Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   2   3   4   5   6   7   8   9   10   ...   19

34 
 
Zülmətdə uğultulu avtomat güllələri və qışqırıqların əks-
sədası  yayılırdı.  Hər  tərəfdə  aydın  seçilməyən  kölgələr  vur-
nuxurdu:  Dəhşətə  düşmüş  qaçqınlar  canlarını qaçmaqla  qur-
tarmaq  istəyirdilər.  Lakin  bu  hərəkət  qarışıq  idi;  insan  axını 
gah  bu,  gah  da  digər  tərəfə  yönəlirdi.  Hər  tərəfdən  tüfəng 
atəşləri  və  pulemyotların  şaqqıltısı  gəlirdi  və  heç  kim  hara 
qaçacağını bilmirdi.  
Yalnız  Ceyson  bilirdi  ki,  ona  hara  lazımdı.  Krista  bu 
vaxtadək  elmi  tədqiqat  mərkəzində  idi.  Üç  ay  əvvəl  Ceyson 
onunla  Ştatlarda,  təlimat  zamanı  tanış  olmuşdu.  Ağca-
qanadlara  qarşı  tora  bürünmüş  çarpayısını  yalnız  keçən  ay 
onunla  bölüşməyə  başlamışdı.  Lakin  dünən  axşam  Krista 
mərkəzdə  qalmışdı.  Onlar  bütün  gecə  ilk  qarğıdalı  məh-
sulunun  DNT  analizini  bitirmək  üçlün  işləməyə  hazırla-
şırdılar.  
Kristanı tapmaq vacibdir.  
İnsan  axını  ilə  qarşı-qarşıya  gələrək  Ceyson  düşərgənin 
şimal  qurtaracağına  tələsdi.  Elə  onun  qorxduğu  kimi,  atışma 
və yanğın orada daha güclü idi.  
Ehtimal  ki,  üsyançılar  toplanmış  məhsulu  ələ  keçirməyə 
qərar  vermişdilər.  Onlara  mane  olan  olmasa,  hamı  sağ  qa-
lacaq.  Qoy  qarətçilər  qarğıdalını  aparsınlar.  Onlar  qəniməti 
ələ  keçirən  kimi  gecənin  qaranlığında  gəldikləri  kimi  tələsik 
yox olacaqlar. Bütün qarğıdalı məhsulu onsuz da məhv olmalı 


35 
 
idi.  Hər  tərəfli  analizlər  aparılanadək  onu  qidada  istifadə 
etmək olmaz.  
Tini dönərkən Ceyson ilk qarşısına çıxan, öldürülmüş on 
beş  yaşlı  yeniyetməyə  ilişərək  yıxıldı.  O  burada,  ev  sayılan 
kasıb komaların yolunda sərələnmişdi. Oğlan güllədən həlak 
olmuşdu,  sonra  isə  onu  tapdamışdılar.  Ceyson  kənara  sü-
ründü, sonra isə ayağa qalxaraq qaçdı.  
Daha  yüz  təhlükəli  yarddan  sonra  o,  düşərgənin  şimal 
kə-narına  çatdı.  Burada  cəsədlər  bir-birinin  üzərinə 
qalaqlanaraq  hər  tərəfə  səpələnmişdi,    −  kişi,  qadın  və  uşaq. 
Burada  əsl  qır-ğın  baş  vermişdi.  Bəzi  cəsədlər  pulemyot 
güllələri ilə sözün əsl mənasında ikiyə bölünmüşdülər. Ölüm 
meydanının  arxasında  elmi  tədqiqat  mərkəzinin  metaldan 
quraşdırılmış  anbarları  Qərbi  Afrika  savannasında  ilişib 
qalmış  qara  gəmilər  kimi  du-rurdu.  Orada  işıq  yox  idi  – 
yalnız alov dilləri.  
“Krista...” 
Ceyson  yerindəcə  dondu.  O,  irəli  getmək  istəyir  və  öz 
qor-xaqlığını  lənətləyirdi.  Ancaq  ayaqları  onun  sözünə 
baxmırdı. Gözləri ümidsizlik yaşıyla doldu.  
Birdən  arxadan  səlis  uğultu  eşidildi.  Dönərkən  Ceyson 
mühasirəyə alınmış düşərgənin üzərindən, lap alçaqdan uçan 
bir  cüt  vertolyot  gördü.  Şübhəsiz  bu  vertolyotlar  yaxınlıqda 
yerləşən  hökumət  ordusunun  bazasından  idi.  “VİATUS” 


36 
 
korporasiyası  eksperimental  fermanın  təhlükəsizliyini  daha 
çox  qorumaq  üçün  kisələrlə  Amerika  dollarını  havaya  so-
vururdu.  
Ceysonun  sinəsindən  titrək  ah  çıxdı.  Vertolyotlar  üs-
yançıları  asanlıqla  qovacaqlar.  Yenidən  inamla  dolub  daşan 
Ceyson  aşağı  əyilib  sahəni  qaçaraq  keçdi.  O,  ən  yaxınlıqdakı 
anbara  tərəf  gedirdi,  ora  yüz  yarddan  az  məsafə  qalmışdı. 
Orada  onu  qatı  kölgə  gizlədəcəkdi,  Kristanın  laboratoriyası 
isə növbəti anbarda idi. Ceyson Allaha yalvarırdı ki, qız orada 
gizlənmiş olsun.  
Ceyson  anbarın  arxa  divarına  çatanda  geridə  güclü  işıq 
yandı.  Baş  vertolyotdan  çıxan  projektorun  gözqamaşdırıcı 
işığı  qaçqın  düşərgəsi  üzərindən  keçdi.  Ceyson  xırıltılı  ah 
çəkdi...  
Bu  üsyançıları  qorxudacaq,  onları  getməyə  məcbur 
edəcək.  Sonra  düşərgənin  üzərinə  qurğuşun  yağışı  tökərək 
vertolyotun  hər  iki  tərəfindən  pulemyotlar  şaqqıldadı.  Bu 
düşərgəyə  soxulan  üsyançı  dəstələrinə  cərrahi  zərbə  deyil, 
tammiqyaslı qırğın idi.  
İkinci  vertolyot  düşərgənin  kənar  hissəsində  dövrə  vu-
raraq  o  biri  tərəfdən  daxil  oldu.  Arxa  lyukdan  çəlləklər  tö-
küldü,  onlar  yerə  dəyən  kimi  partladı  və  havaya  alov  dilləri 
qalxdı. Qışqırıqlar daha da yüksəldi. Ceyson gördü ki, bir kişi 
kürəyində  alov  tamamilə  lüt  halda  səhraya  qaçır.  Yandırıcı 


37 
 
bomba axını Ceysonun olduğu yerə yaxınlaşırdı. O, çevrilərək 
anbarın ətrafına atıldı.  
İrəlidə  tarlalar  və elevatorlar vardı, amma  orda qurtuluş 
olmayacaq.  Səlis  qarğıdalı  cərgələri  tərəfdən  qara  fiqurlar 
yaxınlaşırdı. Ceyson, Kristanın laboratoriyasına çatmaq üçün, 
açıq  sahədən  keçməyi  qərara  aldı.  Anbarın  pəncərələri  qa-
ranlıq idi, yeganə qapı isə tarlaya çıxırdı. 
Ceyson  toxtamaq  üçün  yubanırdı.  Axırıncı  bir  sıçrayış  – 
və  o,  anbarın  içində  olacaq.  Amma  o,  addım  atmağa  macal 
tapmamış, yeni alov axını tarlanın kənar hissəsini işıqlandırdı. 
İnsan  zənciri  qarğıdalı  sıraları  boyunca  gələrək,  hələ  yığıl-
mamış məhsulu odsaçan silahla yandırırdı. 
“Lənət şeytana, burda nə baş verir?  
Uzaqda,  sağ  tərəfdə  elevatorun  tənha  qülləsi  alov  qa-
sırğasıyla partlayıb göyə sovruldu. Şokdan sonra özünə gələn 
Ceyson anbarın açıq qapısına tərəf atılıb içəri soxuldu.  
Yanğın  işığında  otaq  əl  dəyilməmiş,  hətta  səliqəli  gö-
rünürdü. Anbarın arxa yarımhissəsində mümkün olan hər cür 
elmi  avadanlıq  düzülmüşdü.  Bunlardan    −  mikroskoplar, 
sentrifuqalar, inkubatorlar, termostatlar, gel-elektrofarez qur-
ğularından  genetik  və  bioloji  tədqiqatlar  üçün  istifadə 
olunurdu. Sağda üzərində daşınabilən kompüterlər, peyk ra-
bitəsi  avadanlıqları,  fasiləsiz  təminatlı  akkumulyator  olan 
masalar  durmuşdu.  Akkumulyatorlarla  işləyən  kompyu-


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə