Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   54   55   56   57   58   59   60   61   ...   70

129 
 
ordusunun  ali  ordeni  hər  yoldan  ötənə,  hər  atına  süvar  olub  döyüşə  gedən  əsgərə 
verilmirdi.  Səni  tanımaq  üçün  olsa-olsa  əlimizdə  bir  əsas,  fikrimizdə  bir  güman 
var.  O  da  rəhmətlik  general  Əliağa  Şıxlinskinin  «Xatirələrim»  kitabının  155-ci 
səhifəsindəki  üç  cümlədir.  Birinci  dünya  müharibəsində  qeyri-adi  şücaət  göstərən 
eloğlularımız  haqqında  fəxrlə  söhbət  açan  şöhrətli  generalımız  Əliağa  Şıxlinski 
yazır: 
«Georgi kavalerləri arasında Teymur bəy Novruzov adlı bir azərbaycanlı da 
vardı.  Nijeqorod  polkunun  rotmistri  olan  Teymur  bəy  Novruzov  müharibənin 
ikinci  günü  almanlarla  ilk  toqquşmada  özünü  göstərmişdir;  bu  zaman  general-
leytenant  Xan  Naxçivanskinin  (Hüseynxan  Naxçıvanski  —  Ş.  N.)  komandanlığı 
altında  olan  bizim  atlılarımız  alman  atlılarını  darmadağın  etmişdilər.  Bu  döyüşdə 
Teymur  bəy  Novruzov  almanların  piyadalaşmış  atlılarına  hücum  edib  iki  ağır  top 
qənimət almış, buna görə də Georgi xaçı ilə təltif edilmişdi». 
Hələ kimliyini dəqiq bilmədiyim, eloğlu. Uzaq illərin arxasından sənə, sənin 
ruhuna və sağ olub-olmadığını bilmədiyim nəvə-nəticənə müraciət edirəm. Sən öz 
gəlişinlə bizim Azərbaycan hərb tarixinə gec də olsa, yeni səhifə açmısan

Sən—
rotmistr  Teymur  bəy  Novruzov  birinci  dünya  müharibəsində  döyüşən  iki  yüz 
əllidən çox azərbaycanlı zabit arasında bu yüksək ordenlə təltif olunan yeganə igid 
olmusan.  Sənin  eyni  soyadında  yetmiş  il  əvvəl  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  milli  ordusunda  bir  general-mayorumuz  da  olub.  Mən  bu  ad-
soyada  Azərbaycan  Respublikası  Yeni  Tarix  Mərkəzi  Dövlət  Arxivinin  nadir 
fondunda rast gəldim. 
Azərbaycan  Demokratik  Cümhuriyyətinin  1919-cu  il  iki  avqust  tarixli 
protokolundan bir çıxarışı oxuyanda qəlbim iftixarla döyündü: 
«Birinci  süvari  Tatar  (Azərbaycan  —  Ş.  N.)  alayının  polkovniki  Teymur 
bəy Novruzova əla xidmətinə görə general-mayor rütbəsi verilsin». 
Qismətinə  bax,  bir  arxivdə  quruca  və  uca  general  adın,  o  birində  isə  bir 
parça fotoşəklin qalıb. 
Bir də on doqquzuncu ildə  sənə zəbt  vəkili
1
 Əli Şövkət əfəndinin qoşduğu 
şərqi gəlib çatıb bizlərə. 
Xoş gəldin ey şövkət məqam,  
Əsgər sənə eylər salam.  
Sən əsgərin göz nurusan,  
Minlər yaşa Teymur paşa!..  
Xoş gəldiniz zəhmət çəkib,  
Alayımızı ucaltdınız...  
Əsgərlərin vurudi budur,  
Minlər yaşa, Teymur paşa,  
                                                           
1
 Məhkəmə   katibi. 
 


130 
 
Paşalığın mənbəini,  
Vurudi sizə var olsun.  
Əvəzində biz ölərik  
Minlər yaşa Teymur paşa... 
Bəzən  sənin  haqqında  düşünəndə  öz-özümə  təsəlli  verirəm.  Deyirəm, 
Allaha  min  şükür  ki,  hələ  quruca  adın,  bu  bir  parça  şəklin  də  saxlanılıb.  Axı,  biz 
1920-ci  il  aprelin  iyirmi  səkkizindən  dünənimizə  kimi  sənin  və  silahdaşlarının 
fotoşəklini  gizlətmişik,  cırıb  atmışıq,  adınızı  çəkməyə,  rütbənizi  deməyə 
qorxmuşuq. Çünki başımızın üstündə iyirminci ilin daşnak-bolşevik terroru, bir də 
otuz  yeddinin  qara  qılıncı  olub.  Sənə  və  sənin  kimi  doğma  Azərbaycanımızı 
yadlardan  qoruyan  igidlərimizə  qənim  kəsilmişik.  Bizi  həmişə  məcbur  ediblər  ki, 
özümüzə yox, Şimala baxaq. İstilaçı On birinci Ordunu azadlıq ordusu kimi yetmiş 
iki  il  mədh  etmişik.  Bizə  deyiblər  ki,  tarix  dərslərinizdə  Kutuzovun,  Suvorovun, 
Çapayevin haqqında olan hər sətri, hər cümləni əzbərliyin. 
Unudun Babəkinizi, Cavanşirinizi, general Səməd bəy Mehmandarovunuzu, 
Əliağa Şıxlinskinizi və onlarca başqalarını. 
Bilmirəm,  sənə  baba  deyim,  əmi  deyim,  yoxsa...  Eloğlu,  sən  mənim  üçün, 
mənim  xalqım  üçün  hələlik  yarıməfsanə,  yarımhəqiqətsən.  Əgər  hər  hansı  bir  isti 
ocaqlı  azərbaycanlı  ailəsindən  sənin  əl  boyda  fotoşəklin  tapılsa,  uzaq  da  olsa  bir 
nəvə-nəticən  harayıma  səs  verib,  köməyimə  çatsa  onda  tək  mən  yox,  Azərbaycan 
hərb tarixi sevinəcək. İnanıram ki, səni tanıyan olacaq, sən yetmiş altı ildən sonra 
doğma  xalqına  qovuşacaqsan.  Vaxtilə  azadlıq  uğrunda  çarpışan  ruhun  nəvə-
nəticənə qovuşacaq, inanıram buna, inanıram, eloğlu. İnanıram ki, iri ala gözlərin, 
vüqarlı  baxışın,  azərbaycanlısayağı  burulmuş  eşmə  bığın  kimsənin  diqqətindən 
yayınmayacaq. 
Əziz oxucu, ümid yeri üçün bir faktı da nəzərinə çatdırmaq istərdim. Uzun 
müddət  YUNESKO  Beynəlxalq  təşkilatında  işləmiş  həmyerlimiz  Ramiz 
Abutalıbovda  Almaniyada  yaşayan  soydaşımız  Hilal  Münişin  Ceyhun  bəy 
Hacıbəyliyə yazdığı məktub saxlanılır. Məktubda Hilal Münişi Ceyhun bəyə yazır 
ki,  azərbaycanlı  general  Teymur  bəy  Novruzov  Berlindədir.  O,  iki  min  beş  yüz 
nəfərdən  ibarət  süvari  təşkil  etməyə  sizdən  kömək  istəyir.  Azərbaycandan 
bolşevikləri qovmaq üçün qüvvə toplayır. General Teymur bəy Azərbaycanın xilası 
uğrunda  inamla çalışır. O, 1877—78-ci illərdə rus-türk müharibəsinin qəhrəmanı,   
qvardiya polkovniki Kərim bəy Novruzovun qohumudur... 
 
BĠR NƏSLĠN GENERALLARI 
Tarixə  «olub keçmiş  şeylər», «çağırılmış bayatılar»  kimi baxanlar idrak və 
zövqü məhdud insanlardır. 
Mənsub  olduğu  xalqın  varlığı  ilə  fəxr  etməyən,  onun  eşqini  müqəddəs  bir 
məşəl  kimi  öz  qəlbində  yandırmayan  bir  insan  öz  vətəndaşlıq  haqqını  dərk  edə 
bilməz, ona vətənpərvər demək də gülünc olar. 


131 
 
Səməd VURĞUN 
Şuşaya  getməkdə  məqsədim  görkəmli  ədəbiyyatşünasımız  Firidun  bəy 
Köçərlinin  dədə-baba  yurdunu  görmək  idi.  Bir  xeyirxahın  köməyi  ilə  evi  tapıb, 
həyət-bacanı  gəzdim.  Unudulmuş  Firidun bəyin  nə  yaxın,  nə də  uzaq bir qohumu 
ilə görüşüb söhbət edə bilmədim. Mülkün divarına çoxdan vurulmuş, rəngi solmuş 
xatirə lövhəsini  ürək ağrısı ilə oxudum. Evi  muzey  görmək  ümidim vardı.  Amma 
sanatoriya  anbarı  kimi  istifadə  olunduğunu  görəndə,  yadıma  olmuş  bir  əhvalat 
düşdü.  Onu  mənə  Qazax  seminariyasının  məzunu,  mərhum  Hacıbala  Hacıyev 
danışmışdı. 
Seminariya  hələ  Qoridə  olarkən  (1910-cu  il)  bir  gün  dərsdən  evə  gələn 
Firidun  bəy  arvadı  Badsəbanı  əli  qoynunda  fikirli  görür.  Firidun  bəy  təşvişlə 
soruşur: 
—Badsəba,  nə  olub,  niyə  qəmlisən?  Şuşadan,  ya  da  Qazaxdan  bəd  xəbər 
var, nədi? 
Badsəba xanım kədərlə: 
—Eh, ay Firidun, niyə də fikirli olmayım, bu qədər ömür sürdük, tanrı bizə 
bir övlad da vermədi ki, nişanəmiz qalsın. 
Firidun bəy əvvəlcə bərk tutulur, sonra özünə gəlib, arvadına təsəlli verir: 
—Fikir  eləmə,  Badsəba,  bu  seminariyada  oxuyan  uşaqların  hamısı  bizim 
övladlarımızdır. Bizi kim unutsa da onlar unutmazlar. Bu, mənim yəqinimdir. Vaxt 
gələr görərsən... 
İllər keçir. Firidun bəy Köçərli 1920-ci il mayın 22-dən 30-dək davam edən 
Gəncə qiyamı zamanı mənfur daşnaklar tərəfindən öldürülür. Badsəba xanım 1921-
ci  ildə  Bakı  Pedaqoji  Texnikumunda  tərbiyəçi  işləyir.  Dörd  il  sonra  bacarıqlı 
mütəxəssis kimi pedaqoji texnikum təşkil etmək üçün Zaqatalaya göndərilir. 1929-
cu  ildə  Quba  Pedaqoji  Texnikumunun  müdir  müavini  olur.  Bir  ildən  sonra  onu 
Şəki  Uşaq  Evinin  müdiri  təyin  edirlər.  Həmin  dövrdə  yetimxana  ciddi  ehtiyac 
içində idi. O, kömək üçün hansı idarəyə müraciət edirdisə, yardım edən olmurdu. 
Firidun  bəyin  1910-cu  ildə  dediyi  sözləri  xatırlayan  Badsəba  xanım  Mərkəzi 
Komitədə Torpaq komissarı işləyən, keçmiş Qori seminariyasının məzunu Teymur 
Hüseynovun  yanına  gəlir.  Yetimlərə  kömək  üçün  ona  müraciət  edir.  Teymur 
Hüseynov  Badsəba  xanımı  doğma  anası  kimi  çox  səmimi  qarşılayır.  Maddi 
cəhətdən  kömək  edir,  üstəlik  də  yetimxananın  müasir  mebellə  təmin  olunmasına 
sərəncam verir. 
Bu  əhvalatdan  sonra  Badsəba  xanım  ölənə  qədər  (1954)  deyərmiş  ki, 
Firidun  bəylə  mən  sonsuz  olmamışam.  Qori  və  Qazax  seminariyasının  hər  bir 
məzunu bizim övladımızdır. 
İndi  Firidun  bəyin  dədə-baba  yurduna  baxa-baxa  fikirləşirəm  ki,  Teymur 
Hüseynov kimi xeyirxahlar «otuz yeddi»nin günahsız qurbanı olmasaydı, bəlkə də 
mülk  bu  günə  düşməzdi.  Demək,  indi  Teymur  kimi  övladlara  ehtiyacımız  var. 
Təəssüf  ki,  «otuz  yeddi»nin  qara  küləkləri  çox  seminaristi  öz  burulğanında  məhv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə