Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.

səhifə2/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

Transqressiya nəticəsində 

tarixi keçmişdə Xəzər 

dənizinin sahəsinin 

dəyişilməsi

Ш

viyyəsi  indikindən  300  metr  aşağı  olmuşdur.  Sahil 

terrasları quruda -  müasir sahil xəttindən xeyli aralıda 

da mövcuddur. Xüsusən qərb sahillərində bu daha aş­

kar  şəkildə  görünür.  Məsələn,  350  - 450  min  il  bun­

dan öncə,  Bakı transqressiyası dövründə yaranmış ter- 

raslar indi qərb sahillərində, hətta 300 - 400 m mütləq 

hündürlüklərdə də müşahidə olunur. Qeyd etmək la­

zımdır  ki,  o  dövrdə  sahil  xətti  təxminən  sıfıra  yaxın

hündürlükdə yerləşmişdir və sonrakı dövrdə onun bu 

qədər qalxması, əlbəttə,  bölgədə gedən tektonik pro­

seslərin təsiri  nəticəsində baş vermişdir.  Beləliklə, ta­

rixi keçmişdə yayılan  terrasların  müxtəlif hündürlük­

lərdə  olmasını  hövzədə  cərəyan  edən  tektonik  pro­

seslərin  üst-üstə  düşməsi  ilə izah  etmək olar.

Elmi  mənbələrdən  məlumdur ki,  IV - VI  əsrlərdə 

Xəzər dənizinin  səviyyəsi  mütləq  +30  -  35  metr  ara­

sında  tərəddüd  edirmiş.  Artıq  VII  - VIII  əsrlərdə  də­

nizin  səviyyəsi  qalxdığına  görə sahəsi  xeyli  genişlən­

mişdir.  Bu  artım  xüsusən  XII  əsrdən  başlayaraq  son­

rakı  yeddi  yüz  il  ərzində özünü  daha  qabarıq  şəkildə 

büruzə vermişdir.  Belə  ki,  bu  müddətdə  Xəzərin  sə­

viyyəsi təxminən 8 metrə qədər qalxmışdır.

Paleocoğrafi  məlumatlar  göstərir  ki,  çox-çox  qə­

dim  dövrlərdən  bizim  günlərə  kimi  Xəzərin  səviyyə­

sinin tərəddüd  amplitudası 55  metrə qədər çatmışdır. 

Səviyyənin dəyişilməsi əsasən  mənfi 5 metrdən  müs­

bət 50 metrə qədər olmuşdur. Qədim Xəzərin çökün­

tülərinin qalınlığına əsasən  deyə bilərik ki, Xəzər də­

nizinin  transqressiyası  ilə  reqressiyası  arasında  nisbət 

3:1  və ya 4:1  nisbəti  həddindədir.

Yəni  transqressiyaların  müddəti  kifayət qədər çox 

uzanmışdır.

Son  500  min  il  ərzində  Xəzər  dənizi  ən  iri 

transqressiyalara  (Bakı,  Xəzər  və  Xvalın)  məruz  qal­

mışdır. Bu dövrlərdə Xəzərin səviyyəsi +50 m mütləq 

hündürlüyə qalxmışdır.  Eyni  zamanda,  dənizin  ümu­

mi sahəsi müasir sahəsindən fərqli olaraq 2,5 dəfə bö­

yük  idi.

Bakı  transqressiyasının  uzanma  müddəti  təxmi­

nən  100 min  il olduğu halda, Xəzər transqressiyası cə­

mi  11  -  12 min il olmuşdur.  Bütövlükdə Xəzər dənizi­

nin  tarixi  keçmişdə  səviyyəsinin  irimiqyaslı  tərəddü­

dü  onun  sahil  ərazilərinin  relyefinin,  bitki  və  heyva­

nat aləminin və ümumiyyətlə, təkrarolunmaz landşaf­

tın  formalaşmasına  böyük  təsir etmişdir.

Bununla  bağlı  olaraq  dəniz  hövzəsində  baş  verən 

geoloji  proseslər və  qlobal  iqlim  dəyişiklikləri  Xəzə­

rin  mənşəyində  və  ümumi  sahəsinin  dəyişilməsində 

başlıca rol oynayırlar.

Antropogen  təsirin  ətraf mühitdə  ildən-ilə  artma­

sına  baxmayaraq,  Xəzər  dənizi  hövzəsində  təbii  pro­

seslər  mühitin  dəyişilməsində  hələ  də  həlledici  rol 

oynayırlar.  Buna görə də Xəzər dənizinin  mənşəyinin 

və  inkişafının  elmi  əsaslarla  izahı  onun  gələcək 

transformasiyasını  müəyyən etməyə imkan  verir.



Xəzər  dənizinin  təbii  şəraiti

Xəzər  dənizi  Dünya  okeanı  ilə  əlaqəsi  olmayan 

qapalı su  hövzəsidir.  Lakin  bununla  belə, ona göl de­

mək  düzgün  olmazdı.  Tarixi  keçmişdə  Dünya  okea­

nına  çıxışı  olan  Xəzəri  bu gün,  sahəcə çox  böyük ol­

duğu  üçün,  suyu  duzlu  və  özünəməxsus  hidrobioloji 

xüsusiyyətləri ilə fərqləndiyi üçün dəniz adlandırırlar.

Xəzər dənizi  Avropa və Asiya  qitələrinin qovuşdu­

ğu  sahədə  yerləşir;  uzunluğu  meridional  istiqamətdə 

1200 km-dir, eni isə 200 - 450 km arasında dəyişir. Də­

nizin  ümumi  sahəsi  390  min  km2,  suyunun  həcmi  isə 

78  min  km’-dir.  Müqayisə  etməkçiin  xatırladaq  ki, 

1970-ci  ildə  sonuncu  dəfə  səviyyəsinin  artmasından 

öncə  sahəsi  378,4  min  km2,  1929-cu  ildə  isə  422  min 

km2  olub.  Xəzər  dənizinin  su  götürdüyü  hövzəsinin 

iimumi sahəsi 3,6 mln km2-dir. Onun su balansı əsasən

çayların hesabınadır. Xəzərə axan çayların sayı  130-dan 

çoxdur.  Onlardan  ən  əhəmiyyətlisi  Volqa  çayıdır.  Xə­

zərə axan suların illik həcminin 78%-i onun payına dü­

şür.  Ümumiyyətlə,  ilboyu  bu dənizə axan suyun 88%-i 

Şimali Xəzərə  tökülən çayların (Volqadan  savayı,  Ural 

və Terek də bura daxildir) hesabına yazılmalıdır.

Qərb  sahillərində  Xəzəri  nəzərəçarpacaq  həcmdə 

su  ilə  təmin  edən  çaylar  Samur,  Kür  və  Sulakdır  ki, 

onların  da  payına  cəmi  7%  su  düşür.  Qalan  5%  isə 

başda  Səfidrud  olmaqla  cənub  sahillərində  Xəzərə 

axan  İran  çaylarının  hesabına  düşür.  Dənizin  su  ba­

lansında yağıntılar bir o  qədər də əhəmiyyət daşımır. 

Dəniz səthinə illik yağıntı 200 mm-ə çatır.

Dibinin  relyef  xüsusiyyətlərindən  çıxış  edərək 

alimlər  Xəzər  dənizini  üç  hissəyə  ayırırlar:  dayaz  və 

sahəcə kiçik olan Mangistau və Abşeron qabarıq asta­

nalarını  əhatə  edən  Şimali  Xəzər;  nisbətən  dərin  -  

Orta Xəzər və ən  dərin -  Cənubi Xəzər.

Şimali Xəzərin  sahəsi  91  min  km2,  orta  dərinliyi  5 

-  10  m  olduğu  halda,  maksimum  dərinliyi  25  m-dək 

çatır.

Orta Xəzərin sahəsi  138 min km2, 



orta dərinliyi  215  m,  ən  dərin  sahəsi 

isə Dərbənd çökəkliyidir (788 metr).

Cənubi  Xəzərin  sahəsi  161  min 

km2, orta dərinliyi 327 m, ən dərin sa­

həsi  isə  Cənubi  Xəzər  çökəkliyidir 

(800 -  900  metr).  Ümumiyyətlə,  Xə­

zərin  1025 metrə çatan ən dərin nöq­

təsi  də bu sahədədir.

Şimaldan  cənuba  doğru  getdikcə 

dənizin  dərinliyinin  artması  suyun 

duzluluğuna  da  təsir  göstərir.  Xəzə­

rin  orta uzunluğu  okean və digər də­

nizlərə nisbətən  azdır.  Dənizdə duz- 

luluq  0,2  -  13,5  promilə  qədər  dəyi­

şir. Orta duzluluq isə  12,7 promil təş­

kil  edir.  Cənubdan  şimala doğru  isti­

qamətdə duzluluq  azalır.  Bunun əsas 

səbəblərindən  biri  şimal  sahəsində 

dənizə  çoxlu  sayda,  özü  də  Volqa,

Ural,  Terek  kimi  iri  çaylar vasitəsilə 

böyük  həcmdə  şirin  suların  axması-





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə