Çillə şərqisi Qabağı yazdır çillənin



Yüklə 4,71 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü4,71 Kb.
#23751

background image
Çillə şərqisi 

 

Qabağı yazdır çillənin, 



Ömrü azdır çillənin. 

Yer bürünür ağ qara, 

Təslim olur bahara. 

Ağ bayraqlı Qış gedir, 

Al bayraqlı Yaz gəlir! 

Nağılçılar xoş gedir, 

Ozan, aşıq, saz gəlir! 

Böyük çillə cıxmamış, 

kiçik çillə gəlməmiş; 

Boz Ay çapır atını, 

Bilir qışın zatını. 

Bənövşə açıb gəlib, 

Yatağı torpaq olur; 

Çiçəyi yarpaq olur! 

Xan çobanın arzusu, 

Gəlir qumral quzusu! 

Yağış ruzu gətirir, 

Novruz gəlib yetirir! 

Qüvvət dolur qollara, 

Ellər çıxır yollara; 

Durnaları gözləyir! 

Bülbül gülü izləyir, 

Şaxta, boran sovuşur! 

Yer düzəldib qəddini, 

Gözəl Yaza qovuşur! 

 

Cavad Ə. Çillə şərqisi: şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2005. – S. 



194.  

Yüklə 4,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə