Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   ...   19

23 
 
oxuyub  sütun-dan  aralandı  və  papanın  mehrabına  doğru 
qaçdı.  Hər  uğultulu  addım  böyründə  kəskin  ağrı  ilə 
nəticələnirdi.  Bu  yara  bıçaq  yarası  deyildi.  Markonun 
böyrünü dələn ox taxta skamyanın söykənəcəyinə batmışdı. O 
qısa,  qalın,  qara  idi  və  arbaletdən    atılmışdı.  Sütunun 
arxasında gizlənərkən Covanni ata oxu diq-qətlə öyrənmişdi. 
Onun  sonunda  qaranlıqda  alovlu  gözə  bən-zəyən  qırmızı 
işıqlı diod parlayırdı. 
Nə etməli olduğunu bilməyən Marko sadəcə əyilərək qa-
çırdı.  O,  böyük  ehtimalla  öləcəyini  başa  düşürdü,  lakin  öy-
rəndiyi sirr onun həyatından daha vacib idi. Lap az döz-mək, 
uzaq  çıxışa  çatmaq,  növbətçi  olan  isveçrəli  qvardiyaçılardan 
birini tapıb xəbəri Papaya çatdırmaq lazım idi. 
Marko ağrıya və dəhşətə fikir vermədən qaçırdı.  
Papanın  mehrabı  tam  qarşıda  idi.  Onun  üzərində  bu-
rulmuş  sütunlarda  Bernininin  əl  işi  olan  tunc  taxt-rəvan  qu-
raşdırılmışdı.  Köndələn  nefə
1
  düşməyə  çalışan  Marko  bir 
qədər  sola  keçdi.  O,  VII  Aleksandrın  əzəmətli  heykəlini  və 
altındakı gizli qapını gördü.  
Bu qapı Santa-Marta meydanına açılır.  
Əgər... 
                                                           
1
 Kilsə arxitekturasında apsidaya dik və ya parallel şəkildə olan, bir-birindən sütun və ya lise 
mimarisinde apsise dik yada paralel olarak yer alan ve birbirlerinden sütun yada paye 
dizileriyle ayrılan uzunlamasına mekanlara verilen ad. 


24 
 
Qarnına  dəyən  zərbə  Markonu  son  ümidindən  məhrum 
etdi.  O,  geriyə  atılıb  baxışını  yerə  dikdi.  Bu  zərbə  yumruqla 
endirilməmişdi.  Köynəkdən  ucu  plastmas  lələkli  qısa  polad 
mil  sallanırdı.  Ağrı  növbəti  nəfəslə  içəriyə  yayıldı.  Bu  ox  da 
bi-rincisi kimi alovlu gözlə işıqlanırdı. Diod oxun özəyindəki 
dördbucaqlı qalın yerdə yerləşirdi.  
Marko qətiyyətsiz addımlarla geri hərəkət etdi...  
Qapının 
yanında 
tərpənən 
kölgə 
İsveçrə 
qvardiyaçılarının ala-bəzək mundirində olan fiqur idi. Əlbəttə 
ki,  bu  maska-lanma  idi.  Qatil  arbaleti  aşağı  salaraq,  gizlənib 
qurbanını iz-lədiyi yerdən – qapı oyuğundan çıxdı.  
Marko mehraba tərəf çəkilərək geriyə − nefin dərinliyinə 
qaçmağa hazırlaşdı. Sonra o, İsveçrə qvardiyaçısı mundirində 
daha  bir  adam  gördü.  İkinci  qatil  skamyaya  tərəf  əyilərək, 
ağa-ca batmış oxu çıxartdı.  
Gördüyü  dəhşətdən  Marko  qarnındakı  ağrını  unutdu.  O 
sağa  –  digər  köndələn  nefə  tərəf  döndü.  Lakin  gördü  ki, 
burda  da  onu  qabaqlayıblar.  Qaranlıq  yerdə  yerləşən  tövbə 
hüc-rəsindən əlində arbalet üçüncü fiqur çıxdı.  
Covanni tələyə düşdüyünü anladı.  
Kilsə  xaç  formasında  idi,  üç  ucu  qatillərlə  tutulmuşdu. 
Qaçmağa  yalnız  bir  tərəf  qalırdı  –  xaçın  yuxarısı,  apsida  . 
Lakin bu, dalan idi.  


25 
 
Bununla belə Marko apsidaya tələsdi.  
İrəlidə  müqəddəslərin  və  mələklərin  fiqurları  ilə 
bəzənmiş, içində Müqəddəs Pyotr kafedrası saxlanılan böyük 
zərli tikili – Müqəddəs Pyotr mehrabı ucalırdı. Onun üzərində 
isə  Müqəddəs  Ruhun  göyərçin  görkəmində  təsviri  çəkilən 
ağappaq oval pəncərə vardı.  
Lakin orada da heç bir ümid yox idi.  
Arxasını  pəncərəyə  çevirən  Marko  ətrafa  göz  gəzdirdi. 
Ondan solda papa VIII Urbanın sərdabəsi ucalırdı.  
Bütün insanların qaçılmaz aqibətindən və yəqin ki, Mar-
konun  özünün  də  axırından  xəbər  verən  Ölümün  skelet  for-
malı heykəli mərmər sarkofaqı bəzəyirdi.  
− Lilium et rosa, − Marko pıçıldadı.  
Zanbaq və qızılgül.  
Uzaq keçmişdə, on ikinci  əsrdə sağlığında ikən övliyalar 
sırasına  keçirilən  Malaxiya  adlı  bir  irland  keşişi  öncəgörmə 
görmüşdü.  Onun  dövründən  ta  dünyanın  sonunadək  olan 
bü-tün papalar ona görünmüşdü. Öncəgörməyə əsasən, cəmi 
yüz  iyirmi  papa  olmalıdır.  Malaxiya  onların  hər  birini  qısa, 
mü-əmmalı ibarə ilə təsvir etmişdi. Məsələn, Malaxiyanın ölü-
mündən beş yüz il sonra dünyaya gələn VIII Urban “zan-baq 
və qızılgül” sözləri ilə tərif edilmişdi. Bütün başqa eh-kamlar 


26 
 
kimi bu xüsusiyyət də düzgün idi. Papa VIII Urban gerbində 
al zanbaq olan Florensiyada dünyaya gəlmişdi.  
Lakin ən qorxulusu bu idi ki, indiki papa müqəddəs Ma-
laxiyanın  siyahısında  sonuncudan  bir  qabaqkıdır.  Ehkama 
əsa-sən,  katolik  kilsəsinin  növbəti  başçısı  dünyanın  sonunu 
görə-cək.  
Əvvəllər  Marko  belə  fantaziyalara  əhəmiyyət  vermirdi. 
Lakin  indi,  onun  barmaqları  bapbalaca  dəri  kisəciyi  bərk  sı-
xanda  o,  insanlığın  həqiqətdə  Armageddona  nə  qədər  yaxın 
olduğunu fikirləşirdi.  
Addım  səsi  eşidən  Marko  diksindi.  Qatillərdən  biri  ona 
yaxınlaşırdı. Onun yalnız bir sonuncu hərəkətə vaxtı qalırdı.  
O,  bir  saniyə  də  fikirləşmədi.  Marko  iz  buraxmamaq 
üçün qanayan yarasını sıxıb yana çəkildi və qorumalı olduğu 
şeyi gizlətdi. Bundan sonra o, apsidanın mərkəzinə qayıtdı və 
qur-tulmağa  ümid  etməyərək  diziüstə  çöküb  ölümünü 
gözlədi.  Addım  səsləri  mehraba  yaxınlaşdı.  İnsan  fiquru 
göründü. Kişi dayandı və diqqətlə qaranlığa baxdı. 
Bu,  qatil  deyildi.  Marko  bu  insanı  yaxşı  tanıyırdı. 
Covanni  gələn  adamın  diqqətini  cəlb  edərək  zarıdı.  O, 
təəccübdən don-du, sonra yaralıya tərəf tələsdi.  
− Marko?  


27 
 
Ayağa  qalxmağa  taqəti  olmayan  Marko  bir  an  ümid  və 
şübhə  arasında  qalaraq  ona  baxırdı.  Lakin  kişi  üzündə  təbii 
tə-laş  ona  tərəf  atıldı.  Bu,  Markonun  keçmiş  müəllimi 
gecəyarısı  hazırkı görüşünü təyin edən adam idi.  
−  Monsinyor  Verona...  –  Marko  bütün  şübhələrini  unu-
daraq, bu adamın onu heç vaxt satmayacağına qəlbən ina-nıb 
çətinliklə dedi.  
Marko əlini qaldıraraq boş ovcunu açdı. O biri əli əvvəl-
kitək qarnına batmış oxun lələkli ucundan yapışdı.  
Yanıb-sönən  işıq  Markonun  diqqətini  aşağı  çəkdi.  Oxun 
ucundakı  diodun  qırmızı  işığı  onun  gözü  önündə  yaşıla 
çevril-di.  
Yox...  
Partlayış  qan,  tüstü  və  tökülmüş  içalat  izini  mərmər  dö-
şəmədə qoyaraq Markonu kənara atdı. Covanni ata qar-nında 
açılan deşiklə yanıüstə mehrabın dibinə düşdü. Süzülən göz-
ləri  ucalan  zərli  abidədə  qaldı.  Sönən  hafizəsində  bir  ad  üzə 
çıxdı.  
Petrus Romanus.  
Romalı Pyotr.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə