sülh və sülh şəraitində birgə yaşayış iri və kiçik dövlətlər üçün eynidir.
Yaddan çıxartmaq lazım deyil ki, XX əsrdə başlayan hər iki
dünya müharibəsi iri dövlətlərin kiçik dövlətlərlə toqquşması
nəticəsində baş vermişdir. Tarix siyasi səhvləri bağışlamır və
başqalarına dərs verməyə çalışmaqdansa, onun verdiyi ibrət dərsi ilə
hesablaşmaq daha məntiqə uyğundur. Əlbət ki, hər hansı bir dövlətin
mənafeləri ola bilər. Və bu da təbiidir. Lakin onları sivil yolla, açıq və
gizli şantaj, təzyiqə əl atmadan diplomatik və digər kanallardan
istifadə edərək, həll etmək gərəkdir. Bir vaxtlar Vyetnamda olduğu
kimi, cənubluların da arxasında - amerikalılar, şimallıların arxasında -
sovetlər dururdu, iki super dövlətin silahları sınaqdan çıxır, əsasən isə
vyetnamlılar məhv olurdular. İndi Vyetnam vyetnamlılara məxsusdur,
hegomonluğa can atan gəlmələr isə öz evlərinə rədd olublar. Bu da
tarix üçün dərsdir. Milyonlarla vyetnamlı həlak oldu, lakin öz
şərəflərini və öz torpaqlarını qorudular. Belə faktlardan danışarkən, biz
indiki başabəla siyasətçiləri düşünülməmiş addımlardan çəkindirməyə
çalışırıq. Sülhü pozmaq asandır, çətin onu qorumaqdır. Bəs sonra?
Beynəlxalq təhlükəsizlik - mücərrəd anlayış deyildir. O, coğrafi
mövqeyindən, ərazisinin ölçülərindən, əhalisinin sayından, dünyadakı
mövqeyindən və s. asılı olmayaraq hər bir dövlətin milli təhlükəsizliyi
ilə təyin edilir. Beləliklə, beynəlxalq təhlükəsizlik barədə danışarkən
onu həcmli və boşluqda başa düşmək lazımdır. Bu nə deməkdir? İndiki
zamanda beynəlxalq təhlükəsizliyin taleyi birincisi, təsadüfi, nadir
konfliktlər, toqquşmalar, hadisələrdən, ikincisi geniş miqyaslı
dövlətlərarası ziddiyyətlər və hərbi toqquşmalardan asılıdır. Nəyi həll
etmək daha asandır? Fikirləşirik ki, adı çəkilən hadisələrin hər biri
özlüyündə eyni dərəcədə əhəmiyyətlidir, belə ki, hər ikisi dünya
konfliktinə səbəb ola, beynəlxalq şəraitin ağırlaşmasına gətirib çıxara
bilər. Bu halda hər iki amil lazımi diqqət və vaxtında həll olunmağı
tələb edir. Onların inkişafının gedişatı gecikdirilməsinə yol vermir.
Geosiyasi və təhlükəsizliyin konsepsiyası koordinal əhəmiyyət kəsb
edir. Hamı, ilkin növbədə iri dövlətlər tərəfindən sivil yanaşma tələb
edir.
H.Əliyevin dəfələrlə qeyd etdiyi kimi, toqquşma deyil, ümumi
təmas nöqtələrini axtarmaq gərəkdir.
238
Qafqaz xalqlarını tale qonşu etmişdir. Deməli, qonşunun
ərazisini ələ keçirmədən, ədavətsiz yaşamaq lazımdır. Qafqazda çox
şey bir-birinə qarışmışdır: millətlər, onların mədəniyyətləri, adətləri,
dinləri, ənənələri və sair. Digər tərəfdən hər hansı bir millət milli
sərhədləri çoxdan aşmışdır, bir çox həmyerlilər dövlət sərhədlərindən
kənarda yaşayırlar. Haqqa görə qeyd etmək gərəkdir ki, bu
Ermənistana aid deyil, burada yalnız ermənilər yaşayırlar.
Lakin Qafqazın sülh və əməkdaşlıq zonası olması üçün, ilk
növbədə, Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisindəki
konfliktlərin ocağını söndürmək lazımdır. İkincisi, «Qafqaz»
anlayışına daxil olan ölkələrin ərazi bütövlüyünü və suverenhyini
bərpa etmək lazımdır. Bunsuz dördlük ölkələri arasında iqtisadi
əməkdaşlığın mümkün olmadığını, Rusiyanın Təhlükəsizlik Şurasının
müavini ilə görüşündə H.Əliyev qeyd etmişdir.
Bu problemləri həll etdikdən sonra, gələcəkdə Türkiyə, İran,
Mərkəzi Asiya və Qafqaz ölkələrinin də cəlb ediləcəyi Qafqaz Ümumi
bazarını yaratmaq olardı.
Böyük
enerji,
mineral
ehtiyatlarının,
nəqliyyat
infrastrukturunun, Böyük ipək yolunun, telekommunikasiya və sairin
burada cəmləşdiyini nəzərə alaraq, xarici investorları bura cəlb etmək
olardi-
Biz Qafqazda inteqrasiya barəsində mücərrəd hal kimi deyil,
yuxanda və aşağıda olanların hamısını əhatə edən, üfüqi və şaquli
hərəkat kimi danışırıq. Bütün bunlar regionun dövlətləri, şəhərləri,
rayonları, elmi və istehsal mərkəzləri arasında elmi, iqtisadi, mədəni,
daha sonra isə siyasi əlaqələrin yaradılmasına imkan verəcəkdir.
Qarşılıqlı mənfəət, könüllülük, iqtisadi əməkdaşhq hər bir
xalqın və dövlətin bərabərliyi Qafqaz Ümumi bazarının hərəkətverici
qüvvələri ola bilərdi.
Belə tədbirlərin həyata keçirilməsi Qafqazda rüsumsuz və
vizasız zona yaradılmasına gətirib çıxarardı ki, burada bir növ
«Şengenov» beynəlxalq əməkdaşlıq zonası əmələ gələrdi.
Bu regionda yerləşən dövlətlərin əməkdaşlığı inkişafının
məntiqi inkişaf və rekonstruksiya Bankının yaradılmasına imkan
yaradardı. Bütün bunlar isə ümumi maliyyə vasitəsinin, ödəmə və
hesablama mexanizminin olmasına, iqtisadiyyatın, elmin, təh
239
silin, turizmin, nəqliyyatın və sairin birinci yerdə olan və perspektivin
sahələrinin maliyyələşdirilməsinə imkan verərdi. Bunu etməklə,
Qafqaz xalqları və dövlətləri müharibəni öz münasibətlərindən
biryolluq çıxardılar.
Birgə siyasət konfliktlərin təşəbbüskarlarına qarşı ümumi
mövqeyi tutmağa, gərginlik ocağım başlanğıcda söndürməyə imkan
yaradardı.
Belə halda məkr, dini və geostrateji maraqlar yox olardı. Belə
hallardan iri dövlətlər ümumi təhlükəsizlik naminə dar - milliyyət
maraqlarına əsaslana bilməzdilər. Nə nəzərdə tutulur? Birinci
beynəlxalq təhlükəsizlik yerli, təsadüfi konfliktlər, hadisələr və
toqquşmalardan, ikincisi iri miqyaslı dövlətlərarası ziddiyyətlərdən
asılıdır. Nə harada ağlabatandır? Fikirləşirik ki, adı çəkilən hadisələrin
hər biri özlüyündə eyni dərəcədə əhəmiyyətlidir belə ki, hər ikisi dünya
konfliktinə səbəb ola, beynəlxalq şəraitin ağırlaşmasına gətirib çıxara
bilərdi. Beləliklə, hər iki halda problemə dəqiq və operativ yanaşma
tələb olunur. Onların gedişatınm inkişafı vaxtında və təxirəsalınmaz
qərarlar tələb edir (Onların gedişatınm inkişafı vaxtında). Geosiyasi və
təhlükəsizliyin geosiyasi koordinal əhəmiyyət kəsb edir, hamının, ilkin
növbədə isə hadisələr burulğanında iştirak edənlərin və bilavasitə,
konfliktə cəlb olunanların sivil yanaşması tələb olunur.
Bəşəriyyət tarixindəki keçmiş müharibələrin təcrübəsi göstərir
ki, müharibəni başlayan uduzur və təcavüzkar dövlət tənəzzül edir,
mənəvi keyfiyyətlərini itirir. Digər tərəfdən təcavüz qurbanı güc
toplayn, müvəqqəti də olsa məğlubiyyətlərdən lazuni nəticələr çıxarır.
Çingizxanm, Makedoniyalı İsgəndərin, Qay Yuli Sezarm,
Napoleonun, Hitlerin son dərəcə heyrətləndirici, dövr təşkil edən
yürüşlərini, yaxın keçmişdəki ABŞ-ın Vyetnama, SSRİ-nin
Əfqanıstana hücumlarını yada salaq. Bütün bu hərbi səfərlər
səbəbkarların məğlubiyyəti ilə qurtarımşdır. Tarixin amansız qanunu
və insan cəmiyyəti inkişafının məntiqi belədir. Sülhü və sakitliyi
pozanlar müvəqqəti qəhrəmanların dəfnə çələngini alırlar, lakin şöhrət
tezötəndir. Bəşəriyyət isə öz növbəsində cəfalət və xarabalıq əldə edir.
Heç nə sizsiz keçmir. Hər kəs layiq olduğunu almalıdır. Və bunun
olmaması üçün, bu etapa gətirib çıxarmamağa dəyməz. Avantüra
fikrində olan fikrindən dönməlidir. Yarı yolda dayanmaq məğlubiyyət
deyil, dərk edilmiş zəru-
240
Dostları ilə paylaş: |