Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

ton olmuşdursa, artıq 2003-cü  ildə  1,5 min  tona qədər 

azalmışdır.

Son  25  ildə  balıq  ovunun  əsasını  kilkə  təşkil  edir. 

1980-ci illərdən başlayaraq onun xüsusi çəkisi ümumi 

balıq  ovunda  75%-i  ötmüş  və  hazırda  96%-ə  çatmış­

dır.  Bununla belə, digər balıq növləri kimi, kilkə ovu­



Xəzər dənizində əsas balıq növlərinin ovunun dəyişilməsi 

(1980 - 2003-cü illər ərzində; min  tonla)

Balıq  növləri

1980

1985


1995

2003


N ərəkim ilər

25,0


28,5

2,9


1,5

Kilkə


304,7

400,0


107,8

50,0


İri  pulcuqlular

23,0


35,0

41,2


nun  həcmi  də  son  10  il  ərzində  2  dəfədən  çox  azal­

mışdır.  Azərbaycan  bölgəsində son  4  il  ərzində  kilkə 

ovu 5  dəfə azalmışdır.

Kilkə balığı ovunun kəskin azalmasının əsas səbə­

bi  tənzimlənməyən  qanunsuz  ov  və  Qara  dənizdən 

Xəzərə  daxil  olmuş  mneopsisdir.  Bu  sadə  canlı  orqa­

nizm kilkənin əsas qida mənbəyi olan canlılarla qida­

landığından  onun  həcminin azalmasına səbəb olmuş­

dur.  Qısa  müddət  ərzində  intensiv  surətdə  artan  və 

dənizin  hər tərəfinə yayılan  mneopsis Xəzərin bioloji 

aləmi üçün  böyük təhlükə yaratmışdır. Kilkənin sayı­

nın  bərpası  üçün  kifayət  qədər  qida  mənbəyi  tələb 

olunur.  Deməli,  kilkənin  qida  mənbəyinə  ortaq  çıx­

mış mneopsislə mübarizə aparmaq lazımdır.  Bu məq­

sədlə  məhz  mneopsislə  qidalanan  berol  adlı  digər 

canlı  orqanizmin  Xəzər  dənizinə  gətirilməsi  nəzərdə 

tutulmuşdur.

Kilkədən  fərqli  olaraq  nərəkimilərin  həcminin 

azalmasına  əsas  səbəb  qanunsuz  balıq  ovu  və  böyük 

həcmdə  qiymətli  qida  sayılan  kürü  əldə  edərək,  de­

mək  olar  ki,  mümkün  artımın  qarşısının  alınmasıdır. 

Qismən  İran  istisna  olmaqla  nərəkimilərin  böyük 

həcmdə qanunsuz ovu  ilə bütün Xəzəryanı dövlətlər­

də  məşğul  olurlar.  Nərəkimilərin  əsas  hissəsi  kürü 

tökmək  üçün  Rusiya  sahillərinə,  şirin  suya  can  atır. 

Digər  Xəzəryanı  ölkələrdən  fərqli  olaraq  bu  ölkədə 

qayıqların  sayı-hesabı  yoxdur  və  genişmiqyaslı  qa­

nunsuz  balıq ovu  baş alıb gedir.

47

Rusiyanın  cənub  dənizlərində  qanunsuz  balıq 

ovunun artmasını  sübut edən faktlardan  biri də  Kras­

nodar diyarının  nisbətən  əlverişli  hesab  olunan  Azov 

dənizi  sahillərindəki  vəziyyətdir.  Son  bir  il  ərzində 

qanunsuz  balıq ovu  nəticəsində nərəkimilərin  həcmi 

burada  10 dəfə azalmışdır.

Xəzər dənizinin  Rusiyaya  aid  olan  hissəsində  və­

ziyyət  daha  acınacaqlıdır.  Müxtəlif  mənbələrə  görə, 

burada hər il  qanunsuz olaraq  bir neçə min ton  nərə- 

kimilər ovlanır.  Əlbəttə,  qanunsuz balıq  ovu Xəzərin 

digər  bölgələrində  də  müşahidə  olunur.  Lakin  onun 

həcmi  Rusiya  bölgəsində  aparılan  qanunsuz  ovdan 

xeyli azdır.

Nərəkimilər qədim  və  nadir balıq  növlərindən  ol­

duğu  üçün  və  bu  populyasiyanın  sayının  azalması 

beynəlxalq  təşkilatları da narahat edir. Yox olma həd­

dinə  çatmış  nərəkimilərin  sayına  nəzarət  və  onların 

mühafizəsi  üçün Xəzərin fauna və florasını  daim diq­

qət  mərkəzində  saxlayan  xüsusi  beynəlxalq  konven­

siya  (CITES)  mövcuddur.  Onlar Xəzəryanı  dövlətlə­

rə  hər  ildə  nərəkimilərin  ovlanmasına  və  kürünün 

eksportuna kvotalar müəyyən edir. Hər bir Xəzəryanı 

ölkəyə  kvotanın  həcmi  müəyyən  edildikdə  başlıca 

olaraq  bu ölkənin  süni  balıqartırma  məntəqələrindən 

dənizə  buraxılan  balıq  körpələrinin  sayı  və dəniz  sa­

hili  ərazilərin  mühafizəsinin  təmin  edilmə  səviyyəsi 

nəzərə alınır.



Nərəkimilərin ovlanmasının 

Xəzəryanı dövlətlər arasında 

kvota üzrə paylanması 

(2003-cü il; ton)

Я  İran -  671 

■  


Rusiya -  417 

Я  Qazaxıstan -  226 

Я  Azərbaycan -   109 

Я  Türkmənistan -  63


рт

Д

Dənizə  buraxılan körpə balıqların  sayına görə  Ru­



siya və  İran xeyli  irəlidədir.  2003-cü  ildə  Rusiya  böl­

gəsindən dənizə 42,2 mln. ədəd balıq körpəsi buraxıl­

mışdır.  Rusiyanın  əsas  balıqartırma  müəssisələri  Vol­

qa çayı  deltasında yerləşdirilmişdir.

Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau 

vilayətindədir.  Burada  2  iri  balıqartırma  zavodu  fəa­

liyyət göstərir ki, onların da hər biri  ildə 3 mln.  körpə 

balıq yetişdirmə gücünə malikdir.

2003-cü  ildə  Neftçalada  istifadəyə  verilmiş  yeni 

balıqartırma müəssisəsi buradan dənizə hər il  15  mln. 

körpə  balıq  buraxmağa  imkan  yaratmışdır.  Hazırda 

dənizə  buraxılan  körpə  nərəkimilərin  15  -  20%-ni 

Azərbaycan  bölgəsi  təmin  edir.

Bunu  nəzərə alaraq CITES 2004-cü ildə ölkəmizə 

ayrılan  qara  kürünün  kvotasını  9  tona  qaldırmışdır. 

Nərəkimilərin  ovunu  tənzimləyən  CITES  beynəl­

xalq  təşkilatı  eyni  zamanda  qara  kürünün  eksport 

həcmini  də  Xəzəryanı  dövlətlər arasında  bölüşdürür. 

Balıqların  ovlanmasına  və  sayının  süni  artırılmasına 

uyğun olaraq qara kürünün ən böyük həcmdə ekspor- 

tuna  İran tərəfmə icazə verilmişdir.

2003-cü ildə Xəzəryanı dövlətlərə qara kürünün eksportu 

üzrə ayrılmış kvotalar (tonla)

Ö lk ə lə r

T o n la

%-lə


tran

75,7


54

Rusiya


31,3

22,3


Qazaxıstan

25

17,9



Azərbaycan

4,5


3,2

Türkm ənistan

3,6

2,6


C əm i

140,1


100

2003-cü  ildə  İran  xaricə 65  ton  qara  kürü  ixrac et­

mişdir. Əgər nəzərə alsaq ki dünya bazarında  1  kq qa­

ra  kürünün  qiyməti  750  dollardır,  onda  aydın  olar ki, 

İranın qara kürü satışından gəliri 50 mln. dollara yaxın 

olmuşdur.  Şimali Amerikada  isə  1  kq  bölgə (ağbalıq) 

kürüsünün  qiyməti 3  min dollara çatır.

Bütün  bunlarla  yanaşı,  “qara  bazar”da  yüzlərcə 

ton  qanunsuz  ovlanmış  nərə  balıqlarının  və qara  kü­

rünün alveri  davam etməkdədir.  Bu  səbəbdən  də  bir 

çox  beynəlxalq  təşkilatlar  nərəkimilərin  yox  olması 

təhlükəsini  gördükləri  üçün  bu  balıqların ovuna  mü­

vəqqəti  qadağa  qoyulması  təklifini  irəli  sürmüşlər. 

Belə ki, ABŞ-ın  “Təhlükə altında olan növlər aktı”na 

əsasən (US.  Endangered Akt) ağbalıqda yox olmaqda 

olan  balıqlar  siyahısına  daxil  edilib.  Eyni  zamanda, 

müvafiq  təşkilatlar  2004-cü  ildə  Xəzəryanı  ölkələrin 

dünya bazarına qara kürü çıxarmalarına məhdudiyyət 

qoymuşlar.

CITES təşkilatının  məlumatlarına görə, hər il Xə­

zərdə tutulan  nərəkimilərin  70%-dən çoxu  qanunsuz 

ovlanır.  Məsələnin ən dəhşətli cəhəti ondan  ibarətdir 

ki,  qanunsuz tutulan  balıqların  əsas  həcmi  nərəkimi­

lərin  kürütökmə  dövrünə  düşür.  Daha çox  qara  kürü 

əldə  etmək  üçün  “başabəla  balıqçılar”  minlərlə  dişi 

balıqları məhv edir və beləliklə, dənizin bioloji aləmi­

nə  bərpa olunmayacaq  ziyan  vururlar.

Yaranmış  gərgin  vəziyyəti  aradan  qaldırmaq  üçün 

bütün Xəzəryanı  dövlətlər  dənizin  balıq  ehtiyatlarını 

mühafizə  etmək  sahəsində  əməkdaşlığı  gücləndirə­

rək  müvafiq  tədbirlər  planını  həyata  keçirməlidirlər. 

Yalnız birgə və razılaşdırılmış tədbirlər keçirməklə ol­

duqca  qiymətli  və  bənzərsiz  Xəzər dənizini  və onun 

balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-sax­

lamaq  mümkündür.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə