Ceyms Rollins Qiyamət günü açarı



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix21.10.2017
ölçüsü2,69 Kb.
#6304
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

43 
 
həm-çinin  hazırkı  yol  şəraitinə  uyğun  optimal  ötürücü  və 
sürət haqda təkliflər göstərilirdi.  
Qrey  gözucu  gördü  ki,  taksometr  qırmızı  zonaya  keçdi. 
Sağda naviqasiya matrisası həyəcanla yanıb-sönməyə başladı. 
O, döngəyə çox sürətlə girirdi.  
Bu  xəbərdarlığa  fikir  verməyərək  Qrey  sürət  dəstəyini 
döndərməyə davam edirdi.  
İki motosikl arasındakı məsafə daha da qısaldı.  
İndi, hər ikisinin döngəyə girdiyi zaman onları bir-birin-
dən 30 yarddan çox olmayan məsafə ayırırdı.  
Birinci yarışçı uğultu ilə dönərək motosikli yana əydi. Bir 
müddətdən  sonra  bu  manevri  Qrey  təkrar  etdi.  O,  döngənin 
kənarına  daha  da  yaxınlaşmaq  hesabına  bir  neçə  yard  qa-
zanmağa çalışdı və fasiləsiz mərkəzi nişan xəttini keçib qarşı 
yola çıxdı. Xoşbəxtlikdən belə erkən saatda qarşı yolda maşın 
yox idi. 
Təəssüf ki, bunu vəhşi heyvanlar haqda demək olmazdı. 
 Düz  döngə  qurtaran  yerdə,  yolun  kənarında  dişi  ayı, 
yanında da balası oturmuşdu. 
Hər ikisi burnunu “Mc Donalds” paketinə soxmuşdu. Bi-
rinci  motosikl  yandan  ötüb  keçdi.  Gurultu və  tez  ötüb  keçən 


44 
 
kölgə heyvanları qorxutdu: dişi ayı arxa pəncələri üstə qalxdı, 
bala isə instinktə uyğun düz yola qaçdı. 
Qrey  onu  yanlayıb  keçməyə  imkan  tapmadı.  Seçimi 
olmadığından  o,  motosikli  yerlə  sürünməyə  buraxaraq,  cəld 
tormoza  basdı.  Təkərlər  qara  tüstülənən  iz  qoyaraq  asfaltla 
sürüşdü. Yolun digər kənarındakı yumşaq giltorpağa çatanda 
Qrey  motosikli  buraxdı  və  ayaqları  ilə  ondan  geri  itələndi. 
İnersiya    qanunu  onu  kürəyi  üstə  yerə  tökülmüş  yaş 
yarpaqların üzərilə iyirmi futadək sürüklədi. Arxada isə mo-
tosikl bərkdən palıd ağacına dəydi.  
Nəhayət yaş arxda dayanan Qrey geri çevrildi. O, meşəyə 
qaçan  ayının  kürəyini  gördü.  Ayı  balası  da  onun  arxasınca 
qaçırdı. Görünür, bu günlük hamburger onlara bəs edərdi. 
Yenə  səs  eşidildi:  tam  sürətlə  yaxınlaşan  motosikl  uğul-
tusu. 
Qrey  yerdə  oturdu.  Yolla  bir  qədər  irəli  gedən  birinci 
yarışçı döndü və indi geri qayıdırdı. 
“Ah, lap əladır...” 
Qrey qaytanı açaraq dəbilqəni başından çıxardı. 
İkinci  yarışçı  ona  yaxınlaşdı  və  ön  təkər  üstə  qalxaraq, 
bir-dən  tormoz  verdi.  Yarışçı  alçaqboylu,  dolubədənli  və 
əzələli  idi,  lap  bulteryer    kimi.  Motosikli  dayanan  kimi  o  da 


45 
 
dəbilqə  sini  çıxararaq  qırxılmış  başını  açdı.  Yarışçı  qaş-
qabağını tö-kərək  Qreyə baxdı. 
 − Sən salamatsan? 
Bu yarışçı “Siqma”nın  operativ işçisi və Qreyin ən yaxşı 
dostu  Monk  Kokkalis  idi.  Onun  daş  cizgili  sifətində  na-
rahatçılıq və təlaş əks olunmuşdu.  
 − Hər şey qaydasındadır. Yolda ayıya rast gələcəyimi heç 
gözləmirdim.  
 − Bunu kim təsəvvür edə bilərdi? – Monk gülümsəyərək, 
uzunboğaz  çəkməsilə    ayaqaltını  qatladı  və  motosikldən 
düşdü.  –  Amma  sən  heç  ümid  etmə  ki,  bu,  sənə  bizim 
mərcdən  yayınmağa  imkan  verəcək.  Təbii  əngəllər  barədə 
şərtdə heç nə deyilməmişdi. Deməli, konfrans bitdikdən sonra 
məni şama dəvət edəcəksən. Göl kənarında restoran, bifşteks 
və orda olan ən tünd porter.  
 −  Yaxşı,  amma  mən  əvəzini  çıxmalıyam.  Sən  düzgün 
olmayan üstünlükdən  istifadə etdin. 
 − Üstünlükdən? Mən? − Bir əlindən əlcəyi çıxaran Monk 
süni  biləyini  göstərdi.  −  Mənim  əlim  yoxdur.  Eləcə  də 
yaddaşımın  xeyli  hissəsi.  Mən  artıq  bir  ildir  ki,  xidmətə 
yararsız hesab olunuram. Bu da mənimçün üstünlük! 
Bununla  belə  gülümsəməyinə  ara  verməyən  Monk  
METİPPİ  mühəndislərinin  yaratdığı  protez  əli  uzatdı.  Qrey, 


46 
 
soyuq  plastmass  barmaqların  onu  necə  bərk  sıxdığını  hiss 
edərək, süni əli tutdu. Bu barmaqlar asanlıqla qoz sındıra bi-
lərdi. 
Monk dartıb dostunu ayağa qaldırdı. 
Qrey kevlar  motosikl kostyumundan yaş yarpaqları çırp-
mağa  başladı  və  bu  vaxt  döş  cibindəki  mobil  telefonu  zəng 
çaldı.  Aparatı  çıxaran  Qrey  zəng  edənin  nömrəsinə  baxdı  və 
qaş-qabağını tökdü. 
−  Mərkəzdəndir,  −  o,  Monka  dedi  və  telefonu  qulağına 
apardı.  − Kommander Pirs eşidir. 
−  Pirs?  Axır  ki,  cavab  verdin.  Son  bir  saatda  sənə  dörd 
dəfə  zəng  vurmuşam.  Maraqlanmaq  olar,  sən  Virciniyanın 
ortasında, meşədə nə edirsən?  
Bu, Peynter Krou – “Siqma”nın direktoru və Qreyin rəisi 
idi. 
Münasib  izahat  fikirləşməyə  çalışan  Qrey    motosiklə 
baxdı. Şübhəsiz, onun yerini “Yamaha”da təchiz edilmiş QMS  
naviqator  bildirmişdi.  Qrey  əbəs  yerə  bir  şey  fikirləşməyə 
çalışırdı: onun heç bir bəhanəsi yox idi. Onu Monkla birlikdə 
Vaşinqtondan  Kvantikoya  FTB  -nin  tədris  mərkəzinə 
göndərmişdilər  ki,  bioterrorçuluq  problemləri  üzrə  sim-
poziumda  iştirak  etsinlər.  Bu  gün  simpoziumun  ikinci  günü 
idi  və  Qreylə  Monk  qərara  almışdılar  ki,  səhərki  iclasdan 
yayınsınlar.  


47 
 
− Dayan, qoy özüm tapım, − deyə Peynter davam edirdi. 
– Siz bir gəzməyi qərara aldınız. 
− Ser... 
Direktorun səsindəki sərtlik bir qədər yumşaldı. 
− Hə, necədir, Monk rahatlaşdı? 
Həmişəki kimi, Peynter hər şeyi başa düşdü. Direktorun 
hər bir vəziyyəti dərk edən qeyri-adi qabiliyyəti vardı. Hətta 
belə vəziyyəti də. 
Qrey 
dostuna 
baxdı. 
Monk 
qollarını 
sinəsində 
çarpazlayıb  durmuşdu.  Onun  sifətində  təlaş  vardı.  Bu  il 
Kokkalis  üçün  çox  ağır  keçmişdi.  Düşmən  öz  elmi-tədqiqat 
mərkəzində  onun  beyninin  bir  hissəsini  çıxarıb  yaddaşını 
pozmuş,  onunla  aman-sızcasına  rəftar  etmişdi.  Baxmayaraq 
ki, yaddaşı hissə-hissə qayıtmışdı, boşluqlar qalırdı və bunun 
dostunu necə üz-düyünü Qrey bilirdi. 
“Siqma”dakı  vəzifələrinin  hələ  xeyli  məhdud  olmasına 
baxmayaraq,  son  iki  ayda  Monk  tədricən  onlara  öyrəşirdi. 
Ona əsasən kağızlarla işləməyi tapşırırdılar və eləcə də burda 
–  Ştatlarda  ikinci  dərəcəli  tapşırıqlara  göndərirdilər.  Monk 
yal-nız  məlumatlar  və  onların  analizi  ilə  məşğul  olurdu.  O, 
bunu  çox  vaxt  öz  xanımı  kapitan  Ket  Brayentlə  birgə  edirdi. 
Keç-mişdə hərbi-dəniz kəşfiyyatında xidmət edən xanım indi 
“Siq-ma”nın mərkəzi idarəsinin işçisi idi. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə