Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

122 
 
«Yanvarın  üçündə  Mərkəzi  Müsəlman  Zaqafqaziya  komitəsinin  üzvü, 
Mərkəzi  Komitə  sədri  Fətəli  xan  Xoyski  müsəlman  əsgəri  dəstələri  təşkilatı 
haqqında  məruzədə  bulunmuşdur.  Məruzədən  anlaşıldığına  görə  1917-ci  il 
dekabrın  on  birində  Zaqafqaziya    Komissarlığı  Zaqafqaziya  müsəlmanlarından 
nizami ordu təşkil etməsi qətnaməsini çıxarmışdır. Nizami ordu üçün  lazımi qədər 
könüllü  cəm  edilməsi  işi  Qafqasiya  Mərkəzi-Müsəlman  Komitəsinə  həvalə 
edilmişdir.  Nizami  ordu  təşkil  edildikdən  sonra  müsəlmanlardan  alınan  əsgəri 
verginin  ləğv  edilməsi  haqqında  Zaqafqaziya  komissarlığı  tərəfindən  dekret 
veriləcəkdir.  Zaqafqaziya    Komissarlığının  bu  qətnaməsinə  bianən  dekabrın  on 
doqquzunda beşinci və yeddinci Qafqasiya nişançı firqələrindən ibarət olan altıncı 
ordu  korpusunun  Müsəlman  nizami  ordusuna  əvəz  edilməsi  həqqində    Qafqasiya 
cəbhəsi  qoşunlarının    baş  komandanı  tərəfindən  Əmrnamə  verilmişdir.  Həmin 
əsgər  dəstələrinin  milliləşdirmək  işlərinin  nəzarəti        general  Əliağa  Şıxlinskiyə 
həvalə edilmişdir. 
General Şıxlinski öz vəzifəsinin ifasına    başlamışdır». 
1918-ci  ilin  oktyabrında  general  Əliağa  Şıxlinski  Gəncədə  yeni  yaratdığı 
Əlahiddə  Azərbaycan  Korpusunun  əsgərləri  qarşısında  çıxış  edərək  demişdir: 
«Azərbaycanlılar birdəfəlik bilməlidirlər  ki, doğma  ordu  əsla  tənbəlxana deyil və 
onun  mövcudluğu  hər  hansı  bir  azərbaycanlının  maddi  rifahını  daha  da 
yaxşılaşdırmaq  üçün  yaranmayıb.  Ordu  xalqın  istinadgahıdır  —  bura  xalqın 
ləyaqətli oğulları gəlməlidir». 
General  Əliağa  Şıxlinski  bu  vətənpərvər  çıxışını  Gəncədə  praporşiklər 
məktəbinin  birinci  buraxılışı  münasibətilə  söyləmişdir.  Bu  şənlikdə  Qafqaz  İslam 
Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsili naziri Nəsib 
bəy  Usubbəyov,  daxili  işlər  nazirinin  vəkili  Mehdi  bəy  Hacınski,  sosial-təminat 
naziri  Musa  bəy  Rəfibəyov,  Gəncə  qubernatoru,  general  İbrahim  ağa  Vəkilov  və 
başqa dövlət xadimləri iştirak edirlər. 
Elçin  adlı  müəllif  1918-ci  il  noyabrın  7  və  8-də  «Azərbaycan»  qəzetində 
(rus dilində) yazır ki, ertəsi gün Bakıdan gəlmiş qonaqlar və demək olar ki, bütün 
şəhər  əhalisi  hərbi  meydana  yollandılar.  Meydanda  təlim  üçün  əvvəlcədən 
səngərlər,  yarğanlar  və  cürbəcür  maneələr  hazırlanmışdı.  Hamı  özünün  milli 
bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi. 
Ətrafda bayram əhval-ruhiyyəsi var idi. 
Əlahiddə  Azərbaycan  korpusunun  komandanı  general  Əliağa  Şıxlinski 
ətrafdakılarla  birgə  səflə  düzülmüş  yungerlərə  yaxınlaşıb  onları  salamlamışdı. 
General  Əliağa  Paşanın  mehriban  «salamına»  birdən-birə  səkkiz  yüz  gəncin 
ağzından  gurultulu  «salam»  cavabı  çıxdı.  Sonra  proqram  üzrə  təlim  sınaqları 
keçirilməsinə başlandı. 
1918—20-ci  illərdə  Azərbaycan  silahlı  Qüvvələrinin  təşkilində  Əliağa 
Şıxlinskinin  müstəsna  rolu olmuşdur. Doğma  xalqının  nizami ordusunu  yaratmaq 
istəyən  general  uzun  illik  hərbi  təcrübəsindən  gecə-gündüz  istifadə  edirdi. 


123 
 
Respublika  Yeni  Tarix  Mərkəzi  Dövlət  arxivində  «tamamilə  məxfidir»  qrifi  ilə 
saxlanan  qiymətli  bir  sənəd  bunu  bir  daha  təsdiq  edir.  Milli  Azərbaycan 
korpusunun  komandiri  general  Əliağa  Şıxlinski  1918-ci  il  dekabrın  13-də 
Gəncədən  göndərdiyi  «Məlumat»ında  yeni  Azərbaycan  ordusunun  layihəsini 
hazırlamışdı. 
General yazır ki, Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may 
ayının 27-də qəzetlərdən aydın oldu. 
Mən  mayın  28-də  yeni  dövlətin  hərb  nazirliyinin  layihəsini  artıq 
hazırlamışdım;  layihənin  arxasında  izahedici  qeyd  olan  müfəssəl  sxem  əlavə 
edilmişdir. 
Vəziyyətlə  əlaqədar  Əliağa  Şıxlinski  layihəsində  təklif  edir  ki,  vaxtilə  türk 
zabitlərinin  köməyi  ilə  yaradılmış  hərbi  korpus  ləğv  edilsin.  Müharibə  şəraitində 
bu, azlıq təşkil edir. Əvəzində diviziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və 
onun köməkçisinə tabe olunsun. 
Gözəl  təlim  və  tərbiyə  almış,  Mancuriyada  müvəffəqiyyətlə  döyüşən, 
yüksək  döyüş  qabiliyyətli  Yapon  ordusunun  korpus  təşkilatı  haqqında  təsəvvürü 
belə yox idi. 
Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. May ayında ilk müstəqil 
Azərbaycan  hökuməti  yarananda  hərb  naziri  doktor  Xosrov  bəy  Sultanov  təyin 
edilmişdi. O da mülki şəxs idi. 
Xosrov  bəy  türk  zabitlərinin  köməyi  ilə  ordunun  təşkilində  bəzi 
təxirəsalınmaz  işlər  görsə  də,  bu,  ölkədəki  ağır  vəziyyəti  yüngülləşdirmədi. 
Azərbaycanın  həm  daxilindəki,  həm  də  qonşuluğundakı  amansız  düşmənə  qarşı 
güclü  ordu  yaratmaq  vacib  idi.  Təhlükə  o  qədər  artmışdı  ki,  ölkənin  qərb 
rayonlarında hərbi vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri 
olmasını peşəkar hərbçi olan Əliağa Şıxlinski məsləhət bilmirdi. Ona görə də haqlı 
olaraq yazırdı ki, hərb naziri — əgər o mülki şəxsdirsə — onda o özünün yanında 
səlahiyyətli şəxslərin çox  kiçik sayından ibarət hərbi  şura  yaratmaq və  qoşunların 
təlim və tərbiyəsinə bilavasitə nəzarət etmək üçün özünə köməkçi təyin etməlidir. 
Mətndən o da məlum olur ki, general Əliağa Şıxlinski layihəni artıq ikinci, 
bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndərmişdir. 
«Hökumət  Gəncə  şəhərinə  köçən  kimi  (iyun  ayının  əvvəlində)  mənim 
layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi şəklində Nazirlər Sovetinin 
Sədrinə təqdim edilmişdir. 
Ehtimal  edilirdi  ki,  hökumətə  tam  məlumatı,  yəqin  ki,  Nazirlər  Sovetinin 
müvafiq iclasına dəvət ediləcək korpus komandiri şəxsən özü təqdim edəcək. 
Lakin  mən  heç  bir  yerə  dəvət  edilməmişəm  və  layihə  haqqında  heç  bir 
xəbərdarlıq  almamışam.  Güman  edirəm  ki,  layihə  heç  müzakirə  edilməmişdir. 
Çünki Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün lazım olan 
xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb naziri 
təyin etməkdən imtina etmişdir». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə