Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   23   24   25   26   27   28   29   30   ...   91

tərkib hissələrindən biri kimi siyasi münasibətlərin istər daxili, istərsə 
də, beynəlxalq sahəsindən ayrılmazdır. 
§2. Siyasi və silahlı münaqişələrin nisbəti 
Silahlı münaqişələrin iki əsas tipi mövcuddur. Birinci tip əsasən 
daxili  siyasi  mübarizə,  sosial-siyasi,  milli,  dini  və  s.  mənafelərin 
toqquşması  vasitəsi  kimi  silahlı  zorakılıqdan  istifadə  edilməsi  ilə 
bağlıdır.  Tarixdə  o,  vətəndaş  müharibələri,  üsyan  hərəkatları,  silahlı 
qiyam  və  çevrilişlərlə  təmsil  olunur.  Əfsanəvi  Babəkin  rəhbərliyi 
altında  azadlıq  müharibəsini  buna  misal  gətirmək  olar.  Belə 
müharibələr  və  silahlı  münaqişələr  üçün  qeyri-  nizami  hərbi 
birləşmələrin - partizan dəstələrinin, xalq qoşunlarının, özünümüdafiə 
dəstələrinin, döyüş drujinalannm, qeyri- dövlət təşkilatlarının və hətta 
ayrı-ayrı şəxslərin vəsaiti hesabına yaradılmış silahlı birliklərin iştirak 
etdiyi, aşağı intensivliyə malik döyüş əməliyyatları xarakterikdir. 
İkinci tip dövlətlərin, dövlətlərarası ittifaqların və hərbi- siyasi 
blokların  mənafelərinin  siyasi  toqquşması  ilə  şərtlənir.  Bu  tip 
müharibələri  və  silahlı  münaqişələri,  bir  qayda  olaraq,  bütövlükdə 
cəmiyyətin adından fəaliyyət göstərən dövlətin sərəncamına verməyə 
hazır  olduğu  silahlı  mübarizə  vasitələrinə  malik  nizami  ordular 
aparırlar. Müharibələrin və silahlı münaqişələrin bu tipinə 1991-ci ildə 
İran körfəzindəki hərbi əməliyyatlar, ABŞ başda olmaqla beynəlxalq 
koalisiyanın hal-hazırda İraqda apardığı müharibə və s. aiddir. 
Vurğulamaq vacibdir ki, sidahlı münaqişələrin göstərilən tipləri 
arasında  qəti  sərhəd  yo.xdur.  Vətəndaş  müharibələrinin  xarici 
dövlətlərin  müdaxiləsinə  aparıb  çıxardığı,  dövlətlər  arasındakı 
müharibələrin  isə  vətəndaşların  silahlanmasını  və  dövlət-  lərarası 
qarşudurmada  müvafiq  iştirak  formalarını  doğurduğu  çoxlu  misallar 
gətirmək olar. 
Silahların  daim  təkmilləşdirilməsi  nəticəsində  hərbi  gücün 
tətbiqinin forma və məqsədləri də dəyişmişdir. Nüvə və istilik- nüvə 
silahının  yaranması  və  yayılması,  nüvə  silahı  ilə  sürətlə  silahlanma 
dövlətlər  və  xalqlar  arasındakı  münasibətlərdə  ziddiyyətlərin  həlli 
üçün  müharibələrin  aparılması  haqqında  çoxillik  təcrübəni 
yekunlaşdıran «müharibə siyasi münasibətlərin başqa 
81 


vasitələrlə davamıdır» ifadəsinə düzəliş edilməsini şərtləndirir. Məşhur 
hərb nəzəriyyəçisi K.Klauzevitsin bu ifadəsi keçən əsrin ortalarından 
başlayaraq  həmişə  hamı  üçün  ümumi  və  şəksiz  əhəmiyyətə  malik 
həqiqət kimi nəzərdən keçirilə bilməz. 
Həm siyasət, həm də hərb elmi belə bir tezisi inandırıcı surətdə 
əsaslandırmışdır  ki,  dünya  nüvə  müharibəsi  kimi  bir  müharibə  növü 
dünyanın, hakimiyyətin, yaxud ehtiyatların yenidən bölüşdürülməsinə 
aparıb  çıxaran  rasional  siyasət  vasitəsi  deyildir,  çünki  bütövlükdə 
bəşəriyyətin məhvinə aparır. 
Bu fikri  irəli sürərkən, nəzərə  alınmalıdır ki,  birincisi, bu gün 
«kiçik», yəni lokal nüvə müharibəsinin «böyük» dünya müharibəsinə 
keçməsi kimi mütləq labüdlük mövcud deyildir, deməli, «kiçik» nüvə 
müharibəsi  təhlükəsi  də  mövcuddur.  İkincisi,  adi  silahın  və  nüvə 
silahının  yalnız  gücü  və  dağıdıcı  qüvvəsi  deyil,  həm  də  onların 
tətbiqinin  nəticələri  daim  yaxınlaşmaqdadır  ki,  bu  da  adi  silahlardan 
kütləvi  surətdə  istifadə  olunmasına  heç  də  maneçilik  törətmir. 
Üçüncüsü,  müharibə  özü  olmasa  da,  istənilən  müharibəyə  hazırlıq 
siyasət vasitəsi, siyasi münaqişə iştirakçıla- rımn qarşılarına qoyduqları 
məqsədlərə  çatma  aləti  olmuşdur,  olaraq  qalır  və  qalacaqdır. 
Dördüncüsü, tarixdən və müasir dövrdən məlum olan bir çox böyük və 
kiçik müharibələr heç də rasional siyasətlə şərtlənmir. Çox vaxt silahlı 
zorakılıqdan  istifadə  haqqında  siyasi  qərar  qəbul  edən  şəxslər 
emosiyaları, dini, süla- ləvi, yaxud millətçi meylləri rəhbər tuturlar. 
XXI  əsrin  ilk  illəri  ehtiyatlı  nikbinliklə  belə  bir  nəticəyə 
gəlməyə imkan verir: inkişaf etmiş dövlətlərin münasibətlərində hərbi 
gücün  bilavasitə  tətbiqinin  əhəmiyyəti  azalma  meylinə  malikdir. 
Bundan başqa, dünya səhnəsində müasir hərbi-strateji vəziyyət elədir 
ki,  məsələn,  terrordan  istifadə  edən  dövlətlərin  və  ictimai-siyasi 
hərəkatların  dəstəklənməsi  kimi  məqsədlərə  çatıl-  ması  üçün  hərbi 
gücdən istifadə beynəlxalq birliyin cavab reaksiyasını doğurur. 
Təəssüf  ki,  bu,  heç  də  siyasi  münaqişələrin  artıb  silahlı 
münaqişələrə keçmədiyini ifadə etmir. Əvvəlki tək dünyanın ayrı- ayrı 
regionlarında  hərbi  gücdən  siyasi  münaqişələrdə  fəal  surətdə  istifadə 
olunmaqdadır. 
Silahlı zorakılıqdan istifadə çox vaxt yeri doldurulmayan ziyan 
vurmaqla və insan həyatlarını aparmaqla münaqişəni kəs- 
82 


kinləşdirir və dərinləşdirir, əks  tərəflərin  motivləşməsini  qisas istəyi 
ilə  gücləndirir.  Buna  görə  də  belə  bir  asılılıq  yaranır:  «zorakılıq 
zorakılıq  doğurur».  Əksər  siyasi  münaqişələrdə  silahlı  zorakılıqdan 
istifadə gec-tez adekvat cavab doğurur. 
Lakin buradan həm də yeni bir ideya meydana çıxmışdır: hərbi 
gücdən  məhdud  və  tənzimlənən  istifadə.  Bu  ideya  belə  bir  ehtimala 
əsaslanır ki, münaqişənin kəskinliyini artırmaqla (yaxud azaltmaqla), 
gücdən  istifadə  olunmasına  qarşı  tərəfin  cavab  reaksiyasını  diqqətlə 
təhlil  etməklə  hətta  açıq  hərbi  əməliyyatlara  əl  atmadan  belə 
arzuolunan nəticələrə nail olmaq mümkündür. Bir qayda olaraq, silahh 
gücdən «siyasi istifadə» silahlı qüvvələrin səfərbərliyə alınması; digər 
münaqişə  tərəfi  üçün  maraq  doğuran  bölgədə  öz  bayrağının 
qaldırılması; açıq, yaxud gizli hərbi təhdid və s. kimi hərəkətləri ehtiva 
edir. Hərbi gücdən belə istifadə həm daxili, həm də beynəlxalq siyasi 
münaqişələrə  xasdır.  Bu  zaman  siyasətçilərin  düşündükləri  «güc 
nümayişi» çox vaxt hərbçilər tərəfindən onun məcburi surətdə əməli 
tətbiqi zərurətinə aparıb çıxarır. 
Bir  qayda  olaraq,  ölkənin,  millətin,  sosial  qrupun  beynəlxalq 
münaqişədə iştirakı onların daxili möhkəmliyinə, daxili münaqişələrin 
aradan  qalxmasına  səbəb  olur.  Çox  vaxt  bu  nəticə  sosial  birliyin 
qütbləşməsi  vasitəsilə  əldə  olunur:  o,  öz  tərəfinin  beynəlxalq 
münaqişədəki  fəaliyyətini  və  məqsədlərini  dəstəkləyən  və 
dəstəkləməyən  qütblərə  ayrılır.  Sonuncular  xarici  düşmənin  dolayı, 
yaxud hətta birbaşa dəstəkçisi kimi 
ÇLXIŞ 
etməklə, daxili düşmənlərə 
çevrilirlər.  Nəticədə  tədricən  beynəlxalq  münaqişənin  daxili 
münaqişəyə,  dövlətlər  arasında  müharibənin  isə  vətəndaş 
müharibəsinə çevrilməsi imkanı artır. 
Bu risk daxili siyasi şəraitin kəskinləşməsi ilə eyni vaxtda artır. 
Bununla  yanaşı,  beynəlxalq  münaqişənin  birləşdirici  funksiyasından 
öz  mənafeləri  naminə  istifadə  etmək  istəyi  hakimiyyətdə  olanların 
N.Makiavellinin  aşağıdakı  məsləhətini  rəhbər  tutmağa  bənzər 
davranışını  şərtləndirir:  «Müdrik  hökmdar  özü  də  şərait  imkan 
verdikdə  özünə  məharətlə  düşmənlər  yaratmalıdır  ki,  onlara  üstün 
gəlməklə daha böyük əzəmət kəsb etsin». 
Lakin tarixin təcrübəsi göstərir ki, «özünə düşmənlər yaratmaq 
müdrikliyi və məharəti» böhranlı vəziyyətdə köhnə ictimai quruluşu 
saxlamağa kömək etmir. Beynəlxalq siyasi münaqişə 
83 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə