Ci ildə аzərbaycan və оnа bitişik əraziləRDƏ seymikliyin



Yüklə 76,53 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü76,53 Kb.
#26708


 

           



1.  2008-CI ILDƏ АZƏRBAYCAN VƏ ОNА BITIŞIK ƏRAZILƏRDƏ SEYMIKLIYIN 

XÜSUSIYYƏTLƏRI 

 

2008-ci  il  ərzində  respublikanın  telemetrik  və  analoqlu  stansiyaları  şəbəkəsi  ilə  1416  seysmik 



hadisə  qeydə  alınmışdır.  Bunlardan  Azərbaycan  və  ona  bitişik  qonşu  dövlətlərin  ərazilərində  və  Xəzər 

dənizi  akvatoriyasında  baş  vermiş  540  zəlzələnin  parametrləri  müəyyən  edilmişdir.  Qeydə  alınmış 

seysmik  hadisələrin  analoqlu  stansiyalar tərəfindən  təyin  edilmiş,  energetik  sinifləri  К=4.0-12.3  Mpv  = 

2.3-5.6 və telemetrik stansiyalar tərəfindən təyin olunmuş ml = 1.2-4.7 arasında dəyişir. 

Maksimal    energetik  sinifli  K=12.3  və  maqnitudalı  Mpv=5.6,  ml=4.7  zəlzələ  İranın  Şimal-qərb 

hissəsində, Naxçıvan MR ilə bitişik ərazilərində qeydə alınmışdır.  

Zəlzələlərin hiposentrlərinin dərinliyi h=1-66 km diapazonunda dəyişmişdir. Dərinliyi 40 km-dən 

artıq  zəlzələ ocaqları Xəzər  dənizi  akvatoriyasının  şimalında  və  cənubunda,  aşağı  Kür  depressiyasında, 

İsmayıllı və Quba rayonlarında qeydə alınmışdır.  

2007-ci  ilə  nisbətən  2008-ci  ildə  zəlzələlərin  sayı  və  həm  də  ayrılan  seysmik  enerjinin  həcmi 

azalmışdır.  Əgər  2007-ci  ildə  634  seysmik  hadisə  qeydə  alınmışdırsa  və  bunlardan  ayrılan  seysmik 

enerjinin ümumi həcmi  E=41.94∙10

11 

C olmuşdursa [Hesabat, 2007], 2008-ci ildə bunlar uyğun olaraq 



540 və E=29.60∙10

11 


C  olmuşdur. Bu tədqiqat 38-42° N paralellərlə hüdudlanmış ərazidə aparılmışdır. 

2008-ci il ərzində zəlzələlərin sayının onların energetik sinifləri üzrə paylanması və hər bölgə üzrə 

ayrılmış ümumi seysmik enerjinin miqdarı 1.1 saylı cədvəldə və bunun əsasında qurulmuş histoqramlarda 

tərtib olunmuşdur. (şəkil.1.1.a-b) 

 

Müxtəlif energetik sinifli zəlzələlərin məkan üzrə paylanması 



                                                                                                 Cədvəl 1.1. 

Rayonlar 

Enerji sinifi 

∑E*10


10COUL

 

<6 





10 

11 


12 

Cəmi 


 

Döyük Qafqazın  CŞ hissəsi 

135 

75 


57 

20 


 



296 

44.57 


Kür ovalığı 

31 



40 

12 


 



98 

27.27 


Kiçik Qafqazın ŞŞ hissəsi 

11 


11 


 



 

35 


4.380 

Xəzər dənizi 

 



24 



18 



 

55 


67.77 

Talış bölgəsi 



16 



 

 



 

27 


0.601 

İran ərazisi 

 

 

10 



12 

 



27 


297.37 

Türkiyə ərazisi 

 

 

 



 

 



 

2.510 



Ermənistan 

 



 

 

 



 

 



0.003 

Cəmi 


158 

121 


158 

69 


27 



540 

376.49 


 

Respublika  ərazisində  zəlzələlərin  episentrlərinin  məkan  üzrə  yayılması,  2008-ci  ilin  zəlzələ 

kataloqu əsasında (cədvəl 1.2) qurulmuş episentr xəritəsi əsasında araşdırılmışdır (şəkil.1.2). 

Azərbaycan Respublikasının və ona bitişik olan  ərazilərin seysmikliyinin təhlili göstərir ki, 2008-

ci  ildə  seysmik  aktivlik  əvvəlki  ilə  nisbətən  aşağı  düşmüşdür.  Respublika  ərazisində  baş  vermiş 

zəlzələlərin ən yüksək energetik sinifi K=11, ml=4 olmuşdur. Bu göstərici 2007-ci ildə K=12, ml=5 təşkil 

etmişdi.  Zəlzələlərin  sayının  və  ayrılan  seysmik  enerjinin  zaman  üzrə  paylanması  1.3.  şəklində  təsvir 

olunmuşdur. Göründüyü kimi, seysmik  aktivləşmə energetik sinifi K≥11 olan zəlzələrin baş verdiyi vaxt: 

aprel,  iyun,  sentyabr  və  dekabr  aylarında  qeyd  olunmuşdur.  Belə  zəlzələrin  yalnız  ikisi  respublikada 

Masallı  və  Pirquluda,  digərləri  isə  Mərkəzi  Xəzər  və  İran  ərazisində  qeydə  alınmışdır.  Aprel,  may  və 

dekabr  ayları  istisna  olmaqla  seysmik  hadisələrin  aylar  üzrə  orta  sayı  30-40  arasında  dəyişilir.  Qeyd 

edilən  aylarda  seysmik  hadisələrin  sayının  artması  Laqodexi-Zaqatala  və  Şamaxı-İsmayıllı  zonalarında 

müşahidə edilir. 

 



 

 

Şəkil 1.1.a. 2008- ci ildə ayrı-ayrı bölgələr üzrə zəlzələlərin paylanması histoqramı 



 

 

Şəkil 1.1.b 2008- ci ildə ayrı-ayrı bölgələr üzrə zəlzələlərin paylanması histoqramı



 


 

 

Şək



il  

1.

2.



 Azə

rb

ay



can

 v

ə 



on

bitiş



ik

 ər


az

ilər


də 

20

08



-ci 

ild


ə 

baş v


er

m



  zə

lzələ


lər

in

 ep



is

en

tr



lər

 x

ər



itəs

 




39

39

59

40

29

42

87

36

70

40

29

30

3.71

21.40

202.00

2.20

34.33

17.40

1.20

4.44

21.30

6.00

3.00

58.00

0

50

100

150

200

250

01

02

03

04

05

06

07

08

09

10

11

12

aylar

E

*1

0

^

1

0

 C

0

10

20

30

40

50

60

70

80

90

100

N

 

Şəkil 1.3. 2008-ci il üzrə zəlzələlərin enerjisinin və sayının paylanması qrafiki 



 

Zəlzələlərin sayının və ayrılan seysmik enerjinin rayonlar üzrə paylanmasının (şəkil.1.1.a, b) təhlili 

göstərir  ki,  bütün  baş  vermiş  zəlzələlərin  yarıdan  çoxu  Böyük  Qafqazın  cənub-şərq  yamacı  ərazisində 

qeydə alınmışdır. 

Əgər  2007-ci  ildə  bu  ərazidə  seysmiklik  səpələnmiş  zəif  təkanlar  formasında    təzahür  edirdisə, 

2008-ci ildə isə seysmik aktivliyin bir qədər artması nəzərə çarpır. Bu aktivliyin artması əsasən Vəndam 

dərinlik  qırılmasının  [Şıxəlibəyli,  1996]  fəaliyyət  zonasında  yerləşən  habelə,  Şəki,  Oğuz  və  Qəbələ 

rayonlarında, respublikanın Gürcüstan və Dağıstanla həmsərhəd rayonunda müşahidə edilir.  Şəkidə qeyd 

olunan  zəlzələ  ocaqlarının  meridianal  istiqamətdə  miqrasiyasını  Ahvay  (Şəki-  Yevlax)  çatlarının 

aktivləşməsilə əlaqədar olduğu güman edilə bilər. 

Şamaxı-İsmayıllı  seysmik  zonasının  ərazisi  ötən  illərdə  olduğu  kimi  yüksək  aktivliklə  fərqlənir. 

Burada çoxlu təkanlar baş verir. Bununla yanaşı mart ayının 6-dan 26-dək, 20 gün ərzində tam seysmik 

sakitlik qeydə alınmış və sonradan aprelin 11-də, zonanın cənub hissəsində energetik sinfi K=10.4 zəlzələ 

və  mayın  2-də  isə  onun  şimal  hissəsində    energetiksinfi  4.0-8.5  olan  26  zəif  təkanlar  silsiləsi  baş 

vermişdir. 

Bu  proses  Şamaxı-İsmayıllı  zonasında  seysmik  proseslərin  zaman  üzrə  gedişini  əks  etdirən  şəkil 

1.4-də daha yaxşı izlənilir.  

Göründüyü  kimi,  silsilədə  zəlzələ  ocaqlarının  dərinliyi  h=4-10  km  təşkil  edir.  Bu,  aktivləşmənin 

çökmə  suxur  qatlarında  baş  verməsini  göstərir.  İlin  sonunda  qeyd  olunan  zonada  seysmik  aktivliyin 

artması nəzərə çarpır. Üç aylıq (sentyabr-noyabr) seysmik sakitlikdən sonra dekabr ayının 19-da saat 14

11 

-də  energetik  sinifi  K=11.5,  M



pv 

=5.2  və  ml=4.2  olan  zəlzələ  baş  verdi.  Zəlzələ  Pirquluda,  Dəmirçidə, 

Şamaxıda  və  İsmayıllıda  4-5  bal  intensivliklə  hiss  olunmuşdu.  Zəlzələ  37  forşok  və  K≤9  sinifli  105 

afterşoklarla muşayət olunmuşdu. 

 



 

Şəkil 1.4. Şamaxı- İsmayıllı bölgəsində seysmik prosesin zaman üzrə inkişafı qrafiki 

 

Bu zəlzələnin episentral sahəsi çox kompaktdır (şəkil 1.5.). Afterşokların episentrləri əsas təkanın 



episentri ilə təxminən uyğun gəlir, ocaqların dərinlikləri 8-17 km hüdudlarında dəyişilir.  

 

 



 

Şəkil 1.5. 19 dekabrda baş verən zəlzələnin afterşoklar xəritəsi 

19 dekabr zəlzələsinin telemetrik stansiyalar tərəfindən yazılması şəkil 1.6 göstərilmişdir. 

Şamaxı-İsmayıllı  zonasının  seysmikliyinin  dərinlik  üzrə  paylanması  xüsusiyyətlərini 

aydınlaşdırmaq məqsədilə şimal-cənub profili üzrə dərinlik kəsilişi tərtib edilmişdir (şəkil 1.7).  



Göründüyü  kimi,  zəif  zəlzələlər  əsasən  dərinliyi  10  km  qədər  olan  çöküntü  qatlarında,  nisbətən 

güclüləri isə 10-20km dərinlikdə baş verir. Dekabrın 19-da baş vermiş zəlzələnin əsas təkanınin və onun 

afterşoklarının  dərinliyi  h=8-17  km  hüdudlarında  dəyişilir.  23  avqust  2007-ci  ildə  baş  vermiş  Ağsu 

zəlzələsinin əsas təkanının və afetrşoklarının dərinliyi də təxminən bu hüdudlarda olmuşdu. 

İstiqamət cənuba yönəldikcə dərinlik 22 km qədər artır. 

Hesabat müddətində Kür depressiyası ərazisinin seysmikliyində əsaslı dəyişiklik baş verməmişdir. 

Mingəçevir su anbarı rayonunda seysmik aktivlik azalmışdır. Göyçay rayonu və Şamaxıdan cənuba doğru 

zəlzələlərin episentrlərinin sıxlaşması müşahidə olunur. Kür depressiyasının Xəzər dənizi akvatoriyası ilə 

bitişik şərq hissəsində seysmik aktivləşmə baş verir. İyun ayının 10-da saat 14

54

- də Kür depressiyasının 



cənub-şərqində,  nisbətən  güclü  K=11.3,  M

pv

=5.2,  ml=4.1  zəlzələ  qeydə  alınmışdır.  Bu  zəlzələ 



Cəlilabadda,  Masallıda,  Lerikdə,  Yardımlıda  3-4  bal  intensivliyində  hiss  olunmuşdur.  Zəlzələnin 

episentrdə  intensivliyi  J

0

-4  bal  olmuşdur.  Ocağın  dərinliyi  40  km-dir,  forşok  olmamış  və  yalnız  bir 



afterşok qeydə alınmışdır. Zəlzələnin ocağı Tahircalçay və İsmayıllı-Qəbələ qırılmalarının kəsişməsinin 

təsir zonasında yerləşmişdir. 

Həmişəki  kimi  Talış  dağlıq  bölgəsində  zəlzələlərin  episentrlərinin  sıxlığı  müşahidə  olunur. 

Bununla belə qeyd etməliyik ki, Talış zonasının seysmik aktivliyi ötən ilə nisbətən aşağı enmişdir. Baş 

verən  zəlzələlərin  ən  böyük  energetik  sinfi  K=9  olmuşdur.  onlardan  ikisi  zəif  hiss  olunan  təkanlardır. 

Halbuki keçən 2007-ci ildə burada K=12.3 və I

0

=6 bal intensivlikdə hiss olunan zəlzələ baş vermişdir.    



 

 

Şəkil 1.6. 19 dekabr zəlzələsinin telemetrik stansiyalar tərəfindən yazılışı 



 


 

Şəkil 1.7. I-I profili üzrə seysmik kəsiliş 

 

Kiçik  Qafqazın  Azərbaycan  hissəsində  seysmik  vəziyyət  bir  qədər  dəyişilmişdir.  Həmişə  olduğu 



kimi Kiçik Qafqazın şimal hissəsi seysmik aktiv olaraq qalır. Əgər 2007-ci ildə seysmik aktivləşmə Ön 

Kiçik  Qafqazın  dərinlik  qırılması  istiqamətində  müşahidə  olunurdusa,  2008-ci  ildə  Başlıbel  dərinlik 

qırılması boyunca Kəlbəcər rayonu ərazisində aktivləşmə baş vermişdir. Burada bir neçə energetik sinfi 

10 olan zəlzələ qeydə alınmışdır. 

İranın  Naxçıvan  MR  ilə  bitişik  olan  şimal-qərb  hissəsi  seysmik  aktiv  olaraq  qalır.  Burada  qeyd 

olunan zəlzələlərin energetik sinifi K=8-12-dir. 

Xəzər  dənizinin  seysmik  aktivliyi  fon  səviyyəsində  qalmaqdadır.  Burada  baş    verən  zəlzələlərin 

energetik  sinifləri  K=8-11  arasında  dəyişilir.  K=11  və  ml=4  olan  zəlzələlər  Mərkəzi  Xəzərdə  qeydə 

alınmışdır.  Bununla  yanaşı  Xəzər  dənizinin  cənub  akvatoriyasında  seysmik  aktivliyin  artması  qeydə 

alınmışdır. Xəzərin Kür depressiyası və Talış dağ sistemi ilə bitişik sahil hissələrində olduğu kimi Xəzər 

çökəkliyinin  mərkəzi  hissəsində  də  zəlzələ  ocaqları  oyanmışdır.  Onların  energetik  sinifləri  çox  deyil, 

K≤10-dur. Zəlzələ ocaqlarının Lerik-Masallı- Bəndavan-Gürgən xətti üzrə miqrasiyası müşahidə olunur. 

Xəzər dənizi akvatoriyasında 42

paralelə qədər ərazidə ayrılan seysmik enerjinin illər üzrə analizi  həm 



seysmik hadisələrin sayının, həm də ayrılan enerjinin 2008-ci ildə artdığını göstərir (şəkil 1.8.). 

 

194.27



0.72

0.89

1.07

0.04

0.73

0.07

0.33

0.53

63

37

42

47

23

34

50

111

323

0

0

1

10

100

1000

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

iller

E*

10

^1

2

0

50

100

150

200

250

300

350

N

 

Şəkil 1.8. Xəzər dənizində zəlzələlərin sayının və enerjisinin illər üzrə paylanması qrafiki 



Zəlzələlərin enerjisinin və sayınım bütün tədqiq olunan  ərazi üzrə paylanmasının analizi 2004-cü 

ildən 2007-ci ilədək onların artması, 2008-ci ildə isə həmin parametrlərin azalması müşahidə olunur (şəkil 

1.9.). 



1188

99.58

83.84

9.73

24.59

37.54

73.93

37.60

62.65

716

620

859

634

540

721

576

435

672

1

10

100

1000

10000

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

ille r

E

*1

0

^

1

1

0

100

200

300

400

500

600

700

800

900

1000

N

 

 



Şəkil 1.9. İllər üzrə zəlzələlərin enerjisinin və sayının paylanması qrafiki 

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  respublikadakı  seysmik  stansiyalar  həmçinin  zəif  yerli  təkanları 



(K=4-6) qeydə alır. Bunlardan bir çoxu sadəcə 1 və  ya 2 stansiya tərəfindən qeyd olunmuşdur. Episentr 

məsafələri  S-P<3  olan  zəlzələlərin  episentrlərinin  koordinatları  onların  qeyd  etdiyi  stansiyaların 

koordinatları kimi təyin oluna bilər.  

Yüksək həssaslı telemetrik stansiyalar zəif zəlzələləri (K<4 və ml<1) qeyd etməyə imkan yaradır. 

Lakin, onların maqnitudasını və enerji sinifini təyin etmək mümkün olmamışdır. İl ərzində qeydə alınmış 

zəif təkənların sayı 187 olmuşdur cədvəl 1.3. Qeyd etmək lazımdır ki ,onların sayı ötən il daha çox idi. 

Bəzi  stansiyalarda  (Nardaran,  Qobu,  Qala  və  s.)  ətraf  ərazidəki  küylər  ilə  əlaqədar  olaraq  zəif 

təkanları araşdırmaq mümkün olmamışdır. 

Siyəzən, Pirqulu, Gəncə, Şəki və Lənkəran seysmik stansiyalainda aparılan  müşahidələr göstərir 

ki, Pirqulu seysmik stansiyası tərəfindən daha çox zəif zəlzələlər qeyd olunmuşdur (şəkil 1.10). 



2

11

14

133

26

0

20

40

60

80

100

120

140

SIZ

GNC

LKR

PQL

SEK

stansiyalar

N

 

   Şəkil 1.10. Stansiyalar üzrə zəif zəlzələlərin paylanması qrafiki 

        1.1. 2008-ci ildə  Azərbaycan və ona bitişik ərazilərin seysmik aktivliyi 

 

Tədqiqat  ərazisinin  seysmik  aktivliyinin  analizi  2008-ci  ildə  baş  vermiş  zəlzələlər  kataloqundan 



seçilmiş,  itirilmədən  qeydə  alınmış  zəlzələlər  əsasında  aparılmışdır.  2008-ci  ildə  də  əvvəlki  illər  kimi 

Azərbaycan  ərazisi  üzrə  K≥9.0  olan  zəlzələlər  itirilmədən  qeydə  alınmışdır.  Kataloq  və  episentrlər 

xəritəsi əsasında seysmik aktivlik xəritəsi tərtib olunmuşdur. 



2008-ci ildə seysmik aktivlik əsasən Böyük Qafqazın cənub şərq yamacında müşahidə olunub. Bu 

fonda Şamaxı və Zaqatala-Laqodexi ərazisində A

10

=0.4-1.2 qiymətli zonalar qeyd olunmuşdur. Bununla 



yanaşı İranla sərhəd olan Naxçıvan zonasında və Abşeron bölgələrində aktiv sahələr meydana gəlmişdir. 

Seysmik rejimin zamana görə dəyişməsini izləmək üçün 2008-ci illə bərabər 2007-ci ilin aktivlik 

xəritəsi  tərtib  olunmuş  və  müqaisəli  analiz  aparılmışdır  (şəkil  1.1.1,  1.1.2).  2007-ci  ildəkindən  fərqli 

olaraq, 2008-ci ildə Şamaxı zonasında aktivliyin səviyyəsi bir qədər enmişdir. Şəkildən göründüyu kimi 

Talış və şimalı Xəzər zonaları 2008-ci ildə aktiv deyildir.  

 

 



 

Şəkil 1.1.1 Azərbaycan ərazisində 2007-ci ildə seysmik aktivlik xəritəsi 

 



 

 

Şəkil 1.1.2. Azərbaycan ərazisində 2008-ci ildə seysmik aktivlik xəritəsi 



 

 

Yüklə 76,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə