83
Faris Vəkilovun söhbətindən: — Mənim on doqquz yaşım tamam oldu.
Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk
etmirdi. 1904—05-ci illərdəki şərait bu niyyətimin həyata keçməsinə kömək etməli
idi. Bədniyyətli rus-yapon müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-
ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə «Din azadlığı haqqında manifest» nəşr olundu. Orada hər hansı
bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə
verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da
məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəlişimin birinci ilində pravoslav dininin müdafiəçilərinin bilavasitə
yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın Lev Tolstoya
məktubunda da bu ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova
1909-cu il martın 2-də dahi yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət
etməli olub.
1910-cu ildə yunker Qalib Vəkilov Moskvadakı Alekseyev hərbi-texniki
məktəbini bitirib xidmətə başladı. Birinci dünya müharibəsi başlananda o, Qərb
cəbhəsindəki mühəndis polkunda döyüşürdü. Molodeçniy şəhəri uğrunda gedən
döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib Vəkilov 2-ci dərəcəli
müqəddəs Georgi ordeni ilə təltif olundu. Hərbi-texniki mütəxəssis kimi Qalib
Vəkilovun ən başlıca vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə və keçidlərin
möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə minaların dəqiq
yerləşdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və fotoşəkillərin
hamısı inqilabdan əvvələ məxsusdur. Onların arasında çox da qalın olmayan bir
kitab da var. Bu, məşhur ədəbiyyatşünasımız Firudin bəy Köçərlinin «Azərbaycan
tatarlarının ədəbiyyatı» kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə belə bir
avtoqrafla Leyla xanımın general babasına hədiyyə verib. «Hörmətli İbrahim ağa
Vəkilova böyük məhəbbət nişanəsi ilə Firudin bəy Köçərlidən. Qori şəhəri».
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar məşhur generalımız Əliağa
Şıxlinskiyə məxsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç yerdə nəşr
edilməyən şəkillərdə Əliağa Şıxlinski 1915-ci ildə təsvir olunub. Bir qrup zabit və
üç nəfər şəfqət bacısı ilə birgə çəkdirdiyi şəkildə Əliağa Şıxlinski həyat yoldaşı
Nigar xanımla birgə dayanıb.
— Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna Vəkilovadır.
Anam da atam Qaliblə birgə birinci dünya müharibəsi illərində döyüşən orduda
xidmət edib. Anamın rütbəsi leytenant olub. O da Nigar xanım kimi hərbi səhra
qospitalında şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk
ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir kimi xidmət
84
etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirmək üçün Bakıya ezam
edir. O, yeni yaranan Azərbaycan Milli Ordusunda hərbi-mühəndislər idarəsinin
rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan Ordusunun süqutuna qədər
işləyir. Sonra atam on birinci Ordunun Ənzəli şəhərindəki mühəndis qoşunları
hissəsinin rəisi vəzifəsində qulluq edir.
Anam da bu yürüşdə atamla birgə olmuşdu. Atam bu yürüşdə ağır
xəstələnmişdi. O, malta qızdırmasına tutulmuşdu. Xəstəliyinə baxmayaraq, 1922-ci
ildə yenidən Azərbaycan Baş hərbi-mühəndislər idarəsinin rəisi vəzifəsində işə
başladı. Sonra Zaqafqaziya Qızıl Ordu hərbi inqilab şurasının hərbi sənaye
komitəsinin direktoru oldu. Bu vəzifədə beş il işlədi.
— Leyla xanım, — bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz
yeddinci ildən əvvəl nə vaxt həbs olunmuşdu?
— İlk dəfə atam 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis sifətilə
Belomor-Baltik kanalının tikintisində dustaq kimi işləmişdi. 1933-cü ildə o,
həbsxanadan gəldi. Qocalıb əldən düşmüş, xəstəhal atamın saçı tamam ağarmış və
dinib-danışmaz olmuşdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında
söhbət edəndə dedi: «Kim mənim haqqımda sənə nə deyir-desin, bilmirəm. Bircə
onu yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarşısında, nə sənin, nə
ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm».
Belomor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda məişət-
tikinti trestində direktor müavini işlədi.
Yadımdadır, çox tez-tez xəstələnərdi. Semaşko adına xəstəxanada,
dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu
operasiya elədilər. Anamla çox çətinliklə yanına gedib-gələrdik. Bir xeyli sonra
atamın səhhəti yaxşılaşdı. Ailəmizin güzəranı da pis deyildi. O, işini dəyişmişdi.
İndi Kür üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən dəhşətlisi geridə
imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhşətli qara il yüzlərlə saf
adam kimi atamı da uddu... 1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında
iki bəraət məktubu aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə. Sonuncuda
yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla
mən isə otuz yeddinci ildən əlli altıya qədər onu həbsxanalarda axtarırdıq.
Leyla xanım Vəkilovanın stolunun üstündəki daha bir tarixi şəkil haqqında:
süfrə arxasında altı nəfər əyləşib. Ovdan qayıdıb günortaüstü nahar edirlər. Məşhur
sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində dərin düşüncələrə dalıb. Onun sağ
yanında dayanmış Əliheydər Qarayevlə Qalib Vəkilov da fikirlidirlər. Təkcə
diviziya komandiri Məmməd Veysov məşğuldur. O, əlindəki çəngəl-bıçaqla
qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum deyil. Leyla
xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında M. V. Frunze ikinci dəfə Azərbaycana
gələndə Xaçmaz rayonunun ərazisindəki keçmiş Neruçev (indiki 1 №-li sovxoz)
malikanəsində çəkilib.
Dostları ilə paylaş: |