Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   28   29   30   31   32   33   34   35   36

 
94 
Xronika, Chronicles, Хроника
 
 
Beynəlxalq elmi seminar: Qəbələ arxeologiyasi 
 
21  oktyabr  2017-ci  il  tarixində  Qə-
bələ  şəhərindəki  Qəbələ  Arxeoloji  Mər-
kəzində  SEBA  (Seul-Bakı)  Azərbaycan-
Koreya Mədəniyyət Mübadiləsi Assosiasi-
yasının,  AMEA  Arxeologiya  və  Etnoqra-
fiya  İnstitutunun, Koreya Respublikasının 
Azərbaycan  Respublikasındakı  Səfirliyi-
nin birgə təşkil  etdikləri  “Qəbələ arxeolo-
giyası” Beynəlxalq Elmi Seminarı keçiril-
mişdir.  Bu  elmi  forum  Azərbaycan  Res-
publikası ilə Koreya Respublikası arasında 
diplomatik əlaqələrin qurulmasının 25 illi-
yinə  həsr  olunmuşdur.  Seminarın  ideya 
müəllifi SEBA Assosiasiyasının sədri Ru-
həngiz Heydərovadır
 Əvvəlcə tədbir iştirakçıları Qəbələ 
qədim şəhər yerinin Erkən antik, Səlbir və 
Qala  hissələri,  habelə  Qəbələ  Arxeoloji  Mərkəzi  ilə  tanış  oldular.  Bundan 
sonra  rəsmi  açılış  mərasimi  başlandı.  Burada  çıxışlardan  sonra  Qəbələ 
arxeoloji  ekspedisiyasının  2005-2016-cı  illər  ərzində  fəaliyyətindən  bəhs 
edən nəşrlərin və SEBA-nın sifarişi ilə Bakı Media Mərkəzinin hazırladığı 


 
95 
 
“Qafqaz  Albaniyasının  paytaxtı  Qəbələ”  sənədli  filminin  təqdimatı  oldu. 
Filmdə SEBA-nın  2005-2016-cı  illərdə Qəbələ rayonunda həyata keçirdiyi 
arxeoloji  layihənin  nəticələri,  qədim  və  müasir  Qəbələ  şəhəri  barədə  mə-
lumatlar öz əksini tapmışdır.  
Seminar açıq elan olunduqdan sonra Azərbaycan, Koreya, Rusiya və 
Almaniya alimlərinin proqrama daxil edilmiş 25 məruzəsi dinlənildi. 
Çıxış  üçün ilk söz AMEA Arxeologiya və Etnoqrafiya  İnstitutunun 
direktoru Maisə Rəhimovaya verildi. Onun “Azərbaycanın arxeoloji irsinin 
öyrənilməsində  Qəbələ  qazıntılarının  rolu”  adlı  məruzəsində  Qəbələdə  ar-
xeoloji  tədqiqatların aparılmasını zəruri  edən bir sıra amillər  araşdırılır, ar-
xeoloji tədqiqatların yeni mərhələsində SEBA-nın texniki və maliyyə dəstə-
yinin  əhəmiyyəti  xüsusi  vurğulanır.  Məruzəçi  Qəbələdə  müxtəlif  dövr  və 
problemlər  üzrə  5  ekspedisiyanın  fəaliyyət  göstərdiyini  nəzərə  çatdıraraq 
Qəbələ  arxeoloji  ekspedisiyasının  beynəlxalq  statusu  məsələsinə  toxunur, 
həmin  ekspedisiyada  Azərbaycan  və  Koreya  arxeoloqlarının  uğurlu  tande-
minin formalaşdığını qeyd edir. Qəbələdə arxeoloji tədqiqatların aparılması 
üçün beynəlxalq  standartlara  cavab verən Qəbələ Arxeoloji  Mərkəzi,  onun 
nəzdindəki muzey, arxeoloji fond və laboratoriyanın timsalında yüksək sə-
viyyəli maddi-texniki bazanın  yaradıldığını diqqətə çatdıran alim  Qəbələdə 
arxeoloji  qazıntılar  nəticəsində  aşkar  edilmiş  abidələrin  konservasiyası  və 
bərpasının da paralel surətdə həyata keçirilməsinə dəyər vermişdir. 
“Qəbələnin tarixinə dair” məruzəsi ilə çıxış edən akademik Teymur 
Bünyadov əvvəlcə Qəbələ rayonu ərazisində aşkar olunmuş müxtəlif dövr-
lərə  aid  arxeoloji  abidələri xronoloji ardıcıllıqla  nəzərdən keçirmiş və belə 
bir nəticəyə gəlmişdir ki, bu bölgədə həyat 600 min il əvvəl başlamış, fasilə-


 
96 
Xronika, Chronicles, Хроника
 
 
siz  olaraq  indiyə  kimi  davam  edir.  Məruzənin  ikinci  hissəsi  qədim  Qəbələ 
şəhərinin əhəmiyyətinin təhlilinə həsr olunmuşdur. 
Qəbələ  ekspedisiyasının  ümumi  rəhbəri  İlyas  Babayevin  Ülviyyə 
Heydərova ilə birgə hazırladıqları “Qəbələ” məruzəsində qədim Qəbələ şə-
hərinin Erkən antik dövrə aid ərazisində son illərdə aparılmış arxeoloji  qa-
zıntıların  nəticələri  süzgəcdən keçirilir, bu sahədə Son tunc-ilk dəmir döv-
ründən başlayaraq I əsrin axırlarına kimi yaşayışın olduğu, şəhərin e.ə. I mi-
nilliyin ortalarında formalaşdığı fikri irəli sürülür. 
Qəbələ  ekspedisiyasının  rəhbərlərindən  biri  olan  Qafar  Cəbiyevin 
“Qəbələnin ilkləri” məruzəsi, adından da göründüyü kimi, Qəbələnin Alba-
niyanın  arxeoloji  abidələri  arasında  aparıcı  mövqeyini  əks  etdirən  məqam-
lara həsr olunmuşdur. Alim çıxışında Qəbələnin yeni, daha bir ilkə imza at-
masının zəruriliyini əsaslandıraraq Qəbələdə ilboyu fasiləsiz işləyən komp-
leks ekspedisiyanın yaradılması və bu əsasda Qəbələ Arxeoloji Mərkəzinin 
regional Elmi Mərkəzə çevrilməsi təklifini irəli sürmüşdür. 
Qüdrət İsmayılzadə Seminara “Qədim Qəbələnin ilk tədqiqatçısı Da-
vud bəy Şərifov və onun Azərbaycan arxeologiyasının inkişafında böyük ro-
lu” məruzəsi  ilə qatılmışdır. Natiq çıxışında D. Şərifovun elmi  fəaliyyətini 
ardıcıllıqla şərh etmiş və belə bir qənaətə gəlmişdir ki, bu istedadlı tədqiqat-
çının rəhbərliyi altında qədim Qəbələ şəhərində aparılmış ilk arxeoloji işlər 
həmin abidənin öyrənilməsinin perspektivlərini üzə çıxararaq gələcək geniş-
miqyaslı qazıntılar üçün əsas olmuşdur. 
Azad  Zeynalov  və  Mənsur  Mənsurovun  “Quruçay  mədəniyyətinin 
Böyük Qafqazda izləri” məruzəsində son illərdə Qəbələ rayonu ərazisindən 
ilk dəfə tapılmış paleolit dövrünün aşel mərhələsinə aid əmək alətləri təhlil 
edilir.  Çopper-qiqantolit  tipli  əmək  alətinin  Azıx  mağarasında  analoqunun 
olması  müəyyənləşdirilir  və  bu  əsasda  Quruçay  mədəniyyətinin  Qəbələ  ra-
yonu ərazisinə yayıla bilməsi imkanı haqqında fikir irəli sürülür. 
Nəcəf  Müseyiblinin  “Qəbələdə  “Qalayeri”  ekspedisiyasının  qazın-
tıları” adlı məruzəsində əsas yer Qalayeri son xalkolit dövrü yaşayış məskə-
nində aparılmış tədqiqatların ilkin nəticələrinin şərhinə ayrılmışdır. Bu abi-
dədə  müxtəlif  tikili,  təsərrüfat  və  ideoloji  əhəmiyyətli  maddi-mədəniyyət 
qalıqları ilə yanaşı bir sıra qəbirlər də aşkar olunmuşdur. Bunların arasında 
bir  katakomba  hələlik  Qafqazda  bu  tipə  aid  ən  qədim  qəbir  hesab  olunur. 
Məruzənin  sonunda  natiq  belə  bir  qənaətə  gəlir  ki,  Leylatəpə  mədəniyyə-
tinin digər abidələri kimi Qalayeri də Şərqi Anadolu və Şimali Mesopotami-
yanın Son xalkolit ənənələri ilə irsən bağlıdır. 
Koreya  tərəfindən  Qəbələ  ekspedisiyasının  rəhbərlərindən  biri  olan 
Kim Jongil “Qafqaz Albaniyasının paytaxt şəhəri olan Qəbələnin Səlbir əra-
zisində  urbanizasiyanın  meydana  gəlməsi”  mövzusunda  məruzə  ilə  çıxış 
etdi.  Tədqiqatçının  fikrincə,  Səlbirdə  aparılmış  arxeoloji  qazıntı  işləri  gös-


 
97 
 
tərmişdir  ki,  Qafqaz  Albaniyası  həm  yerli,  həm  də  digər  sivilizasiyaların 
mədəniyyət  ünsürlərini  özündə  cəmləşdirmişdir. Məruzədə  Qafqaz  Albani-
yasında gedən urbanizasiya prosesi və qonşu ölkələrlə siyasi əlaqələr prob-
lemi üzrə mülahizələr geniş yer almışdır. 
Qəbələ  ekspedisiyasının  rəhbərlərindən  biri  olan  Ceyhun  Eminli 
“Qəbələnin Səlbir yaşayış yerinin cənub və cənub-qərb kənarlarında arxeo-
loji  tədqiqatlar”  məruzəsində  Səlbirin  cənub  və  cənub-qərbində  aparılan 
arxeoloji qazıntı işlərinin daşıdığı məqsədi araşdırır, bunun əsasən cənubda 
darvaza  yerinin  mövcud  olub-olmaması,  Səlbir  və  Qala  sahələrinin  xəndək 
vasitəsi  ilə  iki  yerə  bölünməsinin  hansı  dövrə  təsadüf  etməsinin  müəyyən-
ləşdirilməsindən  ibarət  olduğunu  bildirir.  Tədqiqatçı  qazıntılar  nəticəsində 
aşkar  edilmiş  tikililərin  quruluşu,  xristian  və  müsəlman  qəbirləri,  su  təchi-
zatı sistemi,  təndirlər, ocaq qurğuları,  təsərrüfat  və zibil  quyuları haqqında 
ətraflı məlumat vermiş və belə bir ilkin nəticəyə gəlmişdir ki, üst mədəni tə-
bəqə XII-XV əsrlərə aiddir. 
Koreyalı  mütəxəssislər  Kwon  Ohyoung,  Kim  Gyu-ho  və  Yoon  Ji-
hyun müştərək hazırladıqları “Azərbaycanın Səlbir ərazisindən aşkar edilən 
şüşə  məmulatlarının  xüsusiyyətlərinin  və  tərkibinin  tədqiqi”  məruzəsində 
müxtəlif  qəbirlərdən  tapılan,  II-V  əsrlərə  aid  edilən  şüşə  nümunələrinin 
soda-əhəng,  soda,  mineral  tərkibli  olması  haqqında  məlumat  verir  və  bu 
əsasda ümumiyyətlə şüşə istehsalı, onun yayılması məsələlərini araşdırırlar. 
Koreyalı  tədqiqatçı  Lee  Jaewook  “Qəbələ  və  Dizaxlı  ərazilərinin 
üçölçülü  (3D)  qeydiyyatı”  məruzəsində  Qəbələ  və  Dizaxlının  sadə  topoq-
rafik  xəritələlərinin  çəkilməsi  ilə  yanaşı  müvafiq  ərazinin  Koreya  texnolo-


 
98 
Xronika, Chronicles, Хроника
 
 
giyalarının  tətbiqi  sayəsində  3D  formatında  skan  edilməsi  barədə  məlumat 
vermişdir. 
Seminarda  Rusiyanı  təmsil  edən  Anatoliy  Kantoroviç  “Şərqi  Avro-
pada  skif  heyvan  təsvirlərinə  təsirdə  Transqafqaziyanın  rolu”  adlı  məruzə-
sində Şərqi Avropanın müvafiq incəsənət üslubuna qədim yunan, Frakiya və 
Qərbi Asiya (Assuriya, Urartu, Hett və Əhəməni mədəniyyətləri) incəsənə-
tinin  təsirindən  bəhs  edir,  Azərbaycan  (Mingəçevir,  Gəncə,  Mil  düzü,  Ab-
şeron)  abidələrindən  aşkar  olunmuş  materiallar  əsasında  belə  bir  qənaətə 
gəlir  ki,  skif  incəsənət  üslubuna  Qərbi  Asiya  mədəniyyətlərinin  təsirində 
Transqafqaziya, o cümlədən, Azərbaycan vasitəçi rolunu oynamışdır. 
“Qafqaz bölgəsi, xüsusilə Qəbələ tunc və dəmir dövrlərində. Ümumi 
cərəyanlar  və  tədqiqat  perspektivləri”  məruzəsi  ilə  seminarda  iştirak  edən 
Almaniya  təmsilçisi  Andreas  Schachner  çıxışında  Azərbaycan  təbiətinin 
rəngarəngliyinin  burada  məskunlaşan  əhalinin  müxtəlif  həyat  tərzinin  for-
malaşmasına  göstərdiyi  təsirdən  və  bu  prosesin  arxeoloji  cəhətdən  öyrənil-
məsinin zəruriliyindən bəhs etdi. Tədqiqatçı  belə bir nəticəyə  gəlir ki,  Qə-
bələ bölgəsinin mədəni irsi oturaq həyat sürən ilk cəmiyyətlərdən Albaniya 
dövlətinin  yaranması  dövrünə  kimi  mədəni  inkişaf  səviyyəsini  öyrənməyə 
imkan verir. 
Təvəkkül Əliyev “Nərgiztəpənin antik dövr təbəqəsində tədqiqatlar” 
adlı  məruzəsində  Xocavənd  rayonu  ərazisində  yerləşən  arxeoloji  abidələr 
kompleksi  haqqında  məlumat  verdi.  Tədqiqatçı  öz  çıxışında  bildirdi  ki, 
abidə  əsasən  üç  mədəni  təbəqədən  ibarətdir:  tunc  və  erkən  dəmir  dövrü, 
antik dövr və orta əsrlər. Alim belə bir mülahizə söylədi ki, antik dövr təbə-


 
99 
 
qəsində aşkar olunan, iri oval daşlardan və çiy kərpiclərdən hörülmüş divar 
qalığı,  ola bilsin  ki, təpəni  bütün  çevrəsi  boyu əhatə edən divarın  bir fraq-
mentidir.Tədqiqatlar  nəticəsində  Nərgiztəpə  ətrafında  küp  qəbirlərinin  ol-
duğu da müəyyən edilmişdir. 
Qoşqar  Qoşqarlının  məruzəsi  “Qafqaz  Albaniyasının  antik  dövr 
nadir qəbir tiplərindən biri haqqında” adlanır. Burada söhbət gedən qəbirlərə 
münasibətdə  tədqiqatçı  əvvəllər  elmi  ədəbiyyatda  işlədilmiş  “vanna  qəbir-
ləri”  və  ya  “gil  tabut  qəbirləri”  terminlərindən  fərqli  olaraq  “saxsı  sarko-
faqlar”  termininə  üstünlük  verir.  Məruzədə  qeyd  olunduğuna  görə,  bu  tipə 
aid qəbir abidələri əsasən Qəbələ rayonunda və ona qonşu ərazilərdə aşkar 
edilmişdir. Tədqiqatçı Albaniyanın hüdudlarından kənarda üzə çıxarılmış bu 
tipə  aid  qəbirləri  də  nəzərdən  keçirərək  onların  etno-mədəni  mənsubiyyəti 
və  Albaniyada  yayılma  dövrü  barədə  mövcud  olan  müxtəlif  mülahizələri 
şərh edir. 
Bəhlul İbrahimlinin “Qafqaz Albaniyası və Naxçıvan” məruzəsində 
Naxçıvanın müəyyən dövr ərzində Albaniyanın tərkibində olması fikri əsas-
landırılır.  Bu  zaman  ərəb  müəllifi  əl-İstəxrinin  (X  əsr)  Arranın  cənubda 
Araz  çayı  yaxınlığındakı  Haciran  adlı  yerə  kimi  uzandığı  fikri  ön  plana 
çəkilir. Məruzəçi hesab edir ki, Naxçıvanın qədim yaşayış məntəqələrindən 
Azaciran (Xaraba Gilan arxeoloji abidəsi) həm adına, həm də coğrafi möv-
qeyinə görə Hacirana daha çox uyğun gəlir. Tədqiqatçı bir sıra toponimləri 
nəzərə alaraq alban və qarqar tayfalarının Naxçıvan ərazisində də məskun-
laşması haqqında mülahizə söyləyir. 
Mübariz  Xəlilov  “Qəbələ  rayonu  ərazisindəki  Cotari  (Nic  kəndi) 
alban  xristian  məbədi  haqqında”  məruzəsində  yaxın  keçmişdə  bu  xristian 
kilsəsinin  pir  kimi  fəaliyyəti,  burada  əsas  sitayiş  obyektinin  daş  olması 
barədə məlumat verir. Arxaik bütpərəstlik inamına uyğun olaraq səcdəgaha 
çevrilən  daş  kilsənin  içərisində  qərar  tuturdu.  Tədqiqatçı  bunun  səbəbini 
əhalini xristian məbədlərinə cəlb etmək üçün kilsələrin bir sıra hallarda büt-
pərəstlik obyektlərində inşa edilməsində görür. Məruzəçi nəzərə çatdırır ki, 
hal-hazırda Cotari məbədində udilərin dini mərasimləri icra edilir. 
Koreya nümayəndəsi Jaehyun Lee “Silla dövrü və Qafqaz Albaniya-
sında  süni  kəllə  deformasiyasının  təhlili”  məruzəsində  Koreyada  e.ə.  I 
əsrdən  e.  668-ci  ilinə  kimi  hakimiyyətdə  olmuş  Silla  sülaləsinə  məxsus 
şəxslərə  kəllənin  süni  deformasiyasının  xas  olması,  bu  yaxınlarda  Silla 
dövrü abidəsində belə bir kəllə qalığını aşkar etməsi barədə məlumat verir. 
Məruzəçinin fikrincə, Silla mədəniyyəti Mərkəzi  və Qərbi Asiya mədəniy-
yətləri  ilə  bağlı  olmuşdur.  Qəbələnin  Səlbir  ərazisində  də  katakombalarda 
kəlləsi süni deformasiya edilmiş skeletlərin qeydə alınmasına diqqət yetirən 
tədqiqatçı Qafqaz Albaniyasını da bu sıraya aid edir.  


 
100 
Xronika, Chronicles, Хроника
 
 
Xuraman  Əhmədova  “Qəbələni  tədqiq  edən  arxeoloq  alimlər”  adlı 
məruzəsində qədim Qəbələ şəhərinin arxeoloji tədqiqində rolu olan bir neçə 
nəslin nümayəndələrinin fəaliyyətini  təhlil  etdi.  Məruzəçi  öz çıxışında Qə-
bələ ekspedisiyasının  gənc arxeoloqlar  yetişdirən bir məktəb olduğunu xü-
susi  vurğulayaraq  bildirdi  ki,  gələcəkdə  Qəbələnin  tədqiqi  etibarlı  əllərdə 
olacaqdır. 
Məhəbbət  Paşayeva  “Qəbələ  bölgəsində  qədim  alban  ənənələrinin 
izləri” məruzəsində göstərdi ki, alban mədəniyyəti transformasiyaya uğrasa 
da, onun qədim, zəngin ənənələri xüsusilə alban tayfa ittifaqına daxil olmuş 
udilərin  məskunlaşdığı  Qəbələ  bölgəsində  xalqın  məişətində  və  arxaik 
inanclarında özünü büruzə verməkdədir. Bu bölgədə qorunub saxlanılmış al-
ban  məbədləri  həm  xristian  idilər,  həm  də  müsəlmanlar  üçün  müqəddəs 
ziyarətgah olaraq qalmaqdadır. 
Bəhmən  Əliyev  “Qəbələnin  etnoqrafiyası  haqqında”  məruzəsində 
Qəbələ  bölgəsinin  müasir  təsərrüfat  və  sənətkarlığının  qədim  köklərdən 
bəhrələndiyini  nəzərə  çatdırmışdır.  Tədqiqatçı  varislik  nümunəsi  kimi  qə-
dim Qəbələ şəhərində arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif tip-
li təndir qalıqlarını ön plana çəkir və diqqəti orta əsrlərdə burada mövcud ol-
muş Təndirçi məhəlləsinə, habelə şəhərin təndir quran müasir Pastar məhəl-
ləsinə yönəldir. 
Əsəd  Əliyev  “Qəbələ  folklorunun  əsas  xüsusiyyətləri”  məruzəsində 
arxeoloji  qazıntılar  zamanı  tapılmış  çoxsaylı  əkinçilik  alətlərini  Qəbələnin 
zəngin  folklorunun  maddi  sübutları  kimi  dəyərləndirdi.  Onun  fikrincə,  hə-
min maddi sübutlar şifahi xalq yaradıcılığında əks olunaraq yaddaşlara həkk 
edilməklə nəsildən-nəsilə ötürülmüşdür. 
Koreyalı mütəxəssislər Kang-Jae Lee və Jaewon Ahn “Qafqaz Al-
baniyası  və  Qafqaz  dağları  Şərq  və  Qərb  ədəbiyyatlarında:  Plininin  “Təbii 
tarix” əsəri və “Shan Hai Ching”” adlı məruzədə, habelə Whol Hoi Kim və 
Heonjoo Sohn “Azərbaycana ədəbi keçid: Bayron, Şelli və Brext” adlı mə-
ruzədə  əsasən  Qafqaz  dağlarının  müxtəlif  mənbələrə  hansı  ad  altında  düş-
məsi məsələsini, Qafqazla bağlı gerçəklər və əfsanələri araşdırmışlar. 
İradə Nəcəfovanın “Oktavian Avqustun Qəbələdən tapılmış sikkəsi” 
adlı məruzəsində Avqustun hal-hazırda saxlanıldığı yer məlum olmayan gü-
müş denarisindən bəhs edilir. Tədqiqatçı sikkənin fotosu və Milli Azərbay-
can tarixi muzeyinin kolleksiyasına daxil olan oxşar sikkə əsasında Qəbələ 
tapıntısının təsvirini verir. 
Bu  sonuncu  məruzənin  dinlənilməsi  ilə  Seminar  öz  işini  başa  vur-
muşdur. Elmi forumun materialları Seminarın açılışı ərəfəsində Azərbaycan, 
rus  və  ingilis  dillərində  bir  məcmuədə  nəşr  olunaraq  məruzəçilərə  təqdim 
edilmişdir  (Beynəlxalq  Elmi  Seminar.  Qəbələ  arxeologiyası.  Bakı:  CBS, 
2017, 224 səhifə). Məcmuəyə proqramdan kənar daha 8 məruzə (müəlliflər: 


 
101 
 
Arif  Məmmədov,  Əkbər  Bədəlov,  Gülanə  Əliyeva,  Hüseyn  Məmmədzadə, 
Nəsib Muxtarov və İntizar Bədəlova, Natiq Alışov, Sevinc Quliyeva, Taleh 
Əliyev) materialları daxil edilərək çap olunmuşdur. 
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: 
tarix üzrə fəlsəfə doktoru Mübariz C.Xəlilov 
 
 

Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə