Cihazınızla birgə təmin olunan istifadəçi alətləri diskindəki



Yüklə 124,91 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü124,91 Kb.
#25586


BlackBerry Z10 

Smartphone

STL100-1

cihazınızla birgə təmin olunan 

istifadəçi alətləri diskindəki

PRINTSPEC-128

SWD-20121114155941170 | RFG81UW

MAT-51067-045

Təhlükəsizlik haqqında məlumat

 BlackBerry cihazınızı dərhal istifadə etmək istəyirsiniz? İşə başlamazdan əvvəl BlackBerry 

cihazınıza dair vacib təhlükəsizlik və tənzimləyici məlumatları ehtiva edən bu vərəqəni oxuyun. 

Ehtiyacınız olduqda baxmaq üçün bu vərəqəni etibarlı yerdə saxlayın.

Bəzi ölkələrdə Bluetooth və şifrələmə proqram təminatı ilə olan simsiz cihazlara dair məhdudiyyətlər 

ola bilər. Ərazinizdəki məhdudiyyətləri yerli icra orqanları ilə dəqiqləşdirin.

Ən yeni təhlükəsizlik və məhsul məlumatlarına baxmaq üçün 

www.blackberry.com/docs/smartphones 

saytına baş çəkin.

Vacib təhlükəsizlik xəbərdarlıqları

 

 

BlackBerry cihazınızla yalnız təsdiqlənmiş aksessuarlardan istifadə edin. 



Research In Motion tərəfindən təsdiqlənməyən batareya yaxud adapterlərin 

istifadəsi yanğın yaxud partlayış riski yarada bilər, bu isə ciddi xəsarət, ölüm 

yaxud əmlak itkisinə səbəb ola bilər.

Yalnız RIM tərəfindən təsdiqlənən qoburlardan istifadə edin. RIM tərəfindən 

təsdiqlənən qoburlardan uzun müddət istifadə ciddi xəsarət riski yaradır.

 

 



BlackBerry cihazını bədəninizə yaxın yerləşdirsəniz, RIM tərəfindən 

təsdiqlənən qobur və kəmər qısqacı istifadə edin yaxud BlackBerry siqnal 

ötürərkən BlackBerry cihazı ilə bədəniniz arasında 0.59 düym (15 mm) 

məsafə saxlayın. RIM tərəfindən təsdiqlənən qoburlar və kəmər 

qısqaclarından qeyri paltara bərkidilən aksesuarlardan istifadə etdikdə, 

BlackBerry cihazı siqnal ötürərkən aksesuarlar bədəninizdə gəzdirilərsə, 

BlackBerry cihazı radiotezlik təsiretmə standartlarını keçə bilər. Uzun 

müddət radiotezlik təsir standartlarını keçdikdə, ciddi xəsarət riski yaranır. 

Bu BlackBerry cihazının FCC radiotezlik emissiya təlimatlarına uyğun 

olmasına dair ətraflı məlumat üçün 

www.fcc.gov/oet/ea/fccid

 saytına baş 

çəkin və aşağıda sadalanan BlackBerry cihazınız üçün FCC İD axtarın. FCC 

İD BlackBerry cihazınızın batareyasının arxasındakı etiketdə yerləşir. FCC 

İD-a baxmaq üçün batareya qapağı və batareyanı çıxarın.

BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW): FCC ID 



L6ARFG80UW

 

 



Sizin BlackBerry cihazınız 32 və 95°F (0 və 35°C) dərəcə temperaturlarda 

işləmək üçün nəzərdə tutulub. BlackBerry cihazınızın tövsiyə edilən 

temperatur diapazonu xaricində işlətmək BlackBerry cihazınıza və ya litium-

ion batareyasına zərər vura bilər.

 

 

Fövqəladə hallarda yalnız BlackBerry cihazınıza etibar etməyin. Fövqaladə 



zənglər etmək yaxud mesajlar göndərmək üçün lazım olan simsiz şəbəkələr 

hər yerdə mövcud deyildir və 911, 112 yaxud 999 kimi fövqaladə nömrələrə 

zəng etdikdə hər yerdə fövqaladə xidmətlərə qoşulmaq mümkün deyildir. 

BlackBerry Mobile Voice System BlackBerry cihazınızda quraşdırılıbsa, 

fövqaladə zənglərə dair ətraflı məlumat üçün "Fövqaladə zənglər və 

BlackBerry Mobile Voice System haqqında" bölməsinə baxın.

 

 

BlackBerry cihazınızı sökməyin. BlackBerry cihazınızda kiçik hissələr vardır 



ki, onlar nəfəsin tutulmasına səbəb ola bilər.

 

 



Nəbzölçən və eşitmə cihazları kimi tibbi cihazlardan BlackBerry cihazınızı 

uzaq tutun, çünki onlar düzgünişləməyə, sizə və digərlərinə xəsarət yetirə 

yaxud ölümlə nəticələnə bilər.

 

 



BlackBerry cihazınızı maye ilə təmas etdirməyin, əks halda qısa qapanma, 

yanğın yaxud elektrik vurması baş verə bilər.

 

 

BlackBerry cihazınızın səsucaldanından istifadə edən zaman heç vaxt 



BlackBerry cihazını qulağınıza yaxın saxlamayın. Eşitmə qabiliyyətinə ciddi 

və daimi zədə vurula bilər.

 

 

BlackBerry cihazında yanıb sönən işıqlara reaksiya kimi epilektik tutmalar 



yaxud huşun itirilməsi ilə nəticələnə bilər və sizin və digər şəxslər üçün 

təhlükəli ola bilər. Əgər siz BlackBerry cihazının istifadəsindən hər hansı bir 

disorientasiyanı, huşun itirilməsi, qıc, konvulsiya yaxud hər hansı bir qeyri-

iradi hərəkətləri hiss edirsinizsə yaxud ondan istifadə digər şəxslərdə 

bunların irəligəlməsinə səbəb olursa, BlackBerry cihazından istifadəni dərhal 

dayandırın və həkim ilə məsləhətləşin. LED bildiriş işığı sizin BlackBerry 

cihazınızın önündə, yuxarı sağ küncdə yerləşir. Əgər sizin BlackBerry 

cihazınızda kamera varsa, kamera işığının LED-i BlackBerry cihazınızın arxa 

tərəfində, kamera linzalarının sağında yerləşir. Əgər siz epilektik qıclara 

yaxud huşun itirilməsinə həssasınızsa, BlackBerry cihazından istifadə 

etdikdən əvvəl həkiminizlə məsləhətləşin.

 

 



BlackBerry cihazını hends-fri rejimində istifadə etmək üçün icazəniz 

yoxdursa, sükan arxasında BlackBerry cihazını istifadə etməyin. Sükan 

arxasında BlackBerry cihazından istifadə sizə və digərlərinə ciddi xəsarət, 

ölüm yaxud əmlak itkisi riski yarada bilər.

 

 

BlackBerry cihazınızı qaz dumanı olan yerlərdə istifadə etməyin, əks halda 



yanğın yaxud partlayış baş verə bilər.

 

 



BlackBerry cihazınızı alovun içərisinə atmayın, əks halda cihaz partlayaraq 

ciddi xəsarət, ölüm yaxud əmlak itkisinə səbəb ola bilər.

 

BlackBerry cihazınızı təyyarələrdə söndürün. BlackBerry cihazından 



təyyarədə istifadə etsəniz, təyyarə alətləri, rabitə və uçuşa təsir göstərə, 

şəbəkəni dayandıra, təyyarənin, heyətin işinə və sərnişinlərə təsir göstərə və 

qanunsuz ola bilər.

 

 



 

BlackBerry cihazları təhlükəsiz deyildir və patlayıcı qazlar, toz yaxud kimyəvi 

maddələr olan yerdə istifadə olunmamalıdır. Bu cür ərazilərdə qığılcım insan 

sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud 

yanğına səbəb ola bilər.

Cihazdan təhlükəsiz istifadə

Cihazının üzərinə BlackBerry ağır əşyaları qoymayın.



Cihazının modifikasiyasını yaxud texniki istismarını BlackBerry özünüz etməyə cəhd etməyin.

Research In Motion tərəfindən BlackBerry cihaz üçün təqdim olunan sənədləşmədə 



göstərildiyinə uyğun olmayaraq BlackBerry cihazının dəliklərin örtməyin və onlara digər əşyaları 

taxmayın. Bu hərəkət qısa qapanma, yanğın yaxud elektrik şokuna səbəb ola bilər.

Ekranda yad əşyalardan istifadə etməyin.



Ekranda böyük güc tətbiq etməyin.

BlackBerry cihazı yaxud BlackBerry cihaz aksessuarlarından suyun yaxınlığında istifadə 



etməyin (məsələn, vanna yaxud tas, nəm zirzəmi yaxud üzgüçülük hovuzu).

BlackBerry cihazını yaxud BlackBerry cihaz aksesuarlarını qeyri-sabit səthə qoymayın. 



BlackBerry cihazını yaxud BlackBerry cihaz aksesuarları düşərək şəxsə və BlackBerry cihazını 

yaxud BlackBerry cihaz aksesuarlarına zərər vura bilər.

BlackBerry cihazınızdan istifadə edərkən tez-tez fasilələr edin. Əgər siz boyununuzda, 



çiyinlərinizdə, biləklərinizdə, əllərinizdə (barmaqlar daxil olmaqla) yaxud bədəninizin digər 

hissələrində BlackBerry cihazından istifadə zamanı diskomfort hiss edirsinizsə, istifadəni dərhal 

dayandırın. Əgər diskomfort hissi davam edərsə, həkimə müraciət edin.

XƏBƏRDARLIQ: Burada müəyyən edilən idarəetmə yaxud göstəricilərin prosedurlarından fərqli olan 

istifadə radiasiyanın təhlükəli təsiri ilə nəticələnə bilər.

Elektrik təhlükəsizliyi

BlackBerry cihazını yalnız Research In Motion tərəfindən verilən yaxud təsdiqlənən və BlackBerry 

cihazı üçün nəzərdə tutulan adapterlə doldurun. Bu sənədin əsasında RIM tərəfindən edilən hər hansı 

bir təsdiq yazılı surətdə və bu təsdiqi təqdim etməyə səlahiyyəti olan şəxs tərəfindən olmalıdır. Hər 

hansı bir digər aksessuardan istifadə BlackBerry cihazı ilə təmin edilən zəmanəti ləğv edə və təhlükəli 

ola bilər.

BlackBerry Z10 cihazı üçün təsdiqlənən adapter modelləri

ASY-18072-002

ASY-24479-009

ASY-34725-002

ASY-24479-002

ASY-24479-010

ASY-34725-003

ASY-24479-003

ASY-24479-011

ASY-38170-003

ASY-24479-004

ASY-24479-012

ASY-46705-001

ASY-24479-005

ASY-28109-003

ASY-46706-001

ASY-24479-006

ASY-31296-003

ASY-48415-001

ASY-24479-007

ASY-34724-001

ASY-50255-001

ASY-24479-008

BlackBerry cihazı ilə təmin edilmiş yaxud RIM tərəfindən təsdiqlənmiş yükləyici aksessuarlardan digər 

birini yalnız qeydiyyat nişanında göstərilən enerji mənbəsinin növünə uyğun olaraq istifadə edin. Hər 

hansı bir enerjidən istifad etməzdən əvvəl cərəyanı gərginliyinin enerji təminatı mənbəsinin üzərində 

çap edilmiş gərginlik göstəricisi ilə eyni olduğunu yoxlayın. BlackBerry cihazını ancaq CTIA sertifikatlı 

adapterlərə, USB-IF loqotipi olan məhsullara yaxud USB-IF uyğunluq proqramını keçən məhsullara 

qoşun.


Rozetkaları və uzadıcı nagilləri həddən artıq işlətməyin çünki bu yanğın yaxud elektrik şok təhlükəsi ilə 

nəticələnə bilər. Kabelə yaxud ştepselə zərər təhlükəsini azaltmaq üçün yükləyici aksessuarını 

rozetkadan ayırdığınız zaman kabeli deyil, ştepseli dartıb çıxardın.

Enerji kabelini basılmadan və ştepsellərdə, rozetkalarda və onun BlackBerry cihazı ilə qoşulduğu 

yerdə əzilmədən qoruyun. Yükləyici aksessuarlarını tufan zamanı yaxud uzun müddət istifadə 

olunmadığı halda ayırın. BlackBerry cihazından hər hansı bir batareya yükləyicisi aksessuarları ilə 

istifadə zamanı elektrik kabelini digər şəxslərə büdrəmə yaxud nəfəs tutulması kimi zədə riskini 

azaldan bir tərzdə yerləşdirin. Yükləyici aksessuarlarından elementlərə əlaqəsi olan ərazinin xaricində 

və ya daxilində istifadə etməyin.

Litium-ion batareyasının daxiledilməsi və elektrik enerjisinə qoşulması haqqında ətraflı məlumat üçün 

BlackBerry cihazı ilə birgə təmin olunan sənədləşməyə baxın.

BlackBerry cihazınız üçün aksessuarları əldə etmək üçün simsiz xidmət təminatçınızla əlaqə saxlayın 

yaxud 

www.shopblackberry.com



 saytına baş çəkin.

Batareya təhlükəsizliyi

BlackBerry cihazında çıxarılan litium-ion batareya mövcuddur.

Düzgün şəkildə istifadə olunmadığı halda litium-ion batareyası yanğın yaxud kimyəvi yanığa səbəb ola 

bilər. Batareyaya yad cisimləri daxil etməyə cəhd etməyin. Batareyanı sökməyin, sındırmayın, ona 

dəyişikliklər etməyin və deşməyin. Batareya sökülərsə, əzilərsə, ona dəyişikliklər edilərsə yaxud 

deşilərsə, dərhal istifadəni dayandırın. Batareyanı 140°F (60°C) dərəcədən artıq temperatura qədər 

qızdırmayın. Batareyanı 140°F (60°C) dərəcədən artıq qızması yanğına yaxud partlayışa səbəb ola 

bilər. Batareyada qısaqapanmaya yol verməyin və ya metal və keçirici cisimlərin batareya terminalları 

ilə təmasına imkan verməyin.

XƏBƏRDARLIQ: Yalnız Research In Motion tərəfindən xüsusilə BlackBerry cihaz modeli üçün 

nəzərdə tutulan batareya istifadə edin. RIM tərəfindən BlackBerry cihazlarından istifadə edilən 

batareyalar IEEE Std 1725 ilə uyğundur. Başqa batareyaların istifadəsi BlackBerry cihazının 

zəmanətini qüvvədən sala bilər. Bundan əlavə, səhv batareya istifadə etsəniz, yanğın yaxud partlayış 

ola bilər. Köhnə batareyaları bu təhlükəsizlik vərəqəsindəki təlimatlara əsasən atmalısınız.

Yetkin şəxs nəzarət etmirsə, uşaqlar batareyaya toxunmamalıdır.

 Bu işarə BlackBerry cihazınızda peyda olunursa, litium-ion batareyası daxil edilməyib 

yaxud etibarsız batareya daxil edilib. Əgər siz BlackBerry cihazınızın modeli ilə istifadəsi üçün 

müəyyən edilmiş litium-ion batareyasını daxil etmisinizsə, litium-ion batareyasını çıxardıb onu yenidən 

daxil edin. Əgər siz etibarsız batareyanı daxil etmisinizsə, onu dərhal çıxardın və RIM tərəfindən 

BlackBerry cihazınızın modeli üçün müəyyən etdiyi litium-ion batareyasından istifadə edin. Batareya 

konnektorlarının BlackBerry cihazınızdakı konnektorlarla düzgün sıralandığını yoxlayın.

Sükan arxasında və yolda təhlükəsizlik

Bütün diqqətinizi idarəetməyə yönəldin; idarələmə təhlükəsizliyi sizin birinci məsuliyyətinizdir. Siz 

avtomobili idarə etdiyiniz yerlərdə simsiz cihazların istifadəsinə dair qanun və göstərişlərin bilməsinə 

və əməl olunmasına görə məsuliyyət daşıyırsınız.




Research In Motion tövsiyə edir ki, sükan arxasında BlackBerry cihazını istifadə etməyəsiniz. 

Əvəzində, avtomobildə BlackBerry cihazından sizin üçün istifadə edəcək sərnişinin olduğunu nəzərdə 

tutun yaxud BlackBerry cihazından istifadə etməzdən əvvəl avtomobilinizi dayandırmaq üçün 

təhlükəsiz bir yer tapın.

Avtomobili sürməzdən əvvəl BlackBerry cihazını təhlükəsiz yerə qoyun. Avtomobildə olduğunuz 

zaman heç bir batareya yüklənilməsi aksessuarından BlackBerry cihazının saxlanılması vasitəsi kimi 

istifadə etməyin. Əgər avtomobilizin təhlükəsizlik yastığı ilə təchiz edilibsə, BlackBerry cihazını yaxud 

digər əşyaları təhlükəsizlik yastığının üzərində yaxud onun yerləşdiyi yerdə saxlamayın. Gərə 

avtomobilin daxilindəki simsiz avadanlıq qeyri-düzgün şəkildə saxlanılır yaxud quraşdırılıbsa 

təhlükəsizlik yastığının işə salındığı anda insan səhhətinə ciddi zədə baş verə bilər.

Radiotezlik siqnalları avtomobillərdə qeyri-düzqün quraşdırılmış yaxud müvafiq qaydada təcrid 

olunmamış elektron sistemlərinə təsir edə bilər. Avtomobilinizə dair istehsalçısı yaxud onun təmsilçisi 

ilə əlaqə saxlayın. Əgər avtomobilinizə hər hansı bir avadanlıq əlavə edilibsə, siz həmin avadanlığın 

istehsalçısı ilə radiotezlik siqnalları üzrə məlumat üçün məsləhətləşməlisiniz.

Gəzdiyiniz zaman yaxud tam diqqətinizi tələb edən hərəkət zamanı BlackBerry cihazından istifadə 

etmək məsləhət görülmür. Nəqliyyat hərəkətinə yaxud digər piyada təhlükələrinə diqqətin olmaması 

insan sağlamlığına ağır zərər ilə nəticələnə bilər.

Aksessuarlar

Yalnız Research In Motion tərəfindən təsdiqlənən aksesuarlardan istifadə edin. Müəyyən bir 

BlackBerry cihazı modeli ilə istifadə üçün RIM tərəfindən təsdiqlənməmiş aksessuardan istifadə 

BlackBerry cihazına aid olan istənilən təsdiqi yaxud zəmanəti ləğv edə bilər, BlackBerry cihazının 

işləməməsi ilə nəticələnə və təhlükəli ola bilər.

Daşıma həlləri: BlackBerry cihazı üzlüksüz (korpus üzərinə taxılan aksessuar) təchiz edilə bilər. Əgər 

siz BlackBerry cihazını bədəninizdə gəzdirirsinizsə, BlackBerry cihazını həmişə Research In Motion 

tərəfindən təchiz yaxud təsdiq edilmiş üzərində qayış tutqacı olan BlackBerry cihazınının üzlüyünə 

taxın. BlackBerry cihazını daşıyarkən RIM tərəfindən təsdiqlənən kəmər qısqaclı qobur istifadə 

etməsəniz, BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən aralı saxlayın ( BlackBerry 

cihazı siqnal ötürərkən). BlackBerry cihazının istənilən məlumat funksiyasından USB kabel ilə yaxud 

kabelsiz istifadə edərkən (məsələn, e-poçt mesajları, PIN mesajları, MMS mesajları yaxud brauzer 

xidməti) BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən aralı saxlayın. RIM tərəfindən 

təchiz yaxud təsdiq edilməmiş aksessuarlardan istifadə etdikdə sizin BlackBerry cihazınız radiotezlik 

təsiri üzrə təlimatları poza bilər. Radiotezlik təsiri üzrə ətraflı məlumat üçün bu sənədin "Uyğunluq 

məlumatı" bölümünə baxın.

BlackBerry daşıma üzrə həllər: BlackBerry cihazları üçün daşıma həllərinə, məsələn, üzlüklərin və 

çantaların daxilində maqnit mövcuddur. Debit və kredit kartlar, otel kartları, telefon kartları kimi maqnit 

zolaqlı elementləri BlackBerry daşıma həllərinin yanına qoymayın. Maqnit maqniq zolağındakı 

məlumatları silə bilər.

Maqnitometrlər

BlackBerry cihazınızda maqnitometr var. Maqnitometr Kompas kimi proqramlarda istifadə olunur. 

Maqnitlər yaxud qobur, qulaqcıq, monitorlar kimi maqnit ehtiva edən cihazlar maqnitometrin dəqiqliyinə 

mənfi təsir göstərə bilər. Təkcə yerinizi təyin etmək üçün maqnitometr istifadə edən proqramlara etibar 

etməyin. Fövqaladə hallarda təkcə maqnitometr istifadə edən proqramlara etibar etməyin.

Media

Müəyyən qanunvericiliklər BlackBerry cihazının bəzi xüsusiyyətlərindən istifadəni qadağan edə yaxud 



məhdudlaºdıra bilər. Şəkilləri çəkdikdə, iºlətdikdə yaxud istifadə etdikdə BlackBerry cihazından istifadə 

zamanı idarəedici yaxud qadağanedici hər hansı bir müəllif hüququ, şəxsi məxfilik, ticarət sirri yaxud 

təhlükəsizlik qanunları daxil olmaqla bütün qanunlara, nizamnamələrə, əsasnamələrə və qaydalara 

riayət edin. Digərlərin şəxsi hüquqlarına hörmətlə yanaşın. Müəllif hüququnun qorunması üzrə 

qanunlar bəzi şəkillərin, musiqilərin (zəng tonları daxil olmaqla) yaxud digər məzmunun 

nüsxələnməsini, dəyişdirilməsini, ötürülməsini yaxud yönləndirilməsini qadağan edə bilər.

Audio fayllar: Audio fayllara yüksək səslə qulaq asarkən (xüsusən də qulaqcıqlarla), eşitmə itkisi ola 

bilər. Səsli şəraitin təsirini azaltmaq cəhdi ilə qulaqlıqların səs dərəcəsini artırmağa çalışmayın. Əgər 

qulağınızda tıqqıltını yaxud danışığı səsi kəsilmiş kimi eşidirsinizsə, eşitmə qabiliyyətinizi yoxlamaq 

üçün həkim ilə məsləhətləşin.

Kamera: BlackBerry cihazınızda kamera varsa, onu birbaşa günəş şüasına tutmayın. Bu, gözlərinizə 

ciddi zərər yetirə bilər və BlackBerry cihazının nasazlığına səbəb ola bilər. Kamera fleşindən istifadə 

edərkən, fleş LED işığını subyektin gözündən ən azı 19.69 düym (50 sm) aralı tutun.

Antena


Yalnız təchiz edilən quraşdırılmış antennadan istifadə edin. İcazəsiz antenna modifikasiyaları yaxud 

qoşmaları BlackBerry cihazını nasaz vəziyyətə sala bilər və ABŞ Federal Kommunikasiyalar 

Komissiyasının (FCC) nizamnamələrini poza bilər.

Elektron avadanlığa müdaxilə

Müasir elektron avadanlıqlarının əksəriyyəti radiotezlik siqnallarından müdafiə olunur. Lakin bəzi 

elektron avadanlıqların BlackBerry cihazından çıxan radiotezlik siqnallarından müdafiəsi olmaya bilər.

Kardiostimulyator: Radiotezliklərin kardiostimulyatorunuza təsiri haqqında suallarınız ilə terapevt yaxud 

kardiostimulyatorunuzun istehsalçısı ilə məsləhətləşin. BlackBerry cihazınızı xüsusi 

kardiostimulyatorunuzun təhlükəsizlik tələblərinə uyğun istifadə etdiyinizi təsdiqləyin, bu tələblərə 

daxildir:

BlackBerry cihazı aktiv olduqda həmişə BlackBerry cihazınızı kardiostimulyatordan 7.88 düym 



(20 sm) aralı saxlayın.

BlackBerry cihazını sinə cibinizdə saxlamayın.



BlackBerry cihazında telefondan istifadə etdiyiniz halda potensial müdaxiləni minimuma 

azaltmaq üçün zənglərin qəbul yaxud edilməsi zamanı cihazı kardiostimulyatorun əks tərəfdəki 

qulağınızda saxlayın.

Əgər müdaxilənin mövcudluğuna dair hər hansı şübhəniz varsa, BlackBerry cihazında bütün 



simsiz bağlantıları dərhal söndürün. BlackBerry cihazından istifadəni dayandırın və həkimlə 

məsləhətləşin.

Eşitmə qurğuları: Qulaq aparatları: Bəzi rəqəmli simsiz cihazlar qulaq aparatları üçün müdaxilə yarada 

bilər. Bu cür müdaxilənin mövcud olduğu halda simsiz xidmət təminatçınızla məsləhətləşin yaxud 

alternativ həlləri müzakirə etmək üçün qulaq aparatınızın istehsalçısına müraciət edin.

BlackBerry cihazınız Kompas kimi proqramlarda istifadə olunan maqnitometr ehtiva edir. Maqnitometr 

istifadə edən proqram eşitmə qurğusuna maneə törədirsə, proqramı söndürün.

Digər tibbi qurğular: Əgər siz hər hansı bir digər tibbi cihazdan istifadə edirsinizsə, cihazın xarici 

radiotezlik təsirinə müvafiq qaydada müdafiə olunduğunu müəyyən etmək üçün cihazınızın istehsalçısı 

ilə məsləhətləşin. Sizin həkiminiz bu məlumatı əldə etməkdə kömək edə bilər.

Xəstəxanalar: Möcvud olduğu halda tibb müəssisələrində göstərilən tələblərə uyğun olaraq BlackBerry 

cihazının bütün simsiz bağlantılarını söndürün. Hospitallar yaxud tibb mərkəzlərində xarici radiotezlik 

enerjisinə həssas avadanlıqdan istifadə edilə bilər.

Təyyarə: Federal Aviasiya Administrasiyası (FAA) və Federal Kommunikasiyalar Komissiyasının 

(FCC) qaydaları simsiz cihazların radiosundan təyyarə havada olquğu zaman istifadəsini qadağan 

edir. Təyyarəyə mindikdən əvvəl BlackBerry cihazında bütün simsiz bağlantıları söndürün. BlackBerry 

cihazının aktiv simsiz bağlantıları ilə təyyarədə istifadəsinin təsiri məlum deyil. Bu cür istifadə 

təyyarənin cihazlarına, rabitəsinə və texniki göstəricilərinə təsir göstərə bilər, şəbəkədə nasazlıqlar 

yarada bilər, təyyarənin istismarına təhlükəli və həmçinin qanunsuz ola bilər. BlackBerry cihazında 

bütün simsiz bağlantılar söndürülmüş halda hava yolları qaydalarının elektron cihazlara edilən 

tələblərə uyğun olaraq cihazın yalnız radio əsasında çalışmayan proqramlardan istifadə edin.

Təhlükəli ərazilər

BlackBerry cihazı faktiki olaraq təhlükəsiz cihaz deyil və bu cür cihazların tələb olunduğu qaz 

buxarlanmasının mövcudluğu, partlayıcı toz vəziyyətləri, nüvə reaktorlarının istismarı, təyyarə 

naviqasiyası yaxud rabitə xidmətləri, hava yollarının nəzarəti və reanimasiya yaxud silah sistemləri 

kimi təhlükəli mühitlərdə istifadə üçün nəzərdə tutulmur.

Potensial partlayıcı mühitlər: Potensial partlayıcı mühitdə olduqda, BlackBerry cihazınızın bütün simsiz 

bağlantılarını söndürün və bütün nişan və təlimatlara əməl edin. Bu cür ərazilərdə qığılcım insan 

sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud yanğına səbəb ola bilər.

Potensial partlayış mühiti ilə ərazilər çox vaxt açıq şəkildə nişanlanır lakin bu həmişə belə deyil. Onlara 

yanacaqdoldurma stansiyaları, qayıqlarda aşağı göyərtə, yanacağın yaxud kimyəvi maddələrin nəqli 

yaxud saxlanılması üzrə obyektlər; maye neft qazından (propan yaxud butan kimi) istifadə edən 

nəqliyyat vasitələri; dənəcik, toz yaxud metal tozları kimi kimyəvi maddələrin yaxud dənəciklərin 

havada olduğu sahələr; və nəqliyyat vasitənizin mühərrikini adətən söndürülmüş halda saxlamağınız 

tələb olunduğu hər hansı bir digər ərazi.

BlackBerry cihazındakı telefondan qaz sızmasının yaxınlığında olarkən bu barədə məlumat çatdırmaq 

üçün istifadə etməyin. Ərazini tərk edin və əgər telefon buna imkan verirsə və BlackBerry cihazında 

aktivdirsə, zəngi təhlükəsiz yerdən edin.

Partlama sahələri: Partlama sahəsində yaxud partlatma əməliyyatlarına mane olmamaq üçün ikitərəfli 

radioların söndürülməli olduğu yerlərdə BlackBerry cihazınızın bütün simsiz bağlantılarını söndürün və 

bütün nişan və təlimatlara əməl edin.

İstismar və saxlanılma temperaturları

BlackBerry cihazınız və cihazın səyahət adapteri aşağıdakı cədvəldə göstərilən temperaturlarda 

istifadə üçün nəzərdə tutulub:

Cihazın işləməsi üçün 

32 - 95°F (0 - 35°C)

Cihazı saxlamaq üçün

-4 - 95°F (-20 - 35°C)

Səyahət adapterinin işləməsi üçün

32 - 95°F (0 - 35°C)

Səyahət adapterinin saxlanması üçün

-22 - 167°F (-30 - 75°C)

BlackBerry cihazınızın və ya BlackBerry cihaz aksesuarlarının tövsiyə edilən temperatur miqyası 

xaricində istifadəsi və ya saxlanması BlackBerry cihazınıza, BlackBerry cihaz aksesuarların və ya 

litium-ion batareyasına zərər vura bilər.

BlackBerry cihazını və ya BlackBerry cihazın aksessuarlarını radiatorlardan, qızdırıcılardan, 

sobalardan və istilik verən digər cihazlardan (gücləndiricilər daxil olmaqla) uzaq saxlayın. BlackBerry 

cihazını iki həftədən çox istifadə etməyəcəksinizsə, BlackBerry cihazını söndürün və batareyanı 

çıxarın.

Cihazın təmizlənməsi və təmiri

Təmizləmə: BlackBerry cihazı yaxud BlackBerry cihaz aksessuarının üzərində yaxud yaxınlığında 

maye, aerozol təmizləyiciləri yaxud məhlullardan istifadə etməyin. Yalnız quru təmiz əski ilə təmizləyin. 

BlackBerry cihazını yaxud batareya yükləcisi aksessuarını təmizlədikdən əvvəl kompyuterdən bütün 

kabelləri və elektrik cərəyanından bütün batareya yükləcisi aksessuarlarını ayırın.

BlackBerry cihazınızda batareyanı təmizləmək lazımdırsa, batareya qapağını çıxarın və BlackBerry 

cihazına maye düşməsinə imkan verməyin. Batareya qapağını yuyucu toza batırılmış nəm əski ilə silin. 

Qapağı BlackBerry cihazına geri taxmazdan əvvəl tamamən quru olmasına fikir verin.

Təmir: BlackBerry cihazı və ya yükləyici aksessuarını sökməyə cəhd etməyin. BlackBerry cihazının 

təmirini yalnız ixtisaslı peşəkarlar tərəfindən həyata keçirilməlidir. Aşağıdakı hallardan biri baş verərsə, 

kompüter yaxud elektrik rozetkasından kabelləri çıxarın və BlackBerry cihazı yaxud adapterini servisə 

aparın:



Elektrik şnuru, birləşdiricisi zədələnərsə.



BlackBerry cihazı yaxud adapterə su yaxud başqa nəsə düşərsə.

BlackBerry cihazı yaxud adapteri yağışa yaxud suya düşərsə.



BlackBerry cihazı yaxud adapteri çox isinərsə.

BlackBerry cihazı yaxud adapteri əldən düşərsə yaxud zədələnərsə.



BlackBerry cihazı yaxud adapteri düzgün işləməsə.

BlackBerry cihazı yaxud adapterinin fəaliyyətində ciddi dəyişiklik olarsa.



Yanğın yaxud elektrik şokun təhlükə riskini azaltmaq üçün yalnız BlackBerry cihazı üçün istifadəçi 

təlimatında əhatə edilən göstəriciləri tənzimləyin. Digər göstəricilərin qeyri-düzgün tənzimlənməsi zərər 

yetirə bilər və çox vaxtı ixtisaslı mütəxəssisə BlackBerry cihazını, yükləyici aksessuarı yaxud digər bir 

aksessuarı normal iş vəziyyətinə yenidən qaytarmaq üçün böyük səy tələb edir.

BlackBerry cihazının istifadəçi sənədləşməsində olan təhlükəsizlik təlimatlarına əməlolunmama 

Məhdud zəmanəti ləğv edəcək və qanunu pozan tərəfin, məhkəmə prosesinin yaxud hər ikisin 

dayandırılması yaxud xidmətdən imtinası ilə nəticələnə bilər..

Cihaz və batareyanın atılması

BlackBerry cihazı yaxud batareyanı oda atmayın.

 BlackBerry cihazı məişət tullantılarının zibil qutusuna tullanılmamalıdır.

Təkrar dövriyyə və təhlükəsiz atılma üçün cihaz və aksesuarlarının Research In Motion-na 

qaytarılmasına dair ətraflı məlumat üçün kompüterin brauzerindən 

www.blackberry.com/recycling 

yaxud 


https://tradeup.blackberry.com

 saytına baş çəkin. Təkrar dövriyyə və barter proqramları yalnız 

müəyyən yerlərdə mümkündür.

Bu proqramlar sizin ərazidə təklif edilmirsə, elektron məhsulların atılmasına dair yerli qaydalara əməl 

edin.

Batareyanı bu cür element növünün utilizasiyasını idarə edən qanun və nizamnamələrə uyğun olaraq 



utilizasiya edin.

Fövqaladə zənglər və BlackBerry Mobile Voice System 

haqqında

BlackBerry Mobile Voice System BlackBerry cihazınızda quraşdırılıbsa, aşağıdakılar sizə aiddir:

911, 112, 000,999 yaxud digər beynəlxalq təhlükəsizlik cavab punktları yaxud oxşar fövqaladə 

xidmətlərə zənglər BlackBerry Mobil Səs Sistemi ilə aparılmır, onlar yalnız mobil şəbəkə olan yerlərdə 

BlackBerry cihazından edilir. BlackBerry MVS ənənəvi telefon xidmətini əvəz etmək üçün nəzərdə 

tutulmayıb. Fövqaladə zəng imkanı kimi ənənəvi sabit yaxud simsiz telefon xidmətlərinə çıxış əldə 

etmək üçün BlackBerry MVS-dən başqa əlavə funksiyalar təchiz edilməlidir. BlackBerry MVS ilə 

fövqaladə zəng xidmətlərinə (məsələn, 911, 112, 000 yaxud 999) müraciət edə bilməımək səbəbilə 

baş verən xəsarət, ölüm yaxud yaralanma hallarına görə RIM, onun filialları və onların müvafiq işçiləri, 

direktorları və personalı məsuliyyət daşımır. BlackBerry MVS Müştəri Proqramını istifadə etməklə, 

yuxarıdakılara razılıq verirsiniz. Yuxarıda qeyd edilənlə razı deyilsinizsə, BlackBerry MVS Müştəri 

Proqramını cihazdan silin. 

Uyğunluq məlumatı

Radiotezlik siqnalları ilə təmas

BlackBerry cihazının radiosu az gücə malik olan radioötürücüsü və qəbuledicisidir. BlackBerry 

cihazının radiosu işə salındığı halda o, radiotezlik siqnallarını həm qəbul edir, həm də ki ötürür. 

BlackBerry cihazı Federal Kommunikasiyalar Komissiyası (FCC), Daxili İşlər və Rabitə Nazirliyi (MIC) 

və Kanada Sənaye Nazirliyinin (IC) simsiz cihazları üçün radiotezliklər ilə təmas üzrə təhlükəsizlik 

səviyyələrinə dair təlimatları ilə uyğun olmaq üçün yaradılıb. Həmin bu simsiz cihazlar Kanada, ABŞ və 

beynəlxalq standartlaşdırma orqanları tərəfindən əvvəl müəyyən edilmiş təhlükəsizlik standartları ilə 

uyğundur:

ANSI/IEEE C95.1, 2005, Amerika Milli Standartlar İnstitutu/IEEE Radiotezlik elektromaqnit 



sahələrinin insana təsiri haqqında təhlükəsizlik səviyyələri haqqında Standartı, 3 kHz-dən 300 

GHz-ə qədər

Radiasiya qarşı müdafiə və öıçülərə dair Milli Şuranın (NCRP) 86 saylı hesabatı, 1986, 



Radiotezlik elektromaqnit sahələri üzrə bioloji effektlər və kontakt üzrə meyarlar

Kanada Səhiyyə Nazirliyi, Təhlükəsizlik Məcəlləsi 6, 2009, 3 kHz-dən 300 GHz-ə qədər tezlik 



diapozonunda radiotezlik elektromaqnit sahələrinin insana edilən təsir səviyyələri

EN 50360, 2001+A1:2012, Mobil telefonların elektromaqnit sahələrinin insana təsirinə dair əsas 



məhdudiyyətlərə uyğunluğunu göstərmək üçün məhsul üzrə standart (300 MHz - 3 GHz)

Qeyri-ionlaşdırıcı Radiasiya qarşı Müdafiə üzrə Beynəlxalq Komissiya (ICNIRP), 2009, Vaxt ilə 



dəyişilən elektrik, maqnit və elektromaqnit sahələrinin təsrinin məhdudlaşdırılması üzrə 

təlimatlar (300 GHz qədər)

Avropa Birliyiinin Rəsmi Jurnalı (OJEU), 1999, Şuranın 12 iyul 1999-cu il tarixli elektromaqnit 



sahələrin insanlara təsirinin məhdudlaşdırılması üzrə Tövsiyəsi (0 Hz - 300 GHz)

MIC, 2001, Radio avadanlığın idarəedilməsi üzrə Fərmanın 14-2 Maddəsi



FCC, IC, MIC, və AB-nin radiotezlik təsiri üzrə təlimatlarına BlackBerry cihazını üzərinizdə gəzdirdikdə 

uyğun olmaq üçün yalnız Research In Motion tərəfindən təmin yaxud təsdiq edilmiş üzərində qayış 

tutqacı olan daşınma üçün aksessuarlardan istifadə edin. RIM tərəfindən təsdiqlənməyən 

aksesuarların istifadəsi FCC, IC və EU radiotezlik təsiretmə təlimatlarına zidd ola və BlackBerry 

cihazının zəmanətini qüvvədən sala bilər. BlackBerry cihazını daşıyarkən RIM tərəfindən təsdiqlənən 

kəmər qısqaclı qobur istifadə etməsəniz, BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən 

aralı saxlayın ( BlackBerry cihazı siqnal ötürərkən). USB kabelinin olub-olmadığından asılı olmayaraq 

BlackBerry cihazının hər hansı bir məlumat funksiyasından istifadə etdikdə, BlackBerry cihazını 

bədəninizdən ən azı 0,59 düym (15 mm) məsafədə saxlayın. Əgər siz BlackBerry cihazını daşıdıqda 

RIM tərəfindən təchiz yaxud təsdiq edilmiş aksessuardan istifadə edirsinizsə, aksessuarın tərkibində 

metalın olmadığını yoxlayın və BlackBerry cihazı işə salındıqda və simsiz şəbəkəyə qoşulduqda 

BlackBerry cihazını bədəninizdən ən azı 0,59 düym (15 mm) məsafədə saxlayın.

Radiotezlik təsirini azaltmaq üçün aşağıdakı təhlükəsizlik təlimatlarına əməl edin:

BlackBerry cihazını güclü simsiz siqnal olan yerlərdə istifadə edin. Simsiz siqnalın gücünü 



göstərən indikator ana ekranın yuxarısağ küncündə yerləşir və beş yüksələn panel göstərir. Üç 

və daha çox zolaq güclü siqnalı göstərir. Yeraltı dayanacaqlar kimi yerlərdə yaxud qatar yaxud 

avtomobildə səyahət edərkən zəif siqnalın göstərilməsi BlackBerry cihazınızın zəif siqnala 

qoşulmaq üçün çox enerji sərf etdiyini bildirir.

Mövcuddursa, hendsfri istifadə edin və BlackBerry cihazı yandırıldıqda və simsiz şəbəkəyə 



qoşulduqda BlackBerry cihazını bədəninizdən ən azı 0.59 düym (15 mm) aralı saxlayın (hamilə 

qadınların qarın nahiyəsi və yeniyetmələrin qarınaltı nahiyəsi daxil). BlackBerry cihazının 

daşınmasına dair ətraflı məlumat üçün bu sənədin Aksesuarlar bölməsindəki qobur haqqında 

məlumatlara baxın.

Zənglərə sərf edilən vaxtı azaldın yaxud əvəzinə mətn mesajı yaxud BBM mesajı göndərin.



Xüsusi absorbsiya dərəcəsi haqqında məlumat

BU SİMSİZ CİHAZ MODELİ RADİODALĞALARLA TƏMAS ÜZRƏ DÖVLƏT QANUNLARINA 

UYĞUNDUR.

BlackBerry cihazı radioötürücü və radioqəbuledicisidir. O, ABŞ höküməti Federal Kommunikasiyalar 

Komissiyasının, Kanada hökümətinin Sənaye Nazirliyinin tərəfindən təyin edilmiş və Avropa Birliyinin 

Şurası tərəfindən tövsiyə olunmuş radiotezlik enerjisindən süalanma ilə təmas həddlərini aşmamaq 

üçün hazırlanmış və istehsal edilmişdir. Bu həddlər hərtərəfli təlimatların hissəsidir və istifadəçilər üçün 

radiotezlik enerjisinin icazə verilən həddlərini müəyyən edir. Bu təlimatlar müstəqil elmi təşkilatlar 

tərəfindən elmi tədqiqatların mütəmadi və hərtərəfli qiymətləndirilməsi nəticəsində hazırlanmış 

standartlar əsaslanır.

Simsiz cihazlar üçün olan bu standart xüsusi absorbsiya dərəcəsi yaxud XAD kimi tanınan ölçü 

vahidindən istifadə edir. FCC/IC tərəfindən təyin olunmuş XAD həddi 1,6 Vt/kq* təşkil edir. Avropa 

Birliyinin Şurası tərəfindən tövsiyə olunan XAD həddi 2,0 Vt/kq** təşkil edir. XAD üçün sınaqlar FCC/IC 

tərəfindən müəyyən edilmiş standart istismar göstərişlərindən istifadə edərək cihazın bütün sınanan 




tezlik diapozonlarında qeydə alınmış ən yüksək güc səviyyəsində olduğu halda keçirilir. XAD qeydə 

alınmış ən yüksək güc səviyyəsində müəyyən olunduğuna baxmayaraq cihazın faktiki XAD göstəricisi 

istismar zamanı maksimum dərəcəsindən çox aşağı ola bilər. Bu, cihazın çoxsaylı güc səviyyələrində 

çalışması üçün nəzərdə tutulduğunun nəticəsidir, çünki yalnız şəbəkəyə çatmaq üçün lazım olan 

gücdən istifadə olunur. Ümumilikdə isə, cihazın əsas stansiya antennasına nə qədər yaxın olsa, çıxış 

gücü o qədər də az olacaq.

Simsiz cihazın modeli satışa çıxarılandan əvvəl o, FCC, IC və Avropa Birliyinin Şurası tərəfindən 

Qeyri-ionlaşdırıcı Radiasiya qarşı Müdafiə üzrə Beynəlxalq Komissiyasının (ICNIRP) tövsiyələrinə 

əsasən hökümətin qəbul etdiyi tələbi ilə təyin olunmuş təhlükəsiz təmas üzrə həddi aşmadığına görə 

yoxlanılıb və sertifikatlaşdırılmalıdır. Sınaqlar FCC, IC və Avropa Birliyinin Şurası tərəfindən hər model 

üçün tələblərinə uyğun olan vəziyyətlərdə və yerlərdə (məsələn, qulağın yanında və bədən üzərində) 

keçirilir.

BlackBerry cihaz modeli üçün qulağın yanında sınaq zamanı ən yüksək XAD göstəricisi aşağıda 

göstərilib:

Cihaz

SAR (Ç/kq) - 1 q 



(FCC/IC)

SAR (Ç/kq) - 1 q 

(Hindistan)

SAR (Ç/kq) - 10 

q (R&TTE)

BlackBerry Z10 cihazı (model 

nömrəsi RFG81UW)

0.97


1.09

1.02


RIM tərəfindən təsdiqlənmiş üzərində qayış tutqacı olan üzlüyü ilə olan qayışda saxlanıldığı halda 

BlackBerry cihazı üçün qeydə alınmış ən yüksək XAD dərəcəsi aşağıda ətraflı göstərilir. RIM 

tərəfindən təsdiqlənmiş və RIM tərəfindən təsdiqlənməmiş daşınma aksessuarlar daxil olmaqla 

üzərində qayış tutqacı olmayan daşınma aksessuarları istifadə edilə BİLMƏZ. RIM tərəfindən 

təsdiqlənməmiş üzərində qayış tutqacı olan aksessuardan istifadə etmədən BlackBerry cihazının 

daşınması haqqında ətraflı məlumat üçün bu sənədin "Təhlükəsizlik üzrə əlavə təlimatlar" bölümündə 

Üzlük üzrə məlumata baxın.

Cihaz


SAR (Ç/kq) - 1 q 

(FCC/IC)


SAR (Ç/kq) - 1 q 

(Hindistan)

SAR (Ç/kq) - 10 

q (R&TTE)

BlackBerry Z10 cihazı (model 

nömrəsi RFG81UW)

0.84

0.73


0.72

BlackBerry cihazı Mobile Hotspot rejimində işləyirsə, RIM tərəfindən təsdiqlənmiş üzərində qayış 

tutqacı olan üzlüyü ilə olan qayışda saxlanıldığı halda BlackBerry cihazı üçün qeydə alınmış ən yüksək 

XAD dərəcəli aşağıda ətraflı göstərilir.

Cihaz

SAR (Ç/kq) - 1 q (FCC)



BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW)

1.39


Mövcud aksessuarlar və FCC, IC və Avropa Birliyi Şurasının tələblərindən asılı olaraq taxılan 

aksessuarların ölçüləri simsiz cihazlar və telefon modelləri arasında fərqlənir.

BlackBerry cihazı bu bölmədə göstərildiyi kimi istifadə edildikdə, FCC simsiz cihaz modeli üçün bütün 

SAR səviyyələri FCC radio tezliyi emissiya təlimatlarına uyğun qiymətləndirilməklə,Avadanlıq İcazəsi 

təminetmişdir. Bu simsiz cihaza dair SAR məlumatları FCC olan fayldadır və 

www.fcc.gov/oet/ea 

saytının Ekran Təminatı bölməsində, aşağıda qeyd edilən BlackBerry cihazınızın FCC İD-ni 

axtardıqdan sonra tapa biləsiniz.

Cihaz

FCC ID


BlackBerry Z10 cihazı (model nömrəsi 

RFG81UW)


L6ARFG80UW

Əlavə SAR məlumatlarını CTIA - The Wireless Association vebsaytında, 

www.ctia.org

 ünvanından 

əldə etmək olar. Yaponiyada əlavə SAR məlumatlarını Radi Sənaye və Müəssisələri Assosiasiyasının 

vebsaytından 

www.arib-emf.org/index.html

 ünvanına yaxud Daxili İşlər və Rabitə Nazirliyinin 

Telekommunikasiya Bürosunun vebsaytından 

www.tele.soumu.go.jp/e/index.htm

 ünvanına daxil 

olmaqla əldə etmək olar. 

___________________________________

* Amerika Birləşmiş Ştatlarında və Kanadada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi 

absorbsiya dərəcəsi) həddi bədən və baş toxumasının orta hesabla 1 qram üzrə 1 Vatt/kq (Vt/kq) təşkil 

edir (əllər, biləklər, topuq və ayaq toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq).

** Avropada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi absorbsiya dərəcəsi) həddi bədən və baş 

toxumasının orta hesabla 1 qram üzrə 2 Vatt/kq (Vt/kq) təşkil edir (əllər, biləklər, topuq və ayaq 

toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq). Standart istifadəçilərə əlavə müdafiəni təmin etmək 

üçün və ölçülərdə hər hansı bir dəyişikliklərin mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik 

ehtiyatına malikdir.

FCC uyğunluq bəyannaməsi (Amerika Birləşmiş Ştatları)

FCC Klass B Hissə 15 

Bu cihaz Federal Kommunikasiyalar Komissiyasının (FCC) Qaydalarının Hissə 15 ilə uyğundur. 

İstismar aşağıdakı iki tələbə tabe olunur:

Bu cihaz zərərli təsir göstəməməlidir.



Bu cihaz xoşagəlməz əməliyyata səbəb ola bilən müdaxilə daxil olmaqla istənilən müdaxiləni 

qəbul etməlidir.

XƏBƏRDARLIQ: Cihaza uyğunluğa görə məsuliyyət daşıyan tərəfin açıq şəkildə təsdiqləmədiyi 

dəyişikliklər yaxud modifikasiyalar istifadəçinin bu avadanlıqdan istifadə hüququnu ləğv edə bilər.

Bu avadanlıq FCC Qaydalarının Hissə 15-in Klass B rəqəmli cihaz üzrə həddlər üzrə yoxlanılmış və 

uyğunluğu aşkarlanmışdır. Bu həddlər yaşayış binasında zərərli müdaxiləyə qarşı kifayət qədər 

müdafiəni təmin etmək üçün hazırlanıb. Bu avadanlıq radiotezlik enerjisini yaradır, ondan istifadə edir 

və onu şüalayır və istehsalçı tələblərinə uyğun olaraq düzgün quraşdırılmadığı ya istifadə edilmədiyi 

halda radiorabitəyə zərərli müdaxilə yarada bilər.

Lakin bu, müdaxilənin müəyyən bir vəziyyətdə baş verdiyinə zəmanət deyil. Əgər bu avadanlıq 

həqiqətən radio yaxud televiziyaya zərərli müdaxilə yaradırsa, hansı ki avadanlığı yandırıldığı yaxud 

söndürüldüyü halda müəyyən edilə bilər, istifadəçiyə müdaxiləni aşağıdakı əməliyyatlarla müdaxiləni 

düzəltmək tövsiyə edilir:

Qəbuledici antennanı yenidən sazlayın yaxud onun yerini dəyişmək.



Avadanlıq və qəbuledici arasındakı məsafəni artırmaq.

Avadanlığı qəbuledicinin qoşulduğu şəbəkədən fərli bir şəbəkəyə qoşmaq.



Kömək üçün dilerə yaxud təcrübəli radio və ya televizor mütəxəssisinə müraciət etmək.

Federal Kommunikasiyalar Komissiyasının ("FCC") qulaq 

aparatının simsiz cihazlar ilə uyğunluğu üzrə ABŞ məlumatı

Simsiz cihazlar qulaq aparatlarının yaxınlığından istifadə edildiyi zaman (qulaq aparatları və koxlear 

implantantları kimi), istifadəçilər vızıltı, mızıltı yaxud iniltiyə oxşar səsləri eşidə bilərlər. Bəzi qulaq 

aparatları digərləri ilə nisbətində bu müdaxiləyə daha davamlıdır və həmçinin simsiz cihazlar 

yaratdıqları müdaxilə həcminə görə fərqlənir.

Qulaq aparatları istifadəçilərin onların qulaq aparatları ilə uyğun ola bilən simsiz cihazları tapmaq üçün 

mobil rabitə sektoru təsnifatları yaradıb. Bəzi simsiz cihazlar hələ qiymətləndirilməmişdir. 

Qiymətləndirilmiş simsiz cihazlar digər müvafiq təsdiq nişanları ilə birgə olan qeyddə göstəriciləcək.

Bu təsnifatlar zəmanət deyil. Nəticələr istifadəçinin qulaq aparatından və eşitmə qabiliyyətinin itirilmə 

dərəcəsindən asılı olaraq fərqlənəcək. Əgər sizin qulaq aparatınız müdaxiləyə həssasdırsa, siz 

qiymətləndirilmiş simsiz cihazdan müvəffəqiyyətlə istifadə edə bilməyəcəksiniz.

Qulaq həkiminizlə məsləhətləşmə və simsiz cihazınızın qulaq aparatınızla yoxlanılması onun şəxsi 

tələbləriniz üçün qiymətləndirilmənin ən yaxşı yoludur.

Bu BlackBerry cihazı BlackBerry cihazının istifadə etdiyi bir neçə simsiz texnologiyaları üzrə yoxlanılıb 

və qulaq aparatları ilə istifadə üçün qiymətləndirilib. Lakin bu BlackBerry cihazında digər qulaq 

aparatları ilə istifadə üçün yoxlanılmamış texnologiyalar istifadə oluna bilər. Bu BlackBerry cihazından 

qulaq aparatınız yaxud koxlear implantantı ilə istifadə etdiyiniz zaman hər hansı bir müdaxilə səsini 

eşitdiyinizi müəyyən etmək üçün BlackBerry cihazınızın müxtəlif xüsusiyyətlərini hərtərəfli və müxtəlif 

yerlərdə yoxlamaq vacibdir. Xidmət təminatçınızla onun qaytarılması, dəyişdirilməsi və qulaq 

aparatının uyğunluğu haqqında məlumat üzrə məsləhətləşin.

Qiymətləndirilmələr necə işləyir

M-Dərəcələri: M3 yaxud M4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız 

simsiz cihazlara nisbətən qulaq aparatları üçün daha az müdaxilə yaradır. M4 bunlardan daha yüksək/

yaxşı qiymətləndirmədir.

T-Dərəcələri: T3 yaxud T4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız 

simsiz cihazlara nisbətən qulaq aparatlarının telehalqası ("T kommutatoru" yaxud "Telefon 

kommutatoru) ilə daha yaxşı istifadə edilə bilər. T4 bunlardan daha yüksək/yaxşı qiymətləndirmədir. 

(Qeyd etmək lazımdır ki, bəzi qulaq aparatlarında telehalqa yoxdur.)

Qulaq aparatları da bu növ müdaxiləyə davamlılıq üzrə qiymətləndirilə bilər. Qulaq aparatınızın 

istehsalçısı yaxud qulaq həkiminiz sizə qulaq aparatınız üzrə bu nəticələri tapmaqda kömək edə bilər. 

Qulaq aparatınız nə qədər davamlı olarsa, siz simsiz cihazlardan daha az müdaxilə qəbul edəcəksiniz.

Simsiz cihazlarla qulaq aparatlarının uyğunluğuna dair və əmək qabiliyyəti məhdud olan şəxslərin 

telekommunikasiya xidmətlərinə çıxışı üçün FCC gördüyü tədbirlərə dair ətraflı məlumat üçün 

www.fcc.gov/cgb/dro

 saytına baş çəkin.

Kanada Sənaye Nazirliyinin sertifikatlaşdırması

Bu cihaz Kanada Sənaye lisenziya-çıxarışı RSS standartlarına uyğundur. Əməliyyat bu şərtlərə 

tabedir:

Bu cihaz maneə yarada bilməz.



Bu cihaz cihazın arzuolunmaz istifadəsinə səbəb olan maneə daxil olmaqla, istənilən maneəni 

qəbul etməlidir.

BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW) Kanada Sənaye RSS 102, RSS 132, RSS 133, 

RSS-GEN və RSS 210, sertifikat nömrə 2503A-RFG80UW standartına uyğundur.

5150-5250 MHz dalğasında istifadə üçün nəzərdə tutulmuş BlackBerry cihazı birgə kanallı mobil peyk 

sistemlərinə maneə törətməməsi üçün yalnız daxili istifadə üçündür.

BlackBerry cihazları üçün 5250-5350 MHz və 5470-5725 MHz dalğalarında maksimum antena qəbul 

dərəcəsi EIRP həddinə uyğun olmalıdır.

BlackBerry cihazları üçün 5725-5825 MHz dalğasında maksimum antena qəbul dərəcəsi nöqtədən-

nöqtəyə və nöqtədən-nöqtəyə olmayan istifadə üçün təyin edilmiş EIRP həddinə uyğun olmalıdır

Tövsiyə olunur ki, güclü radarlar 5250-5350 MHz və 5650-5850 MHz dalğalarının birinci dərəcəli 

istifadəçiləri kimi təyin edilsin və bu radarlar LE-LAN cihazlarına maneə tərədə yaxud xəsarət yetirə 

bilər.


B Klass uyğunluğu

Bu BlackBerry maneələr yaradan avadanlığa dair Kanada Sənaye Nazirliyinin "İnformasiya 

Texnologiyası Avadanlığı - ölçü həddləri və metodları" adlanan standartında göstərildiyi kimi radio səs 

şüalanmalarının B Klassına uyğundur.

Avropa Birliyinin qanunvericiliyinə uyğunluq

Research In Motion bununla bəyan edir ki, bu BlackBerry cihazı 1999/5/EC Direktivinin əsas tələbləri 

və digər müvafiq müddəalarına uyğundur.

Cihaz


Müvafiq CE işarələri

BlackBerry Z10 cihazı

1999/5/EC Direktivi (HG nr.88/2003) əsasında hazırlanmış Uyğunluq bəyannaməsi Avropa Birliyinin 

aşağıdakı səhifədə baxmaq olar: 

www.blackberry.com/go/declarationofconformity

.

Research In Motion UK Limited 200 Bath Road Slough, Berkshire SL1 3XE United Kingdom



Wi-Fi aktivləşdirilmiş BlackBerry cihazınız varsa, BlackBerry cihazınız Avropa İttifaqı üzv ölkələrinin 

hamısında Wi-Fi şəbəkələrində istifadə edilə bilər. Bu avadanlıq Türkiyədə istismar edilə bilər.

Avropa Birliyi Komissiyasının 12 fevral 2007-ci il Qərarına dair Rəsmi Bülletendə bildirilir ki, 5.150 to 

5.350 GHz tezlik dalğasında simsiz çıxış sistemləri, o cümlədən radio lokal şəbəkələr daxili istifadə ilə 

məhdudlaşmalıdır. Şəbəkə yaradılmasının simsiz giriş nöqtəsi domeni daxilində olduğuna və giriş 

nöqtəsinin əsas cihaz olduğuna görə, BlackBerry cihazı heç vaxt şəbəkə yaradılmasını başlamır və ya 

5,150 GHz-dən 5,350 GHz-ə qədər təzlik diapozonunda xüsusi rejimdə şəbəkəyə qoşulmur.

Əlavə tənzimləyici uyğunluq

BlackBerry cihazınız üçün aşağıdakı standartlar və qaydalara uyğunluq barədə təfərrüatlar Research 

In Motion-dan əldə edilə bilər:

Cihaz

Müvafiq uyğunluq məlumatı



BlackBerry Z10 cihazı

PCS növünün sertifikatlaşdırma nəzarəti üzrə komitə 



(PTCRB)

Radio və telekommunikasiya terminal avadanlığı 



(R&TTE) direktivi 1999/5/EC

Qlobal Sertifikatlaşdırma Forumunun Sertifikatlaşdırma 



meyarlarının (GCF CC) tələbləri

Əlavə Yazma Təsdiqi məlumatları üçün cihazın Haqqında ekranında Tənzimləyici Təsdiqlər siyahısına 

baxın.

Məhsul haqqında məlumat: BlackBerry Z10 cihazı 



Mexaniki xüsusiyyətlər:

Çəkisi: təqribən 4.8 oz (135.4 q), litium-ion batareya daxil olmaqla



Ölçüsü (uzunluq x eni x hündürlük) 5.1 x 2.6 x 0.4 düym (130 x 65.6 x 9 mm)

2 GB RAM, 16 GB fləş yaddaşı, 64 GB mikro SD kartı yuvası



Güc xüsusiyyətləri:

Çıxarılan, doldurulan litium-ion batareyası



3V, 1.8V mikro SIM kartları dəstəkləyir

Məlumatın sinxronlaşdırılması və yükləmə üçün mikro-USB portu



Mobil şəbəkə radiosu xüsusiyyətləri:

Dörd diapozon HSPA+ dəstəklənir: UMTS 850, UMTS 900, UMTS 1900, UMTS 2100 MHz 



tezlik

Dörd diapozon GSM dəstəklənir: GSM 850, GSM 900, DCS 1800, PCS 1900 MHz



Güc klassı: Klass 1 (DCS 1800, PCS 1900), Klass 4 (GSM 850) GSM 5.05-də göstərildiyi 

kimi, Klass 4 (GSM 900) GSM 02.06-də göstərildiyi kimi, Klass E2 (GSM 850, GSM 900, 

DCS 1800, PCS 1900), Klass 3 (UMTS)

Ötürücü tezlik: GSM 824 - 849 MHz, GSM 880 - 915 MHz, DCS 1710 - 1785 MHz, PCS 



1850 - 1910 MHz, IMT 1920 - 1980 MHz

Qəbuledici tezlik: GSM 869 - 894 MHz, GSM 925 - 960 MHz, DCS 1805 - 1 880 MHz, PCS 



1930 - 1 990 MHz, IMT 2110 - 2 170 MHz

Wi-Fi şəbəkə radiosu xüsusiyyətləri:

Simsiz LAN standartı: IEEE 802.11a, IEEE 802.11b, IEEE 802,11g, IEEE 802.11n



IEEE 802.11b/IEEE 802,11g/IEEE 802.11n üçün ötürücü və qəbuledici tezlik: 2,412 - 2,472 

GHz



IEEE 802.11a/IEEE 802.11n üçün ötürücü və qəbuledici tezlik: 5,180 - 5,825 GHz



Bluetooth radio xüsusiyyətləri:

Tək diapozonun dəstəyi: ISM 2,4 GHz



Ötürücü və qəbuledici tezlik: 2402 - 2 480 MHz

Bluetooth Klass 2



Cihazınız NFC texnologiyasını dəstəkləyirsə, aşağıdakı xüsusiyyətlər tətbiq edilir:

İstismar rezliyi: 13,56 MHz



Dəstəklənən rejimlər: oxuma/yazma, kart emulyasiyası, eyni səviyyəli

Rəsmi bildiriş

©

 2012 Research In Motion Limited. Bütün hüquqlar qorunur. BlackBerry



®

, RIM


®

, Research In Motion

® 

və aidiyyatı olan əmtəə nişanları, adlar və loqotiplər Research In Motion Limited-in mülkiyyətidir və 



ABŞ-da və dünya üzrə digər ölkələrdə qeydiyyata alınıb və/və ya istifadə edilir. ANSI Amerika Milli 

Standartlar İnstitutunun əmtəə nişanıdır. Bluetooth Bluetooth SIG-in əmtəə nişanıdır. CTIA - The 

Wireless Association CTIA - The Wireless Association-ın əmtəə nişanıdır. GSM GSM MOU 

Assosiyasının əmtəə nişanıdır. IEEE, 802.11a, 802.11b, 802.11g, 802.11n və IEEE Std 1725 Institute 

of Electrical and Electronics Engineers, Inc. əmtəə nişanlarıdır. UMTS Avropa Telekommunikasiya 

Standartları İnstitutunun (ETSI) əmtəə nişanıdır. Wi-Fi Wi-Fi Alliance-ın əmtəə nişanıdır. Bütün digər 

əmtəə nişanları onların müvafiq sahiblərinin mülkiyyətidir. Bu sənədləşmə, o cümlədən istinad edilən 



bütün sənədlər (məsələn, 

www.blackberry.com/go/docs

-datəmin edilən sənədlər) "olduğu kimi" və 

Research In Motion Limited və onun törəmə şirkətləri ("RIM") tərəfindən heç bir şərt, təsdiq, təqdimat, 

zəmanət yaxud öhdəliksız təqdim edilir ki, bunların hamısı sizin qanunvericiliyinizin icazə verildiyi 

maksimum dərəcədə açıq şəkildə imtina olunur.

İstənilən RIM məhsul ya xidmətinin istifadəsi üzrə şərtləri ayrı lisenziyada yaxud digər sazişdə 

göstərilir ki, RIM orada göstərilir. BU SƏNƏDLƏŞMƏDƏ HEÇ BİR ŞEY RIM TƏRƏFİNDƏN BU 

SƏNƏDLƏŞMƏDƏN FƏRQLİ OLAN HƏR HANSI BİR RIM MƏHSUL YAXUD XİDMƏTİNİN 

HİSSƏLƏRİ ÜÇÜN TƏQDİM ETDİYİ BİRBAŞA YAZILI SAZİŞLƏRİ YAXUD ZƏMANƏTLƏRİ 

ÜSTƏLƏYƏ BİLMƏZ.

Research In Motion Limited

295 Phillip Street

Waterloo, ON N2L 3W8

Canada

Research In Motion UK Limited



200 Bath Road

Slough, Berkshire SL1 3XE

United Kingdom

Kanadada çap edilib



Yüklə 124,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə