Ci illər dövrünü əhatə edən "Genosid qanunu" Niyə də erməniləri qabaqlamayaq? Musa Qasımlı



Yüklə 132,26 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü132,26 Kb.
#77246


“Bakı Xəbər”.-2011.-9 fevral.-N24.-S.11.

1905-1992-ci illər dövrünü əhatə edən "Genosid qanunu"...

Niyə də erməniləri qabaqlamayaq?

Musa Qasımlı: "Tarixi həqiqətin bir daha üzə çıxarılmasından ötrü bu vacibdir"

Vaqif  Arzumanlı:  "Bizdə  problemli  məsələ  soyqırım  və  deportasiyaya  siyasi  və  hüquqi  qiymətin

verilməməsidir"

 Torpaqlarımızı  işğal  edən,  soydaşlarımıza  qarşı  soyqırım  siyasəti  yeridən  Ermənistan  yenə  də  öz  fitnəkar

ampluasındadır.  Belə ki, onlar növbəti  dəfə ictimai rəyi çaşdıran addım atmaq niyyətindədir. Ermənistan getdikcə

dalana  dirəndiyindən,  yeni-yeni  fitnə-fəsadlarla  ictimai  rəyi  çaşdırmaq  istəyir,  beynəlxalq  rəyi  öz  tərəfinə

yönəltməyə çalışır. 

     Qeyd  edək  ki,  Ermənistan  parlamentində  "Azərbaycanlıların ermənilərə  qarşı 1988-1994-cü  illərdə  törətdiyi

cinayətlərin  soyqırım  kimi  tanınması haqqında"  qanun  layihəsinin  müzakirəsi  gözlənir.  Belə  bir  qanun  layihəsilə

parlamentdə təmsil olunan "İrs" partiyası çıxış edib. Belə addım öz təcavüzkar niyyətlərini və azərbaycanlılara qarşı

uzun  illərdən  bəri  törətdikləri  soyqırımı  ört-basdır  etməyə  hesablanmış  tədbirlərdir.  Bununla  ermənilər  guya

özlərinin  əzilən  xalq  olduğunu,  qonşuları tərəfindən  təcavüz  və  milli  qırğına  tuş  gəldiyini  dünya  miqyasında  car

çəkmək istəyir. Yəni əslində, öz çirkin əməllərini başqasının üstünə yaxmaqla, özlərini təmizə çıxarmaq, guya sivil

xalq olduqlarını nümayiş etdirmək niyyətindədirlər. Bununla da sivil Qərbə sığınmaq eşqinə düşüblər. Əslində isə

hamıya,  o  cümlədən  dünyaya  da  bəllidir  ki,  proses  tamamilə  fərqlidir.  Yəni  soyqırım  siyasətinə  ermənilər  deyil,

məhz  erməninin  əli  ilə  azərbaycanlılar  məruz  qalıb.  Özü  də  artıq  bir  əsrə  yaxındır  ki,  azərbaycanlılar  erməni

təcavüzü  və  soyqırımı  ilə  üzləşir.  Hələ  1905-ci  ildə  Çar  Rusiyasının  fitvası  ilə  Qafqaza  köçürülən  ermənilər

soydaşlarımıza qarşı amansız vəhşiliklərə yol verərək, minlərlə azəri türkünü qanına qəltan etmişdi. Hansı ki, həmin

müsəlmanlar  vaxtilə  ermənilərə  qucaq  açaraq,  onların  dədə-baba  torpaqlarımızda  məskən  salmalarına  yardımçı

olmuşdu.  Yəni  azərbaycanlılar  Cənubi  Qafqaza  köçürülən  ermənilərə  hər  cür  yardımı belə  əsirgəməmişdi.  Bunun

müqabilində  isə  ermənilər  öz  fitnəkar  siyasətlərindən  bərk-bərk  yapışaraq,  onlara  yaşamaq  üçün  hər  cür  şərait

yaradanlara  arxa  çevirərək,  fitnəkarlığa  əl  atır.  Bu  hal  erməninin  xislətindən  irəli  gəlir.  Belə  olmasaydı,

azərbaycanlılara  qarşı  soyqırım  siyasətini  daimi  müstəviyə  keçirməzdilər.  Ermənistanın  həmvətənlərimizə  qarşı

ikinci  soyqırım  siyasəti  1918-ci  başladı.  Bu  zaman  dünya  miqyasında  yaranmış  situasiyadan  "faydalanmağa"

çalışan  erməni daşnakları daha kəskin şəkildə soyqırıma  yol verdi. 1918-ci ilin martında  Bakı və  ətraf  rayonlarda

bolşevik  canisi  Şaumyanın  rəhbərliyi  altında  10  minlərlə  müsəlman  vəhşicəsinə  öldürüldü.  Bu  zaman  ermənilər

uşaq,  qoca,  qadın  demədən  hamını qırırdı.  Hətta  bir  çoxlarını diri-diri  torpağa  basdırmaqdan  belə  çəkinmirdilər.

Erməninin insan cəmiyyətinə yad olan bu üsullara əl atması onun həmin cəmiyyətdən məhrum bir məxluq olduğuna

işarədir.  Yoxsa  belə  etməzdilər.  Bu  azmış  kimi,  Şaumyanın  cəlladları  Bakının  ardınca  Lənkəran  qəzası,  Quba,

Şamaxı, Gəncə və digər Azərbaycan torpaqlarında soydaşlarımıza münasibətdə analoji hərəkətlərini davam etdirdi.

Bunun  nəticəsində  həmin  dövrdə  50  mindən  çox  soydaşımız  erməni  soyqırımının  qurbanı  oldu.  Qubadakı

vəhşilikləri daha kəskinliyilə seçilirdi. Burada minlərlə insanı qanına qəltan edən ermənilər onları topa-topa, kütləvi

şəkildə bir əraziyə basdırıblar. Həmin kütləvi soyqırım məzarlığı yaxın illərdə aşkar olunaraq, dünya ictimaiyyətinə

kimin-kim  olduğunu  əyani  surətdə  göstərdi.  Sonrakı dönəmlərdə  də  ermənilər  öz  bəd  niyyətlərindən  əl  çəkmədi.

1948-1949-cu illərdə xaricdən ermənilərin köçürülməci bəhanəsilə 150 mindən artıq qərbi azərbaycanlı öz doğma

el-obasından  sürgün  edildi.  Bunun  özü  də  soyqırım  siyasətinin  nəticəsidir.  Müasir  dövrdə  isə  erməni  vəhşiliyi

özünün kulminasiya nöqtəsinə çatıb. Onların qəddarlığı, həyata keçirdikləri deportasiya siyasəti nəticəsində bu gün

Qərbi  Azərbaycanda  bir  nəfər  də  olsun  azərbaycanlı  qalmayıb.  1988-1994-cü  illərdə  isə,  mənfur  ermənilər

Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və onun ətrafında soyqırımla məşğul olublar. Xocalı soyqırımı heç kimin

yaddaşından silinməz. Həmin vaxt,  uşaqlı-qadınlı-qocalı, 600-dən  çox  insan  erməni  vəhşiliyinin qurbanı oldu.  Bu

soyqırımın  ermənilər  tərəfindən  necə  həyata  keçirildiyi  hətta  lentə  də  alınıb.  Yəni  bir  əsrə  yaxındır  ki,  məhz

ermənilər  bizə  qarşı  soyqırım  siyasəti  yürüdür.  Amma  özlərini  elə  aparırlar  ki,  sanki  bizlər  deyil,  məhz  özləri

soyqırıma məruz qalıb. Bu yüz il ərzində ermənilər heç vaxt özlərinə məxsus olmayan torpaqlarımızı işğal etməklə

yanaşı,  yüz  minlərlə  soydaşımıza  qarşı  soyqırım  da  törədib.  Amma  buna  baxmayaraq,  bu  adla  özlərini  məzlum

göstərməyə  çalışırlar.  Ermənistan  parlamentinin  sözügedən  uydurmada  məqsədi,  heç  şübhəsiz,  Dağlıq  Qarabağla

bağlı danışıqlar prosesini ləngitməyə, bu məsələdə öz mövqeyinin guya haqlı olduğunu üzə çıxarmağa hesablanmış

addımdır. 

     Ermənistanın  bu  saxta  əməlinə  qarşı  1905-1992-cü  illər  ərzində  soydaşlarımıza  qarşı  törədilən  erməni

cinayətlərinin Azərbaycan parlamenti tərəfindən soyqırım kimi qiymətləndirilməsi vacibdir. 

   Millət vəkili, professor Musa Qasımlı da düşünür ki, tarixi həqiqətlərin üzə çıxması üçün belə bir sənədin

qəbulu lazımdır: "Ermənistan və erməni silahlı dəstələri daim azərbaycanlılara qarşı soyqırım törədib. 1905-1907-ci

illərdə,  Birinci  Dünya  müharibəsi  dövründə,  1988-ci  ildən  bəri  bizə  qarşı belə  soyqırım halları daim  olub.  Hesab



edirəm ki,  həmin  məsələ  bizdə  də  qaldırılmalı və  müvafiq  sənədlər  qəbul  olunmalıdır.  Hər  halda,  belə  sənədlərin

qəbulu  tarixi  həqiqətlərin  üzə  çıxmasına  kömək  edər.  Tarixi  həqiqətin  bir  daha  üzə  çıxarılmasından  ötrü  bu

vacibdir. Ermənistanın hərəkəti isə onun işğalçılıq siyasətindən diqqəti yayındırmağa yönəlib". 

   Siyasi şərhçi, professor Vaqif Arzumanlı Ermənistan parlamentində sözügedən qondarma məsələ  ilə  bağlı

səslənən  fikirləri  adi  təklif  sayır:  "Ermənistanın  budəfəki  addımı  ilk  növbədə  onunla  bağlıdır  ki,  artıq  dünya

ictimaiyyətinə,  ABŞ başda  olmaqla,  dünyanın  ən  böyük  dövlətlərinə  ermənilərin  1915-ci  ildə  baş  vermiş  olayları

soyqırım adlandırmasının qondarma hadisə olduğu gün kimi aydındır. Tarixi faktlar sübut edir ki, belə bir soyqırım

olmayab,  bu  uydurmadır.  Əksinə,  o  dövrdə  daha  çox  soyqırıma  məruz  qalanlar  Anadolu  və  Azərbaycan  türkləri

olub. Bu məsələlər dərindən araşdırılsa, erməninin özünə mənəvi və maddi zərbə dəyəcəyi göz önündədir. Belədə

erməninin iç üzü tamamilə açılar. Artıq dünyanın ən inkişaf  etmiş  ölkələrinin öndə gedən informasiya agentlikləri

bildirir  ki,  1915-ci  ildə  Türkiyədə  bu  hadisələr  baş  verən  zaman,  yəni  ermənilərin  kütləvi  şəkildə  Türkiyənin

şimalından cənuba köçürülməsi dövründə heç bir ingilis, alman, fransız və ya rus müxbiri olmayıb. Sadəcə olaraq,

ermənilər  guya  kütləvi  şəkildə  qırıldıqları barədə  istədikləri,  özü  də  həqiqətdən  uzaq  xəbəri  ötürüb,  sonradan  isə

dünya  ictimaiyyətinə  yayıblar.  Ondan  sonra  ermənilər  havadarlarının  köməyi  sayəsində  Qafqazda  soyqırım

törətməyə  başladı.  Təkcə  burada  deyil,  onlar  rusların  köməyilə,  eyni  zamanda,  1915-1917-ci  illərdə  Cənubi

Azərbaycanın  Urmiya  gölü  ətrafında  da  təxminən  150  minə  yaxın  soydaşımızı  ruslarla  əl-ələ  verərək  soyqırıma

məruz  qoyub.  Ermənistan  parlamentində  səslənən  bu  təklifi  adi  təklif  sayıram".  Həmsöhbətimiz  bildirdi  ki,

ermənilərin sonrakı dövrlərdəki hərəkətlərini, yəni 1918-ci ildə Bakı, Quba, Şamaxı, Zəngəzur, Göyçə və İrəvanda

törətdikləri soyqırımlar və 1988-ci ildən bəri azərbaycanlıların artıq 4-cü dəfə soyqırıma məruz qalması faktlarından

yayınmaq  və  onların  üstünü  ört-basdır  etmək  üçün  Ermənistan  parlamenti  indi  belə  bir  təşəbbüs  göstərir:  "Bunu

bilənlər  bilir  ki,  belə  təşəbbüslərin  heç  bir  hüquqi  əhəmiyyəti  olmayacaq.  Çünki,  xüsusən  də,  1988-89-cu  illərdə

soydaşlarımızın  Ermənistandan  vəhşicəsinə  qovulması  və  öldürülməsi  faktını  dünya  ictimaiyyəti  çox  yaxşı  bilir.

İndiki  hadisələr  çağdaş  insanların  gözü  qarşısında  baş  verib,  ona  görə  də  onları  bu  uyğurmalara  inandırmaq

mümkün deyil. Çünki 1988 və ondan sonrakı dövrün erməni vəhşiliyini ingilis, alman, fransız, türk, rus, azərbaycan

informasiya agentlikləri öz gözlərilə görüb və bunlar dünya ictimaiyyətinə çatdırılıb". 

     Azərbaycan  parlamentində  adekvat  olaraq  erməni  soyqırımı ilə  bağlı qərarlara  gəldikdə,  V.  Arzumanlı qeyd

etdi ki, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub: "Bununla bağlı dəfələrlə, konkret olmasa da, məsələ

müzakirə  olunub.  Ölkə  prezidentləri  səviyyəsində  1993  və  1998-ci  illərdə  fərmanlar  imzalanıb.  Hər  il  Xocalı

soyqırımı və 31 Mart qırğını ərəfəsində parlamentdə müzakirələr gedir və müəyyən qərarlar qəbul olunur. Yəni bu

məsələ bizim parlamentdə 1993-cü ildən bəri, demək olar, mütəmadi şəkildə müzakirə olunur. Xocalı soyqırımı, 31

Mart qırğını ilə bağlı dünya ictimaiyyətinə müraciətlər qəbul olunub. Qərbi Azərbaycandan son deportasiya ilə də

bağlı parlamentdə hər il dinləmələr olub. Bütün bunlar onu göstərir ki, həmin məsələ bizim parlamentdə dəfələrlə

müzakirə  obyekti  olub.  Ermənilərin  son  addımının  iflasa  uğrayacağına  inanıram.  Onlar  bununla  heç  nə  qazana

bilməyəcək.  Onlar  indi  seytnot  vəziyyətdədir.  Ermənistan  tərəfi  ATƏT-in  Minsk  Qrupunun  təkliflərini  qəbul

etməmək  üçün  ağıllarına  nə  gəldi  ortaya  atır.  Amma  aydındır  ki,  heç  bir  nəticə  verməyəcək.  Azərbaycan

parlamentində  1905-ci  il  hadisələri,  1918-ci  ilin  soyqırımı,  1948-ci  ildə  soydaşlarımızın  dədə-baba  yurdlarından

qovulması, 1988-ci ildən üzü bəri olan hadisələr və Xocalı soyqırımı dəfələrlə müzakirə olunub. Belədə onları cəm

şəkildə  müzakirə  etməyə  ehtiyac  yoxdur.  Xocalı  soyqırımının  mahiyyəti  bir  başqadır,  31  mart  qırğınının  və  ya

1905-1906-cı  illər  hadisələrinin  mahiyyəti  bir  başqadır.  Sonuncu  deportasiya  məsələsi  bilavasitə  Ermənistanın

rəhbərliyi  altında  olubsa,  1905-1906-cı illər  hadisələri  Çar  Rusiyasının  ikibaşlı siyasətinin,  1918-ci  il  qırğını  isə

Lenin  və  Şaumyanın  baş  planının  bir  hissəsi  idi.  Onlar  Bakını  Rusiyaya  ilhaq  etmək  və  Azərbaycanın  qalan

ərazilərində  Ermənistan  dövləti  yaratmağı  düşünürdülər.  Bolşevizmin  siyasəti  nəticəsində  zaman-zaman

torpaqlarımız ermənilərə verildi". Onun fikrincə, indiyə kimi erməni soyqırımı ilə bağlı verilən fərman və qərarlar

kifayətdir:  "Erməni  özündən  bir  qondarma  təklif  irəli  sürürsə,  biz  də  onun  ardınca  gedib  qondarma  təklifi  irəli

sürmək cəhdində bulunmamalıyıq. 

     İstərdim  ki,  Xocalı  soyqırımı  ilə  bağlı  məsələ  Milli  Məclisdə  daha  geniş  şəkildə  müzakirə  olunsun  və

müraciətimizdən  sonra  bütün  dünya  parlament  və  ölkələrində  buna  hüquqi  və  siyasi  qiymət  verilsin.  Bizdə

problemli məsələ soyqırım və deportasiyaya siyasi və hüquqi qiymətin verilməməsidir. Hər şeyi öz adı ilə demək və

tələb  etməkdən  nədənsə  çəkinirik.  Məsələn,  nə  üçün  Köçəryanın  cinayət  məsuliyyətinə  cəlb  olunmasını

düşünmürük? Qorbaçov nədən Haaqa Məhkəməsinə verilmir? Belə bir konkretlik bizdə çatmır". 



   Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə

hazırlanıb 

Rüfət SULTAN.

 

Yüklə 132,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə