Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
  1   2   3   4   5   6   7   8   9   ...   31
36938

Çinqiz  İsmayılov

Xəzər dənizinin  və 

sahilyanı  ərazilərin 

ekologiyası

Donated 

by tne

E m b a g o f ^ U e d S ^ o f A m e m »

* И з ю м о м -

Ekso^Azərt^ycan-^məliy^rat Şirlfeti  МММ,

EksonMobilin törfirtö.|irkətb.r o a r *i m ı

Regional  Kitabxar  ••« « !» № » ■ •  ••«

Amerika Biri

д о Л " * * »   •:  v .   г ....... > -*  _____ _____



“Ayna  Mətbu  Evi” 

Bakı  -  2005

Azərbaycan  Respublikası  Prezidentinin 

işlər İdarəsi

PREZİDENT KİTABXANASI


&ом  *

 

/ 6




-к.н 

7   и

Mündəricat

Xəzər dənizinin yaranmasının  qısa  tarixi və  təbii şəraiti 



3

Xəzər dənizinin  səviyyəsinin  tərəddüdü  və onun izahı 

13

Xəzər dənizinin təbii  sərvətləri,  onların



mənimsənilməsi  və ekoloji  vəziyyətin  dəyişilməsi 

25

Xəzər regionunda nəqliyyatın  inkişafı

və onun ətraf mühitə  təsiri 

67

Xəzərin  sahil  ərazilərinin mənimsənilməsi

və antropogen  təsirin  artması 

83

Xəzər dənizinin  ekoloji  vəziyyətinin  mühafizəsində

dövlətlərarası  anlaşmaların vacibliyi 

109

Xəzərin  hüquqi  statusu  problemi  və ekoloji  məsələlərin  həlli 

1 1 7



Xəzər  dənizinin  yaranmasının 

qısa  tarixi

Nadir təbii  xüsusiyyətləri  ilə  fərqlənən  Xəzər də­

nizi  bənzərsiz  ekosistem  kimi  Yerin  landşaft  palitra­

sında özünəməxsus  yer tutur.  Bu  dənizin  özü  və onu 

əhatə  edən  sahil  əraziləri  müxtəlif  təbii  sərvətlərlə 

zəngindir.  Onların  bu  bölgədə  kifayət  qədər  böyük 

həcmdə  toplanması  müxtəlif  amillərin  təsiri  altında 

baş vermişdir.  Ən əsas təsiredici  amillər isə,  heç şüb­

həsiz,  planetar miqyaslı  təbii  amillərdir.

Hər bir ekosistemin müasir vəziyyətini  dəqiq mü­

əyyənləşdirmək  üçün  ilk  növbədə  onun  geoloji  ba­

xımdan yaranmasının və tədricən  dəyişilməsinin tari­

xi  keçmişini  öyrənmək  lazımdır.  Uzun  illər aparılmış 

tədqiqatlar göstərir ki, Xəzər dənizinin yerləşdiyi əra­

zi  çox  mürəkkəb  və  müxtəlif geoloji  proseslərin  təsi­

rinə məruz qalmışdır.

Bildiyimiz  kimi,  Xəzər  dənizi  tarixi  keçmişdə 

uzun müddət Qara dənizlə birlikdə Sarmat dənizi ad­

lanan su hövzəsinin bir hissəsi olmuşdur.  Belə ki, Xə­

zər dənizi vahid dünya okeanı Tetisin quru ilə qovuş­

duğu  bir sahəni  əhatə  edirmiş.  Yalnız yuxarı  pliosen- 

də (2 - 3  mln.  il  bundan əvvəl) Qafqaz dağ sisteminin 

əmələgəlmə  prosesinin  ən  güclü  fazalarının  birində 

Xəzər dənizi  hövzəsinin konturları formalaşmağa baş­

layır.  Məhz  elə  bu  vaxt,  daha  dəqiq  desək,  ağcagil 

dövründə ( 2 - 3   mln.  il  bundan  əvvəl) Xəzər çökəkli­

yinin əmələgəlmə  prosesi  tamamlanır.

Xəzər  dənizinin  Qara  dənizdən  ayrılması  nəticə­

sində onun  Dünya okeanı  ilə əlaqəsi  kəsilir və sonra­

kı dövrlərdə onun su  hövzəsi sahəsi  mütəmadi olaraq 

dəyişikliklərə  məruz  qalır.  Bu  dəyişikliklər  bir tərəf­

dən  qlobal  iqlim  dəyişikliyi,  digər  tərəfdənsə  geoloji 

proseslərin  təsiri  altında gedirdi.  Nəticə etibarilə Xə­

zər  dənizinin  bütün  sonrakı  inkişaf  tarixi  onun 

transqressiya  və  reqressiyaları  ilə  bağlıdır.  Pliosen  və 

pleystosen dövrlərində transqressiya zamanı onun ak­

vatoriyası  -   sahəsi  özünün  ən  böyük  həddinə  -   904 

min  km2-ə  çatırdı.  Bu  vaxt  dənizin  səviyyəsi  mütləq 

+46  m  təşkil  etmiş  və  suyun  ümumi  həcmi  133  min 

km3 olmuşdur. Şimalda dənizin sahil xətti müasir Vol-

qoqrad  şəhərinin  yerləşdiyi  əraziyə  qədər  gedib  çıx­

mışdı. Əksinə,  reqressiya dövründə dəniz akvatoriya­

sı  azalaraq  təxminən  205  min  km2  olmuşdur.  Bu  za­

man  dənizin  səviyyəsi  mütləq  -65  m,  suyun  həcmi 

isə cəmi 70 min km'  imiş.

Əlbəttə, dənizin transqressiya və reqressiyası sahil 

ərazilərinin  relyefinin  formalaşmasına  böyük  təsir 

göstərmişdir.  Belə  ki,  sahil  ərazilərində,  xüsusən  də­

nizin qərb sahillərində çoxsaylı akkumulyativ proses­

lər baş vermişdir. Dəniz səviyyəsinin tərəddüdü onun 

hövzəsində  və  şelf bölgəsində  müxtəlif mütləq  hün­

dürlüklərdə müxtəlif sahil  xətlərinin yaranmasına sə­

bəb  olmuşdur ki,  onların  izləri  indi  də qalır.  Dənizin

müasir  səviyyəsi  ilə  götürdükdə  5  -  15  və  20  -  23  m 

dərinliklərdə,  keçmiş dövrlərdə baş vermiş transqres- 

siyaların  və  reqressiyaların  sübutu  kimi,  terras  qalıq­

ları  müşahidə  etmək  mümkündür.  Türkan  reqressi- 

yası dənizin tarixi keçmişində ən böyük reqressiyalar- 

dan  biri  olmuşdur.  Bu  dövrdə Abşeron -  Balxan  asta­

nası  (şərti  olaraq  Abşeron  yarımadasından  Çələkən 

yarımadasına  qədər  uzanan  sualtı  xətt)  quruya  çevri­

lərək  dənizi  iki  hissəyə bölmüşdür.  Nəticədə Orta və 

Cənubi  Xəzər  çökəklikləri  əmələ  gəlmiş,  Şimali  Xə­

zər isə quru sahəsinə çevrilmişdir.  O vaxt dənizin  sə-




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə