Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

134 
 
etibarın  sayəsində  otuz  il  ərzində  İranda  despotcasına,  özbaşına  hökmranlıq 
etmişdir... 
O  vaxtlar  Avropa  mədəniyyətinə  meyl  göstərənlərin  hamısı  təqib  edilirdi: 
bu təqiblərdən şahın doğma qardaşı, Azərbaycanın hakimi şahzadə Bəhmən Mirzə 
də  yayına  bilməmişdi.  Onun  bütün  təşəbbüsləri,  təklifləri  rədd  edilirdi,  buna  görə 
də    1847-ci  ildə    şəxsən  şahla  görüşməkdən  ötrü  Tehrana  yollanmağa  məcbur    
olmuşdu. Amma Hacı Mirzə Ağasiyyənin fitnə-fəsadı və böhtanları nəticəsində şah 
öz  qardaşını  səmimi  qarşılamamış  və  Bəhmən  Mirzə  onunla  anlaşa  bilməmişdi.      
Fanatik qocanın hər hansı bir yolla rəğbətini qazanmaq   məqsədilə Bəhmən Mirzə 
ona hədiyyə olaraq 50000 holland çervonu bağışlamışdı. Lakin Hacı Mirzə Ağasi,      
şahzadənin dediyinə görə, həmin pulu qəbul etsə də,  ona münasibətini zərrə qədər 
dəyişməmiş,  əksinə,  şahı  inandırmışdı  ki,  qardaşı  onun  həyatına  qəsd  eləmək  və 
taxt-taca  sahib  olmaq  niyyətindədir.  Bununla  da  bədbəxt  şahzadənin  taleyi  həll 
edilmişdi.  Lakin  o,  cəlladlara  səxavətlə  bəxşişlər  vermək  hesabına  evdən  qaça 
bilmiş  və  rus  missiyasında
1
  sığınacaq  taparaq    müdafiə  olunmuşdu.  Ölkədəki 
mövcud ənənəyə görə, rus elçisi müdafiədən imtina edə bilməzdi, odur ki, Bəhmən 
Mirzə etibarlı mühafizəçilərlə Tiflisə göndərilmiş, sonra isə imperator I Nikolayın 
iradəsinə  rəğmən  Şuşa  şəhərində  yerləşmişdi.  Rus  elçisinin  tərəfkeşliyi    
nəticəsində  Bəhmən Mirzə çox güman ki, özü ilə bütün əmlakını və babası Fətəli 
Şahın,  eləcə  də  atası  Naib-ül  Sultanın  (Şahzadə  Abbas  Mirzənin  —  Ş.  N.) 
arxivlərindən  götürdüyü  qiymətli  tarixi  materialları  apara  bilmişdir.  Və  məhz 
Şuşada, sakit və tənha bir guşədə, dünyanın həyəcanlarından uzaqda o, həmin tarixi 
materialları  öyrənməyə  başlamış,  onların  əsasında  da  Qafqaz  diyarının 
tarixşünaslığını  tərtib  etmişdi.  O,  əsərində  farsların  və  türklərin  hökmran  olduğu 
dövrlə  rusların  hakimlik  etdiyi  dövrdə  bu  diyarın  vəziyyətini    müqayisə  etmək 
məqsədini güdürdü. 
Müəllif  ön  sözdə  yazır  ki,  «bu  tarixdə  keçmiş  hakimlərin  bu  diyarın 
sakinlərinə  necə  azğın  münasibət  bəslədikləri,  onların  əmlakını  talan  etdikləri, 
arvad  və  uşaqlarını  əsir  aparmaları,  şəhər  və  kəndlərini  dağıtmaları  qələmə 
alınmışdır.  Daha  sonra  bu  diyarın  qüdrətli  rus  hakimiyyəti  dövründəki  vəziyyəti 
təsvir  olunmuşdur.  Bütün  bunları  mən  o  məqsədlə  bu  tarixşünaslıq  əsərinə  daxil 
etmişəm  ki,  diyarın  sakinləri  keçilməz  dağ  xarabalıqlarında,  sıx  meşələrdə, 
məhrumiyyət  içərisində,  əsarətdə  yaşayan  babalarının  məişəti  ilə  əyani  tanış 
olsunlar, hazırkı firavanlıqlarını düzgün qiymətləndirə bilsinlər. 
Həqiqətən də Çingiz xan dövründən XIX əsrin əvvəllərinə qədər Qafqazda 
baş verən hadisələrin bütün təfərrüatı ilə tanış olduqca tarixi keçmişin məşəqqətləri 
bir-bir  göz  önündə  canlanır.  Müəllifin  xidməti  həm  də  ondadır  ki,  o,  bütün  fars 
salnaməçiləri  kimi  milli  şovinizmə  qapılmır  və  həqiqətdən  yayınmır:  məsələn, 
                                                           
1
 Missiya — diplomatik nümayəndəlik mənasında — müəl. 
 


135 
 
bütün fars tarixçiləri I Şah Abbası məşhur qəhrəman, dahi sərkərdə  və  müqəddəs 
şəxs kimi qələmə verir, buna görə də hətta ona  «Cənnətməkan» titulu da verirlər. 
Bəhmən  Mirzə  isə  onu  olduğu  kimi  təsvir  edir.  Məlum  olur  ki,  bu,  məşhur 
qəhrəman elə vəhşiliklər törədib ki, tanış olduqca adamın damarlarında qanı donur: 
bu  əməlləri  yalnız  insan  cildində  yırtıcılar  törədə  bilərdilər.  Məsələn,  o  öz  atasını 
doqquz  il  zülmətxanada  incitmiş  və  orada  ölməsinə  bais  olmuşdur.  Öz  doğma 
qardaşları Abutalıb Mirzəni və Təhmasib Mirzəni Alamut qalasında düz otuz beş il 
saxlamışdır.  Onlar  qalada  məhrumiyyətlərdən  ölmüşlər.  Onun  əmrilə  doğma 
oğlanları, hətta taxt-tac varisləri heç bir səbəb olmadan, şübhə üzündən öldürülmüş 
və  gözləri  çıxarılmışdır.  Bu  kimi  faktlara  ilk  dəfədir  ki,  fars  müəllifində  rast 
gəlirsən. Bu həqiqətpərəstlik əlbəttə, Bəhmən Mirzənin əsərinin müsbət cəhətidir». 
1848-ci  il  mayın  12-də  «Lənkəran»  gəmisi  ilə  Bakıya  gələn  şahzadə 
Bəhmən  Mirzə  az  müddət  Şamaxıda  qaldıqdan  sonra  Tiflisə  köçür,  Mirzə  Fətəli 
Axundovun qonşuluğunda yaşayır. 
Dörd  ilə  yaxın  Tiflisdə  yaşayan  şahzadə  Bəhmən  Mirzə  yenidən  Vətənə 
qayıtmaq  üçün  təşəbbüs  göstərmir.  Bu  barədə  Rus  çarlığı  İran  hökumətinə  rəsmi 
müraciət  edir.  Lakin  İran  şahlığı  onun  qarşısında  üç  şərt  qoyur:  birinci, 
Azərbaycanda  (Cənubi  Azərbaycan  nəzərdə  tutulur  —  Ş.  N.)  yaşamaq  əzmində 
olmasın; ikinci, mənsəb və vəzifə tələb etmədən ona veriləcək kəndlərin gəliri ilə 
kifayətlənsin; üçüncü, Rusiya dövləti tərəfindən himayə edilmək imtiyazına malik 
olmadan, şahın digər rəiyyətləri kimi, adi vətəndaş hüququ ilə İrana qayıtsın. 
Bəhmən Mirzə ədalətsiz hesab etdiyi bu üç şərtin heç biri ilə razılaşmır. Və 
ömürlük rus təəbəliyini qəbul edir. 1851-ci il oktyabrın 4-də Şuşaya köçən Bəhmən 
Mirzə  Məlikovların  mülkünü  satın  alır.  Ona  imperator  tərəfindən  doqquz  min  altı 
yüz manat maaş kəsilir. 
Görünür,  ona  görə  də  Bəhmən  Mirzə  rus  imperatorunun  tərifini  göylərə 
qaldırır,  onun  ədalətindən,  rəiyyətlərinə  göstərdiyi  səxavətdən  razı  qalaraq 
«Şükürnameyi-şahənşahi» əsərində yazırdı: 
«Nə nahaq adam öldürən var və nə də bir kəsin bədən üzvünü kəsən. Nə bir 
kimsədən  cərimə  alan  var,  nə  də  bir  kimsənin  malını  zəbt  edən.  Bu,  bir  böyük 
nemət  və  sonsuz  lütfdür  ki,  Allah  sizə  bağışlayıbdır.  Bəs  bu  nemətə  qarşı  şükrü 
vacib  biliniz,  əmniyyətin  qədrini  yaxşı  biliniz,  həmişə  əlahəzrət  şahənşaha  dua 
ediniz  və  bu  dövlətin  həmişəlik  yaşamasını  istəyin...  İndi  müşahidə  edin  ki, 
əlahəzrət padşahın varlığının nuri sayəsində məmləkətlər necə abad olub, əmniyyət 
qazanmışdır». 
1884-cü  il  fevralın  11-də  Şuşada  vəfat  edən  Bəhmən  Mirzə  Bərdədəki 
İmamzadə qəbristanlığında dəfn olunub. 
Rus hökuməti tərəfindən hörmətlə  qəbul  edilən şahzadə  Bəhmən  Mirzənin 
həyat  və  fəaliyyətinə  inqilabdan  əvvəl  nəşr  olunmuş  «Qafqaz  Arxeoqrafiya 
Komissiyasının aktları» məcmuəsinin onuncu cildində geniş yer    verilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə