Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
  1   2   3   4   5   6   7   8   9   ...   70



 
 
 
 
 
Rəyçi: polkovnik Çingiz Məmmədov 
 
 
 
 
 
 
Şəmistan Nəzirli. Cumhuriyyət generalları. Bakı. Hərbi nəşriyyat. 1995. Səh. 212. 
 
 
Müdafiə  Nazirliyinin  Hərbi-Elmi  Tədqiqatlar  İdarəsinin  baş  zabiti,  yazıçı 
Şəmistan Nəzirlinin «CÜMHURİYYƏT GENERALLARI» kitabında 1918—20-ci 
illərdə  fəaliyyət  göstərən  Azərbaycan  Demokratik  hökumətinin  sərkərdələri 
haqqında  sənədli  hekayələr  və  oçerklər  toplanmışdır.  Tarixi  faktlar  əsasında 
yazılmış əsərdə həm də XIX əsrin hərb tarixinin səhifələri, ilk admiral İbrahim bəy 
Aslanbəyovun və general Daniyal bəy İlisulunun ömür  yolu araşdırılır. 
 
Hərbi nəşriyyat, 1995 
 
 



 
KĠTABIN ĠÇĠNDƏKĠLƏR 
 
1.Uğurlu araşdırmalar (Qılman İlkin) 
2.İlisulu   generalın   faciəsi 
Şeyx  Şamilin  yanında 
Aşıq Rəfinin   bir şeri     
3.İlk  admiralımız   
 
Sənədlərdən soraq aldım         
Mənbələrdən gələn səslər      
Admiralın ömür yolu 
 
Qəribə  və xoş  bir təsadüf 
Admiral həm  də  alimdir 
4.İlk Milli Ordu generalımız 
Möhtərəm bir generalın ölümü 
General  Süleyman  bəy       
Yeni açılan  arxivdən      
 
5.Acı Tale  
 
6.General Cavad bəy Şıxlinski 
(və hərbçi  Şıxlinskilər haqqında qeydlər) 
7.Qəribə tale 
 
Alim sözü   
 
Ailənin bəxt ulduzu        
 
Lev Tolstoya  məktub 
 
Gecikmiş cavab 
 
Uzun ömrün səhifələri            
Yaralı söhbət 
 
 
8.General Səməd bəy Mehmandarov 
Uzaq Şərqdə  
Port-Artur yürüşlərində 
Birinci dünya müharibəsində  
General  Mehmandarovun anketi 
Təlatümlü illərdə   
Cümhuriyyət dövründə 
9.Alim-general 
(general Əliağa Şıxlinskinin 1918-1943-cü illərdəki fəaliyyətindən) 
Milli  ordu  quruculuğunda  
Ulu  vəsiyyəti faydasız olmaz  
10. General Firudin bəy Vəzirov    
11. General Teymur  bəy  Novruzov 
12. Bir nəslin generalları  
General Əmir Kazım Qacar     



 
General  Əmənulla  xan  Qacar  
Nəslin  ağbirçəyi 
13. Milli sərkərdəmizin faciəsi (1916-1920-ci  illərdə)  
Generallar 
 
 
 



 
UĞURLU ARAġDIRMALAR 
 
Mən  Şəmistanı  1972-ci  ildən  tanıyıram.  O  vaxt  «Ulduz»  jurnalında  onun 
Səməd  Vurğun  barədə  yazdığı  silsilə  sənədli  hekayələri  çap  olunurdu.  Tanıyıram 
deyəndə,  hələ  üzünü  görməmişdim,  ancaq  onunla  görüşün  sorağındaydım. 
Keçmişimizi, tarixi sənədləri araşdırmağa olan odlu həvəsi və marağı məni ona sarı 
çəkirdi. Hiss edirdim ki, bu maraq onu içəridən alovlandırır və oçerkdən-oçerkə elə 
bil  daha  da  püxtələşdirir.  Nəhayət,  1978-ci  ildə  onun  Səməd  Vurğun  haqqında 
sənədli hekayə və oçerkləri «Vurğun keçib bu yerlərdən» adlı kitabda küll halında 
çapdan  çıxdıqda  mən  ümidimdə  yanılmadığımı  hiss  etdim.  Bundan  sonra  o  öz 
mövzusunu  dəyişdi,  xalqımızın  hərbi  xadimləri  ilə  maraqlanmağa  başladı  və  bu 
sahədə  ilk  addımlarını  atdı.  Uğurlu  addımlardı.  Bu,  bəlkə  də  onun  televiziyanın 
«hünər» verilişləri redaksiyasında nə az, nə azacıq, 19 il çalışması ilə bağlı idi. O 
zamandan Şəmistan bu mövzuya sadiq qaldı və həmin sədaqət bu günədək davam 
edir. Əlbəttə, hamımız üçün fərəhli haldır ki, bu sahədə çalışan jurnalistlərimiz var 
və  onlar  bu  mövzunu  araşdırmaq  və  işıqlandırmaq  qüvvətinə  malikdirlər. 
Açılmamış  səhifələri  açmaq,  qaranlıqlara  nur  çiləmək,  gizlinləri  aşkarlamaq, 
ədaləti bərpa etmək cəhdləri gənc jurnalistin mənəvi potensialına işarə idi. Biz bir-
birinin  arxasınca  uğurlu  adaşdırmaların  necə  meydana  çıxdığının,  onların  hansı 
əmək,  səy,  inadkarlıq  nəticəsində  yaranaraq  xalqın  mühakiməsinə  verildiyinin 
şahidi  olduq.  Hərb  tariximizdən  xəbərsiz  olanlara  təzə-təzə  müjdələr  verildi. 
Şəmistan  xüsusilə  o  şəxsləri,  o  xadimləri  bizə  tanıtdı  ki,  onların  ancaq  adlarını 
eşitmişdik, şəxsiyyətlərini öyrənmək isə qismətimizə düşməmişdi. O, bu adamların 
üzərindəki məşum pərdələri cəsarətlə qaldırdı və həqiqət aşkar edildi. Mən şəxsən 
belə  cəsur  araşdırıcıları  çox  sevirəm.  Günlərini,  saatlarını  tozlu  arxiv  sənədləri 
içərisində  keçirən  adamları  özümə  yaxın  hiss  edirəm.  Şəmistan  da  məhz  belə 
tədqiqatçılardandır. 
Şəmistan publisist araşdırıcıdır. O, tarixçilərdən bir çox baxımdan fərqlənir. 
Tarixçi  üçün  ikinci  və  ya  üçüncü  dərəcədə  əhəmiyyətli  olan  məsələlər  publisist 
araşdırıcı  üçün  birinci  dərəcəli  məsələyə  çevrilir.  Çünki  publisist  araşdırıcı 
onlardan  yeni  şirələr  çəkir,  yəni  rənglər  alır.  Publisist  tədqiqatçı  öz 
araşdırmalarında  daha  çox  yaradıcılığa  meyl  edir.  Təsvir  etdiyi  adamların  daxili 
psixoloji  aləmini  təşrih  edir,  xarakterini  açır.  Adi  tarixçidən  fərqli  olaraq, 
hadisələrə  müdaxilə  edir,  qələmə  aldığı  qəhrəmanları  bədii  ifadələrlə  canlandırır. 
Bütün  bu  dediklərimizi  onun  1991-ci  ildə  «Gənclik»  nəşriyyatı  tərəfindən 
buraxılmış «Azərbaycan generalları» kitabında görmək olar. Mən onu 1991-ci ilin 
ən uğurlu kitablarından biri hesab edirəm. İstər mövzu və istərsə də yazılış tərzi ilə 
çox təravətli olan bu kitabda xalqımızın bütöv bir nəslinin — hərb xadimlərimizin 
tarixini  öyrənmək  olar.  Hər  məqalə  xalqımızın  unudulmuş  bir  hərbi  xadiminin 
kəşfidir. Bəli, mən bunları kəşf adlandırıram. Tozlu arxivlərin rəflərindən tapılmış, 
kəşf  edilmiş  insan  taleləri.  Mən  bu  məqalələri  hələ  ayrı-ayrılıqda  dərc  edildiyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə