Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   2   3   4   5   6   7   8   9   10   ...   36

 
Tunc dövründə orta Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraiti …  
17 
 
limi kimi mühüm məsələlərə bir o qədər də diqqət yetirməmişlər. Lakin bu 
məsələlər,  haqqında  danışdığımız  təsərrüfat  sahəsinin  meydana  çıxması  və 
inkişafı üçün ən vacib şərtlərdəndir. O.H.Həbibullayev məhz bu amillərə də 
diqqəti  çəkərək  haqlı  olaraq  qeyd  edir  ki,  Azərbaycanın,  xüsusilə  də  Nax-
çıvanın düzən ərazilərindəki otlaqlar yay mövsümündə saralaraq məhv olur, 
digər torpaq sahələri isə əkin üçün istifadə edilirdi. Buna görə də Tunc döv-
ründə  mövcud  olmuş  çoxsaylı  heyvan  sürülərini  yalnız  yaylaq  maldarlığı 
vasitəsilə yemlə təmin etmək mümkün idi [10, с. 218 ]. 
Azərbaycanın  orta  Kür  hövzəsinin  tunc  dövrü  maldar  tayfalarının 
imkanları geniş idi. Kiçik Qafqaz dağlarının, Qazax düzənliyinin bol otlaq-
larla zəngin olan alp çəmənlikləri əsas yem mənbələrinə çevrilmişdir. Belə-
cə  ilk  yarımköçəri  maldarlar  Kiçik  Qafqazın  alp  çəmənliklərini  özlərinə 
yurd yerləri seçdilər, yay aylarında dağlara qalxıb məskən saldılar. Orta Kür 
hövzəsinin dağlıq və dağətəyi yerlərində aşkar edilən tunc dövrü maldar tay-
falara aid sikloplar, qəbirstanlıqlar, ibadətgahlar, qayaüstü rəsmlər, xalqımı-
zın  uzaq  keçmişindən,  etnik  mənşəyindən,  qədim  mədəniyyətindən  xəbər 
verir [15, s. 18]. 
Mal-qara  sürüləri  ilə  yanaşı  olaraq  otlaq  sahələrinə  də  sahiblənmək, 
sürülərin otarılması üçün yerlər uğrunda maraqların toqquşması tayfalararası 
münaqişələrin  başlıca  səbəbi  olmuşdur.  Yaylaq  maldarlığı  zamanı  tayfa 
üzvləri  içərisində  silahlı  insanlar  mövcud  olmuş  və  onlar  tayfanı,  sürüləri 
labüd təhlükələrdən qorumaqla məşğul olmuşlar. Tunc dövrünə aid abidələr-
dən əldə olunmuş müxtəlif növ silahlar – ox və nizə ucluqları, xəncərlər, tə-
bərzin baltalar və s. bu fikri bir daha təsdiq edir [10, с. 128, 216]. 
E.ə. III minilliyin son rübündə Kür-Araz mədəniyyətinin başa çatması 
ilə  əlaqədar  orta  Kür  hövzəsində  və  ona  qonşu  bölgələrin  tarixində  yeni 
mərhələ  başlandı.  Bu  dövrdən  etibarən  vaxtilə  Kür-Araz  mədəniyyətinin 
yayıldığı  ərazilərdə  nəzərə  çarpacaq  hadisələrdən  biri  heyvandarlığın 
inkişafı  sayəsində  əmək  məhsuldarlığının  əhəmiyyətli  dərəcədə  artması  ol-
muşdur.  Zəngin  yaylaqlara  malik  olan  orta  Kür  hövzəsinin  təbii  şəraiti 
heyvandarlığın  inkişafı  üçün  böyük  imkanlar  yaradırdı  [16].  Mal-davar 
Azərbaycan  sakinlərinin  başlıca  məşğuliyyətinə  və  sərvətinə  çevrilməyə 
başladı. Mühüm  cəhət odur ki, heyvandarlıqda artım əsasən davarın artımı 
hesabına baş verirdi. Bu isə heyvandarlıq sistemini əsaslı surətdə dəyişdirir-
di.  Artıq  tunc  dövrünün  sonu  və  erkən  dəmir  dövründə  yaylaq  maldarlığı 
təsərrüfatı  tam  surətdə  formalaşırdı.  Davarın  artması  və  əmək  məhsuldar-
lığının yüksəlməsi sayəsində ölkədə məskunlaşmış əhalinin artımı tayfaların 
yayılmasının mühüm səbəblərindən biri idi.  
Ümumi birlikdən ayrılmış maldar tayfalar mis və dəmir filizlə zəngin 
olan  ərazilərin  sahiblərinə  çevrilirdilər.  Bu  ərazilərin  bəziləri  tezliklə  dağ-
mədən işi və metal emalı mərkəzlərinə çevrildi. Daşkəsən və Gədəbəy ərazi-


 
18
 
 
Şamil Nəcəfov 
 
lərində  bəzi  məskənlər  buna  misal  ola  bilər.  Kür-Araz  mədəniyyətinin  son 
dövrlərində  və  orta  tunc  dövrünün  əvvəllərində  maldar  tayfaların  aparıcı 
mövqelər  tutması,  yarımköçəri  maldarlığın  meydana  gəlməsi,  metal  ema-
lının  inkişafı,  Yaxın  Şərq  və  Ön  Asiyanın  sivilizasiyaları  ilə  sıx  əlaqələr 
məhsuldar qüvvələrin əhəmiyyətli dərəcədə inkişafına, izafi məhsulun xeyli 
miqdarda  yaranmasına,  ictimai  təbəqələşmənin  dərinləşməsinə,  bu  bölgədə 
məskunlaşmış tayfaların iqtisadi, siyasi və mənəvi həyatında mühüm dəyi-
şikliklərə gətirib çıxarırdı.  
Bütün bu dəyişikliklər etnik-siyasi proseslərə də təsir göstərməyə bil-
məzdi. Arxeoloji materiallar bu dövrdə əhalinin xeyli dərəcədə çoxalmasını, 
iri tayfa ittifaqlarının meydana gəlməsini, tayfalardaxili münasibətlərin mü-
rəkkəbləşməsini, lokal hərbi toqquşmaların artmasını göstərir. Maldar tayfa-
ların yeni ərazilərdə məskunlaşması ilə əlaqədar olaraq Kiçik Qafqazın, de-
mək olar ki, hər  yerində yaşayış məskənlərinin, habelə möhkəmləndirilmiş 
qalaların sayı artmağa başladı. 
Məlumdur ki, əkinçilik təsərrüfatına nisbətən maldarlıq daha çox izafi 
məhsul verirdi. Belə ki, insanlar özlərinə lazım olandan artıq ət və süd məh-
sulları  toplayırdılar  ki,  bu  da  ərzaq  artığına  səbəb  olurdu.  Ərzaq  artığını 
əlində cəmləşdirən ayrı-ayrı şəxslər isə tayfanın adlı-sanlı üzvlərinə çevrilir 
və ictimai-sinfi bərabərsizliyin əsası qoyulurdu. Dağ-mədən sərvətlərinin və 
sənətkarlığın  inkişafı  hesabına  artan  izafi  məhsul  ayrı-ayrı  şəxslərdə  və 
ailələrdə  cəmləşir,  ibtidai  icma  mühitində  zadəganlar  nəslinin  meydana 
gəlməsinə şərait  yaradırdı. Bu dövrə  aid qəbir abidələri də sərvətlərin top-
lanmasını və zadəganların meydana gəlməsini isbat edir. Xeyli sərvətin tay-
fa  başçılarının  əlində  toplanmasını  onları  xarici  hücumlardan  qoruyan  çox-
saylı müdafiə tikililərinin mövcudluğu da sübut edir. Bu tikililər nəinki çox-
lu insan kütləsinin gərgin və məqsədyönlü əməyindən, habelə hərbi toqquş-
ma təhlükəsinin xeyli artmasından xəbər verir. 
 
Ədəbiyyat: 
1.
 
Наджафов Ш.Н. Некоторые результаты исследований памятников эпо-
хи бронзы на территории Гянджа-Казахского региона / Актуальная ар-
хеология: археологические открытия и современные методы исследова-
ния  (Тезисы  научной  конференции  молодых  ученых  Санкт-Петербур-
га), РАН ИИМК, Санкт-Петербург 22-23 апреля 2013 г. СПБ, 2013, Изд-
во РАН, c. 88-89. 
2.
 
Наджафов  Ш.Н.  Результаты  археологических  раскопок  на  поселении 
Сарвантепе в 2010-2012 годах / Новые материалы и методы археологи-
ческого исследования (Материалы II Международной конференции мо-
лoдых  ученых).  Москва,  19-21  марта  2013  г.  ИА  РАН,  Москва,  2013, 
Изд-во ИА РАН, c. 85-87. 
3.
 
Nəcəfov  Ş.N.  Tunc  dövrünün  mədəni-tarixi  inkişafının  təbii  coğrafi  şərait 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə