Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   2   3   4   5   6   7   8   9   ...   36

 
Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti …  
11 
 
Orta Kür hövzəsinin ilk tunc dövrü yaşayış yerləri strateji və təsərrüfat 
üçün əlverişli mövqelərdə yerləşmişdir. Yaşayış yerlərinin yüksək dağlıq və 
ovalıqların birləşdiyi ərazilərdə olması, əkinçiliyin və maldarlığın inkişafına 
şərait  yaratmışdır. Ərazinin coğrafi mövqeyi də  e.ə.  III  minillikdə əhalinin 
intensiv  məskunlaşmasına  şərait  yaratmışdır.  Yaşayış  yerlərində  mədəni 
təbəqənin  2-4  m  qalınlığında  yığılması,  burada  oturaq  həyat  tərzinin  uzun 
müddət  davam  etdiyini  göstərir.  Kür-Araz  mədəniyyətinin  ilk  mərhələsinə 
aid  yaşayış binaları başlıca olaraq dairəvi planlıdır. Evlər bir-birinin  yaxın-
lığında, aralarında müəyyən keçid saxlanmaqla tikilmişdir. Ehtimal ki, yaşa-
yış binaları ensiz və dar küçələrlə bir-biri ilə əlaqələnmişdir. Erkən mərhə-
ləyə aid dairəvi planlı evlər çay daşlarından hörülmüş təməl üzərində möh-
rədən, yaxud çiy kərpicdən tikilmişdir.  
Tunc  dövrünün  ikinci  böyük  inkişaf  mərhələsində  həm  əkinçiliklə, 
həm  də  maldarlıqla  məşğul  olan  tayfaların  iqtisadi  və  ictimai  həyatında 
tamamilə  yeni  keyfiyyət  dəyişiklikləri  baş  verir.  Yarımköçəri  maldarlıq 
təsərrüfatın  bir  sahəsi  kimi  ortaya  çıxır.  Ən  çox  isti  yay  aylarında  dağlara 
köçən  tayfalar  getdikləri  yerlərin  əlverişli  sahələrində  daimi  düşərgə  salır-
dılar. Bəzən müvəqqəti salınmış düşərgələrini də daimi  yaşayış məskənləri 
halına  gətirirdilər.  Bu  hal  artıq  dağlıq  ərazilərin  sürətlə  məskunlaşması 
demək  idi.  Ağstafa  ərazisindəki  Çoban  daşı  yaşayış  yeri  və  mağaralarını 
buna  misal  göstərə  bilərik.  Əkinçiliklə  məşğul  olan  tayfalar  isə  yenə  də 
düzən və dağətəyi zonalarda məskun olaraq məşğul olduqları sahə üzrə xeyli 
keyfiyyət dəyişiklikləri yaratmışdılar. 
Tayfalararası  ziddiyyətlərin  meydana  gəlməsinə  səbəb  olan  iri  mal-
qara  sürülərinin,  zəngin taxıl  ehtiyatının  olması  toqquşmalarla  nəticələnirdi 
ki,  bu  da  təbii  olaraq  yaşayış  yerlərinin  görkəminə  də  təsir  edirdi.  Yaşayış 
yerləri  maksimum  şəkildə  müdafiə  qabiliyyətlərini  artırmağa  başlayırdı. 
Müdafiə  istehkamlı  və  müdafiə  qurğulu  yaşayış  yerləri  bu  dövrlərdə  mey-
dana çıxırdı. Mükəmməl tikinti texnikasına bələd olan bölgə sakinləri inşaat 
materialı kimi çiy kərpicdən, möhrədən, daşdan, qamışdan istifadə edirdilər. 
Bəzən mürəkkəb quruluşlu müdafiə istehkamları dördkünc bürclərlə daha da 
möhkəmləndirilirdi.  Bu  dövrdə  və  eləcə  də  tunc  dövrünün  sonlarında  Sarı-
təpə, Babadərviş, Mingəçevir kimi müdafiə qalalı və hasarsız daimi yaşayış 
yerləri  ilə  yanaşı  mövsümlük  yurd  yerləri  də  yaranmağa  başlayırdı.  Əhali 
çoxluğu son tunc dövrünün  yaşayış  yerlərində  yarımqazma tipli evlərin ge-
niş  yayıldığını  göstərir  (Yastıtəpə,  Novruzlutəpə,  Qiyaməttəpə  yaşayış 
yerləri). 
Orta  Kür  hövzəsi  adlandırdığımız  Gəncə-Qazax  bölgəsində  həmçinin 
indi  Ermənistan  adlandırılan  Qərbi  Azərbaycanın  tunc  dövrü  abidələrinin 
yaradıcıları  eyni  etnik  xüsusiyyətləri  daşıyan  Azərbaycanın  qədim  yaylaq-
qışlaq maldarlığı ilə məşğul olan tayfaları olmuşdur.  


 
12
 
 
Şamil Nəcəfov 
 
İlk  tunc  dövrünün  orta  mərhələsindən  başlayaraq  Kiçik  Qafqazın 
yüksək dağ silsilələri, o cümlədən: Daşkəsən, Gədəbəy, Göygöl və Kəlbəcər 
ərazisində  intensiv  məskunlaşma  prosesi  getmişdir.  Yaylaq  maldarlığının 
meydana  çıxması  ilə  əlaqədar  olaraq  qeyd  olunan  bu  ərazilərdə  müvəqqəti 
sığınacaq  məqsədli  tikililər  inşa  edilmişdir.  Dövrün  insanları  gündüzlər 
münbit  otlaqlarda  heyvanları  otarır,  gecələr  isə  onları  təhlükədən  qorumaq 
üçün  bu  tikililərdə  saxlayırdılar  (Ağstafa  rayonu,  Çobandaşı).  Qədim  mal-
darlar ən zəngin otlaqlarda, konkret mövqelərdə məskən salır, özləri və mal-
qaraları da bu tikililərdə sığınacaq tapırdılar [3, s. 172]. 
Orta Kür hövzəsinin yüksək dağlıq ərazilərinin maldar əhali tərəfindən 
ilkin  məskunlaşması tarixinin  öyrənilməsi,  şübhəsiz,  yalnız  arxeoloji  tədqi-
qatlarla  mümkündür.  Bu  baxımdan,  İ.Cəfərzadənin  Daşkəsən  rayonunda 
Xoşbulaq  yaylağında  apardığı  arxeoloji  qazıntıları  xüsusilə  qeyd  etmək 
lazımdır. Burada erkən tunc dövrünə aid kurqanın qazıntısı Kiçik Qafqazın 
yüksək  dağlıq  ərazilərinin  maldar  əhali  tərəfindən  hələ  Kür-Araz  mədəni-
yyəti dövründə məskunlaşmağa başlamasını əsaslı şəkildə sübut etdi [5]. 
Azərbaycanda  yüksək  dağ  silsiləsində  ilk  dəfə  olaraq  erkən  tunc 
dövrünə  aid  möhkəmləndirilmiş  yaşayış  yeri  XX  əsrin  70-ci  illərində 
Tərtərçayın  yuxarı  axarında  –  Yazyurdu  adlanan  ərazidə  aşkar  edilmişdir. 
Burada  dairəvi  və  ovalvari  tikili  qalıqları  qeydə  alınmışdır.  Abidədən  əldə 
edilmiş  maddi-mədəniyyət  nümunələri  e.ə.  III  minilliyə  aid  edilmişdir  [6]. 
Q.İsmayılzadə  həmin  ərazilərdə  Yazyurdu,  Taxta,  İstisu,  Zalxa,  Qaragöl, 
Zalxagöl,  Alagöl  və  s.  yüksək  dağlıq  sahələrdəki  petroqlifləri  yaylaq  mal-
darlarının həkk etdiyini qeyd etmişdir. Bu isə onu sübut edir ki, yaylaq-qış-
laq  maldarlığı  ilə  məşğul  olan  əhali  eyni  zamanda  yüksək  dünyagörüşə  və 
mənəvi mədəniyyətə malik idi. Qeyd etmək lazımdır ki, bu ərazilərdə hələ 
də öyrənilməmiş neçə yaşayış yerləri və qayaüstü təsvirlər vardır. Q.S.İsma-
yılzadə Kəlbəcər təsvirlərinin ən qədim nümunələrini e.ə. IV-III minilliklərə 
–  Azərbaycanın  yüksək  dağlıq  ərazilərinin  maldar  tayfalar  tərəfindən  məs-
kunlaşmağa  başladığı  dövrə,  ən  son  təsvirləri  isə  e.ə.  II  minilliyin  sonu-I 
minilliyin əvvəllərinə aid etmişdir [6, с. 97]. 
Kəlbəcərdə  Yazyurdu  adı  ilə  tanınan  ilk  tunc  dövrü  yaşayış  yeri 
Qaraarxac  çayının  sahilində  yerləşir.  Bu  yaşayış  yerinin  ətrafı  2  metr 
qalınlığı  olan  müdafiə  divarı  ilə  əhatə  edilmişdir.  Daşkəsən  ərazisində  və 
Tovuz rayonunun dağlıq yerlərində qismən də olsa tikili qalıqlarını araşdır-
mış,  onların  bir  neçəsinin  daxilində  yerüstü  zəngin  arxeoloji  material  əldə 
edilmişdir.  Müəyyən  edilmişdir  ki,  bütün  bu  tikililər  qədim  maldar  əhali 
tərəfindən inşa edilmişdir. Açıq, dəyə tipli bu tikililərdən maldarlar özləri və 
mal-qara  üçün  sığınacaq  kimi  istifadə  etmişlər.  Heç  şübhəsiz  ki,  bütün  bu 
tikililər mövsümi səciyyə daşımışdır. Gədəbəy ərazisində isə daş tikinti qa-
lıqları dağətəyi və düzən ərazilərinin oturaq əkinçi-maldar əhalisinin yaylaq 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə