Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

142 
 
General  Əmir  Kazım  Mirzə  1853-cü  ildə  Şuşada  anadan  olmuşdur.  İlk 
təhsilini  Tiflis  klassik  gimnaziyasında  almış,  iyirmi  yaşında  isə  Peterburqdakı 
Nikolayev  süvari  məktəbini  bitirmişdir.  1873-cü  ildə  kornet—zabit  rütbəsində 
Əmir  Kazım  hərbi  xidmət  üçün  Qafqaz  Əlahiddə  ordusunun  44-cü  Nijeqorod 
alayına göndərilmişdir. İyirmi beş il bu alayda qüsursuz xidmət edən Əmir Kazım 
imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdur. 
1877—78-ci  illərdə  olan  rus—türk  müharibəsində  onun  xidməti  dördüncü 
dərəcəli «Müqəddəs Anna» və üçüncü dərəcəli «Müqəddəs Stanislav» ordenləri ilə 
mükafatlandırılmışdır.  Ən  yaxşı  süvari  zabitləri  sırasında  mayor  Əmir  Kazım 
Mirzə  1881-ci  ildə  imperator  üçüncü  Aleksandrın  tacqoyma  mərasimində  iştirak 
etmişdir.  Süvari  podpolkovniki  Əmir  Kazım  Mirzə  1895-ci  ildə  eskadron 
komandiri təyin olunur. Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli «Parlayan 
ulduz» ordeni ilə mükafatlandırılır. 
Ötən əsrin yetmişinci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit 
Əmir  Kazım  Mirzəni  hökumət  səxavətlə  təltif  etmişdir.  O,  1879-cu  ildə  üçüncü 
dərəcəli «Müqəddəs Anna», ikinci dərəcəli «Müqəddəs Stanislav» (qılıncla birgə), 
1881-ci  ildə  ikinci  dərəcəli  «Müqəddəs  Anna»,  altı  il  sonra  üçüncü  və  dördüncü 
dərəcəli  «Müqəddəs  Vladimir»,  1890-сı  ildə  isə  İranın  dördünсü  dərəсəli  məşhur 
«Şire-Xorşid»  ordenləri  ilə  mükafatlandırılmışdır.  Əsrimizin  ikinci  ilində  alay 
komandirinin  birinci  müavini  kimi  yüksək  vəzifəyə  təyin  edilən  polkovnik  Əmir 
Kazım Mirzə 1910-cu ildə general-mayor rütbəsinə layiq görülmüşdür.     
General  Əmir  Kazım  Mirzə  təkcə  hərbçi  deyildi.  O,  xalqımızın 
maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai 
məktəblərin  açılmasına  maddi  cəhətdən  kömək  göstərmiş  və  kasıb  balalarını  öz 
xərcinə  oxutmuşdur.  Onun  ən  böyük  xidmətlərindən  biri  1912-ci  ildə  Tiflisdə 
Azərbaycan  dram  cəmiyyətinin  təsisi  və  tamaşa  binasının  açılmasında  yaxından 
iştirakı  olmuşdur.  1911-ci  ildə  ilk  dramaturqumuz  M.  F.  Axundovun  yüzillik 
yubileyi də general-mayor Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir. 
 
GENERAL ƏMƏNULLAXAN QACAR 
Qacarlar  nəslinin  daha  bir  general  oğlu  Əmənullaxan  Mirzə  Qacar 
olmuşdur. O, qardaşı Əmir Kazım xandan doqquz  yaş kiçik idi. Təəssüf ki, onun 
haqqında  əlimizdə  olan  faktlar  çox  azdır.  İnqilabdan  əvvəlki  qəzetlər:  «Kavkaz», 
«İrşad», «Əxtər». Əmənullaxanın hərb fəaliyyətindən qısa yazılar verib. 
1862-ci  il  yanvarın  səkkizində  Şuşada  anadan  olan  Əmənullaxan  Mirzə 
Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. On yeddi yaşında poruçik rütbəsi 
alan Əmənullaxan 1879-cu il iyulun 19-dan xidmətə başlamış, doqquzuncu Kuban 
piyada-kazak  divizionunda  komandir  olmuşdur.  1900-cü  il  mayın  6-da  nizami 
kazak  batalyonundakı  nümunəvi  xidmətinə  görə  Əmənullaxan  Bəhmən  Mirzə 
oğluna yesaul  (mayor)  rütbəsi verilmişdir. 


143 
 
Birinci dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid süvari 
komandirin döyüş fəaliyyəti üçüncü dərəcəli «Müqəddəs Vladimir», ikinci dərəcəli 
«Müqəddəs  Anna»  və  üçüncü  dərəcəli  «Müqəddəs  Stanislav»  ordenlərinə  layiq 
görülmüşdür. 
1915-ci  ildə  üçüncü  Kuban  kazak-piyada  divizionuna  komandirlik  edən 
Əmənullaxan Mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilmişdir. Güclü 
döyüşlər  zamanı  ayağından  ağır  yaralanan  Əmənullaxan  arxa  cəbhəyə  göndərilsə 
də hərbi fəaliyyətini dayandırmamışdı. 
Kuban  kazak  nizami  hissələrindəki  nümunəvi  xidmətlərinə  görə 
Əmənullaxan Qacar 1917-ci ildə general-mayor rütbəsi almışdır. 
Fevral burjua inqilabından sonra Qafqaza qayıdan Əmənullaxan bir müddət 
Tiflisdə  və  Şuşada  yaşamışdır.  Bolşevik  təzyiqinə  dözməyən  və  bolşevik 
təhlükəsini  əvvəlcədən  hiss  edən  Əmənullaxan  1920-ci  ildə  İrana  mühacirətə 
getmişdir.  Tehranda  yaşayan  general-mayor  Əmənullaxan  Mirzə  Qacar  hərbi 
məktəbdə işləmiş, İran nizami ordusunun yaradılmasında yaxından iştirak etmişdir. 
İran  Milli  Məclisinin  üzvü,  İran—Sovet  dostluğu  cəmiyyətinin  sədri,  general-
mayor  Əmənullaxan  Mirzə  Qacar  min  doqquz  yüz  otuz  yeddinci  ildə  Tehranda 
vəfat etmişdir. 
* * * 
Qacarlar  nəslinin  on  beşdən  çox  oğlu  1918—20-ci  illərdə  zabit  kimi  Milli 
Ordumuzda  xidmət  edib.  Onların  dörd  nəfəri  general  idi:  Şahzadə  general-mayor 
Əmir  Kazım  Mirzə  Qacar,  Əmənulla  Mirzə  Qacar,  Feyzulla  Mirzə  Qacar  və 
Məhəmməd  Mirzə  Qacar.  Qardaşların  hərbi  nazir  Səməd  bəy  Mehmandarovun 
adına yazdığı ərizələr Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivində saxlanılır. 
General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın birində vətənpərvər ruhda 
yazdığı ərizədə onun ömür yolunun indiyədək açılmayan səhifələri də var: 
«Əlahəzrət yoldaĢ hərbi nazirə 
Hörmətli  cənab  Səməd  bəy,  təəssüflər  olsun  ki,  Bakıya  gəlib  siz 
Əlahəzrətlərinə  xahişimi  çatdıra  bilmədim.  Bunun  da  səbəbi  hərbi  Nazirliyin 
Gəncəyə köçürülməsi oldu. 
Sizinlə  görüşə  bilmədiyimə  çox  təəssüf  etdim.  Bakıya  gəlib  sizi  tapa 
bilmədim,  çünki  siz  xidməti  işlərinizlə  əlaqədar  müvəqqəti  şəhərdən  getmişdiniz. 
Oğlumun və qızımın xəstəliyi haqqında evdən teleqrama almışam, Tiflis şəhərinə 
qayıdıram. İcazənizlə sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport da 
yazmışam. 
Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kompaniyada iştirak 
etmişəm:  1877—78-ci  illərdə  rus—türk  müharibəsində  və  rus—yapon 
müharibəsində.  Öz  xahişimlə  cəbhəyə  göndərilmişəm  və  döyüşlərdə      
podpolkovnik  rütbəsində  iştirak  etmişəm.  Bir  neçə  döyüş  təltifatı  alandan  sonra 
polkovnik rütbəsinə layiq görülmüşəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə