ci Mühazirə/Lecture a yunanlar. Elmi məktəblər



Yüklə 85,56 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü85,56 Kb.
#11882
növüMühazirə


2-ci Mühazirə/Lecture 2

A

   Yunanlar. Elmi məktəblər

Avropanın cənub-şərqində, Ege sahillərində və Kiçik Asiyanın (Asia Minor) 

qərb (Ege) sahillərinə İoniya, Doria və Aeoliya adlı üç yunan tayfası köç edib 

məskən saldılar. Yunan şəhərlərini/polislərini müəyyən kollektiv (xalqın, daha 

doğrusu kübarların) idarəetməsi olan, hökmdarların hökmünün mütləq 

olmadığı kiçik dövlətlər adlandırmaq olar. Dənizçlik və ticarətdə finikiyalılar 

zəiflədi, onların yerini yunanlar tutdu. Yunanlar, belə görünür ki,  

finikiyalılardan yazı sistemini-əlifbanı da mənimsədilər; finikiyalıların 

samitlərdən ibarət hərflərinə saitlər əlavə etdilər. Ümumiyyətlə, əlifbanın 

Misir-Babilistan arası bir yerdə yarandığını güman etmək olar (başqa variant 

gözə dəymir, daha doğrusu, ağla gəlmir). Şəhərlər liman və ticarət 

mərkəzlərinə çevrildilər. Bir şəhərdə işi düz getməyən, hokmdarın və ya güclü 

bir dəstənin qəzəbinə keçən ağıllı adam başqa yunan şəhərinə gedə bilirdi 

(Renessans və sonrakı dövr Avropasında olduğu kimi). Mərkəzləşmiş avtoritar 

dövlətlərdə bu mümkün olmur. Yunan dini insanların həyat tərzini özündə əks 

etdirən bir din idi, ehkamçı deyildi. Bu dində tanrılar güclü olsalar da, insanlar 

onlarla razılaşmaya bilir, mübarizə edirlər (İbrahimi dinlərlə müqayisədə 

yunanların Tanrılar panteonunda demokratiyaya yer verilirdi – belə demək 

mümkündür.

Kiçik Asiya sahillərində və İtaliyanın cənubunda məskən salan yunanlar əsasən

azad insanlar idilər, mədəniyyət və texniki inkişafda digər yunan məskənlərini 

qabaqlayırdılar. Misirdə və qismən də Babilistanda intellektual həyat əsasən 

kahinlərin əlində cəmləşmişdi. Orada əhalinin əsas hissəsi kəndlilər idi, 

suvarma sistemi inkişaf etmişdi, hakimiyyət güclü mərkəzdə cəmləşmişdi. 

Yunanlarda isə elm əsasən dünyəvi xarakter daşıyırdı. 

Qədim dövr əsərlərin böyük əksəriyyəti bizə gəlib çatmayıb. Aristotelin (və 

bəzi digər filosofların) əsərlərində əvvəlki dövr alim və filosoflardan söhbət 

açılsa da, onlar tam deyil və Aristotel onlardan “öz nüfuzunu möhkəmlətmək 

üçün istifadə edirdi və onun məlumatları nadir hallarda tam obyektiv idi” 

(A.Pannekuk, səh. 108).

Mərkəzdə yer tutan İoniya (şimalda Aeollia, cənubda Doria) öz zəka qüdrəti ilə

seçilirdi. Yunanıstanda mitosdan (Homer, Hesiod) loqosa keçid (ilk filosoflar) 

baş verdi. Homer möcüzə deyil, mif şairi idi. Hesiod filosof deyildi, amma 

fəlsəfi düşüncə sahibi idi! İlk Yunan olimpiadası (-776) Homer-Hesiod dövrünə

yaxın bir vaxtda baş tutdu – belə demək mümkündür; Homerin nə vaxt 

yaşadığı mübahisəlidir, daha çox “-8”-ci və “-7”- ci əsrlər deyilir, daha əvvəl 

tam istisna olunmur, Hesiod haqqında “-8”-_ci əsrin ikinci yarısı və “-7”-ci 

əsrin birinci yarısı tarixi üzərində durulur. İlk filosoflar (Fales, Anaksimandr, 



Anaksimen,Pifaqor) İoniyalı (ilk üçü Miletus`lu, sonuncu-Samoslu) idi, 

“tarixin atası” Herodotus Dorianlı (Halikarnas, indiki Bodrum, Türkiyə) olsa 

da, kitabını İoniya ləhcəsində yazmışdı. Fales suyu, Anaksimen havanı əsas 

element (hər şey əsas elementdən alınır) sayırdılar. Ünsür/element sözünü ilk 

dəfə Platonun işlətdiyi güman olunur.Kainatın quruluşu, bilik və hisslərin 

məhdudluğu barədə mülahizələr söyləyən İoniya filosofları daha genişəhatəli 

və daha dərin klassik yunan fəlsəfəsinə və elminə yol açdılar. Fales və Pifaqor 

“ilk” filosof-riyaziyyatçılar sayılırlar, yunan ənənəsi bunu deyir. Lakin Fales və

Pifaqordan əsərlər qalmayıb (“ilk” şairlərdən-Homer və Hesiod`dan fərqli 

olaraq!). Fales və Pifaqora aid edilən riyazi nəticələrin və fəlsəfi ifadələrin 

məhz onlara məxsus olduğunu sübut edilmir, ikinci halda sanki 

“Pifaqorçular”ın müəlliflik haqqı Pifaqordan az deyil (Aristotel`in fikri də 

buna yaxındır). 

Kiçik Asiyadakı şəhərlər arasında Miletus həm iqtisadi-siyasi (onlar Qara 

dəniz, Kiçik Asiyanın qərb sahilləri, Yunanıstanla Qara dəniz arası/Hellespont 

və Nil sahillərində koloniyalar qurdular), həm də elmi cəhətdən birinci oldu 

(Miletus- İoniya-Kiçik Asiya Məktəbi). Miletuslu  filosofları Aristotel 

fiziklər (fizikoi/physikoi) adlandırırdı (yəni təbiətşünas!), onlar təbiəti fövqəl 

olmayan vasitələrlə öyrənirdilər, dini olmayan (elmi) baxışlar ortaya atırdılar. 

Pifaqordan sonra Cənubi İoniya Məktəbivə ya Magna Graecia 



Məktəbiadlandıra biləcəyimiz digər filosoflar –Ksenofan (Xenophanes), 

metafizik məntiqin əsasını qoyanParmenid və Zeno, həmçinin Empedokles 

İtaliyanın cənubunda və Siciliya adasında (yunanların məskən saldıqları Böyük

Yunanıstanda/Magna Graecia`da)fəaliyyət göstərirdilər

Onlar xüsusi halda 



hərəkətin nə olduğunu, bu barədə paradoksları araşdırır, təbiətlə təmasda 

hisslərin rolunu anlamağa çalışırdılar. 

Milet-İoniya məktəbinin son böyük nümayəndəsi sayılan filosof/fizik 

Anaksaqoras (Clazomenae şəhərindən) Afinaya gələn (20 yaşında) və orada 

fəaliyyət göstərən ilk məşhur filosof sayılır. Milet yunan dünyasının ən şərqi 

idi, Şərqlə (Misir, İkiçayarası,...) təması ən güclü olan bölgəsi idi; Şərqin şəfəqi

bura tez çatırdı. Yunanlar elmi başlamadılar, onlar elmə deduktiv güc verdilər, 

sistemli elmi metod yaratdılar, bəzəkli və cazibəli mif dünyasını mücərrəd 

fəlsəfi düşüncə (fəlsəfi spekulyasiya) və elmi düşüncə ilə əvəz edib fəlsəfi və 

riyazi sistemlər qurdular. 

Yunanlar da Misirlilər və Mesopotamiyalılar kimi ədədləri yazı sistemi ilə, bu 

halda öz əlifbaları ilə ifadə edirdilər. Əvvəlcə 1, 2, 3 və 4 rəqəmləri uyğun 

sayda vertikal xətlərlə, 5 rəqəmi Π və ya Γ hərfi ilə, 6, 7 (Γ I I), 8 və 9 hərfinin 

yanında (sağ tərəfində uyğun sayda vertikal xətlərlə ifadə edilirdi. 10, 100, 

1000, 10000 üçün də xüsusi hərflər istifadə olunurdu. 50 rəqəmi Γ və onun 

altında 10-u göstərən (kiçik ölçüdə) işarə ilə göstərilirdi (yəni 50 = 5 ∙10). 500, 




5000 və 50000 bənzər şəkildə ifadə edilirdi. Buna Attik rəqəm-işarə sistemi 

deyilir. Roma rəqəmləri bənzər ideya üzərində qurulmuşdu. Hardasa “-3” -cü 

əsrdə tamamilə əlifba üzərində qurulan yeni bir rəqəm-işarə sistemi meydana 

çıxıb hakimiyyəti ələ aldı; buna İonia işarələmə sistemi deyilir (bu sistem daha 

əvvəl mövcud olsa da, o vaxt əsasən Attik sistem işlədilirdi). 1-dən 9-a kimi 

rəqəmləri, onluqları (10,...,90) və yüzlükləri (100,...,900) ifadə etmək üçün 27 

hərfə ehtiyac yaranır (digər rəqəmlər bu daxil olunanların vasitəsilə ifadə edilə 

bilir). Yunan əlifbasında cəmi 24 hərf vardı, lazım olan daha üç işarə üçün 

köhnədən mövcud olub əvəz olunan əlifbanın üç hərfindən istifadə olundu (6, 

90 və 900 rəqəmləri üçün). 1-dən başlayıb bir-bir artan rəqəmləri işarə edən 

hərflər əlifba sırasına əsasən seçilmişdi (1, 2, 3, 4,...üçün uyğun olaraq Α, Β, Γ, 

Δ,...; 700, 800, 900 üçün uyğun olaraq Χ, Ψ, Ω işlənilirdi). Minliklər üçün 

(1000,...,9000) üçün 1,...,9-u ifadə edən hərflərin yanına (əsasən sol aşağı 

küncünə) bir cizgi/ştrix qoyulurdu, 10000-dən böyük rəqəmləri ifadə etmək 

üçün 10000-dən əvvəl gələnlərin sağına bir nöqtə qoyub nöqtənin sağına təbii 

düzülüşdə sonrakı hərflər yazılırdı. Əvvəllər yunan yazısı ancaq baş hərflərdən 

ibarətdi, sonralar kiçik hərflər də daxil edildikdə, İonia rəqəm-işarə sistemi də 

kiçik hərflərlə ifadə olundu. Məsələn, 333 ədədi İonia sistemindəbelə yazılır: 

τλγ (γ=3, λ=30,τ=300).  

B.    İlk yunan (Miletli) fizik-filosoflar

Pifaqor və onun yaşca böyük müasiri, yunanların ilk filosofu və elm adamı 

sayılan Miletli Fales (t.“-624”- t.“-546”) Misir və Babilistana uzunmüddətli 

səfərlər etmiş, oralarda (xüsusilə Misirdə) yaşamış, oradan Yunanıstana elm və 

bilik (və mistik görüşlər) gətirmişlər (Falesin Misirə getməsi və həndəsi 

teoremlərinin olması haqqında Eudemos məlumat vermişdir). Fales 

həndəsəsinin, demək olar ki, tamamilə Misir həndəsəsi olduğu fikri 

mütəxəssislər tərəfindən qəbul edilib. Ənənəyə görə Fales`in dairə və üçbucaq 

haqqında bəzi teoremləri olub və ya o, Misirdən gətirdiyi riyazi xassələri 

deduktiv yolla isbat etməyə çalışıb. Deduktuv riyazi üsulun tətbiqi xeyli 

sonralara (təqribən iki əsr sonraya) aid olduğu üçün “Fales teoremləri” 

haqqında fikirlər folklora yaxın sayıla bilərlər. Fales`in siyasətlə məşğul 

olduğu, iş adamı kimi fəaliyyət göstərdiyivə dövlət xadimi olması haqqında 

rəvayətlər mövcuddur. Fales haqqında əfsanə olmayan doğru məlumat yox 

dərəcəsindədir. Diqqətə layiq məlumat Falesin Midiya və Lidiya arasındakı 

savaş zamanı günəş tutulmasını (“Ay Günəşlə Yerin arasına girdi”) öncədən 

xəbər verməsidir. “-585”-ci il 28 mayda baş verən bu hadisə (Herodot: “gündüz

gecəyə döndü”), deyilənə görə,  Falesin məşhurlaşmasına səbəb olmuşdu 

(savaşan tərəflər qorxub sülh sazişi bağlamışdılar!). Falesin bu Günəş 

tutulmasını doğrudan da öncədən xəbər verə bilməsi çox da ağlabatan deyil. 

Bəziləri Falesin Babilistan astronomiyasından bəhrələnərək Günəş tutulmasını 



öncədən xəbər verə biləcəyini deyirlər. “O (Fales) nəyin çətin olduğunu 

soruşana “özünü tanımaq”, nəyin asan olduğunu soruşana isə “başqasına ağıl 

vermək”deyə cavab vermişdir (L. Diogenes). Falesin fəlsəfi-elmi fikri hər 

şeyin sudan yarandığını (Kainatın “arxe”si/kökü/cövhəri/ana maddəsi sudur) 

söyləməsidir; üstəlik, dünya suyun üzərində üzür (Aristotel). Buna bənzər 

fikirlərə Mesopotamiya və yunan mifologiyalarında da rast gəlinir.  Fales 7 

müdriklərdən biri (birincisi) idi; bu müdriklərin içində Afina qanunlarının 

müəllifi sayılan Solon da vardı. “Fales zamanından uzaqlaşdıqca, qədim 

müəlliflər daha səxavətlə onun ayağına riyazi və astronomik kəşflər 

yazıblar”

(O. Neugebauer, səh. 144).

Milet-Kiçik Asiya məktəbinin Falesdən sonrakı (və Falesin yaşca kiçik dostu 

və tələbəsi) “fizik”i Miletli Anaksimandros(“-610”-“-547”)olub. Ənənəyə 

görə Anaksimandr şifahi söhbətlərlə kifayətlənməyən, yazan ilk məlum filosof 

sayılır. İlk məlum dünya (ecumenos) xəritəsinin müəllifi olub (ənənəyə görə). 

(Miletli Hekateus daha geniş və dəqiq məlum dünya xəritəsinin müəllifi 

sayılır; o, öz xəritəsinə bəzi ölkə və bölgələr haqqında bilikləri də əlavə 

edibmiş). Xəritədə bir qapalı iç su, yəni Aralıq dənizi, onun ətrafında torpaq, 

yəni yunanlara məlum olan Avropa, Afrika və Asiya bölgələri və torpağı hər 

tərəfdən əhatə edən su, yəni okean göstərilibmiş. Anaksimandr başlanğıc təməl

maddəni, arxe`ni apeiron (kəmiyyətcə sərhədsiz, hüdudsuz, keyfiyyətcə qeyri-

müəyyən demək olduğu güman edilir) adlandırmışdı (yəni heç bir xüsusi 

keyfiyyətə malik olmayan universal maddə?!). Apeiron daimi hərəkətdədir və 

bu zaman  bir haldan digərinə keçə bilir. Apeyrondan iki əkslik – isti və soyuq, 

onların təmasından isə su əmələ gəldi. Suyun quruması od, torpaq və havanın 

əmələ gəlməsinə səbəb oldu. Anaksimander kainatda bir-birinə zidd olan şeylər

arasında mübarizə getdiyinə işarə vurmuş, dünya haqqında fikirlərində 

tanrılara xüsusi yer ayırmamışdır. O, çox mühüm fikir ortaya atdı: göy qübbəsi 

çox böyük, yer müstəvisi isə kiçikdir. Buna görə yerin kənarları-üfüq göyə 

dirənmir, hava ilə əhatə olunmuş Yer fəzada sərbəst asılmışdır (yəni yerin 

altında da başımızın üstündəki göy qübbəsinə bənzər şey var). Yer silindrik  

şəkildədir (hündürlüyü enindən üç dəfə kiçik), üstəlik, Göy qübbəsinin hər 

nöqtəsindən

 (

bütün səma cisimlərindən) eyni uzaqlıqdadır, nə aşağı, nə yuxarı 



uça bilməz və dünyanın mərkəzində “müvazinətdədir”. Bununla dünyanın da 

sferik şəkildə olduğu irəli sürüldü. Bu, Falesdən xeyli irəliyə getməkdir; bu 

halda Günəşin qərbdə batıb şərqdən çıxmasını da izah etmək olurdu: Günəş 

qərbdən silindrin altından keçməklə şərqə gəlir. Kainatın mərkəzində duran 

“Yerin hərəkət etməst üçün bir əsas yoxdur” (Aristotel bu fikirlərə etirazını 

maraqlı bir bənzətmə ilə bildirir: bir adam bütün yeməklərin ondan eyni 

məsafədə olduğunu görüb yerindən tərpənməyə əsas görmədiyi üçün acından 

ölməli imiş. De Caelo. Bax: “Buridan eşşəyi” ideyası Aristoteldə 

varmış!).Anaksimander`ə görə əvvəllər torpağın üzəri su ilə örtülü imiş. Həyat 



suda başlayıb, sonra torpaq üzərinə çıxıb. O, canlıların təkamülü haqqında 

fikirlər söyləyib, “İnsan ilk əvvəl indiki kimi olsaydı, o heç vaxt sağ qalmaz, 

yaşaya bilməzdi” (Plutarx). Buna bənzər görüşlər (balıq-insanlar, 

amfibiyalar!?) qədim Babillərdə də olub, Anaksimander`in onlardan öyrənə 

biləcəyi istisna olunmur. Anaksimander`in bəzi astronomik hesablamalara baş 

vurduğu deyilir. Neugebauer`in “Yerin sferik şəklinin kəşfi səmanın sferik 

olması və səma cisimlərinin dairəvi hərəkəti fikrinə gətirib çıxarmalı idi” fikri 

(N. səh. 154)

, zənnimcə, doğru deyil, səma cisimlərinin dairəvi hərəkət 

etdiklərini müşahidə etmək sanki daha sadə və aydın görünür, Yerin kürə şəkilli

olması isə “sağlam düşüncə”nin nəticəsi kimi alınmır. Anaksimandr Kainatın 

sferik şəkildə olduğuna gəlib çıxmış, lakin Yerin silindrik şəkilli olduğunu 

düşünürdü. 

Anaksimen (“-585”-“-528” ) Anaksimanderin dostu və tələbəsi sayılır. O, hər 

şeyin havadan əmələ gəldiyini söyləyirdi; od, külək, bulud, su, torpaq və daş, 

ümumiyyətlə hər şey isti və soyuq havanın müxtəlif sıxlıq və seyrəkliyi, 

kondensə olunması nəticəsidir (sıxlaşan hava soyuq, seyrəkləşən hava isti 

əmələ gətirir; su və torpaq havanın sıxlaşması, od-alov havanın 

seyrəkləşəməsinə borcludur). Burada kəmiyyətin keyfiyyətə keçməsi fikrini 

görmək mümkündür! Onun səma haqqında təsəvvürləri də çox sadəlövh idi 

(bugünün baxımından). Anaksimen Yeri düz, müstəvi, “havada bir yarpaq kimi

üzən”şəkildə təsəvvür edirdi (Anaksimander`ə görə geriləmə). Ruh insanı 

saxlayan kimi hava və nəfəs də dünyanı əhatə edir. Hava özü (təbii halda) 

görünmür, ancaq hərəkət, nəm, soyuq və isti onu görünən edir. O, hərəkəti 

əbədi sayır və dəyişmələrin səbəbi olduğunu deyirdi. Anaksimandr və 

Anaksimenin sadəlövh fizikası Miletli Falesə aid edilən kəşflərə qarşı təbii 

olaraq şübhə doğurur. Lakin Anaksimen`i planetlərlə digər ulduzlar arasında 

fərqi görən ilk yunan filosofu sayanlar var. Anaksimen in maraqlı fikri qeyd 

olunmalıdır: Günəş öz işığına malikdir, Ay və bir çox digər səma cisimləri 

Günəş işığını əks etdirməklə işıqlı görünürlər. Anaksimander`in poetik, 

Anaksimen`in bəlağətdən kənar sadə yazı üslubu olduğu deyilir (L. Diogenes).

Hava və suyun dəyişməsi göz qabağında olduğu halda, torpağın dəyişkənliyi 

görünmür; yəqin bu səbəbdən ilk filosoflar torpağı ilk maddə kimi 

götürməyiblər.

C.   Heraklit

Sonrakı nəsildən Heraklit/Herakleitos (?”-540”-“-480“) Miletusdan bir az 

şimalda-Efesus`da doğulmuşdu. Odu/Atəşi - ən dinamik maddəni əsas element 

sayan, Heraklit “bu dünyanı tanrılar və insanlardan heç biri yaratmamışdır; o 

hər zaman od/atəş olmuşdur, indi atəşdir və hər zaman atəş olaraq qalacaqdır” 

deyir (“Kosmosu heç bir Allah və ya insan yaratmayıb, o, həmişə gah 




alovlanan gah da sönən əbədi canlı od olub. Belədir və belə də olacaq”). Yanan

şeylər dəyişir (yanıb alov olur), yandıran alov özü isə dəyişmir! Əksliklərin 

mübarizəsi dünyanın ahəngini müəyyən edir. Heraklit həm də dialektikanın 

banilərindən biri sayılır; “hər şey axır və hərəkət edir, dayanan heç nə yoxdur”,

“eyni çaya heç vaxt iki dəfə girmək mümkün deyil” (“çünki... su o su deyil, 

dəyişib, hər zaman yeni sular gəlir”). Platona görə eyni çaya heç bir dəfə də 

girilməz, çünki hər şey hər an dəyişir, eyni olan heç nə yoxdur. Heraklit 

arasıkəsilməz dəyişmənin dünyada hakim olduğunu, əsas prinsip olduğunu irəli

sürürdü. Təbiətdəki nisbi qərarlılığı (dünyanın ahəngini), görünən sifətini o, 

əksliklərin mübarizəsi, əks qüvvələrin tarazlılığı (müvazinəti, balansı) və bu 

mənada əksliklərin vəhdəti ilə izah edirdi. “Savaş hər şeyin atası və 

hökmdarıdır. O, bəzilərini Tanrı, bəzilərini insan edər, bəzilərini kölə, bəzilərini

azad edər”. Anaksimander`ə görə əksliklərin savaşi haqsızlıqdır, Heraklitə görə

isə əksinə, haqqın və ədalətin özüdür, “hər şey savaşla doğulub savaşlaortadan 

qalxar”. “İnsanların arzu etdikləri hər şeyi əldə etmələri yaxşı deyil”. Gerçəyi, 

ətrafı hər zaman görməyə çalışmaq lazımdır, “təbiət gizlənməyi sevir”, “oyaq 

olanların dünyası ortaqdır, amma yatanların hər biri öz dünyalarına dönür”.

Heraklitus hisslərin aldadıcı ola biləcəyini deyir, hisslərə deyil, idraka (Loqosa)

əsaslanmağı zəruri sayırdı. Duyğuların özündən çox onların yozumu, təhlili 

mühümdür, “gözlər və qulaqlar insan üçün pis şahidlərdir - əgər onlar barbar 

ruhlara sahibdirlərsə”. Yaxşı və pisin, doğru və yalanın nisbi olduğunu deyir, 

“dəniz suyu ən təmiz və ən çirklidir; balıqlar onu içə bilir və onlar üçün o 

xilasedicidir, bunun əksinə, insanlar üçün o içilməz və öldürücüdür”. Paradoks 

və sirli-müəmmalı-tapmaca şeyləri (puzzle) sevdiyi üçün müasirləri onu 



paradoksoloq və ya qaranlıq/zülmət/tutqun Heraklit adlandırmışdılar.

Kübarlıq tərəfdarı olan Heraklit demokratiya deyilən quruluşu heç sevmirmiş, 

hətta ona düşmən olduğu deyilir. “Doğru olan tək bir şəxsin iradəsinə itaət 

etməkdir”. “-549”-dan sonra İoniya (Kiçik Asiya sahilləri) get-gedə perslərin 

əlinə keçməyə başlamışdı), “-479”-da Milet də təslim olmuşdu. Lakin bu dövr 

perslər tərəfindən şəhərlərə özünüidarə haqqı, idarəetməli olanları seçmək 

haqqı tanınmışdı. 

Heraklitin dili nəsr olmaqla ifadəsi gözəl, atmacalı, qısa və mənalı, poetik, 

bəzən də çətin anlaşılandır (Nietzsche`nin “Zərdüşt belə demişdi” əsərinin dili 

ilə Heraklit`in dili arasında yaxınlıq müşahidə edənlər var). Heraklit filosof idi,

təbiətşünas kimi güclü deyildi.

D.   Pifaqor və Pifaqor məktəbi. Magna Graecia məktəbi

Pifaqor məktəbi Yunanıstanda ilk elmi məktəb, akademiya sayıla bilər. 

Samoslu Pifaqor (t.“-570/560” – t.“-495/480”) riyaziyyat, fəlsəfə, din və 

siyasət adamı idi. Pifaqorun həyatı haqqında məlumatlar dəqiq deyil, 



ziddiyyətlidir, sübut edilməsi çətindir, əfsanələrlə doludur. Pifaqor onun 

ideyalarını və həyat tərzini bölüşmək istəyən, ondan dərs almaq istəyən 

tələbələri, o cümlədən qadın tələbələribaşına yığmışdı. Pifaqor məktəbi bir 

qardaşlıq, bir təriqət (bir siyasət!?), bir araşdırma mərkəzi, mistik və rasional 

ünsürlərin bir-birinə qaynayıb-qarışdığı nəzəri məktəb, qapalı və sirli bir 

cəmiyyət kimi şərh oluna bilər. Pifaqorla tələbələri arasında bir mürid-mürşid 

münasibətləri vardı. Pifaqor məktəbi sonrakı dövrlərin sufi hərəkatı, sufi 

məktəbləri ilə qarşılaşdırıla bilər. Tələbələr diqqətlə seçilir, sonra müəyyən 

sınaq müddətindən (bu, bir neçə il uzana bilərdi) keçməli idilər (sınaqda 

olanlar Pifaqor görmür, ancaq onun səsini pərdə arxasından eşidə bilirdilər

sınaqdan keçib ruhları saflaşandan sonra Pifaqoru görə bilirdilər). Pifaqor 

məktəbində riyaziyyatla məşğul olmaq saflaşmanın əsas yolu sayılırdı 

(Van der 

Varden, səh. 129). 

Pifaqora daha yaxın olanlar (daxili tələbələr-öyrənənlər, 

oxuyanlar-“matematiklər”) ciddi təhsil alır, riyazi yanaşma ilə öyrənir, digərləri

(kənardakılar-dinləyicilər-“akusmatiklər”) daha sadə, xülasə şəkilli dərslərə 

qulaq asırdılar. Pifaqor “matematika” (“öyrənilmiş”, “o şey ki, öyrənilib”) 

sözünün müəllifi olduğu güman edilir. Pifaqorun ölümündən sonra 

“matematiklər”lə, “akusmatiklər” arasında ziddiyyətlərin artdığı deyilir. 

Matematiklər elmi fəaliyyəti mühüm sayır, qadağalara az fikir verir, 

akusmatiklər isə mühafizəkar idilər, dini-mistik qaydaları qorumaq istəyir, 

matematikləri Pifaqor təriqətinə dönük çıxmaqda suçlayırdılar. 

Pifaqorun gəncliyində Falesin yanına getdiyi və Falesin ona Misirə getməyi 

məsləhət gördüyü deyilir. Pifaqor guya 22 il Misirdə yaşamış, sonra əsir düşüb 

Babilistana aparılmış, 12 il orada qalmış, hətta hind müdrikləri ilə təmas 

qurmuşdu...  Pifaqorun Misirdən həndəsəni, Babilistandan ədədlər, musiqi 

nəzəriyyəsi və digər elmləri öyrənib gətirdiyi güman olunur 

(Van der Varden, səh. 

411)


.

Pifaqor fövqəlgücə malik rəhbər, əlahiddə insan şöhrəti  qazanmışdı (özünün 

və tələbələrinin səyi ilə). Pifaqorçulara görə üç növ düşünən varlıq mövcuddur:

Tanrı, insanlar və Pifaqor kimilər. Pifaqor məktəbinə xüsusi bir həyat tərzi xas 

idi. Xüsusi mənəvi və dünyəvi dəyərlər sistemi olub, deyilənə görə xüsusi 

pəhriz sistemi olub. Deyilənə görə Pifaqor bütün canlıları bir-birinə qohum 

sayırdı. Ruh ölməzdir və bədən öləndə ruh digər canlılara,o cümlədən 

heyvanlara keçir. Görünür ki, bu səbəbdən Pifaqor məktəbində ət 

yemirdilər...Pifaqor ruhun ölməzliyi və köç etməsi fikrinə Misir-hind təsiri ilə 

gəlmişdir deyənlər var. Platon bu ideyanı inkşaf etdirdi, “bədən ruh üçün bir 

zindandır” dedi. 

Pifaqora aid edilən (özü və tələbələri tərəfindən) mistik güc və uyğun şöhrət 

təsadüfi deyil ki, Pifaqorun siyasətə qarışmasına gətirib çıxarmışdı. O, Samoslu

idi (Ege dənizində Miletus yaxınlığında ada), siyasi səbəbdən (Samos 




hökmdarı Polikrates`lə yola getməyib)oranı tərk edib İtaliyanın cənubunda 

yerləşən və yunan koloniyası olan Croton`a getmiş, öz məktəbini orada 

qurmuş(“-530”-da), ardıcılları başqa yerlərə də yayılmışdı. Lakin yenə də 

siyasi səbəbdən (guya hakimiyəti ələ keçirmək istəyirmiş; və ya bəlkə 

qısqanclıqdan?) onun məktəbi dağıdılmış, özü və ardıcılları təqib olunmuş, 

deyilənə görə bir çox tələbələri öldürülmüşdü.Bundan sonra Pifaqorçuların ən 

azı bir hissəsinin qitə-Yunanıstana köçdüyü deyilir. 

İtaliyanın cənubu və Siciliya bir yerdə yunan elmi və fəlsəfəsinin çiçəkləndiyi, 

vüsət tapdığı bir məkan, bir məktəb idi. Bura Magna Graecia adı almışdı. 

Müxtəlif zaman kəsiklərində bu məkanda fəaliyyət göstərənlər arasında 

Ksenofanes, Empedokles, Zenon, Parmenides, Filolaus`un adlarını çəkmək 

olar. Arximedes də bu məkanda, Siciliyada, Sirakuz şəhərində yaşamış, 

yaradıcılıqla məşğul olmuşdu.  

Fales ilk filosof (Yunanıstanda) kimi qəbul olunsa da, Pifaqor “filosof” 

sözünün müəllifi sayılır (əslində ilk Miletli filosofları Aristotel haqlı olaraq 

“fizik” adlandırmışdı, onlar təbiətşünas idi; Pifaqor isə filosof və riyaziyyatçı 

olub). Pifaqor “sən müdriksənmi?” sualına belə cavab veribmiş: yox, mən 

ancaq müdrikliyi sevənəm. Yəni, o, özünü “filosof” adlandırmışdı. Pifaqora aid

edilən sözlər, ideya və kəşflərin bir çoxunun pifaqorçulara aid olduğu fikri 

mövcuddur. Təbiəti (kosmologiya, musiqi,...) riyazi modellər vasitəsilə 

öyrənmək üsulu (“hər şey ədəddir”, kainatın canı, arxe`si ədəddir) məhz 

Pifaqor tərəfindən irəli sürülmüş, sonra Platon tərəfindən davam etdirilmişdir. 

Pifaqorçular ədədləri mistik gücə malik gerçəklik kimi qəbul etmişdilər. 

“Pifaqorçu adlananlar elmlərlə məşğul olan ilk şəxslər idi...Onlar belə fikir 

yürüdürdülər ki...bütün aləm bütövlükdə harmoniya və ədəddir”

 (Van der Varden, 

səh. 113) 

. Bu fikrin digər bir tərcüməsi:

 

Matematikaya (elmə?!) özünü həsr 



edən ilk insanlar olan Pithaqorçular deyə adlandırılanlar...düşünmüşlər 

(ki)...bütün şeylər... rəqəmlərlə ifadə edilə bilir 

(Aristotel. Metafizik, A5, 9856; 

türkcəyə tərcümə)

. Pifaqorun (ideyalarının) Platona çox böyük təsir göstərdiyi 

doğru sayılır. Pifaqor fəlsəfə və riyaziyyatı birləşdirmiş, həyat və kainatın 

ahəngi haqqında təlim inkişaf etdirmiş, Pifaqor məktəbi fəlsəfi-dini həyat tərzi 

və riyaziyyata marağı ilə məşhurlaşmış, Pifaqorçuluq geniş yayılmışdı. 

Pifaqorun yazdığı mətn qalmayıb (Fales də, Sokrates də, Pirron da belə olmuş, 

Anaksimandr isə yazıya əl atmış imiş). Pifaqor məktəbində yazmaq qadağan 

olunmuşdu. Bu qadağa matematiklər tərəfindən pozuldu və bir müddətdən 

sonra yazmağa izin verildi. “Pifaqora istinad edilən söz, fikir və kəşflərin çoxu 

bütövlükdə onun məktəbinə məxsusdur” fikri mövcuddur. Hətta həndəsədə 

Pifaqor teoremi adlanan riyazi nəticənin (“düzbucaqlı üçbucaqda hipotenuzun 

kvadratı katetlərin kvadratları cəminə bərabərdir”

- şəkil


) çox-çox qədimdə 

Babilistanda (Pifaqordan təqribən 12 əsr əvvəl!) məlum olduğu məlumdur (“bu




teoremin isbatı kimə məxsusdur?” sualının da tam aydın cavabı yoxdur). Bu 

teoremin Pifaqora məxsus olduğunu ilk dəfə Pifaqor zamanından təqribən 5 əsr

sonra söyləmişlər (Ciceron, Plutarx). “Şübhə etmirəm ki, Pifaqorun adı ilə 

bağlı hər şey təmiz əfsanədir və heç bir tarixi dəyəri yoxdur” 

(Neugebauer, səh.

151)


Pifaqorçulara görə insanlar doğulduqları vaxtdan səma sferalarının (Günəş, Ay,

planetlərin yerləşdikləri sferaların) musiqisinə alışdıqları üçün onu eşitmirlər; 

Pifaqor özü eşidirmiş. Həmin musiqilər bir yerdə vahid harmonik bir melodiya 

(bir orkestr) kimi səslənir... Səma cisimləri mərkəzdən olan məsafələri 

baxımından daha sürətlə (uzaqda olan) və ya daha yavaş (yaxında olan) dövr 

edirlər; daha sürətli olanlar daha zildə, daha yavaşlar isə bəmdə səs çıxarırlar 

(oxuyurlar). Planetlər arasındakı məsafə müsiqi ladlarına uyğun gəlir, Yer-Ay 

məsafəsi = Günəş-Mars = 1 ton, Ay-Merkuri = Merkuri-Venera = Venera-

Günəş =Mars-Yupiter = Yupiter-Saturn = Saturn-tərpənməz ulduzlar sferası = 

½ ton,  Üstəlik 1 ton intervalı müəyyən məsafəyə bərabər hesab edərək 

Pifaqorçular planetlər arasındakı məsafəni də hesablayırdılar (bu məsafələrə 

görə, Pifaqorçuların planetləri bir-birinə həddən artıq yaxın idilər).

Pifaqorçuların akustika və musiqinin riyazi əsaslarını kəşf etdikləri deyilir. 

Harmoniya tam ədədlərin bəlli nisbətləri ilə bağlıdır. İki titrəyən simin 

uzunluqları nisbəti 1/2, 2/3, 3/4,...kimi olduqda xoş səslənmə, konsonans əmələ

gəlir. Yəni musiqi intervalları ancaq tam ədədlər nisbəti ilə, səs tonları 

rəqəmlərlə ölçülür. Oktava, quint/kvinta və ya beşdə bir və quart/kvarta və ya 

dörddə bir uyğun olaraq 2:1, 3:2, 4:3 uzunluqlar nisbəti deməkdir (ən 

həmahəng interval oktava, sonra kvintadır (kvinta kvarta`dan böyükdür). 

Ədədlər sanki fiziki hadisəni (səs) müəyyən edir, ədədlər sanki formaya 

malikdir (ədədi münasibətlərdən həndəsəyə?!). Pifaqorçular simi xətkeşlə 

ölçüb ona 12 barəbər hissədən ibarət kimi baxmış (mütəhərrik, yeri dəyişdirilə 

bilən  körpücüklər vasitəsilə) və 6, 8, 9, 12 bölgü sırası ilə konsonansı 

bildirmişlər; 6 burada 2:1 (yəni 12:6) nisbətini, 8 burada 3:2 (yəni 12:8) 

nisbətini, 9 isə 4:3 (yəni 12:9) nisbətini göstərir). Bu, musiqi nəzəriyyəsində 

Pifaqor şkalası adlanır. Pifaqorçular bənzər konsonansı göstərilən nisbətlərdə 

su ilə doldurulmuş (dolu və yarımdolu, ...) qabın səslənməsi vasitəsilə də 

nümayiş etdirməyə çalışmışlarmış. K. Ptolomey “Musiqi nəzəriyyəsi” 

kitabında Pifaqorun həmahəng intervalları haqqında danışmışdır.

Pifaqor məktəbində ilk dörd tam ədədin xüsusi rolu vardı. Bir (1) mühüm ədəd,

nöqtə, başlanğıc, atom idi. İki (2) düz xətt əmələ gətirir (iki nöqtədən bir düz 

xətt keçirmək olur); bir düz xətt üzərində olmayan üç nöqtə müstəvini 

müəyyən edir; bir müstəvi üzərində olmayan 4 nöqtə cisim müəyyən edir. Bu 

dörd ədəd tetrada əmələ gətirir. Musiqi intervalları da ilk dörd ədədin nisbətləri

ilə müəyyən edilir. İlk dörd ədədin cəmi ondur (1+2+3+4=10). On müqəddəs 



ədəddir, kainatı/kosmosu bildirir, bütün ölçülərin cəmidir. 

Şəkil. 


Pithaqorçu 

andı: əbədi təbiətin qaynağı və kökünü-tetradanı ruhumuza daxil edənə and 

olsun!

Tək ədədlər kişi, cüt ədədlər qadın xassəlidirlər. Ədədlər mistikası və Pifaqorla



bağlı əfsanələr az deyil. Məsələn, düzbucaqlı üçbucağın hipotenuzu onun 

katetləri ilə ölçüyəgəlməz (ölçülməz) ola bilər, yəni √2 ədədinin irrasional (iki 

tam ədədin nisbəti şəklində göstərilə bilməyən) olmasını kəşf edən Pifaqorçu 

Hippasos, (deyilənə görəMetapontumlu,Magna Graecia) “loqos”dan 

(rasionallıqdan, normal ədəddən, ağıldan, dildən,..) kənara çıxdığı üçün özünü 

dənizə atıb boğulmaqla günahını yumaq və ya cəzasını çəkməyə məcbur 

olmuşdu (o, “-6”-cı əsrin sonları və əsasən “-5”-ci əsrdə yaşamışdır). 

Hippasos`un sükut qaydasını ilk pozan olduğu və Pifaqor qardaşlığını tərk 

etdiyi də deyilir. Kürə içində çəkilmiş dodekaedri qurmaq üsulunu tapan 

Pifaqorçunun da özünü dənizə atdığı deyilir. Bu kəşflərin Pifaqordan sonra 

edildiyi daha ağlabatandır. Aristotel ölçüyəgəlməzliyin isbatı ideyasının tək və 

cüt ədədlərlə bağlı olduğunu eşidibmiş (riyazi isbatın əsasında doğrudan da bu 

ideya dayanır). Ölçüyəgəlməzlik yunan riyazi düşüncəsinə həndəsi düşüncə 

tərzi verdi, ədədlərin təbiəti və cəbr ilə bağlı məsələləri həndəsi yanaşma ilə 

anlamağa yönəltdi (Babillərin əksi!?)

Yerin müstəvi disk və ya silindr deyil, kürə şəklində olması fikrini yunanlar 

Pifaqora aid edirlər; bunun sonrakı nəsil Pifaqorçulara aid olması da istisna 

edilmir. 

Dağlara doğru hərəkət edən insan (və ya sahilə yaxınlaşan gəmini 

müşahidə edən insan) dağı (gəmini) yuxarıdan aşağıya hissə-hissə 

görür, yəni əvvəlcə dağın təpəsini (dor ağacının uclarını), sonra ortasını

və axırda ətəyini (gəminin gövdəsini) görür. Bu, yerin qabarıq olması 

ilə izah oluna bilərdi.

Pifaqor dünyada elmi-dini-mistik cərəyanların gücləndiyi dövrdə yaşayıb. 

Çində Konfutsi və Lao Tszı, Hindistanda Budda, Persiyada Zərdüşt Pifaqor 

dövrünə yaxın zamanda yaşamış, fəaliyyət göstərmişlər; Zərdüşt`ün zamanı 

məlum deyil, bir ənənəyə görə “-6-cı əsr”, digər fikirlərə görə daha əvvəl 

yaşamışdır. Pifaqorun Zərdüştlə/Zarat`la görüşdüyü rəvayəti də mövcuddur 

(Porfirios, L. Diogenes). Empedokles, Herodotus və Platon Pifaqora böyük 

hörmət bəsləmiş, Heraklit və Aristotel - o qədər də yox. Heraklit`ə görə: “çox 

şey bilmək ağlı tərbiyə etməz; əgər etsəydi Hesiod, Pifaqoras, Ksenofanes və 

Hekaitos`u yetişdirərdi”, üstəlik, “Pifaqoras yalançıların başıdır”). Pifaqorun 

rasional və irrasionalı özündə ehtiva etməsi, təriqətçiliyi və mümkündür ki, 

siyasi oyunlara qarışması (ümumiyyətlə, çox şeyi bir-birinə qarışdırması) 

Heraklitin xoşuna gəlməmişdi. Platon Pifaqorçu idi.




Ksenofones (“-570”-“-498”+) Magna Graecia məktəbinin nümayəndəsidir, 

Pifaqorun müasiri və deyilənə görə Anaksimandrın tələbəsi olub. Efesus 

yaxınlığındakı Kolofon`da doğulmuş, 545-ci ildə Perslərin fəthi səbəbilə oranı 

tərk edib Siciliyaya getmiş, orada fəaliyyət göstərmiş fəlsəfi düşüncəli bir 

şairdir. O, Tanrının tək (mükəmməl?!) və bənzərsiz olduğunu deyir, Homer və 

Hesiodu onların təsvir etdikləri və insanların bütün sifətlərini özlərində ehtiva 

edən “utanmaz” tanrılara görə tənqid edirdi (“...insanlar arasında nə qədər ayıb 

və qüsur varsa, hamısını tanrılara yükləmişlər”). Ksenofon bir şeirində 

Pifaqorun ruhun canlılara keçməsi fikrinə aid bir əhvalat danışır: Pifaqor iti 

döyən bir adama “dur, onu döymə, o bir dostun ruhudur, səsindən tanıdım” 

deyibmiş. 

Herodotus b.e.ə. 6-cı əsrin ikinci yarısında Krotonlu həkimlərin Yunan 

dünyasında ən yaxşı sayıldıqlarını deyir (III, 131). O, Krotonlu Demokedes`in

(b.e.ə. 6-cı əsrin ikinci yarısı) dövrünün ən yaxşı həkimi adlandırır. Əsir düşən 

və 1-ci Darius sarayına gətirilən Demokedes Daranın ayağını və bir qədər 

sonra onun arvadı Böyük Kirius`un qızı Atossa`nın döşündəki şişi müalicə 

edibmiş. O, Darius`un sarayında ilk yunan həkimi olub (saraylarda Misirli 

həkimlər daha yaxşı tanınırdılar). Demokedes Yunanıstana gedən nümayəndə 

heyətinə bələdşilik edir və vətəni Krotona qaçır. Demokedes`in Pifaqorçulara 

qoşulduğunu deyənlər olub (hətta onun Pifaqorçular əleyhinə qalxan üsyanda 



öldürüldüyü də deyilir). 

Yüklə 85,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə