Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

154 
 
məhkəməsində şahid kimi dindirilmişdir. Əli Bayramovun ölümündə günahı sübut 
olunmadığına  baxmayaraq,  əksinqilabçı  və  musavat  generalı  kimi  mayın  29-da 
gecə  saat  ikidə  güllələnmişdir.  İlyarımlıq  Azərbaycan  ordusundakı  əla  fəaliyyəti 
hərb  nazirinin  və  Baş  Qərargah  rəisinin  iki  əmrində  tam  öz  əksini  tapır.  1919-cu 
ilin  sentyabr  və  dekabr  aylarında  verilən  421  və  559  nömrəli  əmrlər  Azərbaycan 
Yeni Tarix Mərkəzi Dövlət Arxivində «tamamilə məxvidir» qrifi ilə saxlanılır. 
«Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və 
başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis şəhərinə 
Baş  Artilleriya  idarəsi  rəisi,  general-mayor  Murad  Gəraybəy  Tlexasın  rəhbərliyi 
altında komissiya göndərmişdim. 
Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində, olduqca sərfəli 
qiymətlərlə  Bakıda  və  Gəncədə  qiymətli  əmlak  kütləsi  quraşdırılmış  və 
gətirilmişdir. 
Əldə  edilmiş  predmetlərin  əksəriyyəti  təzə,  istifadə  olunmuşları  isə  tam 
yararlı haldadır. 
Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona 
general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin 
rəhbərliyində  görürəm  və  ona  xidməti  şəxslər  tərəfindən  səmimi  minnətdarlığımı 
bildirirəm. 
Eləcə  də,  alınmış  malların  baxılmasında,  qəbulunda  və  yola  salınmasında 
iştirak etmiş komissiyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm. 
                  Hərb naziri, Artilleriya generalı  
Səməd bəy MEHMANDAROV 
BaĢ Qərargah rəisi, general-mayor  
Həbib bəy SƏLĠMOV». 
(Fon. 2900, siy. 7, sax. v. 1. səh. 7) 
*** 
«Hərb nazirliyi təşkil edilərkən, ordunun özü kimi, mərkəzi idarələrinin və 
müəssisələrinin  də,  demək  olar  ki,  heç  nədən  yarandığı  zaman  general-mayor 
Murad  Gəray  bəy  Tlexas  Baş  Artilleriya  İdarəsinin  rəisi  vəzifəsini  icra  etməyə 
başlamışdır.  General-mayor  Tlexas,  doğma  ordumuzun  təşkil  edilməsi  işlərində 
mənim ən yaxın əməkdaşlarımdan biri olmuşdur. İgid insan və yorulmaz təcrübəli 
xidmətçi  olan  Murad  Gəray  bəy  Tlexas  ordunun  silahlanması,  bütün  Azərbaycan 
boyu  səpələnmiş  artilleriya  əmlakının  toplanması,  artilleriya  anbarlarının  və 
emalatxanalarının qurulması işlərində böyük əmək sərf etmişdir. 
İndi həmin generala Respublikanın müdafiə olunması üzrə yüksək dərəcədə 
mühüm hərbi  vəzifələrin  həvalə  edilməsi ilə  əlaqədar olaraq, ümumi işin  xatirinə 
onun Baş Artilleriya idarəsi rəisi vəzifəsindən azad edilməsini daha faydalı bilirəm. 
Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi nümunəvi iş, 
səy  və  görkəmli  nailiyyətlər  üçün  hörmətli  Murad  Gəray  bəy  Tlexasa  xidməti 
şəxslər tərəfindən səmimi təşəkkürümü bildirirəm. 


155 
 
                Hərb naziri, Artilleriya generalı   
Səməd bəy MEHMANDAROV 
          BaĢ Qərargah rəisi, general-mayor   
Həbib bəy  SƏLĠMOV». 
(F. 2900, siy.1, sax.v. I. səh.127) 
General-mayor  Ġbrahim  ağa  Usubov  —  Milli    orduda  atıcılıq  işləri  üzrə 
müfəttiş  və  hərbi-tədris  müəssisələrinin  rəisi.  1919-cu  ilin  avqustundan  isə  ikinci 
süvari diviziyasının komandanı.  1920-ci il iyulun 16-da    bolşeviklər onu Nargin 
adasında güllələyib. 
General-leytenant  Məmməd  bəy    Sulkeviç  —  Krım  hökumətinin  sabiq 
başçısı.  1919-cu  ilin  martından  Azərbaycan  Milli  Ordusunda  Baş  Qərargah  rəisi 
olmuşdur.  1920-ci  il  iyulun  on  beşində  «əksinqalibi  fəaliyyətdə»  ittiham 
olunduğuna görə bolşeviklər güllələdilər.  General-mayor ġahzadə Əmir Kazım 
Mirzə  Qacar    —  1918-ci  il  dekabrın  1-dən  Azərbaycan  ordusunda  xidmətə 
başlamışdır. 1919-cu il dekabrın 18-dən  Gəncənin  komendantı təyin olunmuşdur. 
İyirminci ilin iyununda Gəncə üsyanında fəal iştirak etdiyinə görə həbs edilmiş və 
bolşevik çekası Tuxareli tərəfindən şaşka ilə doğranmışdır. 
General-mayor      Davud  bəy      Sadıq  bəy  oğlu  Yadigarov  —  Azərbaycan 
Milli  Ordusunda  mühafizə  diviziyasının  rəis  müavini.  İyirmi  üç  oktyabr  min 
doqquz  yüz  on  doqquzuncu  ildə  hərbi  nazir  Səməd  bəy  Mehmandarovun  492 
nömrəli əmrilə general-mayor rütbəsi ilə təltif olunub. 
General-mayor  Xəlil  bəy  Mirəli  xan  oğlu  TalıĢxanov  —  1918-ci  ildə 
Vətəndaş müharibəsindən Azərbaycana qayıdan «Dikaya diviziya»nın tərkibindəki 
Tatar (Azərbaycan  —  Ş.  N.)  alayının  komandiri.  Həmin  il  Bakıdakı  daşnak  hərbi 
qüvvələri  tərəfindən  həbs  olunmuş,  lakin  yerli  əhalinin  haqlı  tələbi  ilə  azad 
edilmişdir. 
1859-cu  ildə  Tiflisdə  anadan  olan  Xəlil  bəy  Birinci  Dünya  Müharibəsində 
iştirak  etmişdir.  1920-ci  ilə  kimi  Azərbaycan  Ordusunda  xidmət  etmişdir. 
Bolşeviklərin istilasından sonra son taleyi barədə heç bir məlumat yoxdur. 
General-mayor  Əlyar  bəy  Mehdi  oğlu  HaĢımbəyov  —  1918-ci  ildə 
Azərbaycan  Cümhuriyyətinin  Daxili  İşlər  Nazirinin  müavini.  Birinci  Dünya 
müharibəsində üçüncü Qafqaz araba-karvan briqadasının komandiri olmuşdur. On 
yeddinci  ildə  istefaya  çıxan  general  Əliyar  bəy  1918-ci  ildə  Azərbaycan 
Cümhuriyyətində könüllü xidmətə başlamışdır. 
General-mayor  Əliyar  bəy  Haşımbəyov  1856-cı  il  martın  səkkizində  Bakı 
şəhərində  anadan  olmuşdur.  İlk  təhsilini  ədadiyə  (realnı)  məktəbində  alan  Əliyar 
bəy  1871-ci  ildə  Tiflisdəki  piyadalar  məktəbinə  daxil  olmuşdur.  1918-ci  ildən 
artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. 
Hərbi  xidmətinin  otuzuncu  ilində  —  1908-ci  il  dekabrın  altısında  general-
mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Ordudakı qüsursuz xidmətinə görə 
1889-cu ildə üçüncü dərəcəli «Müqəddəs Stanislav», 1894-cü ildə üçüncü dərəcəli 


156 
 
«Müqəddəs  Anna»,  1895-ci  ildə  ikinci  dərəcəli  «Müqəddəs  Stanislav»,  1898-ci 
ildə  ikinci  dərəcəli  «Müqəddəs  Anna»  və  1904-cü  ildə  «Müqəddəs  Vladimir» 
ordenləri ilə təltif olunmuşdur. 
 
1919-cu  ildə  Hərbi  İntendant  idarəsinin  rəisi  işləyən  general  Əliyar  bəy 
Haşımbəyovu 1920-ci ildə bolşeviklər güllələmişlər.   
General-mayor  Teymur  bəy  Novruz  oğlu  Novruzov  —  Milli  Orduda 
süvari diviziyasının qərargah rəisi. İki avqust min doqquz yüz on doqquzuncu ildən 
birinci Tatar alayının komandiri, dörd sentyabr 1919-cu ildən süvari diviziyasının 
rəisi.  Birinci  Dünya  müharibəsində  dörd  dəfə  Müqəddəs  Georgi  ordeni  ilə  təltif 
olunmuşdur. Azərbaycan Demokratik Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli 
əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi verilmişdir. 20-ci ildə 
bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir. 
General-qubernator Cavad bəy Rza bəy oğlu Məlikyeqanov — 1920-ci il 
sentyabrın  on  doqquzunda  komissar  Nersesov  tərəfindən  həbs  edilib.  Az  müddət 
Bakıda,  Bayıl  həbsxanasında  saxlanıldıqdan  sonra  Kareliyanın  Keme  şəhərinə 
sürgün  edilmişdir.  Həyat  yoldaşı  məşhur  maarifpərvər  Məryəm  xanım 
Bayraməlibəyovaya 1935-ci ildə sürgündən göndərdiyi məktubunda yazırdı: «...sən 
yaxşı bilirsən ki, mən Vətənimi, Azərbaycanımı, xalqımı sevirəm. Hər şeydən əziz 
tuturam və canımı onlara qurban verirəm...». 
Şimal həbs düşərgələrində olmazın əzablar çəkən, 1918-ci ildən Azərbaycan 
parlamentinin  üzvü  Cavad  bəy  1942-ci  il  mayın  18-də  ürək  partlamasından 
həbsxanada vəfat etmişdir. 1917-ci ildə könüllü surətdə Müsavat partiyasına daxil 
olan Məlikyeqanov Lənkəran şəhərinin general-qubernatoru olmuşdur. 
Həyat  yoldaşı Məryəm  xanım 1937-ci il  noyabrın on dördündə  həbs edilib 
Arxangelsk  şəhərinə  sürgün  edilmişdir.  On  doqquz  il  sonra  gözləri  şikəst  halda 
Bakıya qayıdan Məryəm xanım Bayraməlibəyova 1967-ci ildə vəfat etmişdir. 
General-qubernator  Əmir  xan  Cahangir  xan  oğlu  Xoyski—  Qubada  və 
Bakıda  qubernatorun  müavini  olub.  1919-cu  il  oktyabrın  on  üçündə  Qazax 
qəzasının qubernatoru təyin edilib. 
Azərbaycan  Cümhuriyyətinin  Xarici  işlər  naziri  Fətəli  xan  Xoyskinin 
qardaşı oğludur. 1920-ci il iyunun on doqquzunda əmisi Tiflisdə teatrdan çıxarkən 
muzdlu erməni qatili tərəfindən öldürüldükdən sonra Əmirxan ailəsi ilə Türkiyəyə 
qaçmışdır.  Ali  təhsilli  idi:  Peterburq  Universitetinin  hüquq  fakültəsini  bitirmişdi. 
1966-cı ildə İstanbul şəhərində vəfat etmişdir. 
General-qubernator  Xosrov  bəy  PaĢa  bəy  oğlu  Sultanov—  1919-cu  il 
yanvarın on beşindən Qarabağın general-qubernatoru. Həmin il martın 21-dən 30-
dək  olan  Əsgəran  döyüşlərində  daşnak  generalı  Dronun  quldur  dəstələrini 
darmadağın  etmişdir.  İyun  ayının  əvvəllərində  gizli  yolla  Şuşaya  silah  gətirən 
erməni  milli  Şurasının  üzvlərini  həbs  edib,  onların  Qarabağ  hüdudlarından 
çıxarılmasına  nail olmuşdur. Zaqafqaziya Seyminin və  Azərbaycan Parlamentinin 


157 
 
üzvü idi.  1918—1920-ci  illərdə  daşnakların Qarabağdan təmizlənməsində  qardaşı 
Sultan bəylə birlikdə misilsiz xidmət göstərmişdir. 
Xosrov  bəy  1879-cu  il  martın  10-da  Laçın  rayonunun  Kürdhacı  kəndində 
anadan  olub.  Orta  təhsilini  Gəncə  klassik  gimnaziyasında,  ali  təhsilini  isə  Odessa 
Universitetində  almışdır.  1920-ci  il  aprel  çevrilişindən  sonra  Türkiyənin  Trabzon 
şəhərinə  mühacirətə  getmişdir.  Az  sonra  daşnak  təqibindən  İstambula  köçmüş  və 
1941-ci ildə orada vəfat etmişdir. 
General-mayor  Feyzulla  Mirzə  Qacar  —  Azərbaycan  Demokratik 
Respublikasının  hərbi  naziri  tam  artilleriya  generalı  Səməd  bəy  Mehmandarovun 
doqquz  yanvar        min  doqquz  yüz  on  doqquzuncu  ildə  iyirmi  nömrəli  əmri  ilə 
Gəncədəki süvari diviziyasının qarnizon rəisi təyin olunub. 
General-mayor  Vasili  Dmitriyeviç  Karqatleteli  —  İstehkamçılar  hərbi 
məktəbinin rəisi. Müvəqqəti hərbi nazir tam artilleriya generalı Əliağa Şıxlinskinin 
yüz altmış yeddi nömrəli əmrilə 1920-ci il martın iyirmi dördündə general-mayor 
rütbəsi verilib. 
General-mayor  ġahzadə  Məhəmməd  Mirzə  Qacar  —  Milli  orduda  Baş 
Artilleriya  idarəsinin  rəisi.  1919-cu  il  iyulun  doqquzunda  əla  xidmətlərinə  görə 
general-mayor  rütbəsi  verilmişdir.  General  Şahzadə  Məhəmməd  Mirzə  Qacar 
haqqında hərb naziri Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Həbib bəy 
Səlimovun həmin il noyabrın 30-da imzaladıqları bir nömrəli əmr onun sərkərdəlik 
fəaliyyəti barədə nadir sənədlərdən biridir: 
«Hərb  naziri  köməkçisinin  məlumatından  aydın  olur  ki,  general-mayor 
Şahzadə  Məhəmməd  Mirzə  Qacar  birinci  piyada  diviziyasına  müvəqqəti 
komandanlıq  etdiyi  müddətdə  Gəncə  qarnizonunun  rəisi  vəzifəsini  icra  edərkən, 
batalyon yaradılması və xüsusi təyinatla yola salınması, eləcə də qoşun hissələrinin 
isti və əsgəri geyimlə təmin edilməsində çoxlu səy və fəaliyyət göstərmişdir. Buna 
görə də mən ona səmimi minnətdarlığımı bildirirəm». 
General-mayor  Mirkazım  xan  Mirəli  xan  oğlu  TalıĢxanov  —  1855-ci  il 
iyulun on yeddisində Bakıda anadan olmuşdur. Talış xanlarının nəslindəndir. 1917-
ci  ilə  qədər  Rusiyanın  müxtəlif  şəhərlərində  rota,  alay  və  batalyon  komandiri 
olmuşdur. Birinci Dünya müharibəsindəki xidmətlərinə görə general-mayor rütbəsi 
alıb. 1918—20-ci illərdə Lənkəran Dairə müfəttişi vəzifəsində işləmişdir. 
General-mayor  Mirkazımxan  Talışxanov  1938-ci  ildə  səksən  dörd  yaşında 
Bakıda vəfat etmişdir. 
General-mayor  ġahzadə  Əmənnulla  Mirzə  Qacar  —  1918-ci  il  dekabrın 
birində  könüllü  olaraq  Milli  Orduda  qulluğa  başlamışdır.  Müxtəlif  vəzifələrdə 
işləmişdir.  1920-ci  il  yanvarın  27-də  Xankəndində  yerləşən  birinci  süvari 
diviziyasının  rəis  müavini  olmuşdur.  1862-ci  ildə  Şuşada  anadan  olan  Əmənulla 
xan iyirmi səkkiz il Kuban-Kazak nizami hissəsində xidmət etmişdir. 1917-ci ildə 
general-mayor rütbəsi verilib. Bolşevik təzyiqindən (1920-ci ildə) İrana mühacirətə 
getmiş və 1937-ci ildə Tehranda vəfat etmişdir. 


158 
 
General-mayor  Səməd  bəy  Məşədi  bəy  oğlu  Rəfibəyov  —  Tiflis  kadet 
korpusunu 1916-cı ildə bitirib. İlk hərbi xidmətə yeddinci Qafqaz sərhəd alayında 
başlayıb. 1918-ci ilin yanvarından yeni yaranan Müsəlman korpusunda birinci Bakı 
atıcı polkunda rota komandiri kimi bolşevik-daşnak dəstələrinə qarşı vuruşmuşdur. 
Poruçik Səməd bəy 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan 
rütbəsi  alır.  Nuru  paşanın  təqdimatı  ilə  Azərbaycan  dəmir  yolunun  müvəqqəti 
komissarı təyin olunur. 
Respublika  Müdafiə  nazirinin  əmrilə  1919-cu  ilin  fevralında  birinci 
Cavanşir polkunu və Lənkəran ehtiyat alayını təşkil edir. 
Hərb  naziri  general  Səməd  bəy  Mehmandarovun  və  müavini  Əliağa 
Şıxlinskinin  əmr  və  raportlarında  Səməd  bəy  Rəfibəyov  bilikli,  enerjili  və  qoçaq 
komandir  kimi  xarakterizə  edilir.  Podpolkovnik  Səməd  bəy  Rəfibəyovun  birinci 
Cavanşir  piyada  polku  1920-ci  ilin  mart-aprel  aylarında  Xankəndində  və  Şuşada 
erməni daşnaklarına qarşı mərdliklə vuruşub. 
Bolşevik  istilasından  sonra  Türkiyəyə  mühacirətə  gedən  Səməd  bəy 
Rəfibəyov  hərbi  fəaliyyətini  dayandırmamışdır.  Qoşun  komandanlığı  vəzifəsinə 
qədər yüksələn istedadlı eloğlumuz böyük Atatürk paşanın yaxın silahdaşı və dostu 
olmuşdur. Ona 1948-ci ildə general-mayor rütbəsi verilmişdir. 
Birinci  dərəcəli  «İstiqlal  ordeni»  ilə  təltif  olunan  Səməd  bəy  Rəfibəyov 
1892-ci  ildə  qədim  Gəncənin  Balabağban  qəsəbəsində  anadan  olmuş,  1980-ci  il 
oktyabrın 20-də İstambulda vəfat etmişdir. 
General-mayor  Məmmədsadıq  bəy  Ġsmayıl  oğlu  Ağabəyzadə  — 
şərqşünas  alim  kimi  daha  çox  məşhurdur.  1919-cu  ildə  Azərbaycan  Demokratik 
Cümhuriyyətində daxili işlər nazirinin müavini olmuşdur 1920-ci ildə İstambula — 
əmisi oğlu, professor Əlibəy Hüseynzadənin yanına gedir. Bir il orada yaşadıqdan 
sonra  Fransaya  mühacirətə  gedir.  Ali  məktəblərdə  fars  və  türk  dillərindən  dərs 
deyən Məmmədsadıq bəy fransızcanı da gözəl bilirdi. 
Bəxtinə cəlayi-vətənlik düşən görkəmli Azərbaycan oğlu Məmmədsadıqbəy 
Ağabəyzadə  1927-ci  ildən  Lvov  universitetinin  professoru  Ziqmund 
Smoqjevskinin dəvətilə Lvov universitetində işləyir. O, ərəb, fars, türk dillərindən 
dərs  deyir,  islam  paleoqrafiyasını,  epiqrafiyasını  və  kaliqrafiyasını  tədris  edirdi. 
Məşhur  polyak  şərqşünasları  Teofil  Volodarski,  Olqa  Bak,  Tadeuş  Levitsin  və 
başqaları  həmyerlimiz,  general-professor  Məmmədsadıq  bəyin  yetirmələri 
olmuşlar.  Hərbi  fəaliyyətilə  yanaşı  şərqşünas  kimi  də  böyük  şöhrət  qazanan  M. 
Ağabəyzadə  1904-cü  ildə  rus  dilində  «Türkmən  ləhcəsi»,  1931-ci  ildə  polyak 
dilində  «Türk  dili»,  1932-ci  ildə  «Fars  dili»,  1934-cü  ildə  «Ərəb  dilinin 
qrammatikası» kimi sanballı əsərlərini nəşr etdirmişdir. 
1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha 
yaşayan  professor  Məmmədsadıq  bəyin  mənzilini  öz  qərargahına  çevirir. 
Yarıqaranlıq,  nəmli  zirzəmiyə  köçən  Məmmədsadıq  bəyin  zəif  vücudu  daha  da 
pisləşir. Elm  fədaisi  və  müsavat  generalı Məmmədsadıq bəy  Ağabəyzadəni 1944-


159 
 
cü  il  noyabrın  8-də  sevimli  tələbəsi  Tadeuş  Levitski  Lvov  şəhər  qəbristanlığında 
dəfn  edir.  «Əgər  qardaşlarım
1
  gəlib  çıxmasalar,  onda  nəyim  varsa,  T.  Levitskiyə 
qoyub  gedirəm.  Mənə  uzun  müddətli  sədaqətli  xidmətinə  görə  pani  Severina 
Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka, mənim 
şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz». 
Bu,  bolşevik  təzyiqindən  qürbətdə  tənha  yaşayan  görkəmli  həmyerlimizin 
ölümqabağı yazdığı vəsiyyətindən bir parçadır. 
General-şərqşünas  Məmmədsadıqbəy  1865-ci  ildə  Göyçayda  anadan 
olmuşdur.  İlk  təhsilini  Bakı  realnı  məktəbində  alan  M.  Ağabəyzadə 
Konstantinovsk piyada məktəbini əla qiymətlərlə bitirmişdir. Ona görə də 1886-cı 
ildə Sankt-Peterburqdakı Mixaylovski artilleriya məktəbinin üçüncü kursuna qəbul 
edilmişdir.  Az  müddət  Qafqazda  qulluq  edən  gənc  zabit  Məmmədsadıq  bəy 
yenidən Peterburqa qayıdıb Xarici İşlər Nazirliyinin Şərq dilləri kurslarında təhsil 
alır.      1899-cu ildən 1913-cü ilə kimi Türküstan hərbi dairəsində qulluq edir. Əla 
hərbi xidmətinə görə general-mayor rütbəsi  alıb. 
General  Məmmədsadıq  bəy  Ağabəyzadə  Birinci  Dünya  müharibəsində  
iştirak etmişdir. 
General-mayor  Konstantin Davıdoviç Çxeidze — 1919-cu ildə Gəncədən 
Bakıya köçürülmüş Azərbaycan hərbiyyə məktəbinin rəisi. 
«...Adını xatırlamadığım daha bir neçə qurbanlarımız və şəhidlərimiz vardı. 
Azərbaycan  cəlladı  Bağırovun  bir  məlumatında  qeyd  olunduğu  kimi,  əlli  ikidən 
artıq  qanlı  xalq  üsyanlarında  fədakaranə  ölən  minlərcə  igid  partizanlarımızı  da 
unutmayalım.  Gənc  ordumuzun  şəhid  komandanları  Həmid  Qaytabaşıları, 
Süleyman  paşaları,  Murad  Gəraylını,  İbrahim  ağanı  (general-mayor  İbrahimağa 
Usubov  —  Ş.  N.),  Səlimov  Həbibbəyləri  və  bir  çox  digərlərini  də  yada  salalım» 
(M. Ə. Rəsulzadə «Azərbaycan davası» məqaləsindən). 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
1
 General-professor Məmmədsadıq bəyin iki qardaşı və bir bacısı olmuşdur   —   Həzrətbəy, Rəhimbəy 
və  Badam  xanım — müəl. 
 


160 
 
 
 
Redaktoru R.Faxralı 
Korrektoru N.Qılınclı 
Rəssamı A.Ələkbərov 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiş 3.05.95.  Çapa imzalanmış 4.12.95. 
Kağız formatı 60x90 1/16.  Ofset kağızı № 1.  
Uçot nəşr vərəqi 12+1,0 (şək.) Fiziki və şərti çap vərəqi 13,25. 
Sifariş 199. Sayı 3000.  
―Hərbi nəşriyyat‖ın mətbəəsində çap olunmuşdur. 
370007, Bakı şəhəri, C.Hacıbəyli küç. 26. 
 
 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə