Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   ...   19

13 
 
Araba  ağacların  yaşıllığında  gizlənmiş  kəndə  çatdı. 
Ətrafa tam səssizlik çökmüşdü. Səyyahları nə itlərin hürməyi, 
nə  to-yuqların  qaqqıltısı,  nə  də  ulağın  qışqırığı  qarşılamadı. 
Kilsə zəngi çalınmadı, kəndə gələn yadları heç kim səsləmədi. 
Səs-sizlik sıxıcı idi.  
Sonra aşkar oldu ki, ölmüş sakinlərin çoxunun cəsədi öz 
evində  idi.  Onlar  ölümdən  qabaq  çölə  çıxmaq  üçün  çox  zəif 
halda idilər. Amma malikanənin daş pilləkənlərinin qa-bağın-
da bir cəsəd otun üstündə soyumuşdu. Kişinin meyiti üzüstə 
elə yıxıldığı yerdəcə uzanırdı. Ehtimal ki, o pil-ləkənlərdən yı-
xılıb  boynunu  sındırmışdı.  Martin  hələ  ara-badan  sümükləri 
örtmüş  solğun  dəriyə,  dərin  batmış  gözlərə,  qeyri-təbii 
arıqlığa fikir verdi.  
Tarladakı  heyvanlarda  da  həmin  arıqlıq  müşahidə  olu-
nurdu. Adama elə gəlirdi ki, bütün kənd uzun müddət müha-
sirədə olub və burdakı bütün canlılar aclıqdan məhv olub.  
Yaxınlaşan  at  dırnaqlarının  səsi  eşidildi.  Recinald  atını 
arabanın yanında saxladı.  
– Bütün taxıl anbarları doludur, – o, əllərini şalvarına si-
lərək dedi. – Bir də orada siçan və siçovullar var.  
Martin  sual  dolu  baxışlarla  Fransanın  şimalından  kral 
Vil-helmlə  birlikdə  gəlmiş,  hündür,  çoxlu  çapıqları  olan  bu 
adama baxdı.  


14 
 
– Ölüdürlər... ətrafdakı hər şey kimi... Eynilə o lənətləmiş 
adadakı kimi.  
–  İndi  isə  taun  bizim  sahillərə  kimi  gəlib.  –  Martin  don-
quldandı. – Bizim torpaqlara gəlib.  
Buna  görə  onları  bura  göndəriblər,  buna  görə  kəndə 
gələn  yol  bağlanmışdı,  buna  görə  hamısı  susmağa  and 
içmişdilər.  
–  Jirar  sizin  üçün  yaxşı  meyit  tapıb,  –  Recinald  davam 
edirdi, – O birilərindən daha təzə. Oğlandır. Jirar onu dəmir-
çixanaya sürüdü.  
O, daş bacası olan taxta anbarı göstərdi. 
Martin başıyla işarə edərək arabadan düşdü. O, tam əmin 
olmalı idi, bunun üçünsə ancaq bir yol mövcud idi. Kral müs-
təntiqi  kimi  onun  borcu  ölülərdən  həqiqəti  öyrənmək  idi. 
Martin işin ən qanlı hissəsini fransız qəssabına saxlamağı qə-
rara aldı.  
O, dəmirçixananın açıq qapısından içəri addım atdı. Jirar 
artıq onu orada, kürənin qabağında əyilib gözləyirdi. O, kral 
Vilhelmin  ordusunda  çalışır  və  döyüşçülərin  şikəst  qalmış 
bədən üzvlərini kəsərək onların həyatını xilas edirdi.  
Jirar dəmirçixananın ortasındakı masanı boşaltdı. O, artıq 
meyitin paltarlarını çıxarmış və onu masaya bağlamışdı. Mar-
tin solğun, cılız meyitə nəzər saldı. Onun öz oğlu təxminən bu 


15 
 
yaşda  idi.  Dəhşətli  ölüm  bədbəxt  oğlanı  qocaltmış,  qırış-
dırmışdı... 8-9 yaşında, bu belə olmamalı idi.  
Jirar bıçaqları hazırlayana qədər Martin meyitin bədəninə 
diqqətlə baxdı. Dərini çimdikləyib piy qatının olmadığını gör-
dü. Sonra çatlamış dodaqları, başında salamat qalmış saç-ları, 
şişmiş  topuqları  və  dabanlarını  incələdi.  Daha  böyük  diqqəti 
isə qabarıq sümüklərə ayırdı. Əllərini sümüklərin üstü ilə elə 
aparırdı ki, sanki xəritəni oxumağa çalışırdı: qabırğalar, alma-
cıq sümükləri, göz yuvaları, çanaq. 
Burda nə baş verib?  
Martin başa düşürdü ki, cavab heç də yaxında deyil.  
Jirar  əlində  uzun  gümüşü  ülgücü  sıxaraq  masaya  yaxın-
laşdı.  
– Cənab, işə başlayaq?  
Martin təsdiq mənasında başını tərpətdi.  
On beş dəqiqədən sonra oğlanın bədəni içalatı çıxarılmış 
donuz cəmdəyinə oxşayırdı. Qasıqdan boğaza qədər yarılmış, 
dərisi soyulmuş və masaya yapışdırılmışdı.  
Jirar yarılmış qarına yaxınlaşdı. Onun əlləri soyuq dərin-
liklərdə itdi.  
Kənarda  duran  Martin  əli  ilə  oğlanın  alnına  toxundu  və 
bu  nəzakətsiz  müdaxiləyə  görə  ölünün  onları  bağışlaması 


16 
 
üçün  dua  edərək,  səssizcə  dodaqlarını  tərpətdi.  Əlbəttə, 
oğlan-dan  əfv  gözləmək  üçün  artıq  çox  gec  idi.  Lakin  onun 
ölü  bə-dəni  son  xidməti  göstərə    −  son  əndişəni  təsdiqləyə 
bilərdi.  
Jirar rəhmətliyin içindən tünd qırmızı dalaq sallanan elas-
tik və bəyaz mədəsini çıxartdı. Bıçağın bir neçə dəfə ba-carıqla 
hərəkət etdirən Jirar bağırsaqların hörüyünü yardı və ayrılmış 
mədəni  masanın  üstünə  atdı.  Daha  bir  cəld  kəsik  –  və  mədə 
ikiyə ayrıldı. Elə o saat dəmirçixanaya kəskin, üfu-nətli qoxu 
yayıldı.  Martin  əli  ilə  ağzını  və  burnunu  tutdu  –  üfu-nətdən 
yox, həqiqətdən qorunaraq.  
– Oğlan aclıqdan ölüb; bu, açıq-aşkar görünür, – Jirar de-
di. – Lakin o aclıqdan dolu mədə ilə ölüb.  
Martin daxilində hər şeyin buzlaşdığını hiss edərək, geri 
çəkildi. Budur, təkzibedilməz sübut. Əlbəttə, tam əmin olmaq 
üçün  digər  meyitləri  də  öyrənmək  lazım  gələcək.  Görünür, 
burda  da  ölümün  səbəbi  “Müşahidə  kitabı”nda  adı  “viran 
edilmiş” göstərilən adadakı ilə eynidir. 
Martin  içalatı  çıxarılmış  uşaq  cəsədindən  gözünü  çəkə 
bil-mirdi. 
Ardınca onların gizli missiyalarının həqiqətən nədən iba-
rət olduğu indi aydın idi. Doğma torpaqlara zərbə vuran mə-
rəzi tapmaq və yayılmamışdan qabaq onu məhv etmək. Kənd 
sakinlərinin  ölüm  səbəbi  tənha  adadakı  ilə  eyni  idi.  Qə-ribə 


17 
 
mərəzə yoluxan insanlar elə hey yeyirdilər və yeyirdilər, lakin 
nəticədə qidalandırıcı maddə qəbul almadan tükənərək, aclıq-
dan ölürdülər.  
Masadan 
uzaqlaşan 
Martin 
dəmirçixananın 
qaranlığından  gün  işığına  çıxdı  və  acgözlüklə  təmiz  hava 
uddu.  Nəzərini  uzağa  –  bol  yaşıllıqla  örtülü  olan  təpələr 
silsiləsinə  saldı.  Əsən  külək  arpa,  yulaf,  buğda  və  çovdar 
sahələrini  tərpətdi.  Martin  okeanın  ortasında  salda  üzən, 
susuzluqdan  yanan,  hər  tərəf-dən  içməli  olmayan  su  ilə 
əhatələnmiş adamı təsəvvür etdi.  
 Burda da həmin vəziyyət idi.  
 Martin bahar günəşinin solğun şüaları altında titrəyərək 
büzüşdü.  O  bacardığı  qədər  bu  vadidən  uzaqda  olmaq  is-
təyərdi...  Bu  vaxt  onun  diqqətini  sağdan  –  kəndin  əks  tərə-
findən  gələn  qışqırıq  çəkdi.  Açıq  qapının  qabağında  qaraya 
bürünmüş bir fiqur dururdu. Martin bir anlığa qorxdu, bu fi-
quru ölümün özü sandı. Lakin fiqur əlini tərpədərək yaratdığı 
obrazı  dağıtdı.  Bu,  kiçik  dəstənin  sonuncu  üzvü,  Kelt  abbat-
lığının  İrlandiyadakı  baş  keşişi  abbat  Orren  idi.  Kənd  kilsə-
sinin girişində durmuşdu.  
 – Gəlin, buna baxın! – abbat qışqırdı.  
 Martin ona tərəf tələsdi.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə