Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   ...   19


 
Arabaçı  xaç  çəkib,  arabanı  saxladı.  Onun  ağır  göz-qa-
paqları  ilə  yarıaçıq  gözləri  səmaya  zillənmişdi.  At  başını  sil-
kələyib,  sərin  səhər  havasına  ağzından  buxar  buludu  bu-
raxaraq, ağır-ağır nəfəs alırdı.  
− Yola davam edək, − arabada oturan səyyah dedi.  
Bura  Kral  Vilhelmin  gizli  fərmanı  ilə  göndərilən  Martin 
Borr, kral müstəntiqlərindən ən gənci idi.  
Martin  yun  plaşa  bürünərək,  mumla  bərkidilmiş,  kral 
mö-hürü  ilə  möhürlənmiş  fərman  haqqında  fikirləşirdi. 
Xəzinə müharibə zamanı dağıdılmışdı və Vilhelm ölkənin hər 
tərəfinə onlarla krallıq komissarı göndərmişdi ki, onun bütün 
tor-paqlarının və əmlakının siyahısını tərtib etsinlər. Toplanan 
bü-tün  məlumatlar  müəmmalı  latıncada  bir  alim  katib 
tərəfindən  “İngiltərənin  torpaq  siyahısı”  adlı  nəhəng  kitaba 
qeyd  olu-nurdu.  Bütün  bunlar  xəzinə  tərəfindən  toplanmalı 
olan ver-gilərin həcmini dəqiq müəyyən etmək üçün edilirdi.  
Hər halda belə deyilirdi. 
Torpaqların  belə  dəqiq  öyrənilməsinin  başqa  məqsədlə 
həyata  keçirilməsindən  şübhələnənlər  də  vardı.  Bu  insanlar 
ki-tabı  Bibliyanın  Qiyamət  günü  təsviri  ilə  müqayisə 
edirdilər.  Bibliyada  deyilir  ki,  Allah  Həyat  kitabında  bütün 
insan  əməl-lərinin  hesabını  aparır.  Və  tədricən,  şayiə  bu 
tədqiqatların  ar-xasında  başqa  ad  möhkəmlətdi:  “Qiyamət 
günü kitabı”  


10 
 
Skeptiklərin    özləri  belə,  bunu  bilmədən,  həqiqətə  yaxın 
idilər.  
 Martin,  mumla  möhürlənmiş  fərmanı  oxudu.  O,  tənha 
katibin kral komissarlarından gələn məlumatları incəliklə bö-
yük cildə necə daxil etdiyini görürdü. Sonda alim latınca tək 
bir sözü qırmızı mürəkkəblə fərqləndirdi:  
“Vastare”. Yəni, “viran edilmiş”.  
Bu  sözlə  çox  vilayətlər,  eləcə  də  müharibə  zamanı  da-
ğıdılmış və talan edilmiş torpaqlar qeyd olunmuşdu.  
Ancaq  iki  qeyd  tamamilə  qan-qırmızı  mürəkkəblə  ya-
zılmışdı.  Bunlardan  biri  İrlandiya  və  İngiltərə  sahilləri  ara-
sında  itmiş  tənha  adanı  təsvir  edirdi.  İndi  isə  Martin  ətraflı 
tədqiqat aparmaq  haqqında  kral  əmri  alıb bu  yerlərdən ikin-
cisinə  yaxınlaşırdı.  O,  susacağına  and  içmişdi.  Kömək  üçün 
ona  üç  adam  verilmişdi.  Onlar  at  belində  arabanın  arxasınca 
gedirdilər.  
Arabaçı nəhəng yük atının addımlarını yeyinlətmək üçün 
yüyənini  dartdı.  Araba  çarxları  ilə  qarğaların  titrəyən  cəsəd-
lərinin  üstündən  keçib,  xırçıltı  ilə  sümükləri  əzib  və  qanı 
ətrafa sıçradaraq irəlilədi.  
 Nəhayət  onlar  yoxuşa  qalxdılar,  oradan  aşağıdakı 
münbit  vadiyə  mənzərə  açıldı.  Uzaqda,  aşağıda  bir  tərəfdən 
daş ma-likanə, digər tərəfdən isə şpilli  kilsəylə sıxılmış kiçik 
bir  kənd  yerləşirdi.  Qalan  tikililər  şalbandan  olan  onlarla  ev 


11 
 
və taxta qoyun tövlələri və göyərçin damlarının xarabaqlıqları 
idi.  
–  Мilord,  bura  lənətlənmiş  yerdir,  –  arabaçı  dedi.  –  mə-
nim sözümü yadda saxlayın. Buranı dağıdan heç də taun de-
yil...  
 – Biz buraya məhz hər şeyi öyrənmək üçün gəlmişik.  
 Arxada dağ yolu kral ordusu tərəfindən kəsilmişdi. Heç 
kimi  irəli  buraxmırdılar,  lakin  bu  ətraf  kəndlərdə  vadiyə 
düşən  qeyri-adi  taun  xəstəliyi  haqqında  gəzən  şayiələri  sax-
laya bilmirdi. 
 –  Lənətlənmiş...  –  arabanı  aşağıya,  kəndə  gedən  yola 
yönləndirən  arabaçı  təkrarladı.  –  Mən  nə  vaxtsa  bu 
torpaqların  kafir  keltlərə  mənsub  olduğu  haqda danışılanları 
eşitmişəm.  Deyirlər,  bütpərəstlər  üçün  bu  yerlər  müqəddəs 
idi. Əvvəlki kimi o təpələrin yamacındakı çuxurlarda onların 
daşlarını tapmaq olar.  
 O, qırışmış əli ilə göyə ucalan yüksək təpələrin zirvəsini 
bürümüş  qalın  meşələri  göstərdi.  Ağacların  başını  kəsdirən 
duman, yaşıl çətirlərə qara və boz çalar verirdi.  
 –  Keltlər  bu  yeri  lənətləyiblər,  mən  sizə  dəqiq  deyirəm. 
Xaç gəzdirən hər kəsə ölüm gətirdilər!  
 Martin  Borr  bu  cəfəngiyatı  eşitmək  istəmirdi.  Romadan 
tutmuş  Britaniyaya  qədər  ən  yaxşı  alimlərin  başçılığı  altında 


12 
 
elmə  yiyələnən  bu  gəncin  32  yaşı  vardı.  Və  bura  öz  işinin 
peşə-karları ilə həqiqəti aşkar etmək üçün gəlmişdi.  
Geriyə  çevrilən  Martin  balaca  bir  kəndi  göstərərək,  əlini 
yel-lədi  və  üç  atlı  atlarını  mahmızladı.  Onlardan  hər  biri  öz 
və-zifəsini bilirdi. Martin tələsmədən, yolda gördüyü hər şeyi 
öy-rənərək  və  qiymətləndirərək,  onların  ardınca  getdi.  Bu 
kiçik dağlıq vadidə Hayqlen adı ilə tanınan tənha kənd bu ət-
raflarda  öz  saxsı  qabları  ilə  məşhur  idi.  Gil  qaynar 
bulaqlardan  əldə  edilirdi,  yüksəklikdə  meşənin  üzərində 
sürünən  bu  du-manlı  tüstü  bununla  izah  olunurdu. 
Deyilənlərə  görə,  yerli  bişirmə  üsulu  və  gilin  tərkibi  gizli 
saxlanılan sirr idi, bunu yal-nız kənd sakinləri bilirdi.  
İndi isə bu sirrlər həmişəlik itirilmişdi.  
Araba  taqqıldayaraq  çovdar,  yulaf,  paxlalılar  əkilmiş  sa-
hələrin,  tərəvəz  ləklərinin  yanından  keçərək  gedirdi.  Bəzi 
sahələrdə  məhsul  bu  yaxınlarda  yığılmışdı,  digərləri  isə, 
görünür,  yandırılmışdı.  Doğrudanmı  kənd  sakinləri  həqiqət-
dən şübhələniblər?  
Araba vadiyə düşən kimi, içəridə hökm sürən dəhşəti qis-
mən  gizlədən  yüksək  çəpərlərlə  əhatəyə  alınmış  qoyun 
ağılları göründü. Təravətli otlaqlar şişmiş qoyun cəsədlərinin 
yüzlərlə  yun  qalaqlarının  çopurluğu  ilə  ala-bəzək  olmuşdu. 
Həmçinin kəndin yaxınlığında ölümə yaxalanmış batıq gözlü 
donuz və keçi cəsədləri də yerə sərələnmişdi. Tarlada əvvəlki 
kimi kota-na qoşulmuş bir cüt zorba öküz sərilmişdi.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə