Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

 
Azərbaycanda tunc dövrü hərb işinin öyrənilməsinin tarixşünaslığı 
39
 
 
əsr,  yeni  və  ən  yeni,  XXI  əsrin  əvvəllərinin  hərb  tarixi  problemlərinə  həsr 
olunub (14, 10). 
Azərbaycanın  istər  qədim,  istərsə  də  orta  əsr  və  yeni  dövr  hərb  keç-
mişi barədə diqqətə dəyər məlumatlar türk və müsəlman xalqlarının tarixinə 
həsr olunmuş müvafiq əsərlərdə də öz əksini tapır (39, 36-37, 2; 11; 25; 30; 
68; 76, 16-51). Azərbaycanın qədim cəmiyyətlərinin hərb işi və döyüş sənəti 
haqqında daha əsaslı dəlillər əldə etmək baxımından Qafqaz, Mərkəzi Asiya 
və Sibir xalqlarının, eləcə də Yaxın və Orta Şərq xalqları haqqında aparılmış 
tədqiqatlara  nəzər  salınması  vacibdir  (1;  6;  21;  34;  41;  44;  45;  46;  53;  55; 
59; 60; 72; 78; 20; 3; 31; 9; 26; 52, 146-150, 194-196). 
Hər bir elmin meydana gəlməsi və inkişafının tarixi-məntiqi təhlili ilə 
birgə, onun bütövlükdə predmetə daxil olan bu və ya digər problemlərin el-
mi-metrik  xarakteristikasına  böyük  əhəmiyyət  verilir.  Elmi-metrik  xarakte-
ristika elmin institutlaşması, informasiya axını, sitat çəkmə indeksi (citation 
index) və s. kimi məsələləri əhatə edir. Bu məsələlərin hər hansı bir elmdə 
irəli sürülməsi və öyrənilməsi onların özləri haqqında elmi anlayışın zəruri-
liyini tələb edir. Ona  görə də  elmi-metrik  xarakteristikanın ümumi və ayrı-
ayrı  məsələlərinin  nəzəri  və  praktik  tətbiqinə  dair  tədqiqatlar  aparılmışdır 
(27, 264). Azərbaycanda hərb işinin öyrənilməsinin tarixşünaslığının əsasını 
hərbi sənəd və materiallar təşkil edir. Hərbi sənəd və materiallar hərb elminə 
daxil olan bilik sahələrinin öyrənilməsinin başlıca qaynağını təşkil edir. On-
ların tədqiqi ayrı-ayrı hərbi bilik sahələrinin mənbəşünaslığının təşəkkülünə 
səbəb  olmuşdur.  Bunların  içərisində  hərbi  tarixin  mənbəşünaslığı  xüsusi 
qeyd oluna bilər. (27,  301-304;  42). Hərbi sənəd  və  materiallar  geniş  anla-
yışdır.  Burada  qanunvericilik  aktları  və  nizamnamələr,  hökumət  və  hərbi 
təsisatların  materialları,  müharibələr  və  silahlı  qüvvələr  haqqında  material-
lar, müharibə ilə əlaqədar diplomatik sənədlər və başqaları daxildir. Həmçi-
nin səfərbərlik, qoşunun yığılması, sayı, təchizatı, hərbi itgilər və b. Ayrıca 
qeyd  olunmaqla  yanaşı,  baş  qərargahın  həyata  keçirdiyi  hərbi-statistik  təs-
virlər,  hərbi  memuarlar,  müharibə  və  sülh  haqqında  baxışlar  qeyd  olunan 
mənbələr  nəzərdən  qaçırılmamalıdır  (27,  301;  28,  6-33;  67).  Lakin  bütün 
sadalananlar  yazılı  mənbələrin  varlığını  şərtləndirdiyi  üçün  Azərbaycanın 
hərb işinin erkən çağlarında durumun necə olduğunu digər mənbələrə müra-
ciət etməklə öyrənmək olar. Bu baxımdan folklor və şifahi xalq yaradıcılığı 
əhəmiyyətli  mövqeyə  malik  olsa  da,  ciddi  tədqiqatlar  ancaq  “Koroğlu”  və 
“Kitabi-Dədəm  Qorqud”  qəhrəmanlıq  eposları  üzərində  aparılmışdır  (37; 
15; 22; 17; 18; 51). 
“Kitabi-Dədəm  Qorqud”  dastanı  Azərbaycan  xalqının  və  onun  hərb 
keçmişinin bədii şəkildə ifadə olunmuş  güzgüsüdür.  Lakin  “KDQ” hərb işi 
və döyüş sənəti ilə bağlı əsaslı mənbə kimi ən qədim dövrləri işıqlandırmaq-
da başlıca mənbə kimi çıxış edə bilmir. Buna baxmayaraq onun milli savaş 


 
40 
Orxan Zamanov
 
 
tariximizin  araşdırılmasında,  xüsusilə  də,  islamaqədərki  mərhələnin  tədqi-
qində  müstəsnalığı  və  aktuallığı  danılmazdır  (37;  15).  Bəzi  istisnalarla 
“KDQ”  dastanında  dövrün  hərbi  gerçəklik  və  baxışlarının  əks  olunduğunu 
qəbul etmək olar (27, 302, 22; 17; 18; 35, 23). 
Digər  mənbələr  barədə  danışmaq  üçün  müasir  tədqiqatlara  müraciət 
etmək gərəkdir. Belə tədqiqatlar tunc dövrünün hərb işinin, döyüş sənətinin 
və savaş tarixini öyrənmək baxımından son illər xeyli aktuallaşan antropolo-
giya  və  arxeologiya  ilə  bağlıdırlar.  Bu  səbəbdən  də,  Azərbaycanda  Tunc 
dövründə  hərb  işinin  öyrənilməsinin  tarixşünaslığı  ilə  əlaqədar  araşdırma-
ların əsasını məhz maddi dəlillərə əsaslanan və müasir elmin nailliyyətləri, 
texnologiyası  və  metodologiyasından  faydalanan  müxtəlif  fənnlərin  qovşa-
ğında fəaliyyət göstərən elmlər vasitəsilə həyata keçirmək lazımdır (69; 56). 
Hər bir müharibə özü-özlüyündə miqyaslı və kütləvi cinayət hadisəsi-
dir (fəaliyyətidir). Sıravi kriminalistik təhqiqat və araşdırma qısa vaxt kəsi-
yində  məhdud  cinayətin  araşdırılması  ilə  məşğul  olur.  Tarix  boyu  baş  ver-
miş çoxsaylı basqınlar, münaqişələr və müharibələrin araşdırılması və tədqi-
qi ayrıca elmi-metodoloji yanaşma tələb edir. 
Bu  günki  dəyişən  dünyada  hal-hazırda  ən  aktual  və  həlli  tapılmayan 
məsələlərdən biri də, dövlətlərin hərbiləşməsi (militarizasiyası) və hərbisiz-
ləşməsidir  (demilitarizasiya).  Müasir  dövrdə  silahlanmanın  tərəfdarları  ilə 
silahsızlaşdırma  mübarizləri  (pasifistlər)  arasındakı  ziddiyyətlər  xüsusi  ak-
tuallıq qazanmışdır. Çünki, keçmiş illərdən və əsrlərdən fərqli olaraq müasir 
silahlar artıq insanlığın, təbiətin və planetin varlığına təhlükə yaratmaq iqti-
darındadır. Bu vəziyyət  elm və texnologiyanın inkişafı ilə daha da, kəskin-
ləşərək  ilbəil  qlobal  təhlükə  həddinə  çatır.  Belə  bir  durumda  nüvə  silahına 
malik  dövlətlərin  və  ya  kimyəvi-baktereoloji  silahlara  malik  hər  hansı  bir 
qüvvənin müharibə törətməsi bəşəriyyət üçün onun bütün tarixi boyu və hət-
ta  iki  dünya  müharibəsi  zamanı  verdiyi  itgilərdən  və  dağıntılardan  qat-qat 
çox məhvə yol açacağı acı gerçəkliyini ortaya çıxarır. Bəs insanlıq öz tarixi 
inkişafı  ərzində  müharibə  və  savaşlardan  yan  keçərək  indiki  inkişafa  çata 
bilərdimi?  Ümumiyyətlə  hərbi  işin  ortaya  çıxması  hansı  zərurətə  və  səbəb-
lərə bağlı oldu ki, müasir çağda bəşər sivilizasiyası əldə etdiyi silahlarla Yer 
planetini dəfələrlə dağıtmaq gücünə sahib oldu. Buna gətirib çıxaran amillər 
sırasında ilk yeri bizim sivilizasiyanın onurğa sütunu və əsas yaradıcısı olan 
iqtisadiyyat  tutur.  Azərbaycan  da  daxil  olmaqla  istehsaledici  iqtisadiyyatın 
Yeni daş dövründə Yaxın və Orta Şərqdə yaranması iqtisadi mənafeləri ger-
çəkləşdirmək  uğrunda  və  daha  uğurlu  həyat  şərtləri  naminə  siyasi  maraq-
ların və bu maraqları təmin edəcək bir vasitənin – savaşın ortaya çıxmasına 
zəmin yaratdı. Bunun davamı olaraq əsrlər boyu insan müxtəlif silahlar ya-
ratmışdır. Müvafiq təzyiqə davam gətirməsi üçün silahlar möhkəm və daya-
nıqlı  olmalı idilər. Nəticədə, insanlığın  yaratdığı  maddi mədəniyyət nümu-


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə