1.
iştirakçıların dəyər sistemlərinin antaqonizmi. Münaqişə
iştirakçılarının dəyər sistemlərinin antaqonizmi problemi ilə əlaqədar
olaraq, zəruri qeydlər etmək lazımdır. Burada dəyər dedikdə, o amillər
nəzərdə tutulur ki, onların qorunub saxlanması üçün insanlar
(cəmiyyət, ölkə) ta güc tətbiq edilməsinədək münaqişədə iştirak edə
bilər. Bu, suveren dövlətin öz ərazi bütövlüyünü, sosial-iqtisadi
dəyərlərin strukturunu, siyasi quruluşun əsasını və s. qoruyub
saxlamaq arzusundan irəli gələ bilər. Bu, cəmiyyətin dini, ideoloji və
digər dünyagörüşü səciyyəli dəyərləri, eləcə də, mədəni, etnik və dil
vəhdəti uğrunda ola bilər.
Cəmiyyət və dövlət üçün dəyər qismində, beynəlxalq siyasətdə
nüfuz, həmçinin regionda, qitədə, bütün dünyada baş verən siyasi və
digər proseslərin inkişafının gedişinə təsir səviyyəsi çıxış edə bilər.
Dəyər sistemlərinin antaqonizmi müxtəlif formalarda özünü biruzə
verir.
Məsələn, hər hansı bir dövlət güc yolu ilə xarici mühitin bir
hissəsinə öz dəyər sistemini - «yeganə düzgün», universal elan olunan
sosial-iqtisadi, siyasi, ideoloji və sair dəyərlər kompleksini şamil
etməyə cəhd etdikdə dəyər sistemlərinin antaqonizmi tez bir zamanda
yüksək intensivliyə malik münaqişəyə gətirib çıxarır. Güman ki, güc
tətbiq etməklə irimiqyaslı münaqişədə özünü büruzə verən bu cür
antaqonizmə İkinci dünya müharibəsini misal qöstərmək olar.
Şübhəsiz ki,bəşər tarixində ən böyük hərbi kataklizm olan bu
çoxölçülü müharibədə müxtəlif səbəblər üzündən onlarla dövlət və
milyonlarla insan iştirak etmişdi. Amma Dünya müharibəsinin
başlanmasının səbəblərindən biri o idi ki, müharibənin təşəbbüskarının
- faşist Almaniyasının - aşkar şəkildə reklam olunan məqsədi Avropa
qitəsində, uğur qazandıqda isə daha geniş miqyasda «yeni
qayda-qanun» yaratmaqdan ibarət idi.
Bu halda millətçilik dəyərlərinin təcavüzkarcasına və güc yolu
ilə təlqin olunması digər dövlətlərin hüquqi maraqlan ilə toqquşdu və
həmin derjavalar öz təhlükəsizliyinin, ictimai və iqtisadi quruluşu
əsaslarının, eləcə də digər dəyərlərinin (o cümlədən, ideoloji
dəyərlərinin) qorunub saxlanılması naminə münaqişəyə girdilər.
İkinci dünya müharibəsindən sonrakı dövr başqa bir misaldır.
Oyektiv şəkildə yaranmış qlobal
uzunmüddətli münaqişədə -
55