Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

144 
 
Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm: 
Qafqaz Süvari Tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki 
kursu da birincilər sırasında, mükafatla. 
Az müddət istefada olsam da hərbi ruhda      tərbiyə almış, həmişə də hərbi 
işlə maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun 
müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi 
qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm. 
Qərargahın  Azərbaycan  kursuna  təqdim  etdiyim  xidmət  dəftərçəmdə 
keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar. 
Zati-aliləri,  Vətənin  keçdiyi  bu  ağır  vaxtda  öz  xalqıma  xeyir  vermək 
məqsədilə,  bu  həm  də  mənim  ailəmin  zəifləmiş  iqtisadi  vəziyyətinin 
yaxşılaşmasına səbəb olardı. 
Xahiş  edirəm,  Azərbaycanın  hər  hansı  hərbi  idarəsində  mənə  general 
vəzifəsindən  birini  (nəzarət  generalı  və  ya  məiyyət  generalı)  və  yaxud  sizin 
məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz. 
Sizin  mənim  haqqımda  xeyirxah  qərarınızı  gözləyən  bəndəniz  general-
mayor Şahzadə Əmir Kazım Mirzə Qacar». 
1919-cu il iyulun 9-da Azərbaycan Ordusunda əla xidmətlərinə görə birinci 
artilleriya  briqadasının  komandanı,  polkovnik  şahzadə  Məhəmməd  Mirzə  Qacara 
general-mayor rütbəsi verilmişdir. 
Həmin  illərin  arxiv  sənədləri  ilə  tanış  olanda  görürsən  ki,  polkovnik 
Sədrəddin  Mirzə  Qacar,  praporşik  Abbas  Mirzə  Qacar,  poruçik  İbrahim  Mirzə 
Qacar, kornet İdris ağa Qacar, Firidun Mirzə Qacar, kornet Darab Mirzə Qacar və 
başqaları həmişə ön cəbhələrdə erməni daşnaklarına  qarşı igidliklə vuruşmuşlar.  
Çox  təəssüf  ki,  milli  ordumuzda  qulluq    edən  Qacarlar  nəslinin  çoxsaylı 
oğullarının həyatı faciə  ilə bitmişdir. İyirminci ildə Azərbaycana  soxulan daşnak-
bolşevik ordusunun rəhbərləri onların əksəriyyətini ölkədən didərgin salmış      və 
güllələmişlər.    General-mayor  Əmənullaxan      İrana,  polkovnik  Xosrov  Mirzə 
Türkiyəyə, kornet Darab Mirzə Amerikaya, Tofiq və Ənuşirəvan Mirzə qardaşları 
isə Fransaya pənah apardılar.    İki yüksək rütbəli Qacar oğullarını — general Əmir 
Kazım  xanı  və  polkovnik  Sədrəddin  Mirzəni  bolşeviklər  iyirminci  ilin  mayında 
güllələdilər. 
 
Nəslin ağbirçəyi 
Sənətşünas  dostum  Ziyadxan  Əliyevin  incəsənət  tariximizdən  bəhs  edən 
yazılarını  oxuyuram.  Hər  dəfə  görüşəndə  özümüzdən  asılı  olmayaraq  xeyli 
«dərdləşirik»,  tapıntılarımız  haqqında  biri-birimizə  məlumat  veririk.  Özümüzdən 
asılı  olmayaraq,  elə  küçədə,  görüşdüyümüz  yerdə  yeni  mövzularımız  haqqında 
fikir  mübadiləsi  aparmaq  həmişə  ümumi  işimizin  xeyrinə  olub.  Bu  dəfə  də  belə 
oldu. Ziyadxan söhbətarası dedi: 


145 
 
—Sən  gərək  ki,  Qacarlarla  maraqlanırsan?  Eşitdiyimə  görə  onlardan  nəsə 
yazmaq istəyirsən? 
—Hə, — dedim, yazıram, amma oktyabr inqilabı, otuz yeddinci il Qacarları 
elə pərən-pərən salıb ki, bu nəslin ən yaxın adamını tapa bilmirəm. 
Dostum məni diqqətlə dinləyib bir an fikrə getdi. Mən isə gözlərimi ondan 
çəkmədim  və  hiss  eləyirəm  ki,  tanımadığım  bir  məlumatlı  adamı  məmnuniyyətlə 
nişan verəcək. Çünki dostumun bu məsələlərdə son dərəcə əliaçıq olmağına bələd 
idim. 
O, əlini cibinə salıb dəftərçəsini çıxartdı. İstədiyi səhifəni tapıb: 
—Bu  günlərdə,  —  dedi,  —  bizim  incəsənət  muzeyinə  bir  ana  gəlmişdi. 
Qacarlar  haqqında  xeyli  nadir  foto  şəkillər  gətirmişdi.  Sözün  düzü,  Qacar 
familiyasını eşidəndə səni xatırladım. Telefonunu da yazıb götürmüşəm. Görüşsən, 
yaxşı olar, bəlkə Mahrux xanım Qacarın sənə köməyi dəydi. 
Həmin günü Mahrux xanıma zəng elədim. Polkovnik Şahrux Mirzə Qacarın 
nəvəsi  olduğunu  söylədi.  Qacarların  bu  gün  bizim  müasirimiz  olan  bəzi  məşhur 
nəsillərlə  qohumluq  əlaqələri  barədə  dəyərli  məlumatları  ilk  dəfə  Mahrux 
xanımdan eşitdim. Görüşmək istəyimə məmnuniyyətlə razılıq verdi. 
Astanadan içəri keçəndə Mahrux xanım məni iki yaraşıqlı gənclə tanış etdi. 
Bir nənə  kimi Kamran  Qacarla və  Darab Mirzə ilə  fəxr etdiyini iftixarla  söylədi. 
Davranışından,  danışığından  da  görüb,  duydum  ki,  bu  nəvələr  tərifə  layiqdirlər. 
Müxtəlif arxivlərdən topladığım Qacarlara aid  fotoşəkillərə birgə baxırıq. Bizimlə 
birgə   əyləşən sakit təbiətli iki gənclə fotoşəkildəki   Qacarların oxşarlığına söz ola 
bilməz. Bu, mehriban, iltifatlı ana isə dönə-dönə mənə təşəkkür edir ki, unudulmuş 
nəslimizin oğulları haqqında bu qədər şəkil və sənəd toplaya bilmişəm. 
Mahrux xanım doğrudan da öz nəsli haqqında çox şey bilir. Hətta babaları 
barədə hələ qurtarmadığım yazımdan bir səhv də tapdı. 
—Babam  Şahrux  Mirzə,  —  dedi,  1909-cu  ildə  Şuşada  yox,  1915-ci  ildə 
Cəbrayıl  qəzasında  vəfat  edib.  Qəbri  indi  də  ordadır.  Şahzadə  olduğuna  və  uzun 
müddət ordudakı nümunəvi xidmətinə görə istefaya çıxan babama Cəbrayıl qəzası 
Qafqaz  canişini  tərəfindən  hədiyyə  olunub.  Babamın  dörd  oğlu,  üç  qızı  olub: 
Kamran  Mirzə,  Camal  Mirzə,  Darab  Mirzə  və  Qəhrəman  Mirzə.  Qızları  isə 
Fəxrisoltan, Tacülmülk və Nimtac xanım idi. 
Mən  Kamran  Mirzənin  qızıyam.  Atam  doqquz  il  Üçkilsədə  (indiki 
Eçmiadzin)  bələdiyyə  rəisi  olub.  Əmim  Darab  Mirzə  hərbçi  idi:  Peterburqda 
zadəgan  balalarına  məxsus  hərbi  kadet  korpusunu  bitirmişdi.  Tiflis  gimnaziyasını 
qurtaran Camal əmim Qubadlının Xancan kəndində müəllim işləyirdi. 
—Mahrux  xanım,  Azərbaycanda  bir  çox  məşhur  nəsillər  olub.  Qacarlar 
onların hansı ilə qohum idi? 
—Elə  bir  ziyalı  nəsil  yoxdu  ki,  bizim  Qacarlar  onlarla  qohum  olmasın. 
Mənim  bildiyimə  görə  məşhur  şairə  Xurşud  banu  Natəvanın  nəvəsi  Ənbər  xanım 
Bəhmən  Mirzənin  oğlu  Fətəli  Mirzənin  arvadı  olub.  Yenə  Natəvanın  nəvəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə