  Amma  yenə  də  o,  ilk  dəfə 
olaraq  ortağına  diqqətlə  göz  qoydu;  onu  qiymətləndirməyə 
ça-lışdı.  
Qatarda  Monk  doktor Henri  Malloyun  ətraflı  dosyesi  ilə 
tanış  oldu,  lakin  yol  yoldaşı  haqqında  ona  qısa  bioqrafik 
faktlar  məlum  idi.  Krid  əslən  Ohayodan  idi,  bir  il  tibb  fa-
kültəsində təhsil alıb, sonra iki il dəniz piyadası kimi xidmət 
edib.  Demək  olar,  bütün  bu  vaxtı  Kabulda  keçirib.  Əldə-
qayırma partlayıcı qurğunun qəlpəsi onun axsamağına səbəb 
olub;  ömrünün  axrınadək  bundan  xilas  ola  bilməyəcək.  Krid 
hərbi  xidmətdə  qalmaq  istəyirdi,  lakin  tərxis  olunmağa 
məcbur  oldu;  baxmayaraq  ki,  bunun  səbəbləri  dumanlı  qal-
mışdı.  Onun  keçmişini  və  test  nəticələrini  nəzərə  alaraq? 
“Siqma”ya  işləməyə  dəvət  etdilər.  Krid  Kornell  Univer-
sitetində genetika kursunu dinləmişdi.  


100 
 
Amma  yenə  də  onun  görünüşü  elə  idi  ki,  elə  bil  indicə 
məktəb skamyasından qalxıb.  
–  Beləliklə,  Dugi
8
,  –  Monk  davam  edirdi,  –    sən  çoxdan 
operativ işdəsən?  
Krid  dinmədən  ona  baxdı.  Görünür,  o,  özünün  uşaq  si-
fətinə görə zarafatlara öyrəşmişdi.  
– Kornell Universitetini üç ay əvvəl bitirdim, – nəhayət o, 
gərgin  cavab  verdi.  –  İki  aydır  Vaşinqtondayam.  Əsas  eti-
barilə, yeni işə düzəlirdim.  
– Deməli, bu sənin ilk tapşırığındır?  
–  Əgər  bunu  tapşırıq  adlandırmaq  olarsa...  –    pəncərə 
tərəfə çevrilərək  Krid mızıldandı.  
Monk  özü  də  belə  hislər  keçirdiyinə  baxmayaraq, 
əsəbləşdi.  
–  Söhbət  operativ  işdən  gedəndə,  bayağı  şeylər  olmur. 
Hər  hansı  təfərrüatın  mənası  var.  Məlumatın  lazımlı  zərrəsi 
işin  nəticəsini  həll  edə  bilər.  Və  sən,  Dugi,  bunu  yaxşıca 
anlamalısan.  
Krid ona tərəf çevrildi. Onun tutqun sifətində səfeh ifadə 
əmələ gəldi.  
                                                           
8
 “Dugi Hauser, tibb doktoru” qeyri-adi istedadlı, artıq on altı yaşında həkimlik 
təcrübəsi ilə məşğul olan məşhur teleserialın baş qəhrəmanı. 


101 
 
– Yaxşı. Dərs mənimsənildi.  
Monk narazı halda əllərini sinəsində çarpazladı.  
“Uşaqlar! Onlar fikirləşirlər ki, hər şeyi bilirlər.”  
Monk başını bulayaraq, diqqətini taksi pəncərəsindən gö-
rünən  mənzərəyə    yönəltdi.  Maşın  məhz  bu  vaxt  Prinston 
Universitetinin  kampusuna
9
  daxil  oldu.  Sanki  kimsə  Nyu-
Cersinin  ortasına  qədim  İngiltərənin  yaşıllıqla  dolu  bir  par-
çasını 
salmışdı. 
Hamar 
yaşıl 
çəmənliklər 
tökülmüş 
yarpaqlarla  örtülmüşdü,  mamır  əzəmətli  qotik  binaların  daş 
divarları  ilə  dırmaşırdı.  Hətta  yataqxanalar  elə  bil  on 
doqquzuncu əsrin qravyuralarından
10
 çıxmışdı.  
Taksi  bu  zərif  mənzərədə  rahatlıqla  gedirdi.  Tezliklə 
təyin  olunmuş  yerdə  dayandı.  Monk  və  Krid  maşından 
düşdülər.  
Karl İkanın laboratoriyası geniş yaşıl çəmənliyin küncüdə 
yerləşirdi.  Halbuki,  universitet 
binalarının 
çoxu 
on 
doqquzuncu  və  hətta  on  səkkizinci  yüzilliklərə  aid  idi,  bir 
neçə  il  əvvəl  tikilən  laboratoriya  müasir  memarlığın 
valehedici nümunəsini göstərirdi. İki düzbucaqlı laboratoriya 
korpusu  bir-birinə  perpendikulyar  dayanırdı.  Onları  parka 
çıxan iki mərtəbəli əyri atrium birləşdirirdi.  
                                                           
9
 Müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi və ya 
şəhərciyidir. 
10
 
Oymaçılıq sənəti.
 


102 
 
Məhz  burda  onlar  doktor  Henri  Malloyla  görüşməli 
idilər.  
 – Hazırsan?  – Saatları tutuşduraraq, Monk soruşdu.  
Onlar beş dəqiqə gecikmişdilər.  
– Nəyə hazıram?  
– Söhbətə.  
– Mən güman edirdim ki, professorla siz danışacaqsınız. 
– Xeyr, Dugi, sən hər şeyi öz üzərinə götürəcəksən. 
Krid bərkdən burnundan nəfəs aldı. 
– Yaxşı.  
Onlar  binaya  daxil  oldular  və  atriuma  çıxdılar.  İki 
mərtəbə  hündürlüyündə  əyilmiş  şüşə  divar  çəmənliyə 
baxırdı.  Pəncərələri  ayıran  qırxfutluq  jalüzlər  günəşlə  birgə 
hərəkət  edirdilər.  Onlar  atriumun  dərinliyinə  kölgə  salaraq, 
masa  və  stulları  zolaqlarla  örtürdülər.  Adda-budda  daim 
qəhvə  stə-kanlarına  yapışan  əlləri  ilə  qızğın  söhbət  edən 
tələbə qrupları oturmuşdu.  
Monk    məzərləri  ilə  axtararaq,  doktor  Malloyla  görü-
şəcəkləri yeri tapdı. Səhv etmək çətindi. 
– Bura, – o, yoldaşını arxasınca atrium boyu çəkərək dedi. 


103 
 
Lap  sonda,  pilləkənlərin  yanında  yarımçıq  dəniz  balıq-
qulağına  bənzər  heykəl  ucalırdı.  Əgər  Monku  bu  barədə 
xəbərdar  etməsəydilər  belə,  o,  memar  Frenk  Gerinin  işini 
tanıyacaqdı.  Balıqqulağı  öz  büküklərində  görüş  üçün  kiçik, 
rahat  yer  gizlədirdi.  Orda,  kiçik  masanın  arxasında  artıq  bir 
neçə adam oturmuşdu.  
Monk  onlara  tərəf  yönəldi.  Lakin  yaxınlaşanda  o,  başa 
düşdü  ki,  onlar  hamısı  çox  cavandılar.  Onun  çamadanında 
doktor Malloyun fotosu vardı. Yığışanların arasında o, dəqiq 
yox idi.  
Bəlkə professor gözləmədən gedib?  
Kənara  çəkilərək  Monk  mobil  telefonunu  çıxardı  və 
professorun  kabinetinin  nömrəsini  yığdı.  Bir  neçə  zəngdən 
sonra səs poçtu işə düşdü.  
“Əgər o artıq gedibsə, əgər mən nahaq yerə bu uzaq yolu 
gəlmişəmsə...”  
Monk  ikinci  nömrəyə  zəng  elədi.  Bu,  professorun 
köməkçisinin nömrəsi idi.  
Qadın cavab verdi. Monk ona tələsik izah etdi ki, doktor 
Malloy görüşə gəlməyib.  
– Orda yoxdur? – qadın təəccüblə soruşdu.  


104 
 
–  Burda  yerləri  məktəb  olan  yeniyetmədən  savayı  heç 
kim yoxdur.  
– Başa düşürəm, – deyə qadın güldü. – Tələbələr ildən-ilə 
cavanlaşırlar,  elə  deyil?  Üzrlü  sayın,  amma  doktor  Malloy 
yəqin əvvəlki kimi öz laboratoriyasındadır. Mən onu axırıncı 
dəfə məhz elə orda görmüşdüm, mobil telefonların səsini isə 
o  heç  vaxt  eşitmir.  Bəzən  doktor  işə  elə  aludə  olur  ki, 
planlaşdırılmış məruzələri də unudur. Qorxuram, bu gün də 
elə  olub,  siz  getməyə  tələsməyin.  Professor  öz  kəşfinə  çox 
aludə olmuşdu.  
Axırıncı  sözləri  eşidən  Monk  diksindi.  Bəs  əgər  doktor 
Malloya  Afrika  faciəsini  araşdırmağa  kömək  edəcək  nəsə 
vacib bir şey tapmaq nəsib olubsa?   
–  Qulaq  asın,  –  qadın  davam  edirdi,  –  mən  indi  üzbəüz 
binadayam, həmkarımla bir işi tamamlayıram. Binalar yeraltı 
keçidlə  birləşir.  Tələbələrin  birindən  soruşun.  Mən  admi-
nistratordan  açarı  alı  b,  sizi  orda  qarşılayaram.  Doktor 
Malloyun  laboratoriyası zirzəmidə  yerləşir. Hesab  edirəm,  o,  
sizə DNT analizinin nəticələrini göstərmək istəyər.  
– Yaxşı. Sizi orda gözləyəcəyəm. – Telefonu cibinə qoyan 
Monk  çamadanını  yelləyərək  Kridə  işarə  etdi.  –  Bu  tipə  baş 
çəkək.  
Çox tarım qofta geymiş tələbə qızdan yolu soruşub Monk 
ortağını zirzəmiyə apardı. Yeraltı keçidi tapmaq çətin olmadı.  


105 
 
 Onlar  yolun  ortasına  çatanda,  qarşıdan  orta  yaşlı  qadın 
onlara  əl  elədi.  Monk  da  cavab  olaraq  ona  əl  elədi.  Qadın 
təngnəfəs onlara yanaşdı və əlini uzatdı.  
– Andrea Solderiç, – deyə özünü təqdim etdi.  
Qadın  onları  qonşu  dəhlizə  apardı.  O,  susmadan  danı-
şırdı, görünür, çox əsəbiləşirdi.  
– Yerin altında bir neçə laboratoriya var. Odur ki, azmaq 
çox  asandır.  Burda,  əsasən,  anbarlar,  texniki  otaqlar...  hə,  bir 
də, təcrübə üçün saxlanılan heyvanların vivariumu
11
 var. Ge-
nomika  şöbəsi  mikrotədqiqatlar  laboratoriyalarını  yerin  al-
tında  yerləşdirib  ki,  onları  ozondan  qorusun.  Bax,  biz  artıq 
gəl-dik.  
Elektron açarı əlində sıxaraq qadın bağlı qapıya yanaşdı.  
–  Administrator  laboratoriyaya  zəng  etməyə  çalışdı,  – 
deyə o, izah etdi. – Heç kim cavab vermədi. Mən yalnız içəri 
baxacağam. Əminəm, doktor Malloy universitetdən getməyib.  
Andrea  kartla  qıfıla  toxunub  dəstəyi  dartdı.  Qapı 
xışıltıyla  açılan  kimi  Monk  o  saat  tüstü  qoxusu  hiss  elədi. 
Kəskin  qoxuya  görə  nəsə  elektrik  cihazı  yanırdı,  tüstünün 
içindən  isə  yanmış  saçların  üfunəti  gəlirdi.  Monk  çalışdı  ki, 
Andreanı  saxlasın,  amma  çata  bilmədi.  O,  içəridə  olanları 
                                                           
11
 
 Vivarium – heyvanları təbii şəraitə yaxın bir saxlamaq üçün yer.
 


106 
 
gördü.  Onun  üzündə  əvvəl  təlaş,  sonra  isə  dəhşət  ifadə 
olundu. Əli ilə ağzını tutdu.  
Monk Andreanı Kridə ötürərək kənara çəkdi.  
– Onu burda saxla.  
Çamadanı  ataraq  o,  əlini  pencəyinin  altına  soxdu  və  
qoltuğundan  qırx  beş  kalibrli  “Heckler  və  Koch”  tabel 
tapançasını  çıxardı.  Qadın  gözlərini  geniş  açdı.  O,  çevrilərək 
üzünü Kridin çiynində gizlətdi.  
– Səndə silah var? – Monk ortağından soruşdu.  
– Xeyr... mən zənn edirdim ki, biz ancaq söhbət edəcəyik.   
Monk başını yellədi.  
–  Qoy  təxmin  edim,  Dugi.  Sən  heç  vaxt  boyskaut
12
 
olmamısan.  
Cavab  gözləmədən  Monk  laboratoriyaya  girdi  və  ta-
pançasını  bütün  gizli  yerlərə  tuşladı.  O,  əmin  idi  ki,  bunu 
edən  adamın  artıq  izi  də  qalmamışdı,  amma  yenə  də,  risk 
etmək lazım deyildi. Doktor Malloy otağın ortasında kresloya 
bağlı  oturmuşdu.  Onun  başı  sinəsinə  düşmüşdü.  Kreslonun 
altında, döşəmədə qan gölməçəsi yaranmışdı.  
                                                           
12
  Boyskaut – kapitalist ölkələrində hərbi-siyasi xarakter daşıyan burjua uşaq 
təşkilatı üzvü. 


107 
 
Yaxındakı 
kompyuterdən 
yalnız 
yanmış 
qırıqlar 
qalmışdı.  
Monk ətrafa baxdı. Qatillər yanğın detektorlarını sıradan 
çıxarmışdılar.  
Monk  professora  yaxınlaşıb  onun  nəbzini  yoxladı.  Heç 
nə.  Lakin  cəsəd  hələ  soyumamışdı.  Qatillər  uzağa  getməyə 
imkan  tapmayıblar.  Monk  doktor  Malloyun  barmaqlarının 
sındığını  gördü.  Yəqin,  hansısa  məlumatı  almaq  üçün  ona 
işgəncə vermişdilər.  
Ölümcül  zərbə  bıçaqla  sinəsinə  endirilmişdi.  Yalnız  bir, 
lakin  ustalıqla  endirilən  zərbə.  Professorun  ölümü  tez  olub, 
buna görə, güman ki, o danışıb.  
Monk  gərgin  halda  dondu.  Cəsədin  yanında  yanıq  iyi 
daha  güclü  idi.  Monk  yanmış  ət    iyini  tanıdı.  O,  ehtiyatla, 
barmağıyla  ölünün  çənəsini  qaldırdı.  Baş,  qoxunun 
mənbəyini  açaraq,  cansız  halda  geri  düşdü.  Professorun 
alnında  sümü-yədək  işləyən,  ətrafları  hələ  də  parlayan  təzə 
yanıq qaralırdı.  
Dairə və xaç.  
Qulaq batıran səs Monkun diqqətini yenidən qapıya cəlb 
etdi.  Bu  mobil  telefon  idi.  Cinayət  yerini  batırmamaq  üçün 
Monk dal-dalı dəhlizə çıxdı.  


108 
 
Andrea  telefonu  qulağına  tutub  dayanmışdı.  Onun 
gözləri yaşlı idi, o hıçqırırdı.  
–  Nə?  –  o,  burnunu  çəkərək  soruşdu.  Bu  sualdan  çox, 
şokun ifadəsi idi. – Yox! Niyə?  
Divara  söykənən  Andrea  gücsüz  halda  yerə  sürüşdü. 
Telefon  onun  əlindən  düşdü.  Monk  onun  yanında  sallağı 
oturdu.  
– Nə olub?  
Andrea olanlara inanmayaraq başını tərpətdi.  
– Kimsə... – O, telefonu göstərdi, – zəng edən qonşum idi. 
O,  mənim  itlərimin  hürdüyünü  eşidib  və  görüb  ki,  evdən 
kimsə çıxdı. Nə baş verdiyinə baxmağa gedib. Qapı açıq imiş. 
Onlar...  Onlar  mənim  itlərimi  öldürüb.  –  Andrea  əllərilə 
üzünü tutdu. Axı niyə mən doktor Malloya söz verdiyim kimi 
birbaşa evimə getmədim?  
Monk çevrilib Kridə baxdı. O, alnını qırışdırıb, heç nə an-
lamadan durmuşdu.  
Lakin Monk hər şeyi başa düşdü. Qadını qoltuqlarından 
tutub ayağa qaldırdı.  
– Qonşunuz bu soyğunçuları çoxdan görüb?  
Andrea özünü danışmağa zorlayaraq, başını yellədi.  


109 
 
– Mən... biulmirəm. O demədi. O polis çağırıb.  
Monk çevrilib doktor Malloyun cəsədinə baxdı. Professor 
danışıb. Adları deyib. Eləcə də öz laborantının da adını deyib. 
Doktor  Malloy  güman  edib  ki,  Andrea  öz  evinə  getdi.  Gö-
rünür,  qatillərə  onun  ünvanını  deyib.  Onlar  qadını 
susdurmaq  üçün  onun  evinə  yollanıblar.  Onu  evdə 
tapmayaraq...  
Onlara yalnız bir neçə sual vermək, bir neçə zəng etmək 
lazım gələcək.  
– Biz burdan getməliyik! Dərhal!  
Monk  gəldikləri  yolu  göstərdi.  Hər  üçü  dəhlizlə  yeraltı 
keçidə doğru qaçdılar. O, küçənin altıyla qonşu binaya – And-
reanın işlədiyi yerə uzanırdı.  
–  Siz  dediniz  ki,  laboratoriyada  həmkarınızla  birlikdə 
idiniz.  –  Monk  qaça-qaça  danışdı.  –  O  sizin  hara 
yollandığınızı bilirdi?  
O  cavabı  keçidin  başına  çatanda  aldı.  Onların  qarşısına 
yeyin  addımlarla,  bir  neçə  gündür    yağış  olmamasına 
baxmayaraq, parıltılı plaş geymiş hündür kişi gəlirdi.  
Onların baxışları görüşdü.  
Monk  gözlərdəki  vəhşi  parıltını  tanıdı.  Həmin  anda  kişi 
plaşının  ətəyini  aralayaraq  və  qısaqundağlı  tapança-


110 
 
pulemyotunu açaraq əlini qaldırdı. O, keçid boyu uzun güllə 
qatarı  buraxdı.  Qəribə  silahın  səsi  mikser  səsindən  bərk 
deyildi.  Lakin  güllələr  Monk  və  yoldaşlarının  macal  tapıb 
gizləndiyi  küncə  tutuşdular.  Hər  tərəfə  sınmış  kafel  və 
suvağın qırıntıları səpələndi.  
–  Pilləkənə  tərəf!  –  Monk  geriyə  –  atriuma  tərəf 
göstərərək əmr etdi. Lakin onlar pilləkənin alt meydançasına 
çatanda uzaqdan, yuxarıdan eşidilən ayaq səsləri gəldi.  
Monk yoldaşlarına dayanmağı əmr etdi. Ehtiyatla yuxarı 
baxanda  o,  uzunboğaz  çəkməli  və  birincində  olduğu  kimi, 
qara  plaşlı  kişinin  tələsik  aşağı  düşdüyünü  gördü.  Daha  bir 
nəfər.  Geri  sıçrayan  Monk  yoldaşlarını  yenidən  yeraltı  dəh-
lizlərin labirintinə apardı.  
Burdan bacardıqca tez çıxmaq lazım idi.  
Onlar  zəif  işıqlanan  keçidlərlə  qaçarkən  hardasa 
zirzəminin qarşı tərəfində gurultu ilə ağır metal qapı örtüldü.  
Monk Andreaya tərəf döndü.  
–  Deyəsən  bu  yanğın  çıxışıdır,  –  o  qeyri-adi  dəhşətlə 
pıçıldadı.  
Bunun nə olduğunu izah etmək lazım deyildi.  
Qatillər üç nəfər idilər.   


111 
 
Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq istəyirsinizsə, 
aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə (ofisinizə) sifariş 
verə bilərsiniz: 
Ünvan: 
KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı 
Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.) 
 
Telefon: 
012 498 79 89, 055 877 24 44 
http://kitabevim.az/
 
 
 
QİYMƏTİ: 10 MANAT 

Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə