Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

ildə 20,1  min nəfər rekreant qəbul etmək gücünə ma­

likdir.  Burada  rekreasiya  obyektləri  əsasən  istirahət 

bazalarından, sanatoriyalardan, pansionatlardan,  müa­

licə düşərgələrindən,  turist bazalarından,  uşaq  düşər­

gələrindən və kempinqlərdən ibarətdir.

Rekreasiya  şəbəkələrinin  sıxlığı  kifayət  qədər 

yüksək olaraq  bir istirahət mərkəzində təxminən  110 

nəfərdir.  Hər istirahət mərkəzinin sahəsi orta hesabla 

4,8 hektara çatır. Sahil ərazilərində istirahət edənlərin

Dağıstanın kurort əhəmiyyətli sahil zonasında rekreasiya şəbəkəsi

Ə sas  istira h ət  yerləri

İstirahət

Sayı


m üəssisələri 

Unıumi 


çarpayı  yeri

11 m u m i 

torpaq  sahəsi 

(hektarla)

Mahaçqala şəhərinin  Kirov rayonu

46

2970



166,5

Mahaçqala şəhərinin  Lenin  rayonu

5

2300


121,5

Kaspiysk şəhəri

9

3215


16,2

Qarabudaqkənd  rayonu

68

6205


317,4

İzberbaş  şəhəri

19

1275


52,9

Qayakənd  rayonu

18

1305


75,2

Dərbənd  şəhəri

18

2850


131,8

C əm i  sahil  zonası  üzrə

183

20.120


881,5

payına  düşən  sahə  də  olduqca  sıxdır.  Belə  ki,  1  hek­

tara  23  nəfərlik istirahət yeri  düşür.

Son  illər  regionda  gedən  qarşıdurma  və  hərbi 

əməliyyatlar nəticəsində sahil  ərazilərindəki  istirahət 

mərkəzləri  öz  cazibədarlığını  itirmişdir.  Vaxtilə  çox­

saylı  turist  qəbul  edən  istirahət  mərkəzləri  və  kem­

pinqlərdən  indi  artıq  təyinatı  üzrə  istifadə  olunmur. 

Bu  obyektlərin  bir hissəsi  uşaq  düşərgələrinə  çevril­

miş,  digərləri  isə  qaçqınlara verilmişdir.  Bununla  bə­

rabər,  bəzi  istirahət  obyektləri  özəlləşdirilərək  şəxsi 

mülkiyyətə  çevrilmişdir.  Sahil  ərazilərindəki  kurort- 

müalicə  obyektlərinin  bir  neçəsi  dəniz  səviyyəsinin 

qalxması  nəticəsində yararsız vəziyyətə düşmüşdür.

Regionda  turizmin  inkişafı  üçün  ekskursiya  ob­

yektlərindən  Baş Sulak kanyonu və Sarı qum  barxanı 

xüsusi  maraq  doğurur.  Bu  yerlərlə  bərabər,  “Daş  tıs­

bağalar”  qayalıqları,  Tarki-Tau  dağı,  Samur çayı  del-

tasındakı  meşə  də  təbiət  abidələri  kimi  turist 

marşrutlarına daxil edilir.

Turistlərin diqqətini cəlb edən tarixi abidələr əsa­

sən Dərbənd şəhərindədir. VI əsrdə tikilmiş Narınqa- 

la,  dənizə uzanan qədim qala divarları,  Dərbənd xan­

ları  mavzoleyi,  qədim  məscid  və  digər  tarixi  abidələr 

turistləri bu məkana yönəldir.  Belə ki, bütövlükdə sa­

hil  ərazilərində yerləşən ekskursiya obyektlərinin  7з- 

i  məhz Dərbənddə cəmləşmişdir.

Rekreasiya təsərrüfatının təşkilində ərzaq məsələ­

lərinin  həlli xüsusi əhəmiyyət kəsb edir.  Respublika­

dakı  üzümlüklərin  yarıdan  çoxu  sahilboyu  ərazilərdə 

salınmışdır;  əsasən  də  Dərbənddə.  Tərəvəz  məhsul­

ları  da həmçinin  Dərbənd  rayonunda istehsal olunur. 

Sahil  ərazilərinin  ən  cənub  bölgəsi  olan  Məhərrəm- 

kənd  rayonunda  giləmeyvə  məhsulu  istehsalının  xü­

susi  çəkisi  90%-ə  çatır.  Heyvandarlığın  əsas  sahələ­

rindən  biri  olan  quşçuluq  da  bu  bölgədə  inkişaf edir. 

Quşçuluq  məhsulunun  '/з-i  Mahaçqala  şəhəryanı  zo­

nasında istehsal edildiyi  halda, təxminən 50%-i Qara- 

budaqkənddə  olur.  Lakin  bütövlükdə  heyvandarlıq 

sahilyanı  ərazilərdə  istənilən  dərəcədə  inkişaf etmə­

yib.  Burada  ət  istehsalının  xüsusi  çəkisi  respublika 

üzrə  12%-dir.

Dağıstanın sahil ərazilərində rekreasiyanın  inkişa­

fında mühüm rol oynayan  nəqliyyat infrastrukturu la­

zımi  coğrafi  əlaqələrə  malikdir.  Sahil  boyunca  salın­

mış  nəqliyyat  şəbəkəsi  rekreantların  ekskursiya  xid­

mətlərini  və  müxtəlif  xidmət  sahələrinin  tələblərini 

təmin edir.

Bütün bu əlverişli şəraitlə yanaşı,  Dağıstanın sahil 

ərazilərində rekreasiyanın  inkişafına ətraf mühitin sa­

nitar-gigiyenik vəziyyəti xüsusi təhlükə yaradır.  Uzun 

illər  ərzində  aparılmış  müşahidələr  göstərmişdir  ki, 

yay dövründə Mahaçqala,  Kaspiysk,  Izberbaş və Dər­

bənd şəhərlərinin çimərlik zonalarında və ümümiyət- 

lə,  sahil  zolağında  biogen  çirkləndirici  maddələrin  və 

neft  məhsullarının  suda  həcmi  qəbul  olunmuş  həd­

dən çox olur. Bu vəziyyətin yaranmasına səbəb müəs­

sisələrin ətraf mühitin mühafizəsi  məsələlərinə riayət 

etməməsidir; sənaye və məişət tullantıları birbaşa də­

nizə buraxılır.  Aydındır ki,  Qayakənd  istirahət zonası 

yaxınlığında  dənizin  şelf zonasında  olan  İnçxe-dəniz



neft yatağının  istismara  verilməsi  burada  ekoloji  gər­

ginliyin  daha da artmasına səbəb ola  bilər.

Dağıstanın  sahil  ərazilərinin  vacib  ekoloji  prob­

lemlərindən biri də qumlu çimərlik sahələrinin ildən- 

ilə  azalmasıdır.  Dəniz  səviyyəsinin  tərəddüdü  və 

artmaqda  olan  tikinti  materiallarına  tələbat  çimərlik 

və dyun  qumlarının yuyulmasına və intensiv  mənim­

sənilməsinə  səbəb  olmuşdur.  Çimərlikyaradıcı  qum­

ların  həcminin  azalması  Maxas  və  Dərbənd  bölgələ­

rində daha çox nəzərə çarpır. Nəticədə istirahət üçün 

əlverişli çimərlik zolağının sahəsi azalmış və bölgənin 

əhəmiyyəti xeyli  dəyərsizləşmişdir.

Kalmıkiya sahili  təbii  şəraitinə görə  Rusiyanın  di­

gər  Xəzərsahili  ərazilərindən  fərqlidir.  Burada  sahil 

bölgəsi əsasən  bataqlaşmış  qamışlıqdan  ibarətdir.  Bu 

səbəbdən  bölgədə əhalinin sıxlığı Xəzərin qərb sahil­

ləri  ilə  müqayisədə  çox  aşağıdır.  Sahil  ərazilərindən 

təsərrüfatda əsasən qışlaqlar kimi  istifadə olunur.

Həştərxan vilayəti sahili Volqa çayının delta zona­

sını əhatə  edir.  Delta sahəsində çayın çoxsaylı  qolları 

və qamışlıq  balıqçılıq  və  ovçuluğun  inkişafı  üçün  əl­

verişli  şərait  yaratmışdır.  Keçmiş  SSRİ  rəhbərlərinin 

ən sevimli ov yeri kimi  burada istirahət üçün bir neçə 

məntəqə  yaradılmışdır.  İlin  soyuq  ayları  istisna  ol­

maqla  turistlər bu yerlərdə həvəskar balıqçılar və ov­

çular kimi  asudə vaxtlarını  keçirirlər.

Volqa çayı sahilində yerləşən Həştərxan turistlərin 

çay  səyahətindən  istifadə  etməsində  mühüm  rol  oy­

nayır.  Volqa  çayı  boyunca  təşkil  olunan  səyahətlər 

məhz  Həştərxan  şəhərindən  başlanır.  Lakin  son  illər 

Şimali Qafqazda  baş verən  hərbi  əməliyyatlar nəticə­

sində  Həştərxan  vilayətinə  Çeçenistan  və  Dağıstan­

dan  çoxsaylı  qaçqınlar  gəlmişlər.  Bununla  əlaqədər 

regionda sosial vəziyyət gərginləşmişdir.

Həştərxanla  digər Xəzər  limanlarının əlaqələrinin 

güclənməsi  xidmət  sahələrinin  inkişafına  zəmin  ya­

ratmışdır.  Bu,  xüsusən  mehmanxana  təsərrüfatında 

öz əksini tapmışdır. Artıq  şəhərdə dünya standartları­

na cavab  verən  yüksəkkeyfıyyətli  bir neçə  mehman­

xana istifadəyə verilmişdir.

Xəzərin Qazaxıstan sahili ekstremal təbii iqlim şə­

raiti  ilə  fərqlənir.  Bütövlükdə  isə  arid  iqlim  şəraiti 

rekreasiyanın  inkişafına  bir  o  qədər  də  yararlı  deyil. 

Yarımsəhra  və  səhrada  nəsə  təşkil  etmək  son  dərəcə 

böyük vəsait istəyir.

Atırau vilayətində mütəmadi olaraq  sahil zonasını 

su  basır. Təbii  ki, belə sahil əraziləri  rekreasiya  üçün 

yararsız  hesab  olunur.  Bununla  belə,  Ural  çayının 

aşağı  hissəsində rekreasiya əhəmiyyətli  sahələr möv­

cuddur.


Atırau  vilayəti  sahil  ərazilərində  neft  mədənləri­

nin bir hissəsi suyun altında qaldığı üçün  burada eko­

loji gərginlik artmışdır.  Bölgədəki yaşayış məntəqələ­

ri  ərazilərində  ekoloji  gərginlik  elə  həddə  çatıb  ki, 

hətta  yerli  əhali  buradan  köçmək  məcburiyyətində 

qalıb: Beryozovka  kənd  sakinlərinin yaranmış ekoloji 

böhranla  bağlı  ölkə  prezidentinə açıq  məktubu  buna 

misal ola bilər.

Aktau vilayəti sahilində ekoloji vəziyyət daha mü­

rəkkəbdir.  Uzun  illər  sahil  bölgələrində  hərbi  sınaq 

məqsədi  ilə  yeraltı  nüvə  partlayışlarının  aparılması 

burada  radiasiya  fonunun  artmasına  gətirib  çıxarmış­

dır.  Əlbəttə,  belə  şəraitdə  sahil  əraziləri  rekreasiya 

əhəmiyyətini  itirir.

Türkmənistanın sahil  əraziləri təbii  iqlim şəraitinə 

görə  Qazaxıstanın  sahillərindən  çox  da  fərqlənmir. 

Səhra  və  yarımsəhra  landşaftları  və  yüksək  quraqlıq 

rekreasiya  təsərrüfatının  inkişaf  imkanlarını  xeyli 

məhdudlaşdırır.  Bölgədə əhalinin məskunlaşması əsa­

sən buradadan  neft-qaz, brom, natrium-sulfat, bento­

nit və digər ehtiyatların  mənimsənilməsi  ilə bağlıdır.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə