Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

təcrübə xətti üzrə müqayisə. 
İştirakçıların cəhətlərinin fərqlənməsi münaqişənin gedişinə və 
onun əsas xüsusiyyətlərinə birbaşa təsir göstərə bilər. Məsələn, nəhəng 
dövlətlər  arasındakı  münaqişə,  bir  qayda  olaraq,  uzun  tarixi  zaman 
kəsiyində inkişaf edir, kəskin münaqişələrlə müşayiət oluna və hətta 
müharibəyə  çevrilə  bilər.  Təbii  ki,  iri  dövlətlər,  qeyri-rəsmi 
beynəlxalq-siyasi  iyerarxiyada  daha  aşağı  sinfə  mənsub  dövlətlərə 
nisbətən,  öz  gücü  hesabına  münaqişələrdə  daha  çoxlu  sayda 
məqsədlərə nail olma üsullarından istifadə edirlər. 
Nəhəng  dövlət  ilə  ondan  gücsüz  dövlət  arasında  münaqişənin 
inkişafı başqa cür  görünə bilər. O, bir qayda olaraq, sürətlə  cərəyan 
edir,  burada  daha  güclünün  qələbəsini  ehtimal  etmək  daha  asandır. 
Silahlı  qüvvələrin  tətbiqi  ilə  aparılan  bu  cür  münaqişə  1982-ci  ildə 
İngiltərə  ilə  Argentina  arasında  Folklend  adalarının  mənsubiyyət 
məsələsinə  görə  baş  vermişdi  və  bu  münaqişədə  Argentina  məğlub 
olmuşdu. 
Təxminən  bərabər  gücə  malik  olan  və  münaqişədə  təxminən 
eyni  məqsədlər  güdən  münaqişələr  daha  başqa  növə  malikdir.  Buna 
misal olaraq, «regional lider» (və yə hətta hegemon) statusuna iddialı 
olan iki qonşu dövlətin toqquşmasını göstərmək olar. Daha bir parlaq 
misal, 1979-1989-cu illərdə İranla İraq arasında aparılan müharibədir. 
Başqa  sözlə,  münaqişənin  strukturunun  və  onun  iştirakçılarının 
xüsusiyyətlərinin  nəzərdən  keçirilməsi  münaqişənin  inkişafının 
potensial  gedişinin,  onun  zaman  və  digər  xüsusiyyətlərinin 
müəyyənləşdirilməsi üçün vacib şərt olmalıdır. 
Münaqişənin təsviri və analizi üçün əsas parametrlərin ayrılması 
xətti  ilə  irəliləyərək  biz  qarşılıqlı  əlaqədə  olan  iki  problemə  - 
münaqişənin  motivləşdirilməsinə  və  «münaqişə  obyektlərinin» 
xarakterinə,  yəni  obyektiv  şəkildə  münaqişəli  əlaqənin  mərkəzində 
olan  və  bir  qayda  olaraq  iştirakçılar  tərəfindən  olduğu  kimi  qəbul 
edilən süjetlərə yaxınlaşırıq. 
Münaqişənin  motivləşdirilməsi  problemi.  Əgər  münaqişənin, 
tərəflərin  maraq  və  məqsədlərinin  fərqlənməsi  və  ya  açıq-aşkar 
üst-üstə  düşməməsi  üzündən  baş  verdiyini  ehtimal  etsək,  o  zaman 
konkret  bir  münaqişənin  iri  mənbələri  kimi  ümumi  planda 
formullaşdınlmış aşağıdakı adlandırıla bilər. 
54 


1.
 
iştirakçıların  dəyər  sistemlərinin  antaqonizmi.  Münaqişə 
iştirakçılarının dəyər sistemlərinin antaqonizmi problemi ilə əlaqədar 
olaraq, zəruri qeydlər etmək lazımdır. Burada dəyər dedikdə, o amillər 
nəzərdə  tutulur  ki,  onların  qorunub  saxlanması  üçün  insanlar 
(cəmiyyət,  ölkə)  ta  güc  tətbiq  edilməsinədək  münaqişədə  iştirak  edə 
bilər.  Bu,  suveren  dövlətin  öz  ərazi  bütövlüyünü,  sosial-iqtisadi 
dəyərlərin  strukturunu,  siyasi  quruluşun  əsasını  və  s.  qoruyub 
saxlamaq arzusundan irəli gələ bilər. Bu, cəmiyyətin dini, ideoloji və 
digər dünyagörüşü səciyyəli dəyərləri, eləcə də, mədəni, etnik və dil 
vəhdəti uğrunda ola bilər. 
Cəmiyyət və dövlət üçün dəyər qismində, beynəlxalq siyasətdə 
nüfuz, həmçinin regionda, qitədə, bütün dünyada baş verən siyasi və 
digər  proseslərin  inkişafının  gedişinə  təsir  səviyyəsi  çıxış  edə  bilər. 
Dəyər  sistemlərinin  antaqonizmi  müxtəlif  formalarda  özünü  biruzə 
verir. 
Məsələn,  hər  hansı  bir  dövlət  güc  yolu  ilə  xarici  mühitin  bir 
hissəsinə öz dəyər sistemini - «yeganə düzgün», universal elan olunan 
sosial-iqtisadi,  siyasi,  ideoloji  və  sair  dəyərlər  kompleksini  şamil 
etməyə cəhd etdikdə dəyər sistemlərinin antaqonizmi tez bir zamanda 
yüksək intensivliyə malik münaqişəyə gətirib çıxarır. Güman ki, güc 
tətbiq  etməklə  irimiqyaslı  münaqişədə  özünü  büruzə  verən  bu  cür 
antaqonizmə  İkinci  dünya  müharibəsini  misal  qöstərmək  olar. 
Şübhəsiz  ki,bəşər  tarixində  ən  böyük  hərbi  kataklizm  olan  bu 
çoxölçülü  müharibədə  müxtəlif  səbəblər  üzündən  onlarla  dövlət  və 
milyonlarla  insan  iştirak  etmişdi.  Amma  Dünya  müharibəsinin 
başlanmasının səbəblərindən biri o idi ki, müharibənin təşəbbüskarının 
- faşist Almaniyasının - aşkar şəkildə reklam olunan məqsədi Avropa 
qitəsində,  uğur  qazandıqda  isə  daha  geniş  miqyasda  «yeni 
qayda-qanun» yaratmaqdan ibarət idi. 
Bu halda millətçilik dəyərlərinin təcavüzkarcasına və güc yolu 
ilə təlqin olunması digər dövlətlərin hüquqi maraqlan ilə toqquşdu və 
həmin  derjavalar  öz  təhlükəsizliyinin,  ictimai  və  iqtisadi  quruluşu 
əsaslarının,  eləcə  də  digər  dəyərlərinin  (o  cümlədən,  ideoloji 
dəyərlərinin) qorunub saxlanılması naminə münaqişəyə girdilər. 
İkinci  dünya  müharibəsindən  sonrakı  dövr  başqa  bir  misaldır. 
Oyektiv şəkildə yaranmış qlobal uzunmüddətli münaqişədə - 
55 


ABŞ-la  SSRİ-nin  başçılıq  etdiyi  birləşmələr  arasındakı  «soyuq 
müharibədə» rəqiblərin birbaşa toqquşması baş vermədi. Münaqişənin 
əsaslandırılması və ritorik şəkildə izahı nöqteyi-nəzərindən burada ön 
plana 
kommunist 
doktrinasının  sovet  versiyası  və  «qərb 
sivilizasiyasının» ideoloji dəyərləri çıxdı. Hər iki dəyər sistemi onların 
daşıyıcıları  (dövlətlər)  tərəfindən  qlobal  miqyasda  universal  elan 
olundular.  Həmin  dəyərlərin  bütün  dünyada  yayılması  prosesində 
nəhəng derjavaların toqquşması da (çox vaxt) açıq-açığına güc tətbiqi 
ilə olmasa da, bu səbəbdən baş verir. 
2.
 
Dövlətlərin  «arzuolunan  gələcək»  yaratmaq,  yaxud 
bütünlüklə  beynəlxalq  aləmlər  və  qismən  bilavasitə  opponentlə 
münasibətlərdə «arzuolunmayan gələcəkdən» qaçmaq cəhdləri. 
Dövlətin funksional əlamətləri ilə əlaqədar olaraq, bu məqamı 
qeyd etmək xüsusilə zəruridir. Dövlətin özü üçün əlverişli xarici mühit 
yaratmaq  haqqında  obyektiv  arzusu  beynəlxalq  arenada  konkret 
fəaliyyəti  nəzərdə  tutur.  Bu  strateji  cəhətdən  mühüm  regionlarda 
qonşularla  və  ya  dövlətlərlə  hərbi-siyasi  ittifaqı  yaratmaq  cəhdi  ola 
bilər. Məsələn, 1930-cu illərdə millətçi Almaniya Avropanın bir sıra 
kiçik  ölkələrinə  onlar  üçün  sərfəli  müttəfiqlik  münasibətləri  təklif 
etməklə ümumavropa kollektiv təhlükəsizlik sisteminin yaradılmasına 
yol  verməmək  üçün  ciddi  səy  göstərdi.  Bu  mərhələdə  Almaniyanın 
məqsədi  aydın  idi  -  o,  dünya  müharibəsinə  hazırlıq  üçün  əlverişli 
mühit yaratmaq, ingilis-fransız koalisiyası yaratmaq, eləcə də Avropa 
və  qlobal  miqyaslı  uzunmüddətli  vəzifələrin  yerinə  yetirilməsi 
istiqamətində hərəkət etmək niyyətində idi. 
Məsələnin digər tərəfi «arzuolunmaz gələcəkdən» qaçmaq idi. 
Bu mənada dövlət, öz maraqlarına eventual təhlükənin zəif- lənməsinə 
yönələn əməliyyatlar həyata keçirə bilər. Buna misal olaraq potensial 
münaqişədə  təhlükəli  rəqiblə  müqavilələrin  bağlanmasını  göstərmək 
olar  -  bu  müqavilələr  təhlükəsizliyin  möhkəmləndirilməsi  və  digər 
tədbirlərin görülməsi üçün vaxt qazandırır. Bu kimi aktlara məsələn, 
hücüm etməmək haqqında 5 illik sovet-yapon sazişini (Moskva, aprel, 
1941-ci il), mübahisələrin sülh yolu ilə həlli haqqında Almaniya-Polşa 
müqaviləsini (Berlin, yanvar, 1934-cü il) və s. göstərmək olar. 
Bəzən  dövlətlərin  davranışının  motivləşdirilməsinin  bu  növü 
«preventiv münaqişənin» inisiasiyasına gətirib çıxara bilər ki, 
56 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə