Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

və Malayziya şirkəti  “Petronas”  hələ ki  neft kəşfiyya­

tı  işləri  ilə  məşğuldurlar.  “Dragon  oil”  şirkəti  artıq 

səkkizinci  ildir  öz  fəaliyyətini  dənizdəki  3  yataqla 

bağlamışdır.  Bunlar  Çələkən  yarımadasından  aralı 

Ceytun (keçmiş LAM), Çıqalıbəy (keçmiş Jdanov) və 

Çələkənyanğımaz  yataqlarıdır.  Mütəxəssislərin  fik­

rincə,  burada  bütövlükdə  təxminən  70  mln.  ton  neft 

və 62 mlrd,  m3 qaz vardır.

Dənizdə  neft  hasilatının  artması  ilk  öncə  yeni 

perspektivli  yataqların  istismara  verilməsindən  asılı­

dır.  Bu  baxımdan  Türkmənistan  tərəfi  dənizdə aşkar 

edilmiş  bir neçə yatağa xüsusi  ümid  bağlayır.  Bunlar­

dan  biri Azərbaycan  tərəfi  ilə  mübahisəli  olan  Kəpəz 

yatağıdır (türkmənlər bu yatağı Sərdar adlandırırlar). 

Kəpəz  yatağı  Azərbaycan  mütəxəssisləri  tərəfin- 

„ 



dən  kəşf edildiyi  üçün  beynəlxalq  hüquq  normaları-

hasilatının  1990

 - 


2004-cü

 

na  иУЁип  olaraq  ona  sahib  məhz  Azərbaycan  olmalı- 



illər ərzində dəyişilməsi

 

dır.  Lakin  Xəzərin  hüquqi  statusu  hələ  də  müəyyən 



(mln.  ton)

 

edilmədiyi  üçün və Kəpəz yatağı dənizin orta xətt sa­



həsində yerləşdiyindən bu neft yatağı mübahisəli ola­

raq  istismar edilmir.

Türkmənistanın Xəzərsahili  perspektivli yataqları 

olan  Qoturtəpə,  Barsa - Gəlməz və  Burun strukturla­

rında  neft 4500 - 5000 metr dərinlikdə yerləşən məh­

suldar qatdadır.

Sahil  ərazilərində neft hasilatı və emalı həm quru­

nun,  həm  də  suyun  çirklənməsinə  səbəb  olmuşdur.

Uzun  illər ərzində  Türkmənbaşı  neftayırma  zavodu­

nun tullantıları Saymonov  körfəzinə axıdılırdı.  Yalnız 

son  illərdə körfəz  təmizlənmiş  və  tullantıların  axıdıl- 

masının qarşısı alınmışdır.  Eyni zamanda, dəniz akva­

toriyasının  çirklənməsində  Okərəm  və  Çələkən 

neftdoldurucu  limanları  kimi  yeni  mənbələr  meyda­

na çıxmışdır.  Bu  limanların  hər biri  ayrılıqda  ildə  3,6 

mln. ton neft qəbul etmək  imkanına malikdir.

Xəzər  dənizinin  Türkmənistanın  sahil  sahələri 

üçün  təhlükə  yaradan  digər  mənbə  Qaraboğazqol 

körfəzi və onu əhatə edən  duzla örtülmüş ərazilərdir. 

Xəzər dənizinin səviyyə  tərəddüdü  burada  uzun  illər 

istismar edilən zəngin duz ehtiyatlarının təsərrüfatına 

mənfi  təsir göstərmişdir.  Belə  ki,  səviyyənin  əvvəlcə 

aşağı  düşməsi  körfəz  sahəsinin  xeyli  azalmasına  sə­

bəb olmuşdur və nəticədə də duzla örtülü böyük əra­

zilərdən  minerallar  külək  vasitəsilə  digər  bölgələrə 

yayılırdı.  Səviyyənin  qalxması  isə  təsərrüfat əhəmiy­

yətli  mineral  duzların  səmərəli  mənimsənilməsində 

çətinliklər yaradır.  Hər iki  halda Qaraboğazqol körfə­

zi  bölgəsində ekoloji gərginlik artır və nəticədə  bura­

da ekosistemin  tarazlığının  pozulması  kifayət dərəcə­

də nəzərə çarpır.

Xəzər  dənizinin  Rusiya  ərazisinə  aid  olan  sahil 

bölgəsinin  bütün  yerləri  eyni  dərəcədə  mənimsənil­

məmişdir.  Bu  səbəbdən  də  sahil  ərazilərində  ekoloji 

gərginliyin  səviyyəsi  xeyli  fərqlidir.

Təsərrüfat  baxımından  inkişaf  etmiş  Həştərxan 

vilayətinin sahil  əraziləri  daha çox mənimsənildiyi  və 

Volqa çayının geniş dcltasıyla çirkab suları dənizə ax­

dığı  üçün  burada  ekoloji  vəziyyət  ağırdır.  Məlumdur 

ki. Xəzər dənizinə çayla gətirilən suların 85%-i  Volqa 

çayının  payına  düşür.  Nəzərə alsaq  ki  Volqa çayı  Ru­

siyanın  sənaye  baxımından  inkişaf etmiş  Avropa  his­

səsindən  istehsal  tullantılarını  dənizə  axıdır,  burada 

təbii  şəraitin  kifayət qədər pozulması  heç də təəccüb 

doğurmamalıdır.

Rusiyanın Xəzərdəki  şelf bölməsində karbohidro­

gen ehtiyatları təxminən  1,2 -1,5 mln. ton təşkil edir. 

Əsas neft-qaz ehtiyatları  Həştərxan vilayəti və Dağıs­

tanın sahil ərazilərindədir.  Dağıstanda hələ keçən əs­

rin 70-ci illərində İnçxe-dəniz neft yatağı istismar edi­

lirdi.  Lakin sonrakı illərdə yataq ətraf mühit üçün təh-



к

А

ж

lükəli olduğundan burada bütün işlər dayandırılmışdı. 

Yalnız  1997-ci  ildə yatağın yenidən  istismara verilmə­

si  üçün beynəlxalq tender elan edilmiş və onun qalibi 

“İP  Kenni”  olmuşdur.  Beləliklə  də  İnçxe-dəniz yata­

ğında neft hasilatının  bərpası  imkanı yaranmışdır.

Şimali  Xəzərlə  Orta  Xəzər  arasında  keçən  şərti 

sərhəd  xəttində  perspektivli  Sarmatski  yatağında  in­

tensiv  kəşfiyyat  işləri  aparılır.  Dənizin  Rusiya  sekto­

rundakı Dmitriyevskoye və Xvalınskoye (Qazaxıstan­

la  həmsərhəd  bölgədə)  yataqları  da  neft  hasilatının 

inkişafında mühüm rol oynaya bilər.  Rusiya üçün Xə­

zər  dənizində  Qazaxıstanla  birgə  istismar  ediləcək 

Sentralnoye,  Xvalınskoye  və  Kurmanqazı  və  Azər­

baycanla  müştərək  işlənəcək  Yalama  (Xəzərin  Azər­

baycan  sektorunda yerləşir)  yataqları  xüsusi  əhəmiy­

yət  kəsb  edir.  Müqaviləyə  əsasən,  bu  yataqlar  Rusi­

yanın  “LUKoyl”  neft şirkəti  ilə şərikli  istismar olun­

malıdır.  “LUKoyl”  şirkəti  artıq  Azərbaycan  Dövlət 

Neft Şirkəti  ilə Yalama yatağında qazıma işləri aparır.

Yalama  yatağı  sahildən  təxminən  30  km  aralıda, 

suyun  dərinliyi  80  -  700  metr arasında  olan  bir ərazi­

də yerləşir.  Yatağın  sahəsi  3037  km2.

Rusiya sahilinin quru  hissəsində neft və qaz yataq­

ları  Dağıstanda  və  Həştərxan  vilayətində  aşkar  olun­

muşdur.  Həştərxandan  şimal-şərq  istiqamətində  80 

km aralı eyniadlı  iri qaz-kondensat yatağı artıq neçə il­

lərdir istismar edilir.  Bütövlükdə Xəzərin  şimal  və şi­

mal-şərq  hissəsində  olan  neft  və  qaz  yataqlarında  ol­

duğu kimi,  Həştərxan strukturunda da böyük həcmdə

kükürd  toplanmışdır.  Elə bu səbəbdən də qaz hasilatı 

ekoloji  baxımdan  bölgədə  və  hətta  ondan  kənarlarda 

da vəziyyətin gərginləşməsinə səbəb olmuşdur.

Məlumdur ki, Həştərxan yatağından xeyli aralı (10 

- 30 km) ekosistemdə neqativ dəyişiklikər nəzərəçar- 

pan  dərəcədə  olmuşdur.  Nəticədə  bitki  və  heyvanat

aləminin  bəzi  növləri,  demək  olar  ki,  yox  olmuşdur. 

Hətta  bir neçə yaşayış  məntəqələrinin sakinlərini  hö­

kumət  daimi  yaşayış  yerlərindən  köçürmək  məcbu­

riyyətində qalmışdır.

Rusiya  hökumətinin  Xəzərin  neft  ehtiyatlarına 

xüsusi  marağı  1998-ci  ildə Xəzər dənizinin  şimal  his­

səsində  qoruq  zonasında  hüquqi  qaydalara  qismən 

dəyişiklik edilməsi haqda  1998-ci  ildə qəbul olunmuş 

qərarda öz əksini tapdı.  Bütövlükdə Xəzərin balıq eh­

tiyatları  üçün  təhlükə yaradan  bu  qərar şimal  sahillə­

rində  neft  kəşfiyyatının  genişlənməsinə  əlverişli  zə­

min  yaratdı.  Beləliklə,  bölgədə yeni ekoloji  gərginlik 

zonalarının yaranma ehtimalı  artdı.

Dağıstan  sahilində  əsas  neft yataqları  sahilin  Ma- 

haçqala  -  Dərbənd  hissəsindədir.  Lakin  neft hasilatı­

nın  bu sahədə hələ nisbətən az olmasına baxmayaraq, 

yataqların  istismarı digər təsərrüfat sahələrinin fəaliy­

yətinə  mənfi  təsir göstərir.  Bu,  ilk  növbədə  rekreasi­

ya sahəsində özünü  büruzə verir. Onsuz da qeyri-sta- 

bil region sayılan Dağıstanda ekoloji gərginlik bu əra­

zinin  inkişafına  maneçilik  edən  əlavə amillərdən  biri




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə