Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

152 
 
ADR-in Qarabağ ərazi qoĢunlarının komandanı general  Həbib bəy 
SƏLĠMOV. 
31mart 1920-ci il». 
*** 
Hərb nazirinə 
«...Bizimkilərin  geriyə  qaçmalarının  qarşısını  özüm  rəhbərlik  etdiyim  yüz 
nəfərlik  parlament  mühafizə  dəstəsi  ilə  aldım.  Artilleriya,  xüsusilə  Nəbibəyovun 
batareyası əla atışırdı, lakin təəssüf ki, batareya  komandiri hissə qapılıb, batareya 
ilə  həmləyə  keçdi.  Hal-hazırda  ermənilər  Əsgəranı,  Xanabad  kəndini,  3360-cı 
yüksəkliyi, Daşbaşı kəndini tuturlar. 
Ümumiyyətlə  biz  döyüşərək  erməniləri  iki  verst  geri  çəkilməyə  məcbur 
etmişik.  Aşağıdakı  itkiləri  vermişik:  alayın...,  praporşik  Nəcəfəliyev  və  on  altı 
əsgər öldürülüb. Parlamentin mühafizə dəstəsindən podporuçik Dauşvili, praporşik 
Əsgərov,  Ərəbov  yaralıdırlar.  Əsgərlərdən  yeddi  nəfər  ölmüş  və  on  beşi  isə 
yaralıdır. 
Döyüşçülərin əhval-ruhiyyəsi yaxşıdır. Düşmən çox böyük itkilər vermişdir, 
tək Xaramutda 60-a qədər düşmən cəsədi sayılmışdır. 
General Həbib bəy SƏLĠMOV. 
1 aprel 1920-ci il, Ağdam. 
Naxçıvan  Mərkəzi  Dövlət  Arxivində  saxlanan  səksən  iki  nömrəli  protokol 
isə cəsur general haqqında ağ yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində 
Naxçıvan  komyaçeykasının  iclasında  hərbi  komissar  Starovun  sədrliyi  və 
Fyodorovun  katibliyi  ilə  yeddi  nəfər  bolşevik,  musavat  generalı  Həbib  bəy 
Səlimovun  «fəaliyyəti  barədə  işə»  baxırlar.  Lakin  cəmi  üç  nəfər  —  «troyka» 
dindirilmişdir. 
Birinci  Ģəxs  ġaxtaxtinski:  «General  Səlimov  zəhmetkeş  xalqın  satqınıdır, 
səbatsızdır.  O,  Bakıdan  İrana  qaçdı  və  oradan  Naxçıvana  gəlib  camaatı  dilə  tutdu 
ki,  əhali  razılıq  versin  onun  polku  600  əsgər,  10  ədəd  top və  bir  neçə  pulemyotla 
Naxçıvana  gəlsin.  O,  Sovet  hökuməti  əleyhinə  təbliğat  aparırdı.  Lakin  indiki 
hökumətə  qarşı  günahını  boynuna  almır.  Polkun  silahlarını  İranda  satıb 
mənimsəmişdir». 
Ġkinci Ģəxs Rüstəmov:  «Mən Şaxtaxtinskinin dediklərini təsdiq edirəm və 
əlavə  olaraq  bildirirəm  ki,  general  Səlimov  yerli  əhalini  başa  salırdı  ki,  onun 
başçılığı ilə Naxçıvana yeni polk toplasın və bolşeviklər əleyhinə vuruşsunlar... O, 
həqiqətən Sovet hökuməti əleyhinə təbliğat aparırdı...» 
Üçüncü Ģəxs Xəlilbəy: «Daşnaklar Şuşaya hücum edəndə (1920-ci ilin mart 
ayında — Ş. N.) Azərbaycan hökuməti korpus təşkil edib Səlimovun başçılığı ilə 
cəbhəyə,  daşnaklarla  vuruşmağa  göndərdi.  Lakin,  Səlimovun  təcrübəsizliyi  və 
korpusa  başçılıq  edə  bilmədiyindən  xeyli  yaralı  və  ölüm  hadisələri  olmuşdur. 


153 
 
Lakin  mən  işə  qarışandan  sonra  döyüş  müvəffəqiyyətlə  başa  çatdı  və  daşnak 
hücumu darmadağın edildi.
1
 
Bütün  bunlardan  sonra  Azərbaycan  hökuməti  ona  242-ci  polka  və  üçüncü 
kavpolka başçılıq etməyi tapşırdı. O vaxtkı qırmızılar Bakıya yaxınlaşırdı, mən ona 
təklif etdim ki, qırmızıları müdafiə etsin. O, söz versə də sözünü yerinə yetirmədi, 
satqınlıq elədi. Sovet hökuməti əleyhinə təbliğat aparmağa başladı». 
Yekunda:  yoldaş  Starov  təklif  etdi  ki,  general  Həbib  bəy  Səlimovu  həbs 
edib XI ordunun hərbi sovetinin sərəncamına göndərmək. 
Təklif bir səslə qəbul edildi.  
Burda «sapı özümüzdən...» olan müdrik el   deyimini xatırlamaya bilmirsən. 
Bu  yalan  və  iftiralardan  sonra  general  Həbib  bəy  Hacı  Yusif  oğlu  Səlimovu 
bolşeviklər güllələdilər. 
General-mayor  Cavad  bəy  ġıxlinski  —  birinci  piyada  diviziyasının 
komandanı.  Zəngəzur  döyüşlərinin  (1919)  fəal  iştirakçısı.  1920-ci  ilin  mayında 
Gəncə üsyanının təşkilatçısı, həmin üsyandan sonra İrana mühacirətə getmişdir. 
General-mayor  Əbdülhəmid  bəy  ġərifbəy  oğlu  QaytabaĢı  —  1919-cu  il 
dekabrın onundan Baş Qərargahın rəisi və  növbətçi generalı. Peşəkar hərbçi kimi 
milli  ordu  quruculuğunda  əvəzsiz  xidmətləri  olmuşdur.  Şəxsi  heyətin  təşkili, 
qərargahda növbətçilik sistemi, yeni hərbi idarə və hərbi müəssisələrin yaradılması 
üçün var qüvvəsi ilə çalışan general Əbdülhəmid bəy Qaytabaşı yazırdı: «Cəmi bir 
il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü. Öhdəmizə düşən 
bütün  vəzifələri  qərargahın  digər  üzvləri  ilə  birlikdə  vicdanla,  namusla  və 
yorulmadan  yerinə  yetirdik».  1920-ci  il  aprelin  otuzunda  bolşevik  ordusunda 
müvəqqəti  Qərargah  rəisi  olub.  Həmin  ilin  iyun  ayında  Gəncə  üsyanına  görə 
günahlandırılıb güllələnmişdir. 
General-mayor Murad Gəray bəy Tlexas — 1918-ci ildə Baş Qərargahda 
Baş  Artilleriya  idarəsinin  rəisi.  On  doqquzuncu  il  dekabrın  dördündən  Bakı 
şəhərinin  general-qubernatoru  Azərbaycan  Milli  hərəkatında  və  ordu 
quruculuğunda  önəmli  yeri  var.  Milliyyəti  çərkəz  idi.  1874-cü  ildə  Kuban 
vilayətində  hərbçi  ailəsində  anadan  olub.  Sankt-Peterburqdakı  Mixaylovsk 
artilleriya  məktəbini  bitirib.  Port-Artur  və  Birinci  dünya  müharibəsində  iştirak 
edib. Hər iki müharibədə nümunəvi döyüş zabiti kimi şöhrət qazanıb. 1918-ci ildə 
Azərbaycanın ağır günündə, din qardaşı kimi kömək etməyə könüllü gəlib. 
İyirminci  ildə  bolşeviklərin  istilasından  sonra  inqilabçı  Əli  Bayramovun 
qatillərindən  biri  kimi  həbs  edilib.  Mayın  21-dən  29-dək  Ali  İnqilab  Tribunalının 
                                                           
1
  Xəlilbəy    tamamilə  haqsız  və  qərəzli  danışıb.  O  döyüşdən  yazılan  çoxlu  xatirələrdə  və  arxiv 
sənədlərində daşnakların 1920-ci  ilin  martında  Şuşa  və  Xankəndindən  əzilib  çıxarılması  məhz  general 
Həbib  bəy  Səlimovun  komandirlik  məharəti  sayəsində  olduğu  dönə-dönə  qeyd  olunub.  Xəlil  bəy  isə 
həmin döyüşdə kiçik könüllülər dəstəsinin komandiri olmuşdur — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə