Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

136 
 
İnamla demək olar ki, Bəhmən Mirzə altmış üç övladının hamısına ali təhsil 
vermiş,  xalqımız  üçün  yararlı  şəxsiyyətlər  böyütmüşdür.  Onun  qızları  Tiflis 
gimnaziyasında  oxumuş,  müsəlman  qadınlarının  xeyriyyə  cəmiyyətlərində  fəal 
iştirak etmişlər. Məscid tikdirmiş, yol çəkdirmiş, ibtidai məktəblər açılması işində 
var-dövlətlərini səxavətlə xərcləmişlər. 
Qədim  Gəncədə  onun  qızı  Səbiyyə  xanımdan  bir  nişanə  qalıb.  O,  qəriblər 
üçün  şərq  ornamentləri  ilə  bəzədilmiş  mehmanxana-məscid  tikdirmişdir. 
İnqilabdan  əvvəlki  ruhani  sorğu  kitablarında  və  məscidin  mehrabında  oxuyuruq: 
«Bu  məscidin  yerini,  öz  mülkündən-torpağından  şahzadə  Bəhmən  Mirzənin  qızı 
Səbiyyə  xanım  vəqf  edib.  Burda  yaşayan  başqa  səxavət  sahibləri  də  binanın 
tikilməsində  xərc  çəkiblər».  Uzun  illər  məscid  kimi  istifadə  olunan  həmin  binada 
sonralar A. S. Puşkinin şərəfinə kitabxana təşkil olunmuşdur. 
Maraqlı  haldır  ki,  Bəhmən  Mirzənin  gəlinləri,  nəvələri  də  Peterburqda, 
Kiyevdə, Tiflisdə ali Avropa təhsili almışlar. 
Fransız, ingilis, rus, fars və Azərbaycan dillərində kamil savada malik olan 
Sitarə  xanım  Qacarın  oğlanları  Şəmsəddin  və  Oveys  Petroqrad  Politexnik 
İnstitutunda  təhsil  almışdılar.  Tiflis  Nücabə  qızlar  institutunda  ali  təhsil  alan 
Gövhər  xanım  Qacar  1905-ci  ildə  təşkil  olunmuş  «Zaqafqaziya  müsəlman  qadın 
xeyriyyə  cəmiyyəti»nin  sədri  olmuşdur.  O,  fanatiklərin  əlilə  öldürülmüş  Ağəli 
Əkbər İsmayılovun qızı, Bəhmən Mirzənin isə gəlini idi. Peterburq qızlar institutu 
nəzdində  xüsusi  kurs  bitirmiş  bu  nüfuzlu  qadın  general  əri  şahzadə  Əmir  Kazım 
Mirzə  Qacarla  birgə  əsrin  əvvəllərində  müsəlmanların  mədəni  tədbirlərinin 
hamısında  yaxından  iştirak  etmişdir.  Gövhər  xanım  Qacar  haqqında  Cəlil 
Məmmədquluzadənin  həyat  yoldaşı  Həmidə  xanım  yazır:  «Cəmiyyətin  sədri 
Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri 
hərbi  qulluqçu  idi.  Tiflisin  yüksək  cəmiyyətlərinə  gedib-gələr,  canişin  arvadının 
ziyafətlərində  olardı.  Özünün  əlaqələri,  həmçinin  ağlı  və  nəzakəti  ilə  o  bizim 
tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi». 
Bəhmən  Mirzənin  1905-ci  ildə  Port-Artur  döyüşlərində  həlak  olmuş  oğlu 
Əliqulu  Mirzə  qeyri-adi  istedad  sahibi  olmuşdur.  Tiflisdəki  kadet  korpusunu 
bitirdikdən  sonra  Oryol  şəhərində  yerləşən  əlli  birinci  Çerniqov  draqun  alayında 
xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski alayına dəyişdirilmişdir. 
1905-ci  ildə  Port-Artur  döyüşlərində  igidliklə  həlak  olan  mayor  Əliqulu  Mirzə 
döyüş xidmətlərinə görə «Müqəddəs Stanislav» ordeni ilə təltif olunmuşdur. O da 
Bərdədəki  İmamzadə  qəbristanlığında,  atası  Bəhmən  Mirzə  ilə  yanaşı  dəfn 
olunmuşdur. 
1979-cu  ildə  doxsan  iki  yaşında  Tiflisdə  vəfat  edən  oğlu  Şəmsəddin 
Mirzənin  atası  haqqında  «O  qayıdacaq»  adlı  xatirəsi  qalmışdır.  O  yazır  ki,  hələ 
Oryolda  olarkən  hərbi-təlim  məşqləri  zamanı  atam  at  sürməkdə,  nişangahı  dəqiq 
vurmaqda  həmişə  birinci  prizləri  alardı.  Hərbçi  dostları  onu  mahir  atıcı  kimi 
tərifləyəndə  sakit  təbiətli,  az  danışan  atam  elə  belə,  yüngülvarı  gülümsünərdi. 


137 
 
Müharibə başlayanda atam ön cəbhə üçün vacib olan əşyalarını yığışdırıb qabqardı. 
Anam Sitarə xanım həyəcanla: 
—Əliqulu,  —  dedi,  —  sən  də  gedəcəksən?  Axı  həkimlər  deyir  ki,  sənin 
ürəyin xəstədir, özün də müalicə olunursan, belə bir ürəklə cəbhəyə getmək, açıq-
açığına ölümə getmək deməkdir. 
Atamın qalın qaşları çatıldı: 
—İndi,  —  dedi,  —  o  barədə  danışmaq  vaxtı  deyil.  Xəstə  adam  gərək 
çoxdan  istefaya  çıxaydı.  Bu  saat  geri  dursam,  deyəcəklər  ki,  müharibəyə 
getməkdən qorxdu... 
—Axı, sən xəstəsən, özü də ciddi... 
—Boş  şeydir,  heç  nə  olmaz,  —  deyən  atam  hərbi  çantasını  qabqarmağı 
davam  etdirdi.  —  Evdə  əvəzimdə  bu  boyda  kişi  qalır,  —  atam  mənim  başımı 
tumarladı. 
Onda mənim on yaşım yenicə tamam olmuşdu. 
Oğlunun  və  müasirlərinin  yazdığına  görə,  mayor  Əliqulu  Mirzə  Qacar 
fotoqrafiya  sənətini  gözəl  bilirmiş.  Təsadüfi  deyil  ki,  onu  haqlı  olaraq 
Azərbaycanın  ilk  qeyri-professional  fotoqrafı  adlandırırlar.  Bu  gün  Tiflis,  Bakı, 
Peterburq  arxivlərində  Bəhmən  Mirzənin  ailə  üzvlərinə  məxsus  fotoşəkillərin  də 
müəllifi şübhəsiz ki, mayor Əliqulu Mirzə Qacar olmuşdur. 
Bəhmən  Mirzə  Qacarın  on  beşdən  çox  oğlu  İran  və  rus  ordularında  hərbi 
xidmətdə  olub.  Onlardan  altısı  —  Əmir  Kazım  Mirzə,  Məhəmmədəli  Mirzə, 
Səməd  Mirzə,  Mahmud  Mirzə,  Əmənullaxan  Mirzə  və  Sədrəddin  Mirzə  general 
rütbəsinə qədər yüksəliblər. Altısı isə polkovnik idi: Şahruh Mirzə, Xosrov Mirzə, 
Xanbabaxan Mirzə, Seyfulla Mirzə, Nəsrulla Mirzə və Əbdülsəmid Mirzə. 
Uzun axtarışlardan sonra müxtəlif arxivlərdən, ayrı-ayrı adamlardan onların 
onunun  fotoşəklini  əldə  edə  bildim.  Bəhmən  Mirzənin  isə  o  tay  Azərbaycanın 
hakimi  və  baş  komandanı  olan  vaxt  çəkilmiş  fotoşəklini  respublika  Əlyazmalar 
İnstitutundan tapdım. Sədrəddin Mirzənin nəticəsi M. Dadaşov adına elmi-tədqiqat 
mühəndislər  institutunun  mühəndisi  Yavuz  Muradovdan  ulu  babası  Abbas 
Mirzənin yeganə əksini aldım. 
Bəhmən  Mirzənin  hərbçi  oğulları  draqun  (xüsusi  süvari  qoşun  hissələri  — 
Ş. N.) alaylarında leyb-qvardiya zabiti kimi rus və İran ordularında şərəflə xidmət 
etmişlər. 
1884-cü  ildə  «Sın  oteçestva»  jurnalı  (2/III-50)  yazırdı:  «Bəhmən  Mirzənin 
həddi-buluğa  çatmış  oğlanlarının  bəziləri  rus,  bəziləri  isə  İran  ordusunda  hərbi 
xidmətdədirlər. Demək olar ki, bütün Qafqaz draqun alaylarında Bəhmən Mirzənin 
ya oğlanları, ya da zabit qohumları var. Şahzadə Bəhmən Mirzənin oğlu Mahmud 
Mirzə  keçmişdə  Nijeqorod  draqun  alayında  türk  kompaniyasında  ştabs-rotmistr 
olmuşdur.  Kompaniyanı  qurtardıqdan  sonra  əmisi  Məhəmməd  şah  onu  İrana 
çağırır, hazırda o, general rütbəsində İran leyb-qvardiyasına komandanlıq edir». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə