Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   2   3   4   5   6   7   8   9   ...   36

 
Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti …  
13 
 
maldarlığı ilə əlaqədar yay aylarında yaşadıqları dəyə tipli yurdların bünöv-
rələridir. 
Qeyd  edilən  yurd  yerlərinin,  dəyələrin  tikintisində  heç  bir  bərkidici 
məhluldan  istifadə  edilməmişdir.  Hörgüdə  əsasən  iri  (50-60  x  30-40  sm) 
daşlardan istifadə edilmiş, onların araları isə kiçik ölçülü daşlarla doldurul-
muşdur. Divarların hündürlüyü çox güman ki, 1,5 m-dən artıq olmamışdır. 
Şübhəsiz ki, təbii-coğrafi şərait amili burda əsas götürülməlidir. Tikinti ma-
terialı  kimi  ərazinin  iri  qaya  parçaları  və  ağır  çay  daşlarından  istifadə 
edilmişdir.  
Qazıntı zamanı əldə edilən tapıntılar saxsı qabların qalıqlarından iba-
rətdir. Onlar qazıntının bütün sahəsindən aşkar edilmişdir. Bu keramika nü-
munələrinin bir neçəsi son tunc-ilk dəmir dövrünə, qalanları isə orta əsrlərə 
aiddir. Son tunc-ilk dəmir dövrü saxsı məmulatı narıncı rəngdə olub zəif bi-
şirilmişdir. Gilinin tərkibinə iri dənəli qum qatılmışdır. Bu saxsı məmulatı-
nın hamısı çox da böyük olmayan qabların gövdə hissələrinə aiddir. 
E.ə.  III  minilliyin  əvvəllərində maldarlıq daha sürətlə inkişaf etməyə 
başlamış, maldar qəbilələr əkinçilərdən ayrılmışdır. Maldarlar dağlıq və da-
ğətəyi ərazilərdə məskunlaşmağa başlamışdır. 
Orta tunc dövrünə aid yaşayış yerlərinin bir neçəsi özündən əvvəlki ilk 
tunc dövrü məskənlərində salınmışdır. Bu  yaşayış yerləri öz topoqrafik xü-
susiyyətlərinə  görə, ilk  tunc  dövrü  yaşayış  yerlərindən  fərqlənmirlər. Onlar 
gur  sulu  çayların  sahilində,  əkinçilik  və  maldarlıq  üçün  əlverişli  ərazilərdə 
salınmışdır.  İkinci  qrup  abidələr  strateji  cəhətdən  və  ticarət  baxımından  əl-
verişli  mövqelərdə  salınmışdır  ki,  bu  da  orta  tunc dövründə  ticarət  əlaqələ-
rinin insanların həyatında böyük rol oynadığını göstərir. Şübhəsiz ki, ərazi-
nin əlverişli coğrafi mövqeyi qədim dövrlərdən insanların diqqətini cəlb et-
mişdir. Orta Tunc dövrü abidələrinin tədqiqi bu dövrdə Azərbaycanda əha-
linin oturaq və yarımköçəri həyat sürən tayfalardan ibarət olduğunu göstərir.  
Tunc dövrü maldarlarına məxsus qədim yurd yerlərinin tikili qalıqları 
Gədəbəydə, Daşkəsən ərazilərindəki dağ yaylaqlarındadır. Düzənvari relye-
fə, bol sulu bulaqlara malik, dağ silsilələri ilə və dağ çaylarının dərələri ilə 
əhatələnən bu yaylaqlar qədim maldarların məskunlaşması, sürüləri tam nə-
zarətdə saxlamaq baxımından olduqca əlverişli olmuşdur. Gədəbəydə müda-
fiə hasarlı yaşayış yerlərinin mövcudluğunu da əlverişli şəraitlə, qədim mal-
darların daha çox bu yerlərdə həyat sürmələri ilə izah etmək olar. Bu tikili-
lərin  bəziləri  dairəvidir.  Qeyd  etmək  lazımdır  ki,  dairəvi  tikililər  ilk  tunc 
dövründə  istər  Cənubi  Qafqaz,  istərsə  də  qədim  şərq  ölkələrində  yayılmış 
tikinti forması olmuşdur.  
Məlum olduğu kimi, son tunc və ilk dəmir dövrlərində də - e.ə.II mi-
nilliyin sonu-I minilliyin əvvəlində Azərbaycanda yaylaq maldarlığının yük-
sək inkişafı ilə əlaqədar olaraq yüksək dağlıq ərazilərin məskunlaşması pro-


 
14
 
 
Şamil Nəcəfov 
 
sesi də intensivləşdi [7, s. 35].  
Daha  geniş  otlaqları  mənimsəmək  istəyi  tayfalararası  münaqişələrin 
başlıca səbəbinə  çevrilmişdir. Bu toqquşmalara qarətçi mahiyyət vermişdir 
[8, s. 61]. 
Bu  münaqişələr  zamanı  həm  də  mal-qaranın  ələ  keçirilməsi  yolu  ilə 
var-dövlətin artırılması qədim heyvandarların əsas məqsədlərindən idi. Yay-
laqlarda, o cümlədən Kiçik Qafqaz regionunda müvəqqəti yaşayış tikililəri-
nin, yurd  yerlərinin meydana çıxması da məhz bu səbəblərdən irəli gəlmiş-
dir. Bu tikililərdə qədim maldarlar özlərini və heyvanlarını tayfalararası toq-
quşmalar zamanı müdafiə edirdilər. Bu tikililər həm də heyvanların təbii fə-
lakətlərdən  və  yırtıcı  heyvanlardan  qorunmasına  xidmət  etmişdir  [9,  c.  90-
93]. 
Kiçik  Qafqazın  başqa  hissələrində  bu  tip  tikililərə  rast  gəlinir. 
Göründüyü  kimi,  Azərbaycan  ərazisində  yüksək  dağlıq  ərazilərdə  qədim 
heyvandarlara  məxsus  tikililər  ilk  tunc  dövründən  başlayaraq  inşa  edilmiş, 
son  tunc-ilk  dəmir  dövründə  isə  bu  proses  daha  da  genişlənmişdir.  Qazın-
tılar zamanı əldə edilən orta əsrlərə aid saxsı qab qalıqları bu yurd yerlərin-
dən son dövrlərə qədər istifadə edildiyini göstərir. Hətta bəzi belə mövsümi 
yurd  yerlərinin  yaxınlığından  orta  əsrlərə  aid  müsəlman  qəbirləri  də  aşkar 
edilmişdir. Heç bir epitafiyası olmayan qəbirlərin yeri yalnız qəbirüstü kiçik 
həcmli baş daşları vasitəsilə bilinir.  
Böyük və Kiçik Qafqaz arasındakı vadidə Gəncə-Qazax düzənliyində 
aparılmış arxeoloji tədqiqatlar, yaşayış yerlərini və qəbir abidələrinin tədqiqi 
və  müqayisəli  təhlili  bu  abidələrin  Kiçik  Qafqazın  tunc  dövrü  maldar  tay-
falarına məxsus olmasını bir daha sübut etməklə yanaşı, bu bölgənin qədim 
əhalisinin heyvandarlıq təsərrüfatı, maddi mədəniyyəti barədə müəyyən mə-
lumatlar əldə etməyə imkan verir.  
Fikrimizcə  orta  Kür  hövzəsinin  yüksək  dağlıq  ərazilərində  yaşayış 
yerlərinin  meydana  çıxmasının  yeganə  səbəbi  yaylaq  maldarlığı  olmuşdur. 
Bunu  ilk  növbədə  həmin  yerlərdən  tapılan  arxeoloji  materialların  eyniliyi 
təsdiq edir.  
Tunc  dövrünə  aid  yaşayış  məskənlərində  aparılan  arxeoloji  qazıntılar 
nəticəsində məlum olmuşdur ki, ilk tunc dövrünün orta mərhələsində xırda-
buynuzlu  heyvanlar  iribuynuzlu  heyvanlara  nisbətən  say  etibarilə  üstünlük 
təşkil etmişdir. Bu fərq sonrakı mərhələdə özünü daha kəskin şəkildə büruzə 
verir.  Məhz  xırdabuynuzlu  heyvanların  sürətli  artımı  yaylaq  maldarlığının 
meydana çıxmasına səbəb olmuşdur. Çünki, xırdabuynuzlu heyvanları otar-
maq üçün yeni örüş yerləri tələb olunurdu. O.Həbibullayev I Kültəpə çoxtə-
bəqəli  qədim  yaşayış  yerinin  qazıntılarının  nəticələrinə  əsaslanaraq  yazır: 
“ilk  tunc  dövrünün  orta  mərhələsində  xırdabuynuzlu  heyvanların  daha  in-


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə