Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   ...   19

28 
 
Bu ad müqəddəs  Malaxiyanın peyğəmbərlik siyahısında 
sonuncu idi. Hazırkı katolik kilsəsinin başçısını əvəz edib, yer 
üzündə sonuncu papa olacaq adamın adı idi.  
Marko  uğursuzluğa  düçar  olduğundan  belə  nəticənin 
qar-şısını almaq mümkün deyildi.  
Markonun  gözləri  qarşısında  hər  şey  qaraldı.  O,  eşitmə 
qabiliyyətini  itirdi.  Onun  danışmağa  gücü  qalmadı.  O 
yanıüstə  düşərək  apsidanın  üzərindən  papa  Urbanın 
sərdabəsinə, qə-birdən çıxan bürünc skeletə baxırdı. Covanni  
atanın  çox  qo-ruduğu  bapbalaca  kisəcik  skeletin  sümüklü 
barmağından  asıl-mışdı.  Marko  dəridə  yandırılmış  qədim 
simvolu təsəvvür etdi.  
Onun  içində  dünya  üçün  yeganə  ümid  var  idi.  Son  nə-
fəsində Marko bunun kifayət olması üçün dua etdi.  
  
 


29 
 
Birinci hissə 
 
Spiral və xaç 
 
 
Çərşənbə axşamı,  
9 may  
Təcili nəşr üçün 
 
“VİATUS”  ƏRZAQ  ÇATIŞMAZLIĞI  PROBLEMİNİN 
HƏLLİ ÜÇÜN İSTİQAMƏT ALIR 
 
Oslo,  Norveç  (“İşgüzar  xəbərlər”).  “VİATUS  İnter-
national”, dünya bazarında qabaqcıl neft-kimya kompaniyası, 
bu gün yeni şöbənin yaradılması haqqında məlumat verdi. Bu 
kompaniya  dənli  bitkilər  sahəsində  biogenetik  tədqiqatlarla 
məşğul olacaq.  
“Yeni  şöbənin  vəzifəsi  kənd  təsərrüfatı  məhsuldarlığının 
kəskin  surətdə  artmasına  kömək  edən  texnologiyaların 


30 
 
hazırlanmasından  ibarət  olacaq  və  dünyanın  ərzaq  və 
yanacağa  artan  ehtiyacını  ödəməyə  imkan  verəcək,    −  deyə 
“VİATUS  International”  kompaniyasının  prezidenti  İvar 
Karlsen  elan  etdi.  –  Dənli  bitkilərin  biogenetik  tədqiqatlar 
şöbəsini  təşkil  edərək  biz  “Manhetten  layihəsi”nin    kənd 
təsərrüfatı  ekvivalentini  yaradıb,  bu  təhlükə  ilə  mübarizəyə 
bütün  gücü-müzü  sərf  etməyə  hazırlaşırıq.  Heç  bir 
uğursuzluqdan söhbət gedə bilməz – bunda bizim kompaniya 
kimi bütün dünya da maraqlıdır.”  
Son  illər  kompaniya  tərəfindən  patentləşdirilmiş  hib-
ridləşmənin  və  transgenli  texnologiyaların  yeni  üsulları 
dənlilərin,  qarğıdalı  və  düyü  məhsuldarlığının  otuz  beş  faiz 
artmasına  imkan  vermişdir.  Karlsenin  sözlərinə  görə,  “VİA-
TUS”  yaxın beş  ildə  bu göstəricilərin  iki  dəfə artacağını  göz-
ləyir.  
Buenos-Ayresdə  keçirilən  ərzaq  problemləri  üzrə  bu-
günkü  konfransdakı  nitqində  Karlsen  bu  yeni  şöbənin  ya-
ranması zərurətini izah etdi. Ümumdünya səhiyyə təşkilatını 
məlumatlarına  əsaslanaraq,  Karlsen  xatırlatdı  ki,  dünyanın 
üçdə  biri  üçün  aclıq  təhlükəsi  var.  “Biz  qlobal  ərzaq  böhranı 
qarşısındayıq,  –  o,  dedi.  –  Aclıq  çəkənlərin  çoxu  üçüncü 
dünya  ölkələrində  yaşayır.  Aclıq  iğtişaşları  onsuzda  qeyri-
stabil  olan  regionlarda  vəziyyəti  daha  da  gərginləşdirərək 
bütün Yer kü-rəsinə yayılır.  


31 
 
Karlsen etiraf edirdi ki, ərzaq çatışmazlığı problemi yeni 
minillikdə  içməli  su  və  enerji  ehtiyatlarını  qabaqlayaraq 
birinci  yerə  çıxır:  “Yeni  biotexnologiyalar  hesabına  ərzaq 
məh-sullarının  istehsalını  qlobal  təhlükəsizlik,  həmçinin  sırf 
hu-manitar nöqteyi-nəzərdən xeyli artırmaq israrla vacibdir.”  
Kənd təsərrüfatı yeniliklərində aparıcı rol: “Fortune” jur-
nalının “yüz böyük şirkət” siyahısına daxil olan “VİATUS in-
ternational”  şirkətinin  Osloda  mənzil  qərargahı  var.  1802-ci 
ildə 
yaranmış 
kompaniya 
öz 
məhsullarını 
həyatın 
keyfiyyətini  və  davamlılığını  tədqiqatlar  və  innovasiyalar 
sayəsində  artı-raraq  dünyanın  yüz  səksən  ölkəsinə  çatdırır. 
Onun  səhmləri  Nyu-York  Fond  Birjasında  “Vİ”  simvolu 
altında  satılır.  “VİATUS”  adı  latınca  iki  sözdən:  “Via”  –  yol. 
və “vita” – həyat sözlərindən yaranmışdır.  
 
 
 
 

 


32 
 
 
9 oktyabr, saat 04:55  
 
Mali, Qərbi Afrika  
 
 
Ceyson Qormeni atışma səsi oyatdı. O, ölü kimi yatmışdı 
və ona bircə an lazım oldu ki, harda olduğunu xatırlasın. Yu-
xuda görürdü ki, atasının Nyu-York ştatının kənar hissəsində 
yerləşən bağ evindədir və göldə çimir. Lakin, çarpayısını ba-
rama kimi bürüyən ağcaqanadlara qarşı tor və səhranın sübh 
soyuğu onu gerçəkliyə tez qaytardı.  
Bu, eləcə də qışqırıqlar.  
Dəlicəsinə  çırpınan  ürəklə,  Ceyson  nazik  yorğanı  ayağı 
ilə  üstündən  atdı  və  toru  çəkdi.  Qırmızı  Xaç  çadırının 
içərisində  zülmət  hökm  sürürdü,  lakin  brezentdən  titrəyən 
tünd  qırmızı  işıltılar  görünürdü.  Bunlar  qaçqın  düşərgəsinin 
şərqində  yan-ğının  başladığından  xəbər  verirdi.  Hardasa 
yaxınlıqda  ye-nə  nəsə  alışdı  və  alov  dilləri  çadırın  dörd 
tərəfini bürüdü.  
“Aman Allah!” … 


33 
 
Təlaşa  baxmayaraq,  Ceyson  nə  baş  verdiyini  o  saat 
anladı.  Afrikaya  yola  düşməzdən  əvvəl  onu  ətraflı  təlimat-
landırmışdılar.  Bütün  keçən  il  boyu  tuareqlərin  üsyançı  dəs-
tələri qaçqın düşərgəsinə hücum edirdilər, ilk növbədə ər-zaq 
ələ  keçirmək  üçün.  Mali  Respublikasının  paytaxtında 
iğtişaşlar səngimirdi, düyünün və qarğıdalının qiyməti üç qat 
artmışdı. Şimal rayonlarında ərzaq yeni qızıla çevrilmişdi. Üç 
milyon insanı aclıq gözləyirdi.  
Məhz buna görə də Ceyson bura gəlmişdi.  
Onun  atası  eksperimental  fermanın  qurulmasına  dəstək 
göstərirdi. Hansı ki, düşərgədən şimalda altmış akrlıq sahəni 
əhatə  edirdi.  Əsas  maliyyələşməni  “VİATUS”  korporasiyası 
həyata  keçirirdi.  İşlərə  Kornell  Universitetindən  bioloqlar  və 
genetiklər  nəzarət  edirdi.  Burada  xüsusən  bu  cür  günəşdən 
yanmış  və  quraqlıq  yerlər  üçün  genetik  şəkli  dəyişmiş  yeni 
qarğıdalı  növlərinin  yetişdirilməsi  sınaqları  keçirilirdi.  İlk 
tarladan  məhsul  yalnız  keçən  həftə  yığılmışdı;  qarğıdalı  adi 
halda  lazım  olan  suvarmanın  üçdə  biri  qədər  su  ilə 
yetişmişdi. Deyəsən, bu kiminsə heç xoşuna gəlmirdi.  
Ceyson  ayaqyalın  çadırdan  çıxdı.  O,  dünən  gecə 
çarpayıya  uzandığı  şortda  və  geniş  köynəkdə  idi.  Sübh  çağı 
ala-qaranlıqda işıq mənbəyi yalnız yanğınların alovu idi.  
Güman ki, generatorlar sıradan çıxmışdı.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə