Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

nan magistral şose ətrafında çoxsaylı rekreant “təbiət­

də istirahət”  təşkil edərək böyük həcmdə məişət tul­

lantıları  ilə  ətraf  mühiti  çirkləndirir.  Eyni  zamanda, 

vətəndaşların  birbaşa  avtomagistral  kənarında  qısa­

müddətli  də  olsa istirahət etməsi,  təbii  ki,  narahatlıq 

yaradır.


Məlumdur ki,  havanın çirklənməsində avtomobil­

lərin  xüsusi  çəkisi  çox  böyükdür.  Əlbəttə,  avtoma- 

gistrallar  boyunca  uzanan  sahələrin  ekoloji  vəziyyəti

heç  də  əlverişli  sayıla  bilməz.  Belə  ki,  magistral  yol 

kənarında  istirahət  edənlər  burada  keçirdikləri  vaxt 

ərzində  kifayət  qədər  zərərli  maddələrlə  “qidalanır­

lar”. Yaranmış vəziyyətin aradan qaldırılması  üçün  ilk 

növbədə  ekoloji  maarifləndirmə  istiqamətində  təbli­

ğat  işlərini  gücləndirmək  lazımdır.

Dağətəyi  landşaftların  dəniz  sahilinə  “yaxınlaşdı­

ğı” zonalarda insanın buranın həddən artıq kövrək tə­

bii  mühitə  təsiri  daha  da  güclənir.  Digər  Xəzərsahili 

ərazilərdə olduğu  kimi,  İranda da  dağətəyinin  sahillə

qovuşduğu  zonada  meşələrə  divan  tutulması  prosesi 

daha  intensiv  gedir.  Buna  nümunə  kimi  İran  -  Azər­

baycan  sərhədinin  Astara  sahəsini  göstərmək  olar. 

Sərhədin  hər  iki  tərəfində  vaxtilə  sıx  olan  meşələr 

tədricən  seyrək  ağaclı  meşələrə çevrilməkdədir.  Me­

şələrin  qırılmasına  bir  neçə  amil  təsir  edir.  Onlardan 

ən əsasları: yanacaq problemi, selluloza-kağız istehsa­

lı  və digər  ağac  emalı  sahələrinin  inkişafı,  rekreasiya 

obyektlərinin  yerləşdirilməsi  və  kommunikasiya  sis­

temlərinin  inşasıdır.

İranın  sahil  ərazilərində  qrunt  sularının  qalxması 

çəltik əkini təsərrüfatına böyük ziyan vurmuşdur. Gi- 

lan ostanında onsuz da geniş olmayan sahil ərazilərin­

də torpaqların  məhsuldarlığının aşağı düşməsinə  me­

şələrin  qırılması  da  təsir  etmişdir.  Bölgədə  çox 

həcmdə  yağıntıların  düşməsi  (ildə  1800  -  2000  mm) 

gilli süxurların yayıldığı yerlərdə sürüşmə təhlükəsini 

artırır.  Yağıntılarla  yanaşı,  sürüşmələrə  zəlzələlər  də 

təsir göstərir.  Seysmik cəhətdən  fəal olan  bu  bölgədə 

hər il çoxsaylı  zəif və  orta  güclü  zəlzələlər  müşahidə 

etmək olar.

Rekreasiya  təsərrüfatı  daha  çox  Rəşt  -  Ənzəli  və 

Rudsar -  Langerud  -  Lahican  sahələrində  inkişaf et­

mişdir.  Rəşt  Gilan  ostanının  paytaxtıdır  və  əhalinin 

ən  çox  məskunlaşdığı  şəhərdir  (800  min  nəfərə  ya­

xın).  Burada qədim tarixi-mədəni abidələr də çoxdur. 

Rəştin  coğrafi  mövqeyinə  uyğun  olaraq  buradan  bü­

tün  istiqamətlərə  magistral  avtomobil  yolları  uzanır. 

Şəhərdə  lazımi  səviyyədə  servis  sahələri  inkişaf edib 

və turistlər üçün  müxtəlif gəzinti  marşrutları da  məhz 

buradan təşkil olunur.

Birbaşa  sahil  zolağında  yerləşmiş  ən  cazibədar  şə­

hərlərdən  biri  Ənzəlidir  (iranlılar  onu  Bəndər-Ənzəli 

adlandırırlar).  Ənzəli  Rəştdən  40  km  şimal-qərb  isti­

qamətində  yerləşir.  Əhalisi  150  min  nəfərə  çatan  bu 

şəhər İranın Xəzər sahilində ən iri ticarət limanı hesab 

olunur. Nadir təbiəti, zəngin subtropik bitki və heyva­

nat aləmi ilə fərqlənən Ənzəli laqunası hər il minlərlə 

turisti, həvəskar ovçu və balıqçını bura cəlb edir.

Ənzəli  laqunasının eni  10 km,  uzunluğu 30 km və 

sahəsi 320 km2 təşkil edir.  Burada hər il  1000-dən çox 

köçəri  quş  olur.  Laqunanın  dərinliyi  1 - 4   metr  olsa 

da,  burada hələ ki 37 balıq  növünə rast gəlmək müm-




kündür.  Bütövlükdə Xəzərin  sahil  regionunda  analo­

qu olmayan Ənzəli laqunasının 20%-dən çoxu qamış­

lıq sahələrdən ibarətdir.  Belə təbii şərait köçəri quşla­

rı  cəlb  edir və  nəticədə  biosenozun  zənginləşməsinə 

səbəb olur.

Rudsar  -  Langerud  -  Lahican  zonası  bir xətt  üzrə 

şərq  -  qərb  istiqamətində  sahilə  paralel  uzanmışdır. 

Rudsar və  Lahicanda əhalinin  sayı  təxminən  eynidir: 

240 - 250 min nəfər. Langerudda bu göstərici 850 min 

nəfərə çatır.  Burada dağlardan dənizə axan Çaboksar, 

Qalaçay və  Amlaş  kimi  kiçik çaylar bölgədə  təbii  şə­

raiti  daha da zənginləşdirir.  Gözəl  təbiəti ilə turistləri 

cəlb  edən  Sefıdabad  və  Sarvat  kəndləri  Çaboksar  və 

Amlaş  çaylarının  dağətəyi  sahəsində  yerləşir.  Lakin 

xidmət  sahələrinin  nisbətən  aşağı  səviyyədə  olması 

rekreasiya  ehtiyatlarından  tam  istifadə  edilməsinə 

maneçilik törədir. Langeruddan  15 km aralıda -  dəniz 

sahilində turistləri özünə cəlb edən gözəl bir istirahət 

mərkəzi  yerləşir.  Çamxaledən  qərb  istiqamətinə  hə­

rəkət etdikdə sahildə gəlib  Kiaşəhr yaşayış  məntəqə­

sinə  və  eyniadlı  limana  çatırsan.  Liman  təsərrüfatı 

əsasən  balıqçılıq  istiqamətində fəaliyyət göstərir.

Lahican  şəhəri  gözəl  təbiəti  və  tarixi  abidələri  ilə 

fərqlənir və  bölgənin  çayçılıq  mərkəzi  hesab  olunur. 

Turistlər üçün  burada çay  muzeyi yaradılıb.

İran sahilinin əlverişli təbii iqlim şəraitinə baxma­

yaraq, onun  rekreasiya  potensialından  hələ  ki  tam  is­

tifadə  olunmur.  Digər bölgələrlə  müqayisədə  burada 

xarici  turistlər,  demək  olar,  olmurlar.  Bunun  əsas  sə­

bəbi  isə xarici  turistlər  üçün  Qərb  tələblərinə  uyğun 

servis sahələrinin olmamasıdır.

Xəzər dənizinin  Rusiya sahillərində rekreasiya  tə­

sərrüfatı  qeyri-bərabər  inkişaf etmişdir.  Ənənəvi  ola­

raq  rekreantları  daha  çox  cəlb  edən  sahələr  Dağısta­

nın  Mahaçqala  -  Dərbənd  sahil  zolağı  və Volqa  çayı­

nın  delta  hissəsidir.  Lakin  1990-cı  illərin  ikinci  yarı­

sında  Çeçenistanda  və  qonşu  ərazilərdə  baş  vermiş 

hərbi  münaqişələr əhalinin  miqrasiyasına  və  bölgəyə 

gələn  rekreantların  sayının  ildən-ilə  azalmasına  gəti­

rib çıxarmışdır.

Sahil ərazilərinin təbii iqlim şəraitinin əlverişliliyi­

nə  uyğun  olaraq  əhalinin  daha  sıx  məskunlaşdığı  sa­

hələr Həştərxan  -  Kamızyak və Mahaçqala - İzberbaş

-  Dərbənd  bölgələridir.  Sahilin  bu  hissələrində  əsas 

istehsal və qeyri-istehsal  sahələri yerləşdirilmişdir.

Xəzər dənizinin  Dağıstan  sahilində  dörd  istirahət 

rayonu  var:  Mahaçqala,  Manas,  Qayakənd  və  Dər­

bənd.  Bu  istirahət  rayonlarının  hər  birində  kurort 

mərkəzləri inkişaf etməkdədir. Onlardan ən əsasları -  

Mahaçqala rayonu  sahilində Şuraozen;  Manas rayonu 

sahilində  Turali,  Kaspi,  Acısu  və  Koliçay;  Qayakənd 

rayonu  sahilində  Yeni  Qayakənd,  Acı,  Uluçay,  Inçxe 

və  Darvaqçay;  Dərbənd  rayonu sahilində Şimali  Dər­

bənd,  Cənubi  Dərbənd  və  Rubasdır.  Qeyd  etdiyimiz

bu kurort mərkəzləri  Dağıstanın əsas iri şəhərləri  Ma­

haçqala,  Kaspiysk,  İzberbaş  və  Dərbənd  ətrafındakı 

ərazilərdə yerləşmişdir.  Hər bir istirahət rayonu  üçün 

istifadə olunacaq  sahil  zolağının orta  uzunluğu 4 km- 

dən  10 km-ə qədərdir.

Digər bölgələrdə olduğu  kimi,  Dağıstan  sahilində 

də  rekreasiya  təsərrüfatının  inkişafı  üçün  təbii  iqlim 

və  tarixi-mədəni  amillər  əlverişli  sayıla  bilər.  Dağıs­

tan  Torpaq  Komitəsinin  məlumatına  görə,  2003-cü 

ilin  əvvəlinə  respublikanın  sahil  ərazilərinin  881,5 

hektarı  rekreasiya  məqsədi  ilə  istifadə olunurdu.  Yal­

nız Mahaçqala  şəhərinin  Kirov  rayonunda  166,5  hek­

tar ərazi 46 hüquqi şəxs tərəfindən  rekreasiya sahələ­

ri  kimi istifadə edilir.  Rekreasiya əhəmiyyətli sahələr 

həm fiziki, həm də hüquqi şəxslər tərəfindən özəlləş­

dirilir.  Eyni  proses  Kaspiyskdə Qarabudaqkənddə və 

başqa yerlərdə də gedir.

Dağıstanda  mövcud  olan  rekreasiya  obyektlərinin 

81%-i  sahil  ərazilərində  yerləşir,  istirahət  mərkəzləri



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə