Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   2   3   4   5   6   7   8   9   ...   36

 
Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti …  
15 
 
tensiv artımı maldarlıq təsərrüfatında dəyişikliyə səbəb olur. Oturaq maldar-
lıqdan yaylaq maldarlığına keçid baş verir” [10, с. 216].  
Ümumiyyətlə, bütün Qafqazın belə hündür dağ yaylalarının qədim in-
sanlar  tərəfindən  məskunlaşması,  mənimsənilməsi  tarixi  barədə  tədqiqatçı-
ların fikirləri müxtəlifdir. Alp çəmənliklərinin məskunlaşması çox şübhəsiz, 
əsasən yaylaq maldarlığı təsərrüfatının meydana çıxması ilə bağlı olmuşdur. 
Bir çox tədqiqatçılar bu təsərrüfat növünün son tunc dövründə (e.ə. II minil-
liyin ikinci  yarısı)  yaranması fikrinə üstünlük verirlər. Doğrudan da, həmin 
dövrə  aid  yaşayış  məskənlərinin  arxeoloji  qazıntıları  o  dövrdə  maldarlığın 
yüksək  inkişafını,  yaylaq  maldarlığının  əsasını  təşkil  edən  xırda  buynuzlu 
heyvanların iri buynuzlu heyvanlardan mütləq say üstünlüyünü göstərir.  
Maddi-mədəniyyət nümunələri Qafqazın hündür dağ yaylalarının daha 
qədim  zamanlarda  ovçu,  maldar  və  əkinçi  tayfalar  tərəfindən  məskunlaş-
dığını söyləməyə imkan verir.  
Düzənlik  və qismən  dağətəyi  zonadan  ibarət  bu  bölgə  dəniz  səviyyə-
sindən 150-600 metr yüksəklikdə yerləşir. Bu bölgədən Kiçik Qafqaz dağla-
rının şərq silsiləsinin bir hissəsi keçir. Bu silsiləni Gəncə, Qarabağ, Murquz 
dağları təşkil edir. Ağstafa çayından Kür çayına kimi qərbdən–şərqə doğru 
uzanan  və  bir  silsilə  təşkil  edən  Gəncə  və  Murquz  dağlarının  cənub  tərəfi 
hündür və sıldırımlı, şimal tərəfi isə enişli və uzundur. Şimal tərəfi bir-birin-
dən meşə örtüyü olan dərələrlə ayrılır ki, bu dərələrdən fasiləsiz olaraq Kür, 
Şəmkir, Zəyəm, Gəncə və Kürək çaylarının suları axır. 
Kiçik Qafqazın  qərb  və  şərq  silsilələrini  birləşdirən  dağlardan  biri də 
Şahdağdır. Şahdağla Murovdağ arasındakı böyük dərələrdən çoxlu dağ çay-
ları axaraq Kürə qovuşurlar. Bunlar Ağstafa, Tovuz, Axınca, Zəyəm, Kürək, 
Şəmkir  və  Gəncə  çaylarıdır.  Gəncə-Qazax  bölgəsinin  çayları  əsasən  Kür 
(Ağstafa, Zəyəm, Qanlı Qobu, Şəmkir, Qoşqar, Gəncə, Kürək, İncəçay, Tər-
tər, Xaçın, Qarqar və s.) hövzəsinə aiddir.  
Ərazisinin  dağətəyi  və  alçaq  dağlıq  hissəsində  tünd-şabalıdı,  dağ 
qəhvəyi,  qəhvəyi  dağ-meşə  və  s.  torpaqlar  üstünlük  təşkil  edir.  Orta 
dağlıqda qonur dağ-meşə torpaqları və dağ qara torpaqları geniş sahə tutur. 
Yüksək  dağlıqda  əsasən  qaramtıl  dağ-çəmən,  çimli  dağ-çəmən  torpaqları 
yayılmışdır. Daha  yüksək yerlər əsasən qayalıqlardır. İnsanlar tarixən daha 
məhsuldar yer seçməklə mümkün qədər təhlükəsiz olmalarına da çalışırdılar 
[11, s. 13]. 
Dağətəyi  və  alçaq  dağlıq  hissədə  müxtəlif  otlu  çöl  bitkiləri  və 
kolluqlar,  bəzi  yerlərdə  meşələr,  orta  dağlıqda  palıd,  vələs,  fıstıq  meşələri 
yayılmışdır. Meşələr Kiçik Qafqazın əsasən şimal və şərq  yamaclarındadır; 
təqribən 500- 600 metrdən 1800-1900 metrdən bəzi yerlərdə daha hündürdə 
yerləşir. Meşə zonasından yuxarılar (2300-2400 metrədək) seyrək kollu su-
balp  çəmənli,  daha  yuxarılar  isə  alp  çəmənlidir.  Subalp  çəmənlərindən  çox 


 
16
 
 
Şamil Nəcəfov 
 
yerdə biçənək, alp çəmənlərindən isə yay otlağı kimi istifadə olunur. Əsasən 
çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Kiçik Qafqazda 
alçaq dağlarda dağ-çöl və dağ-kol, orta dağlıqda  enliyarpaqlı meşələr,  yük-
sək  dağlıqda  dağ-çəmən  landşaftı  əsas  yer  tutur.  Yüksək  dağlıq  sahələrdə 
dağ-tundra iqlimi hakimdir.  
Göründüyü kimi, Kiçik Qafqaz regionunun təbiəti, iqlimi, zəngin bitki 
örtüyü burada heyvanat aləminin yaşaması, çoxalması üçün əlverişli şəraitə 
malik  olmuşdur.  Azərbaycanın  tunc  dövrü  maldar  əhalisi  Kiçik  Qafqazı 
özləri üçün əlverişli hesab etmiş və burada ovçuluq, maldarlıq təsərrüfatı ilə 
intensiv  məşğul  olmuşdur.  Bir-birindən  zəngin  qayaüstü  təsvirlər,  maddi 
mədəniyyət abidələri yaratmışdır. 
Kiçik Qafqazın Azərbaycan ərazisindəki alp çəmənlikləri, o cümlədən, 
orta Kür hövzəsi  yaylaqları da  yaylaq heyvandarlığı ilə məşğul olan qədim 
tayfalar  tərəfindən  məhz  bu  dövrdən  etibarən  məskunlaşmışdır.  Hələ  XX 
əsrin  50-60-cı  illərində  Daşkəsən  rayonunun  belə  yüksək  dağ  yaylalarında 
(2200 m) e.ə. III minilliyə aid dəfn abidələri tədqiq edilmişdir [5, с.15-45]. 
Bu ərazilərdə e.ə. III minilliyə aid abidələrin aşkar edilməsi köçəri və 
ya  yaylaq  heyvandarlığının  ilk  tunc  dövründən  meydana  çıxmasını  və 
yüksək  dağ  yaylalarının  məhz  bu  təsərrüfat  sahəsinin  inkişafı  nəticəsində 
məskunlaşdığını  söyləməyə  imkan  verir  [12,  с.  120].  Orta  Kür  hövzəsinin 
neolit-eneolit  dövrünə  aid  (e.ə.  V-IV  minilliklər)  Şomutəpə,  Töyrətəpə, 
Qarğalartəpəsi,  Molla  Nağı  təpəsi  kimi  abidələrinin  osteoloji  qalıqlarının 
yarısının və  ya  yarıdan  çoxunun  yalnız xırda buynuzlu  heyvanlara məxsus 
olduğu müəyyən edilmişdir [13, с. 153]. 
İlk  tunc  dövrünün  ortalarında  -  e.ə.  IV  minilliyin  sonunda  təşəkkül 
tapmış,  sonrakı  mərhələlərdə  daha  da  genişlənmiş  yaylaq  heyvandarlığının 
əsasını təşkil edən heyvanlar qədim  insanları ət, süd,  yun, dəri kimi zəruri 
məhsullarla  təmin  etmişdir.  O  dövrdə  xırdabuynuzlu  heyvanlar  ümumi 
heyvandarlığın əsasını təşkil edirdi [14, s. 117].  
Orta  Kür  hövzəsinin  tədqiq  olunmuş  yaşayış  yerlərinin  (Babadərviş, 
Sarıtəpə,  Sarvantəpə,  Yastıtəpə,  Qarğalartəpəsi,  Ocaqtəpə,  Qanlı  Töyrə, 
Töyrətəpə, Qiyaməttəpə, Göl yeri və s.) mədəni təbəqələrində aşkar edilmiş 
osteoloji  qalıqlar  əsasında  bu  bölgədə  yaylaq  maldarlığının  hələ  ilk  tunc 
dövrünün orta mərhələsindən etibarən meydana çıxması fikrini irəli sürmək 
mümkündür.  
V.H.Əliyev  mal-qaranın  kəmiyyətcə  artmasının,  sürüdə  xırda 
buynuzlu  heyvanların  sayının  sürətlə  çoxalmasının  yay  otlaqlarına  ehtiyac 
yaratdığını qeyd etmişdir [15, s. 18]. Bununla da yaylaq maldarlığı meydana 
gəlmişdir. 
Bir çox tədqiqatçılar hər hansı bir konkret regionda yaylaq maldarlığı-
nın yaranma tarixindən bəhs edərkən həmin ərazinin təbii-coğrafi şəraiti, iq-


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə