Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Rekreasiya  ehtiyatları

Xəzər dənizinin sahil ərazilərində təbii  iqlim şəra­

itinin müxtəlif və rekreasiya ehtiyatlarının zəngin ol­

ması  kurort  istirahətinin  təşkili  üçün  çox əlverişlidir. 

Lakin hər bir konkret sahil ərazisinin coğrafi  mövqe­

yindən  və  mənimsənilmə  səviyyəsindən  asılı  olaraq 

mövcud  imkanlardan fərqli dərəcədə istifadə edilmiş­

dir.  Belə ki,  çöl,  yarımsəhra,  səhra,  quru  və  rütubətli 

landşaftlar  müxtəlif  istiqamətdə  ixtisaslaşmış  istira­

hət  mərkəzlərinin  yaradılmasını  müəyyənləşdirmiş­

dir.  Heç  şübhəsiz,  fəaliyyətdə  olan  istirahət  mərkəz­

lərinin cazibədarlığına bir çox amillər təsir edir. Məhz 

bununla əlaqədar Xəzər dənizinin  və onu əhatə edən 

ərazilərin rekreasiya ehtiyatlarının  mənimsənilmə sə­

viyyəsi kifayət qədər fərqlidir.

Azərbaycanın  nadir  təbii  iqlim  şəraiti  və  ərazisin­

də  müalicə  əhəmiyyətli  zəngin  təbii  ehtiyatları  sahil 

ərazilərində  rekreasiya  təsərrüfatının  inkişafı  üçün 

yaxşı  imkanlar yaradır.  Bildiyimiz kimi,  rekreasiya tə­

sərrüfatı  üçün  ən  əlverişli  şərait əsasən  dağ, dağətəyi 

və sahil  əraziləridir.  Elə  bu  mənada  şimaldan cənuba 

uzanan  825  km  sahilyanı  zona  ölkəmizdə  rekreasiya 

təsərrüfatının səmərəli yerləşdirilməsini çox gözəl  tə­

min  edə  bilər.

Sahil  ərazilərinin  çox  hissəsi  yarımsəhra  landşaft­

lardan  ibarətdir.  Lakin şimal  sahili  üçün  enliyarpaqlı- 

ların  üstünlük  təşkil  etdiyi  meşələr,  cənub  üçünsə 

subtropik bitkilər daha xarakterikdir. Sahilin 30%-dən 

çoxu  narın qum çimərliklərindən ibarətdir.  İlin günəş­

li  günləri  burada  qat-qat çox  olur,  günəşsiz günlər isə 

təxminən  70-ə  çatır.  Bütövlükdə  isə  kütləvi  istirahət 

üçün  burada  ilin  7 - 8 ayı əlverişli  hesab olunur.

Dəniz  suyu  kifayət  qədər  qızdığı  üçün  çimərlik 

mövsümü  4  -  5  ay  davam  edir.  Əlverişli  iqlim  şəraiti 

və  çimərliklərin  müalicəvi əhəmiyyəti  sahil  əraziləri­

nin rekreasiya dəyərliliyini xeyli artırır. Bu səbəbə gö­

rə Azərbaycanın  sahil  ərazilərindəki  əsas  kurort  mər­

kəzləri  Abşeron yarımadasında yerləşdirilmişdir.

Azərbaycanın  dənizsahili  zonasında  10-dan  çox 

müalicə əhəmiyyətli mineral və termal bulaq var. Mü­

alicə əhəmiyyətli  karbonatlı  və hidrokarbonatlı  mine­

ral  sular əsasən  Siyəzən  -  Dəvəçi ərazisində yayılmış­

dır.  Buradakı  mineral  su  bulaqlarının  ümumi  debid 

sutkada 5  min  litrdən  çox olur.  Qalaaltı  müalicə  mər­

kəzində  çıxan  bu  sular  başlıca  olaraq  uroloji,  revma- 

dzm və digər xəstəliklər zamanı əvəzsiz hesab edilir.

Abşeronun  kurort  ocaqlarındakı  hidrogen-sulfıdli 

termal sular isə  ürək-damar,  ginekoloji  və revmatizm 

xəstəliklərinin  müalicəsində  tətbiq  edilir.  Burada 

həm  də  müalicə əhəmiyyətli  palçıqlardan  da  istifadə 

olunur.  Bu cür palçıqlar əsasən Masazır və Böyük Şor 

göllərində  mövcuddur.  Lakin  onların  ehtiyatları  çox 

azdır və ona görə  də kurort  təsərrüfatında geniş  miq­

yasda istifadəsi  mümkün  deyil.

Abşeron  yarımadasından  cənuba  doğru  getdikcə 

mineral  suların  temperaturu  artır.  Belə  ki,  natrium- 

xlorlu  suların  temperaturu 45°C-yə çatır.  Belə termal 

sular  əsasən  Lənkəran  zonasında  aşkar  edilmişdir. 

Buradakı  kurort  mərkəzlərində həmin  sulardan  hərə­

kət orqanlarının,  ürək-damar sisteminin, əsəb sistemi 

xəstəliklərinin  müalicəsində  istifadə olunur.

Azərbaycanın  sahilyanı  zonalarında  müalicə  əhə­

miyyətli termal sular geniş yayılsa da, onların istifadə­

si  qənaətbəxş  sayıla  bilməz.  Buradakı  9  iri  istirahət-



Azərbaycamn dəniz sahilindəki əsas miialicə müəssisələrinin  ümıımi vəziyyəti

Müalicə


müəssisələrinin

adı


Rckrcantları 

qəbul  etmək 

imkanlarının 

həddi


İl  ərzində 

rckrcantlara 

xidmət 

imkanları



Yerləşdirilmiş

qaçqınların

sayı

Xəstələrə



ayrılmış

yerlərin


sayı

1 lazırda

müəssisələri 

xidmət  etmək 

imkanları

Araz


550

550


-

-

-



Abşeron

731


731

328


318

318


Bilgəh

456


367

-

416



367

Qaranquş


498

359


320

100


100

Günəşli


665

665


320

331


331

Xəzər


360

360


240

51

-



Pirşağı

1190


910

910


-

S

m

 

~

Şıxov


200

200


100

100


1

*

 

100



Lənkaran

400


250

150


250

250


C əm i

5050


4392

2368


1566

1466



kurort  mərkəzinin  potensial  rekreant  qəbul 

imkanından  hazırda yalnız  29%-ə  qədər  istifadə olu­

nur.

Azərbaycanın  sahilyanı  əraziləri,  dediyimiz  kimi, 



iqlim-landşaft etibarilə çox rəngarəngdir.  Belə ki, ya­

rımsəhra Abşeron yarımadasının əksinə olaraq cənub­

da  (Lənkəran  -  Astara  bölgəsi)  və  şimalda  (Yalama  - 

Nabran  bölgəsi)  meşə  sahələri  yaşıllığı  və  sıxlığı  ilə 

nəzəri  cəlb  edir.  Relikt  ağac  sayılan  eldar şamı  hesa­

bına  son  30  il  ərzində  Abşeronda  xeyli  yaşıllıq  salın­

mışdır.  Bunun  əksinə  olaraq  şimal  və cənub  bölgələ­

rində  enerji  çatışmazlığı  səbəbindən  və  istehsalat 

məqsədi  ilə  meşələrdə  ağaclar  kütləvi  surətdə  qırıl­

mış  və  nəticədə seyrək meşə zolaqları  əmələ gəlmiş­

dir.  Belə  xoşagəlməz  dəyişiklik  xüsusən  Lənkəran  - 

Astara  bölgəsində  aydın  nəzərə çarpır.  Belə  ki,  Azər­

baycanın  Astara  şəhərindən  İran  Astarasına  keçəndə 

Talış  dağlarının  yamaclarındakı  ağac  sıxlığının  fərqi 

qabarıq  şəkildə  özünü  büruzə  verir.  Əlbəttə,  region­

da  meşələrin  qırılmasının  qarşısını  almaq  üçün  ilk 

növbədə yerli əhalini qazla təmin  etmək  lazımdır.

Ümumiyyətlə,  Azərbaycanın  Xəzərsahili  zonasın- 

dakı  meşəlik  sahəsi  830  km’-dir.  Onun  əsas  hissəsi 

meşə-parkların payına düşür. Meşələrin və digər təbii 

abidələrin mühafizəsi məqsədi ilə Xəzərsahili zonada 

113  min  hektar  sahəni  əhatə  edən  2  dövlət  qoruğu 

(Qobustan  və  Qızılağac)  və  3  yasaqlıq  (Abşeron,  Gil

adası,  Bəndovan)  yaradılmışdır.  Dövlət  qoruq  və  ya­

saqlıqları sahil  ərazilərinin çox həssas hissələrində tə­

bii  mühitin  mühafizəsini  bilavasitə təmin edirlər.

Dünya təcrübəsindən bəhrələnməklə son illər res­

publikamızda  milli  parkların  yaradılması  ideyası  ge­

niş müzakirə edilərək bəyənilmişdir. Artıq respublika 

prezidentinin  fərmanı  ilə  Bakının  sahil  bağına  milli 

park  statusu  verilmişdir.  Şirvan  və  Hirkan  qoruqları 

müvafiq olaraq 2003 və 2004-cü illərdə milli park sta­

tusu  almışlar.  Bununla yanaşı,  sahəsi  230  min  hektar 

olan Şahdağ milli parkının yaradılması ilə bağlı müva­

fiq proqram tərtib edilmiş və həyata keçirilməkdədir. 

Növbəti milli park Samur - Yalama rayonunda yaradı­

lacaq.

Sahil  ərazilərində  rekreasiya  sisteminin  inkişafına 



əsas  təsiredici  amillərdən  biri  xidmət  sahələri  ilə  tə­

minat səviyyəsidir. Xəzərin  Azərbaycan  sahilində  tu­

ristlər  üçün  əhəmiyyət  kəsb  edən  mehmanxana  tə­

sərrüfatı kifayət qədər inkişaf etmişdir. Xüsusən  Bakı 

şəhərində  olan  yüksəkkeyfiyyətli  mehmanxanaların 

sayı  bütövlükdə  Xəzərsahili  regionda  olan  mehman­

xanaların  ümumi  sayından  çoxdur.

Bakı nəqliyyat qovşağı respublikanın ən iri nəqliy­

yat  mərkəzi  kimi  sahil  ərazisində  müxtəlif nəqliyyat 

növlərinin  yerləşdirilməsi  üçün  əlverişli  şərait  yarat­

mışdır. Sahil  ərazisinə  paralel  Astara  - Yalama  dəmir­

yol  və şose  xətləri  potensial  rckreantların  sahil  ərazi­

lərinin  istənilən yerində istirahət və asudə vaxt keçir­

mələrinə  imkan yaradır.

Quru  nəqliyyatından  fərqli  olaraq  dəniz  nəqliyya­

tı  rekreasiya təsərrüfatına  hələ  ki cəlb olunmamışdır. 

Dəniz nəqliyyatı başlıca olaraq yükdaşıma istiqaməti­

nə  yönəldilib.  Halbuki  Orta  və  Cənubi  Xəzərdə  də­

niz  nəqliyyatı  vasitəsilə  turist  kruizlərinin  təşkili, 

zənnimizcə, çox cəlbedici ola  bilər. Təəccüb doğuran 

odur ki,  belə sahilyanı səyahətlər nəinki  dövlətlərara- 

sı,  hətta bir dövlət daxilində sahil akvatoriyası üzrə də 

hələ ki yoxdur. Bütün Xəzərin sahil zonası  üzrə dəniz 

kruizinin təşkili  isə  ilk növbədə region dövlətləri  ara­

sında  əməkdaşlığın  inkişafına  təkan  verər  və  qonşu 

bölgələr haqqında  biliklərin  artmasına yardımçı olar.

Azərbaycanın  sahil ərazilərini  şərti  olaraq  üç regio­

na ayırmaq olar.  Respublikamızın aparıcı iqtisadi rayo­




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə