Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

138 
 
Bəzən arxivdən heç bir sənəd tapmayanda əl boyda şəklin arxasındakı iki-üç 
sətirlik  avtoqraf  da  adamın  köməyinə  gəlir.  Onda  bizdən  çox-çox  uzaq  illərdə 
yaşamış  həmin  avtoqrafı  yazana  qəlbinin  dərinliklərində  minnətdarlığını 
bildirirsən.  Gözəl  xətlə  yazılmış  aşağıdakı  sətirləri  oxuyanda  şahzadə  Şahruh 
Mirzənin  ruhuna  rəhmət  oxudum:  «Kazak  polkunun  leyb-qvardiya  polkovniki 
şahzadə  Şahruh  Mirzədən  Mələksimaya   dostluq  hədiyyəsi.  16  may  1899-cu  il, 
Tiflis şəhəri». Bir az aşağıda isə xırda hərflərlə belə yazılmışdı: «Şahzadə 1915-ci 
ildə Cəbrayılda vəfat etdi. 
«...Bir  oğlumdan  başqa  bir  də  Nisə  xanım  adlı  qızım  vardır  ki,  şahzadə 
Bəhmən Mirzənin oğlu Xanbabaxana ərə vermişəm. Qızımın əri bizim imperatorun 
ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin 
və  bəd  əməllərin  yanından  belə  ötməz.  Mənim  kimi  o  da  mütləqa  şərab  içməz, 
həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. 
Qızımdan və həmin Xanbabaxandan iki nəvəm vardır». 
Bu  sətirlərin  müəllifi  böyük  dramaturqumuz  Mirzə  Fətəli  Axundovdur. 
Araşdırmalardan  məlum    olur  ki,  1851-ci  ildə  Tiflisdən  Şuşaya  köçən  Bəhmən 
Mirzə,  Axundovla  dostluq  əlaqəsini  kəsməmiş,  əksinə,  onu  daha  da  dərinləşdirib 
qan qohumluğuna kimi davam etdirmişdir. 
M.  F.Axundovun  böyük  qızı  Seyrabəyim  1866-cı  ildə  Bəhmən  Mirzənin 
oğlu Xanbabaxanla ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad — Mələksima adlı 
qız və Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra, 1872-ci ildə Axundovun 
qızı Seyrabəyim vəfat edir. İki uşağın yetim qalması Mirzə Fətəliyə çox ağır təsir 
edir.  Onların  yad  qapazı  altına  düşməməsi  və  sevimli  kürəkəni  Xanbabaxanın 
«xoşəxlaq, savadlı, təmiz cavanlardan biri» olması xatirinə Mirzə Fətəli ikinci qızı 
Nisə xanımı da bir il sonra ona ərə verir. 
 
M.  F.  Axundovun  öz  kürəkəni  haqqında  yazdığı  tərif  dolu  sətirlər  təkcə 
Xanbabaxana aid deyil. Bu işdə bir ata kimi Bəhmən Mirzənin də təlim-tərbiyəsi 
öz  təsirli rolunu oynamışdır. Heç şübhəsiz  ki,  məhz  şahzadə  Bəhmən Mirzə  kimi 
maarifçi, tarixşünas və sözübütöv kişilər belə oğul yetirə bilərdi. Sevindirici haldır 
ki,  Bəhmən  Mirzənin  altmış  üç  övladının  hamısı  Xanbabaxan  kimi  təmiz  əxlaqlı 
gənclər  olmuşlar.  Əksəriyyəti  hərb  sənətində  qulluq  edən  oğlanların  heç  biri  nə 
dinlərini  dəyişmiş,  nə  də  dillərini  unutmuşdur.  Yuxarıda  Şəmsəddin  Mirzənin 
xatirəsindən  sitat  gətirmişdik.  Orada  müəllif  yazır  ki,  Oryoldan  atam  Əliqulu 
Mirzənin  cəbhəyə  getmək  söhbəti  anamla  azərbaycanca  olmuşdur.  O  vaxtlar 
zadəgan  ailələrində  fransız  və  rus  dillərində  danışmaq  dəbdə  olsa  da,  atam  ailədə 
həmişə doğma Azərbaycan dilində danışardı. 
                                                           
  Polkovnik  Xanbabaxan  Qacarın  qızı,  M.  F.  Axundovun  nəvəsidir.  1905-ci  ilin  sentyabrında  ilk 
Zaqafqaziya müsəlman qadınlarının xeyriyyə cəmiyyəti onun evində təsis olunmuşdu. Milyonçu H. Z. 
Tağıyevin oğlu Ağasadıq Tağıyevin həyat yoldaşı idi. – müəl. 
 


139 
 
Xanbabaxan  Mirzənin  hərbi  fəaliyyəti  haqqında  əlimizdə  çox  az  məlumat 
var.  O,  uzun  illər  orduda  zabit  kimi  xidmət  etmiş,  süvari  polkovniki  rütbəsinə 
qədər  yüksəlmişdir.  1877—78-ci  illər  rus—türk  müharibəsinin  iştirakçısı 
olmuşdur. M. F. Axundovun Rəşid bəyə yazdığı məktublarından hiss olunur ki, o, 
kürəkəni  Xanbabaxanın  cəbhədə  göstərdiyi  şücaətlə  fəxr  edirmiş.  Böyük 
dramaturqun  şəxsi  arxivində  onlarla  məktub,  əlyazması  qorunub  saxlanılır.  O 
vaxtlar Belçika məmləkətinin paytaxtı Brüssel şəhərində ali təhsil alan oğlu Rəşid 
bəyə  yazdığı  məktubların  demək  olar,  əksəriyyətində  Xanbabaxan  hörmətlə 
xatırlanır. 
Məktublarından birində Rəşid bəy Rusiya—Türkiyə müharibəsindən söhbət 
açır və Xanbabaxandan nigaran qalaraq «müharibənin gedişi haqqında mənə ətraflı 
yaz, ata. Xanbabaxan yenə sərhəddəmi vuruşur?» — sualına cavab istəyir. 
Başqa bir məktubunda isə oxuyuruq: 
«Siz  allah,  Xanbabaxan  haqqında  məktubunuzda  geniş  yazın.  Mənim 
səmimi salamlarımı Xanbabaxana, anama, bacıma, bizim əzizimiz Ağa Əli Əkbərə, 
(onun  haqqında aşağıda bəhs  olunacaq — Ş. N.) dostumuz Kərbəlayi  Lətif əmiyə 
yetirin.  Balaca  Mirzə  Mənsuru  və  hələ  üzünü  görmədiyim  Nisə  xanımı  öpün. 
Xanbabaxan  ötən  məktubunda  yazmışdı  ki,  artıq  Mirzə  Mənsura  əlifbaları 
öyrətmişəm...  Bu  mənim  üçün  çox  sevindirici  bir  xəbər  oldu.  Çalışaq  ki,  Mirzə 
Mənsur tam Avropa təhsili alsın...». 
Mirzə  Fətəlinin  oğlu  Rəşid  bəyə  məktubundan:  «Keçən  məktubda  mən 
anamın  fotoşəklini  sənə  göndərmişdim.  İndi  isə  Xanbabaxanın,  Nisə  xanımın, 
Mənsur  Mirzənin  və  Mələksima  xanımın  şəkillərini  göndərirəm.  Mənim  keçən 
məktubumda verdiyim suallara cavab yaz...». 
Gizli mülki müşavir A. Q. Şerbinin Mirzə Fətəliyə 14 may 1877-ci il tarixli 
məktubundan: 
«Bir  az  bundan  əvvəl  cənab  Q.  Qrimdən  öyrəndiyim  sevinc  dolu  xəbərlə 
sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, şahzadə Rzaqulu Mirzə 
iki süvari alayına briqada komandiri  təyin olunub. 
Şahzadə  Rzaqulu  Mirzənin  peterburqlu  Mariya  Vladimirovna  Pollana  28 
yanvar 1876-cı il tarixli məktubundan: 
«Mənim  Qafqaz  ordusuna  göndərilməyim  yəqin  ki,  sizə  məlumdur.  Mən 
ayın  on  beşində  Şuşadan  İrəvana  yola  düşdüm.  Əlahəzrət  böyük  knyaz  Qafqaz   
canişininin əmrilə mən oraya təyin edilmişəm... 
Mənim  Tiflisdə  bir  nəfər  qohumum  vardır.  O  mənim  sevimli  qardaşım 
poruçik  Xanbabaxanın  qaynatası  Mirzə  Fətəli  Axundovdur.  Mən  onu  gözəl 
sifətlərinə görə səmimi qəlbdən sevirəm...». 
Təəssüf  ki,  şahzadə  Xanbabaxan  Bəhmən  Mirzə  oğlunun  təvəllüd  tarixini 
dəqiqləşdirmək  mümkün  olmadı.  Tiflisdə  dərc  olunan  «Zarya  Vostoka»  qəzeti 
                                                           
 
Çar ordusunda polkovniklə general arasında olan yüksək hərbi rütbə - müəl. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə