Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   ...   70


 
illərdə  böyük  həvəslə  oxuyurdum.  Desəm  ki,  səbrsizliklə  gözləyirdim, 
inanmazsınız.  Çünki  bilirdim  ki,  Şəmistanın  hər  yeni  məqaləsində  yeni  bir  insan 
taleyi  açıqlanacaq.  Mənim  diqqətimi  daha  çox  cəlb  edən  Şəmistanın  bütün 
hadisələri bədii ifadələrlə təsvir etməsi idi. Bu məqalələri oxuyarkən bəzən adama 
elə  gəlir  ki,  bədii  bir  parça  oxuyur.  Şübhə  yoxdur  ki,  bu,  Şəmistanın  publisist 
məqalələrində  yazıçılığa  daha  çox  söykənməsindən  irəli  gəlir.  Hər  bir  parçanı 
həyəcansız  oxumaq  mümkün  deyil.      General  Əliağa  Şıxlinski  barədə  olan  oçerki 
oxuyarkən insan elə bil bədii bir parçanı vərəqləyir. Müəllif Şıxlinskinin hərb elmi 
tarixindəki böyük     kəşfləri    ilə yanaşı, bir insan kimi dəruni hisslərini də təsvir 
etməkdən çəkinməmişdir. Mən belə bir üsulu keçmişdən yazan bütün jurnalistlərə 
məsləhət  bilərdim.  Şəmistan  Əliağa  Şıxlinskinin  müharibə  cəbhələrində  general 
kimi  qəhrəmanlıqlarından,  böyük  sərkərdə  kimi  istedadından,  hərbi  bilik 
sahəsindəki elmi fəaliyyətindən və eyni zamanda   onun məhəbbətindən, ailəsindən 
kövrək söhbət açır. Məsələn, generalın öz arvadı barədə qəmli dəmlərini Şəmistan 
onun  öz  dili  ilə  belə  təsvir  edir:  «Bir  yerdə  keçirdiyimiz  iyirmi  iki  illik  həyatın 
aydın səmasında bir bulud ləkəsi də görünmədi. Fitrətən istedadlı olan, yaxşı  təhsil 
almış,  mülayim  xasiyyətli  Nigar  xanım  ailə  səadəti  üçün  yaranmış  bir  qadın  idi. 
Mən bu səadətə tam mənası ilə nail oldum. Lakin 1931-ci il avqustun 15-də Nigar 
xanımın  ölümü  mənim  üçün  ən  ağır  bir  zərbə  oldu.  Mənim  hər  şeyim  —  həm 
səadətim, həm də səhhətim onunla getdi». 
Başqa  generallar  haqqındakı  hekayətlər  də  belə  maraqla  oxunur.  Şəmistan 
Azərbaycanda  sovet  hakimiyyəti  illərində  köhnə  çar  generallarının  başına  açılmış 
müsibət  və  təhqirləri  də  ürək  ağrısı  ilə  təsvir  edir.  Onlardan  çoxu  dəstə-dəstə 
Nargin adasında güllələndikdən sonra ailələrinin də başına min bir oyun açılmışdı. 
Xüsusilə,  Azərbaycanda  Sovet  hakimiyyətinin  ilk  günlərində  azərbaycanlı 
zabitlərdən öldürülənlərin sayı-hesabı  yox idi.  «Azərbaycan generalları»  kitabı bu 
baxımdan bolşevizmə əsl ittihamdır. Azərbaycan generalları nəinki Rusiyada, hətta 
dünyada  da  şöhrət  qazanmışdılar.  Əliağa  Şıxlinskinin  məşhur  «Üçbucaq 
nəzəriyyəsi»  Avropanın  bir  sıra  ölkələrində  «Şıxlinski  üçbucağı»  adı  kimi 
tanınmışdı. Yaponlar da Ə. Şıxlinskini, S.Mehmandarovu yaxşı tanıyırdılar. 
«Azərbaycan  generalları»  kitabının  böyük  idraki  əhəmiyyəti  vardır.  Bu 
kitabdan  çox  şey  öyrənmək  olar.  Şəxsən  mən  Ə.  Şıxlinskinin  klassik  şairimiz   
Molla Vəli Vidadinin nəvəsi olduğunu və  hətta özünün də şer yazdığını məhz bu 
kitabdan  öyrəndim.  Oxucular  birinci  Cahan  müharibəsi  illərində  azərbaycanlı 
təyyarəçi,  poruçik  Fərrux  ağa  Qayıbovun  göstərdiyi  qəhrəmanlıqla  bu  kitab 
səhifələrində tanış ola bilərlər. Poruçik Qayıbov 1916-cı ildə Vilno üzərindəki hava 
döyüşlərində  düşmənin  dörd  təyyarəsi  ilə  təkbaşına  vuruşmuş,  dörd  saat  ərzində 
onlardan üçünü vurub yandırmış və özü də qəhrəmanlıqla həlak olmuşdur. Kitabın    
səhifələrində  oxucular  bizə  hələ  məlum  olmayan  başqa  azərbaycanlıların  da 
qəhrəmanlıq  epizodları  ilə  tanış  ola  bilərlər.  Hərbi  sərkərdələrimizin,  sıravi 
əsgərlərimizin  qəhrəmanlıqları  ilə  tanış  olmaq  istəyənlər,  bu  kitabı  mütləq   



 
oxumalıdır. Kitabda Azərbaycan generallarından Hüseynxan Naxçıvanski,   Fərəc 
bəy Ağayev, Həsən bəy Ağalarov, Balakişi bəy Ərəblinski, İbrahimağa Usubov və 
başqaları barədə verilən oçerklərdə bizə bu vaxtadək məlum olmayan  faktlara rast 
gəlmək  mümkündür.  Müəllif  təsvir  etdiyi  şəxsiyyətlərə  həmişə  dərin  ehtiram  və    
məhəbbətlə yanaşır. Bu, bizim hərbi xadimləri guya çarizmə xidmət etdikləri üçün 
az  qala  inkar  etmək  mövqeyində  duran  nankor  adamlara  sanki  cavab  aksiyasıdır. 
Onların fikrincə rus ordusu sıralarında xidmət etmək guya öz  xalqına  xəyanətdir. 
Yaxın  keçmişimizdə  M.  F.  Axundov,  A.  Bakıxanov  haqqında  yazılmış  bir  sıra    
məqalələrdə  belə  əhvali-ruhiyyəni  sezməmək  mümkün  deyil.  Gəlin  tariximizə 
soyuqqanlıqla baxaq. Vaxtilə çiyinlərində   rus   ordusunun    paqonlarını gəzdirmiş 
A.  Bakıxanov,  M.  F.  Axundov,  Ə.  Şıxlinski,  İsmayıl  bəy  Qutqaşınlı  və  başqaları 
birinci növbədə öz xalqlarına xidmət etmişlər. Onları inkar etmək mədəniyyətimizi 
inkar  etmək  deməkdir.  Axundovun  mədəniyyətimizin      inkişafı      üçün  gördüyü 
işləri      daha        kim      həyata  keçirə  bilərdi?  Görkəmli  yazıçı        Əbdürrəhim  bəy 
Haqverdiyev  haqlı  olaraq  demişdir  ki,  Mirzə  Fətəli  Axundovun  medallar  və 
paqonlarla  bəzənmiş  mundiri  altında  böyük  xalq  qəlbi  döyünürdü.  Məgər 
Azərbaycan  dilinin,  Azərbaycan  milli  ənənələrinin  rəvacı  üçün  Axundov, 
Bakıxanov,  Qutqaşınlı  və  başqaları  çar  ordusundakı  xidmətlərindən  məhz  bu 
məqsədlə  istifadə  etməmişlərmi?  Bu  cəhətdən  də  «Azərbaycan  generalları»nın 
birinci hissəsi 1991-ci ildə vaxtında çapdan çıxmışdır. 
Axtarışlarını  dayandırmayan  Şəmistan  Nəzirli  bu  mövzuda  onun  davamı 
olan  ikinci  kitabını  yazıb  qurtarmışdır.  Oxuculara  təqdim  olunan  yeni  kitabın  ən 
gözəl  məziyyəti  ondan  ibarətdir  ki,  1918—20-ci  illərdə  xalqımız  üçün  əvəzsiz 
xidmətləri  olmuş  və  indiyədək  unudulmuş  hərbi  xadimlərimizin  ömür  yolu 
araşdırılıb ilk dəfə  oxuculara  çatdırılır.  Kitabda  hərbi simalar haqqında  toplanmış    
oçerklərdəki  materiallarla  tanış  olarkən  hiss  edilir  ki,  onları  toplamaq  müəllifə 
böyük  zəhmət  bahasına  başa  gəlmişdir.  Şəmistanın  yaradıcılıq  axtarışlarında  onu 
da    duymaq mümkündür ki, müəllif    az qala   fanatik   axtarıcı   kimi tutduğunu   
buraxmır,  adamlarla  söhbətində  sözdən  söz  çəkir.  Birinin  təsadüfən  ağzından   
çıxmış  bir  sözdən  yapışaraq,  onun  izinə  düşür,  naməlum  mətləblərə  cığır  açır, 
yorulmadan,  arxivlərin  tozunu  uda-uda  məqsədinə  çatanadək  axtarışını  davam 
etdirir.  Qəribəsi  də  odur  ki,  onun  şübhə  və  ehtimalları  axırda  həqiqətə        çevrilir, 
adı bütöv bir nəsil,  bəlkə  də  bir neçə  nəsil tərəfindən  unudulmuş  soydaşlarımızın 
taleyinə  işıq  salır,  onları  arxivlərin  rəflərindən  qaldıraraq,  xalqa  açıqlayır.  Bu 
axtarışlar  zamanı  millətimizə  yuxarıdan  xor  baxan  adamların  uzun  illər    
müddətində  törətdikləri  cinayət  və  saxtakarlıqların  üstündən  qalın  pərdələri    
qaldırır, arxivlərdə vuruşan döyüşçü kimi oğurlanmış  mənəviyyatımızı, əlimizdən 
alınmış  şəxsiyyətlərimizi,  nəinki  Rusiyada,  bəlkə  də  bütün  dünyada  tanınmış    
sərkərdələrimizi  özümüzə  qaytarır.  Onun  fəaliyyəti  sərkərdə  düşmənlə  üz-üzə 
vuruşan  döyüşçülərimizin  qəhrəmanlığından  heç  də  əskik  deyildir.  Dediklərimizi 
doğrultmaq üçün təkcə bir faktı göstərmək kifayət edər: kitabda «İlk admiralımız» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə