Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

140 
 
1926-cı il nömrələrində iki gün (11, 12 noyabrda) dalbadal onun ölümü  haqqında 
nekroloq vermişdir: 
«Uzun  sürən  ağır  xəstəlikdən  sonra  Şahzadə  Bəhmən  Mirzənin  oğlu 
mərhum  Mirzə  Fətəli  Axundovun  kürəkəni  polkovnik  Xanbabaxan  Qacar  vəfat 
etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. Dəfn mərasimi bir 
nömrəli müsəlman qəbristanlığında olacaq». 
*** 
Rəşid  bəylə  atası  Mirzə  Fətəlinin  beş  il  davam  edən  yazışmalarında  bir 
adamın  da  adı  tez-tez  hörmət  və  ehtiramla  çəkilir,  uzaq  Brüsseldən  ona  səmimi 
salamlar  göndərilir.  Məktublarda  belə  ehtiramla  yada  düşən  Ağaəli  Əkbər 
İsmayılov kimdir? Nəslin ağbirçəyi İzzət xanım Qayıbovanın saxladığı balaca bir 
yazı bu barədə ətraflı məlumat verir. Onu vaxtilə İzzət xanımın anası Ziba xanım 
Qayıbova  ömrünün  qürub  çağını  yaşayan  Şəmsi  Qacarın  dilindən  yazıya  alıb. 
Burda  Ağaəli  Əkbər  İsmayılovun  taleyi  ilə  yanaşı,  Bəhmən  Mirzə  Qacarın 
övladları haqqında da məlumat verilir. 
Aydın  olur  ki,  Ağaəli  Əkbər  İsmayılov  əslən  Şamaxı  şəhərindəndir. 
Atasının ölümündən sonra cibindəki üç manat pulla Tiflisə gəlir. O vaxtlar Tiflisdə 
ipəyə böyük ehtiyac vardı. Şamaxıya nisbətən ipək burda iki-üç dəfə baha satılırdı. 
Bunu  öyrənən  Ağaəli  Əkbər  Şamaxıya  qayıdır  və  gücü  çatan  qədər  ipək  götürüb 
payi-piyada Tiflisə gəlir. 
Onun ikinci gəlişi daha uğurlu olur. Bu dəfə at alır və yenidən ipək dalınca 
Şamaxıya  qayıdır.  Beləliklə  o,  yavaş-yavaş  varlanır  və  keçmiş  Vorontsov,  indiki 
Qorqasalı küçəsində müflisləşmiş bir tacirdən mülk alır. Əlli beş nömrəli bu mülk 
Mirzə Fətəlinin yaşadığı əlli üç nömrəli evin qonşuluğunda yerləşirdi. Qısa vaxtda 
onlar elə dostlaşırlar ki, hətta daha tez-tez görüşmək üçün daxili eyvana körpücük 
salıb  birləşdirirlər. 
Babam bisavad idi və Mirzə Fətəlidən xahiş etmişdi ki, ona savad öyrətsin. 
O vaxtlar ərəb əlifbası işləndiyi üçün bu, asan deyildi. Babamın dediyinə görə, çox 
qısa müddətdə oxumağı öyrənib. Onun ticarət işləri çox yaxşı gedirdi. Evdən əlavə 
o,  Qocorda  bağ  da  alır,  evlənir.  Sonralar  öz  qızlarını  —  sənin  nənəni,  Sittarə 
xanımı, Gövhər xanımı və Fərruxa xalanı Zaqafqaziya Nücabə Qızlar institutunda 
oxumağa  qoyur.  Böyük  qızı  —  sənin  nənən  Gövhər  xanım  Qacar   institutu 
qurtarmır və Bəhmən Mirzənin oğlu general Əmir Kazım Mirzəyə ərə gedir. Qalan 
ikisi  institutu  qurtararaq  Əmir  Kazım  Mirzənin  subay  qardaşlarına  ərə  gedir. 
Onlardan  biri  mənim  atam  Əliqulu  Mirzə  hərbi  xidmətdə  idi  və  əvvəllər  anamla 
Vladiqafqazda  yaşayırdı.  Sonra  isə  Oryol  şəhərindəki  Çerniqov  alayına  hərbi 
xidmətə  keçir.  Rus—yapon  müharibəsinin  əvvəllərində  isə  Nijeqorodsk  süvari 
                                                           
  Gövhər  xanım  Ağaəli  Əkbər  qızı  İsmayılova  —  Qacar  (1862—  1927).  1905-ci  ildə  yaranmış 
Zaqafqaziya müsəlman qadınları xeyriyyə cəmiyyəti»nin sədri olmuşdur — müəl. 
 


141 
 
alayında  qulluq  edir.  Fərruxa  xanım  əri  Xancahanxan    Mirzə  ilə  yola 
getmədiyindən uşaqları ilə birgə anamın yanına qayıdır.  
1903-cü  ildə  Ağaəli  Əkbər  İsmayılov  qulluqçunun  köməyi  sayəsində  evə 
yol  tapan  fanatiklərin  əlilə  öz  evində  öldürülür.  Öldürülməsinin  səbəbi  qızlarının 
çadranı atması  və  Zaqafqaziya  Nücabə  Qızlar İnstitutunda  oxuması idi.  Bu  vaxta 
qədər Ağaəli Əkbər çox pul xərcləsə də amma yenə də böyük məbləğdə vərəsəlik 
qoymuşdur.  Ev  Fərruxa  xalaya  qaldı.  Bağlardan  ən  böyüyü  sənin  nənən  Gövhər 
xanıma  və  qalan  üç  bağ  da  mənim  anama  çatdı.  Sovetləşmədən  sonra  bağlar, 
mülklər müsadirə olundu... 
İzzət xanım onu da dedi ki, Ağaəli Əkbər İsmayılov 1991-ci il noyabrın 20-
də təyyarə qəzasında həlak olmuş akademik Tofiq İsmayılovun ata babasıdır. 
 
GENERAL ƏMĠR KAZIM MĠRZƏ 
Şahzadə  Bəhmən  Mirzənin  otuz  bir  oğlunun  on  beşindən  çoxu  hərbi 
qulluqda  olmuşdur.  Bəs  sovet  hakimiyyəti  illərinə  qədər  sağ  qalan  bu  oğlanların 
sonrakı taleyi necə olmuşdur? 
Onların on beş nəfərinin Azərbaycan Demokratik Ordusunda xidmət etməsi 
barədə  arxiv  sənədlərində  az-çox  məlumat  var:  1918-ci  ildə  polkovnik  Xosrov 
Mirzə  Qacar  birinci  Azərbaycan  süvari  alayının  komandiri  olmuşdur.  Polkovnik 
Seyfulla Mirzə Qacar isə baş qərargahda intendant şöbəsinin rəisi idi. 
Respublika  Dövlət  Arxivində  saxlanan  bir  sənəddə  deyilir  ki,  Gəncə 
üsyanında  türk  zabitləri  və  denikinçilər  iştirak  edirdilər.  Üsyançıların  artilleriya 
hissəsinə  denikinçi  polkovnik  Nikolayev  komandirlik  edirdi.  Üsyançıların 
başçılarından biri də keçmiş musavat ordusunun generalı Məhəmməd Mirzə Qacar 
idi. 
Bundan  sonra  Qacarlar  nəslinin  faciəsi  başlanmışdır.  Şahzadə  Bəhmən 
Mirzənin  iki  oğlu  —  general-mayor  Əmir  Kazım  Mirzə  və  polkovnik  Sədrəddin 
Mirzə  1920-ci  ilin  iyununda  iyirmi  üç  nəfər  Müsavat  zabiti  ilə    birgə  günahsız 
olaraq  Nargin  adasında  güllələnirlər.  General-mayor  Əmənulla  xan  Mirzə  İrana 
köçüb, Tehranda yaşayır. Onların Tiflis və Şuşadakı mülkləri müsadirə olunur. 
Azərbaycan  hərb  tarixinə,  maarif  və  mədəniyyətinə  görkəmli  simalar  bəxş 
etmiş  bu  ziyalı  nəslin  bir  nümayəndəsi  ilə  görüşə  bildim.  Respublika  EA-nın 
müxbir  üzvü  Çingiz  Qacarda  babalarından  qalma  nadir  əlyazmaları,  qiymətli 
fotoşəkillər  və  müxtəlif  yadigarlar  saxlanılır.  Onlardan  biri  general-mayor  Əmir 
Kazım Mirzə Qacara məxsusdur. Əmir Kazım Mirzə iyirmi beş il orduda qüsursuz 
xidmət  etdiyinə  görə,  üstündə  tuncdan  tökülmüş  atlı  fiquru  olan  stolüstü  saatla 
mükafatlandırılıb.  Saatın  üstündə  «Əmir  Kazım  Mirzəyə  əla  xidmətinə  görə» 
sözləri  yazılıb.  44-cü  Nijeqorod  alayının  marşını  çalan  saat  indi  də  işləyir.  Bu 
qiymətli  hədiyyə  general  Əmir  Kazım  Mirzəyə  1898-ci  il,  dekabrın  16-da 
verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə