Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

146 
 
Ağbikə  (general-mayor  Mehdiquluxan  Vəfanın  qızı)  isə  Rzaqulu  Mirzənin  oğlu 
Əkbər Mirzə Qacarın arvadı olub. 
Bəhmən Mirzənin böyük qızı Qızıxanım Məhəmməd Qasım ağa Cavanşirin 
arvadı idi. İkinci qızı Zəri xanım isə məşhur tibb alimi Kərim bəy Mehmandarovun 
həyat yoldaşı olub. Onun da nəvəsi məşhur neftçi alim Süleyman Vəzirov idi. 
Heydərqulu  Mirzə  Qacarın  qızı  Rəhimə  xanım  məşhur  maarifçi  Bədəlbəy 
Bədəlbəyovun  həyat  yoldaşı  idi.  Onların  da  oğlanları  Əfrasiyab  və  Şəmsi 
Bədəlbəylilərdir. 
Kazım  Mirzənin  oğlu  Darab  Mirzə,  yəni  mənim  doğma  əmim  Fransada 
mühacirətdə  olanda  məşhur  bir  fransız  ailəsinin  qızı  ilə  evlənib.  Onun  da  qızı 
hazırda Parisdə yaşayır. Qacar soyadı ilə. 
—Məlum məsələdir ki, aradan yüz ildən çox bir vaxt keçir. Çox sağ olun ki, 
Qacarlar  sülaləsi  haqqında  bəzi  faktları  açıqlamaqda  mənə  yaxından  kömək 
etdiniz. Mahrux xanım, bunları kimdən, hansı mənbədən öyrənmisiniz? 
—Əvvəla, bütün bunları özümə borc bilirəm. Və belə düşünürəm ki, hər kəs 
öz nəslinin, öz xalqının tarixini bacardığı qədər öyrənməlidir. Yoxsa biz quru yerdə 
qalarıq. Bunu mən balalarıma, nəvələrimə də tövsiyə edirəm. 
Sonrası da ulu babam Bəhmən Mirzənin sonuncu - on altıncı arvadı Afərin 
xanım uşaq vaxtı mənə çox şeyləri danışıb. O, yüz altı yaşında Bakıda vəfat etdi. 
Nəql edərdi ki, Bəhmən Mirzə Şuşaya köçəndən sonra şəhər əhalisi ilə daha yaxın 
olmaq üçün bir qəssabın Püstə adlı gözəl qızı ilə evlənir. Lakin Püstə adı şahzadəyə  
layiq  olmadığına  görə  dəyişib  Afərin  xanım  edir.  Nəslimiz  haqqında  çox  şeyləri 
anam  Manbəyim  xanım  da  mənə  danışıb.  O,  Tiflisdə  gimnaziyada  oxumuşdu,  üç 
dil bilirdi. Fars, ingilis və rus dillərində sərbəst danışar və yazıb oxuyardı. Mənim 
ali təhsilli həkim olmağımın səbəbkarı da anam olmuşdur. 
—Sizdə ulu babanız şahzadə Bəhmən Mirzə  Qacarın bir yadigarı varmı? 
—Var. Bir nəticə kimi onları əzizləyib saxlayıram. 
Amma bəzi qiymətli yadigarlarını Azərbaycan Tarix Muzeyinə vermişəm. 
Ötən  əsrin  fransız  səyyah-rəssamının  «Şahənşahi  İran-ibni  səltənəti 
Azərbaycan» portretini muzeyə təqdim etmişəm. Portretdə babam şahzadə Bəhmən 
Mirzə Qacar təsvir olunub. Sonra babamın  xəzinəsindən çıxan qızıl sapla tikilmiş 
süzənini,  kəşkülü,  tirmə  şalı,  əbrə  şalı  və  başqa  hədiyyələrini  muzeyə  hədiyyə 
elədim ki, qoy xalqın malı olsun, xalq görsün. 
Mahrux xanımla vidalaşdım. Yol boyu nələr düşündüyümü təsəvvür eləmək 
çətindir. Bütün varlığımla bu səmimi, ziyalı anaya minnətdar oldum ki, xələf kimi, 
adlı-sanlı sələflərinin bioqrafiyasını gələcək nəsil üçün yaşadır. Amma bir şeyi də 
acı  təəssüf  hissi  ilə  xatırladım.  Xatırladım  ki,  Dikkens,  Viktor  Hüqo,  Fyodor 
Dostoyevski  kimi  klassiklər  səfillərin,  qumarbazların  həyatını  yazırdılar.  Leskov 
qaraçıların həyatını öyrənmək üçün on ildən çox qaraçılarla gəzib dolaşdı, vardan-
yoxdan çıxdı. Axırda dədə-baba mülkünü də satdı. Maksim Qorki bir qarnı ac, bir 
qarnı tox Rusiyanın geniş çöllərini dolaşıb rus mujiklərinin həyatını öyrənib onları 


147 
 
qələmə  aldı.  Amma  biz  xalqımızın  hərb,  mədəniyyət,  maarif  tarixində  danılmaz 
xidmətləri olan ayrı-ayrı nəsilləri haqqında yazmağı    indiyədək      düşünməmişik.      
Düşünməmişik  ki,  soy  kökündən  ayrılmaq  öz  tarixindən  uzaqlaşmaq  özünü 
tanımamaq deməkdir. Bu, Qacarlar soy  kökünün tarixi  yox, Azərbaycan tarixinin 
bir səhifəsidir. 
Bu  familiyanı  daşıyan  oğullar  düşmən  torpağımıza  göz  dikəndə  qılıncını 
qurşayıb,  kəhər  atına  sıçrayıb  harayımıza  gəlib,  köməyimizə  çatıb.  Tariximizin 
dərin qatlarından gələn bir səs deyir ki, bu soy kökün Fətəli şah, Abbas Mirzə, Ağa 
Məhəmməd Qacar, Cavadxan Ziyadxanoğlu kimi igidləri var.  
Bütün bunları unutmaq, yazmamaq heç insafdan deyil... 
 
MĠLLĠ SƏRKƏRDƏLƏRĠMĠZĠN FACĠƏSĠ 
(1918-1920-ci illər) 
Azərbaycanda  daşnak  siyasəti  tam  gücü  ilə  həyata  keçirilir.  Mənim  zərrə 
qədər şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar 
etmir  və  Azərbaycanın  taleyini  erməni  daşnaklarına  tapşırır.  Azərbaycanı  başdan-
başa qarət edirlər, sağa və sola güllələyirlər. 
Nəriman  NƏRĠMANOV 
Yurddaşlar,  bu  qanlı  yollarla  irəliləyərək  biz  azadlıq  yolunda  şəhid  olmuş 
yoldaşlarımızı  bir  an  belə  unutmadan  çalışmalıyıq.  Hamı  bilməlidir  ki,  azadlığın 
gələcəyi gün uzaqda deyil. 
Məmməd Əmin RƏSULZADƏ. 
 
Qırmızı terror 
İyirminci  il  martın  iyirmi  ikisində,  Novruz  bayramı  axşamı  daşnaklar 
Əsgəran  keçidini  kəsdilər.  Onlar  bu  yeganə  keçidi  kəsməklə  Qarabağın  dağlıq 
hissəsini  Azərbaycandan  ayırmaq  istəyirdilər.  Top  və  pulemyotlarla  silahlanan 
qiyamçılara İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi. 
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas 
etmək  üçün  fövqəladə  tədbir  hazırladı.  Nazir  Səməd  bəy  Mehmandarovun  əmrilə 
Əsgəran  cəbhəsinə  güclü  qüvvə  ayrıldı.  Martın  iyirmi  üçündə  Azərbaycan 
ordusunun əsas hissəsi — iyirmi minə qədər əsgər və zabiti bu cəbhəyə göndərildi. 
O  cümlədən,  üçüncü  Gəncə,  beşinci  Bakı,  birinci  Cavanşir,  dördüncü  Quba, 
səkkizinci Ağdam polkları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı 
Qarabağa yola düşdü.      Aprelin üçündə başlayan bu ölüm-dirim savaşı on iki gün 
davam etdi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda 
mərdliklə  vuruşaraq  Şuşa  qalasına  və  Xankəndinə  daxil  oldular.  Yenilməz 
fədakarlıqla vuruşan əsgərlərimiz daşnak ordusunu darmadağın etdi. Erməni süvari 
dəstəsinin  başçısı  Dəli  Qazar  öldürüldü.  Əsgəranın  böyür-başında  gizlənən 
ermənilər  xəndəklərdən  çıxıb  qaçmağa  başladılar.  Qarabağ  dağlarında  yenidən 
Azərbaycan  bayrağı  dalğalandı.  Bu  vaxt  cəbhəyə  gələn  hərbi  nazir  Səməd  bəy 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə