Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

nu olan Abşeron eyni zamanda ölkəmizin əsas kurort- 

istirahət  zonası  kimi  tanınır.  Abşeron  yarımadasının 

sahəsi 2,1  min knr-dir.  Rekreasiya məqsədi  ilə istifa­

də olunan sahil ərazilərinin sahəsi  ildən-ilə artmaqda­

dır.  Uzunmüddətli  icarəyə götürülən  sahil  ərazilərin­

də müasir tələblərə cavab verən çimərlik servisi yara­

dılır.  Artıq  Abşeron  rayonu  ərazisində  istirahət  mər­

kəzləri  sahəsinin  xüsusi  çəkisi  təxminən  30%  təşkil 

edir.  Təəssüf ki,  yeni  yaradılan  istirahət  ocaqlarında 

bəzi  hallarda  ətraf  mühitin  mühafizəsi  məsələlərinə 

lazımi  diqqət  vermirlər.  Belə  ki,  məişət  tullantıları 

birbaşa sahil  ərazilərinə  tullanılır,  əmələ gələn çirkab 

təmizlənmədən  dənizə  axıdılır.  Nəticədə  də  zahirən 

kifayət  qədər  müasir  görünən  istirahət  mərkəzləri 

ekoloji  baxımdan  təhlükəli zonaya çevrilir.

Abşeron rayonunda rekreasiya təsərrüfatının geniş 

inkişaf  imkanlarından  tam  istifadə  olunmamasının 

əsas  səbəblərindən  biri  xidmət sahələrinin  bütövlük­

də  lazımi  tələblərə  cavab  verməməsidir.  Yalnız  yeni 

yaradılan istirahət mərkəzlərində bu problem, demək 

olar,  həll edilmişdir.  Lakin  hətta  bu  mərkəzlərin yer­

ləşdiyi sahil  bölgələrində dəniz suyunun vəziyyəti də 

əksər  hallarda  sanitar-gigiyenik  tələblərə  cavab  ver­

mir.


Rekreasiya  baxımından  respublikanın  sahil  ərazi­

lərində əhəmiyyətcə ikinci rayon Yalama - Nabran zo­

nasıdır.  Sahəsi  665  km2 olan  bu  rayon  Samur -  Dəvə- 

çi  və  Şollar  düzünü  əhatə  edir.  Meşə  zolağının  bəzi 

yerlərdə  terras  üzərində  birbaşa  dənizsahili  qumluğa 

çıxması  burada  təkrarolunmaz landşaftlar yaradır.

Rayonun əlverişli təbii  iqlim şəraiti və zəngin rek­

reasiya  ehtiyatları  burada  5  istirahət  evinin,  2  turist 

bazasının  və  müxtəlif  təşkilatların  tabeliyində  olan 

çoxsaylı  istirahət  mərkəzlərinin  yaradılmasına  imkan 

vermişdir.  Bunlardan  əlavə,  son  illər müasir tələblərə 

cavab  verən  özəl  istirahət  yerləri  də  istifadəyə  veril­

mişdir.  Onların  sayı  artıq  15-i  ötmüşdür.  Məhz  belə 

yerlərin  fəaliyyəti  sayəsində  Azərbaycanın  digər böl­

gələrindən  (əsasən  Bakıdan)  qısamüddətli  istirahət 

üçün  Nabrana  rekreantların  axını  artmışdır.

Uzunluğu  24  km  və  eni  7 - 9   km  olan  Nabran  sa­

hil zonası nadir meşə və bitki örtüyü ilə fərqlənir.  Be­

lə təbii  şərait  bura hər il  100  min  nəfərdən çox rekre-

antı cəlb edir.  Lakin  istirahət mərkəzlərinin sahibləri 

ətraf  mühitin  mühafizəsi  məsələlərinə  barmaqarası 

baxırlar. Tullantıların yığılması və utilizə edilməsi tə­

min  olunmadığı  üçün  burada  hər  il  600  -  800  m3  çir­

kab suları  Xəzərə axıdılır.  Eyni zamanda,  ildə 25  min 

tondan çox bərk  tullantılar meşələrə atılır və təbiətin 

bu gözəl guşələri ekoloji  baxımdan yararsız vəziyyətə 

salınır.

Azərbaycanın  sahil  ərazilərində  istirahət  üçün  çox 

əlverişli  üçüncü  rayon  Lənkəran  -  Astara  zonasıdır. 

Ərazisi əsasən  Lənkəran ovalığını əhatə edən bu  böl­

gə  özünəməxsus  landşaftı  ilə  digər  sahilyanı zonalar­

dan  fərqlənir.  Talış  dağları  yamaclarının  lap  sahil zo­

nasına kimi  yaxınlaşması  təbiətin  rəngarəngliyini  da­

ha  da  artırır.  Hirkan  milli  parkı,  Xanbulançay,  İstisu 

meşəlikləri  və  digər  təbiət  abidələri  bura  gələn  tu­

ristləri  heyran  edir.

Lənkəran  -  Astara  zonasının  sahil  zolağı  əsasən 

qum  və  çaydaşlarından  ibarətdir.  Sahilin  bəzi  yerlə­

rində subasma  nəticəsində çimərlik sahələrinin  eni  5 

-  10  metrə  qədər azalmışdır.  Dəmiryol xəttinin  dəni­

zə  yaxınlaşdığı  yerlərdə  yolun  mühafizəsi  üçün  iri 

çaydaşları düzülmüşdür. Təəssüf ki,  bu cür gözəl yer­

lərdə  servis  məsələsi  arzuolunan  səviyyədə  həll  edil­

məyib.  Buna  görə  bölgənin  dəyərli  çimərlikləri  hələ 

ki  tam  istifadə olunmur.

Turistlərin  regiona cəlb  edilməsi  üçün  marketinq 

işlərinin də böyük əhəmiyyəti var.  Bu məsələnin  həl­

li  üçün Azərbaycan hökuməti  BMT-nin inkişaf Proq­

ramı  ilə  birgə  Bakıda  Turizm  İnformasiya  Mərkəzi



yaradır. Layihəni həyata keçirmək üçün artıq 240 min 

dollar ayrılmışdır.  Bakı şəhəri ilə yanaşı, turizm infor­

masiya  mərkəzləri  respublikanın  daha  7  rayonunda 

təşkil olunacaq. Xəzərin sahil zonasında isə belə mər­

kəzlərin  Lənkəran  və  Xaçmazda  da  yaradılması  nə­

zərdə tutulmuşdur.

2004-cü  ildə  bu  sahədə  həyata  keçirilən  tədbirlər 

nəticəsində ölkəmizə gələn xarici  turistlərin sayı xey­

li  artmışdır.  Həmin  il  respublikamızda  1,35  mln.  nə­

fər turist olmuşdur. Bu, 2003-cü ilə nisbətən 33% çox­

dur.  Belə artıma ölkəmizdə turizm servisinin intensiv 

inkişafı  təsir etmişdir.  Yalnız son  üç  il ərzində  bu  sa­

hədə  fəaliyyət  göstərən  kompaniyaların  sayı  yeddi 

dəfə  artmışdır.  Eyni  zamanda,  respublikamızda  52 

yeni  mehmanxana  kompleksi  istifadəyə  verilmiş  və 

20-də tikinti işləri tamamlanmaq  üzrədir. Əfsuslar ol­

sun  ki,  bu  mehmanxanaların  çox  hissəsi  hələ  də Ab­

şeron rayonunda yerləşir.

Abşerondan  kənarda,  sahil  ərazilərində  ekoturiz- 

min inkişafına şərait vardır.  Belə ki, nisbətən zəif mə­

nimsənilmiş və ekoloji baxımdan  “təmiz” olan  Dəvə- 

çi  -  Siyəzən  və Qızılağac -  Kürdili  bölgələri  ekoturiz- 

min  təşkili  üçün yararlı  hesab edilə  bilər.

Xəzər  dənizinin  Azərbaycan  sahilində  təbii  şərai­

tin  və  təbii  ehtiyatların  müxtəlifliyi  onu  digər dəniz- 

sahili  bölgələrdən  fərqləndirir.  Sahilyanı  ərazilərdə 

fəaliyyət  göstərən  istehsal  müəssisələrindən  fərqli 

olaraq  rekreasiya təsərrüfatı  əsasən  məişət tullantıları

mənbəyi  kimi  narahatlıq  doğurur.  Odur  ki  regionda 

ətraf mühitin  mühafizəsi  üçün  minimum  tullantıların 

toplanması  məsələsi  həll  olunmalı,  onların  təkrar 

emalı  təmin  edilməli  və  çirkab  sularının  axıdılması 

məqsədi  ilə  istirahət  yerlərində  kanalizasiya  sistemi 

qurulmalıdır.

Subtropik iqlim şəraiti ilə fərqlənən cənub sahillə­

ri rekreasiya təsərrüfatının  inkişafı  üçün çox əlverişli­

dir.  Lakin  mövcud  imkanlardan  hələ  də  tam  istifadə 

olunmur.  Buna  baxmayaraq  İranın sahil əraziləri  həm 

Xəzər regionu, həm də bütövlükdə ölkə üzrə ən vacib 

və əhəmiyyətli  istirahət zonalarından  biridir.

Xəzər  regionunun  digər  sahil  ərazilərindən  fərqli 

olaraq  çoxsaylı  kiçik  və  orta  istirahət  mərkəzlərinin 

sıxlığı  İran  sahilinin  rekreasiya  təsərrüfatı  üçün  əsas 

səciyyəvi cəhətdir. Yaz - yay mövsümündə on minlər­

lə iranlının ölkə daxilində əsas istirahət məkanı  məhz 

Xəzər sahilidir.

Rəsmi  məlumatlara  görə,  yay  mövsümü  ərzində 

yalnız Gilan və Mazandaran ostanlarının sahil ərazilə­

rində  əhalinin  sayı  2 - 3   dəfə  artır.Təbii  ki,  bu  axın 

xidmət sahələrinin və ümumiyyətlə,  rekreasiya təsər­

rüfatının  inkişafına təkan  verir.

Gilan ostanında füsunkar təbii iqlim şəraiti  ilk ön­

cə onun fiziki-coğrafi  mövqeyindən  irəli  gəlir.  Bu  di­

yarın  bir  tərəfi  dəniz  sahili,  digər  tərəfi  isə  Talış  və 

Əlburs  dağı  və  dağətəyi  sahələrdir.  Nisbətən  yığcam 

ərazidə  (sahəsi  14,7  min  km2)  müxtəlif  istiqamətdə 

ixtisaslaşmış  rekreasiya  təsərrüfatı  sahələrinin  təşkili 

üçün  hər cür imkan vardır.  Bu  bölgənin  təbii  gözəlli­

yi,  yumşaq  iqlimi  insanları  özünə  cəlb  edir.  Odur  ki 

Gilan  ostanı  (Tehran  istisna  olmaqla)  İran  əhalisinin 

ən  sıx  məskunlaşdığı  bölgədir.  Burada  əhalinin  orta 

sıxlığı  1  km2-də  170 nəfərə çatır. Ostanin  mərkəzi  şə­

həri  sayılan  Rəştdə  əhalinin  sıxlığı  330  nəfər  təşkil 

edir.


Rekreasiya  təsərrüfatının  inkişaf  etmiş  servis  sa­

hələrinə  başlıca olaraq  sahilboyu  salınmış  10-dan  çox 

şəhərdə rast gəlmək mümkündür.  Lakin son  illər bu­

rada qısamüddətli (“week-end”) kütləvi istirahətlərin 

təşkili  dəbdədir.  Xəzər  regionunun  digər  sahil  ərazi­

lərində  bunu  müşahidə  etmək  mümkün  deyil.  Yay 

mövsümündə  dağətəyi  sahələrdə  sahil  boyunca  uza-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə