Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Xəzər  regionunda  əhalinin  müxtəlif  dövrlərdə 

məskunlaşması  barədə,  baş  verən  dəyişikliklər  haq­

qında hələ eramızın əvvəllərinə aid bir sıra mənbələr­

də geniş məlumat vardır. Qədim yunan alimi Strabon 

özünün  “Coğrafiya”  əsərində  qeyd  edirdi  ki,  onun 

vaxtında Şimali və Qərbi Xəzərin çox hissəsində artıq 

kaspi  qəbiləsi yox olmuş və onun yerini sarmatlar q ə ­

biləsinə aid aorslar tutmuşlar.  Bu dövrdə Xəzərin şərq 

sahilində  köçəri  skiflərə  yaxın  olan  saklar  və  massa­

getlər  üstünlük  təşkil  edirdi.  Massagetlər,  eyni  za­

manda,  indiki  Azərbaycanın  sahil  ərazilərində  də ya­

şayırdılar.

Mərkəzi  Asiyadan  Xəzər  istiqamətində  irəliləyən 

hunlar sarmadan  məhv edərək onların yaşadıqları  sa­

hil  ərazilərində  məskunlaşırlar.  Artıq  IV  əsrin  ortala­

rında  hunların  Xəzəryanı  çöllərdə  məskən  salmaları 

türk dilinin Aşağı Volqa və Şimali Qafqazda yayılma­

sına zəmin yaradır.

VI  - VII əsrlərdə Aşağı Volqadan Dərbəndə qədər 

olan  ərazidə  bölgənin  ən  möhtəşəm xalqlarından  biri 

olan xəzərlər tərəfindən Xəzər xaqanlığı yaradılır. Xa­

qanlığın  paytaxtı  müasir  Həştərxan  şəhərindən  120 

km  şimalda  yerləşən  İtil  şəhəri  imiş.  Xəzərlərin  bir 

hissəsi  iudaizm  dininə,  digər  hissəsi  isə  islama  itaət 

etmişlər.  Xaqanlığın  şəhərlərində  xristianlar da yaşa­

mışlar;  onların  bu  şəhərlərdə kilsələri də olmuşdur.

VII  əsrin  ikinci  yarısında  Qafqazda  və  Xəzərin 

şərq  sahillərində Ərəb xilafətinin yarımköçəri qəbilə­

ləri  peyda  olurlar.  Xəzər  regionuna  yürüş  edən  bu 

ərəb qəbilələrinin əsas məqsədi islam dinini regionda 

yaymaq  idi.

IX - X əsrlərdə Böyük Step adlanan ərazini tutmuş 

cəngavər türk xalqları -  qıpçaqlar və peçeneqlər Dər­

bənd  keçidi vasitəsilə  müasir Azərbaycanın sahil  böl­

gələrinə  daxil  olurlar.  Nəticədə  bu  qəbilələr  az  bir 

vaxtda,  demək olar,  bütün sahil ərazilərində məskun­

laşır,  hətta  çox  keçmir,  üstünlük  təşkil edirlər.  Belə­

liklə, Xəzər xaqanlığı X əsrin sonunda tam süquta uğ­

rayır.

IX əsrin  sonunda sonuncu  türk xalqları  nümayən­



dələri -  oğuzlar və səlcuq  türkləri Xəzər dənizi sahil­

lərində  məskunlaşırlar.  Onlar  bütövlükdə  Azərbay­

can,  Türkmənistan  və  İran  sahillərini  tədricən  mə­

87

nimsəyərək  köçəri  maldarlıqdan  əkinçiliyə  və  balıq­

çılıqla  məşğul  olmağa  keçirlər.  Sonrakı  dövrdə  Azər­

baycan,  türkmən  və  digər  türk  xalqlarının  formalaş­

masında məhz elə oğuz türkləri başlıca rol oynayırlar.

XII  əsrin  ikinci yarısında Xəzər dənizinin şərq  sa­

hillərinə cəngavər monqol-tatar qəbilələri yürüş edir­

lər. Artıq  1220-ci ildə Çingiz xanın rəhbərliyi ilə mon­

qol-tatarlar Azərbaycanı  və  Şimali  İranı  qarət edirlər. 

XIII əsrin ortalarında Batı xan başda olmaqla monqol- 

tatarlar  Krım  yarımadası  və Şimali  Qafqazı  da öz əsa­

rətləri  altına  salırlar.  Beləliklə,  Batı  xan  tərəfindən 

əsası  qoyulmuş  Qızıl Orda  monqol-tatar xanlığı  yara­

nır.  Xəzər  dənizinin  sahil  ərazilərinin  təkrarolunmaz 

təbii şəraitini  nəzərə alaraq Qızıl Orda müasir Həştər­

xan şəhərindən bir qədər aralıda yerləşən Saray şəhə­

rini özünə paytaxt seçir.

Xəzər  dənizinin  şimal  və  şimal-şərq  sahillərində 

Qızıl Ordanın yaxın  müttəfiqi Noqay Ordası  məskən

salır.  Noqay  Ordasına  daxil  olan  qəbilələr  Volqa  və 

Ural  çayları  arasındakı  çöl  ərazilərində  köçəri  həyat 

sürür,  heyvandarlıqla  məşğul olurdular.  Noqay Orda­

sı parçalandıqdan sonra noqay qəbilələrinin əksər his­

səsi  müasir qazax  millətinin  formalaşmasına əsaslı  tə­

sir göstərmişdir.

XIV  əsrin  ikinci  yarısında  qüdrətli  sərkərdə  Tey- 

murləngin ordusu Xəzər dənizinin cənub-şərq, cənub 

və qərb sahillərinə yürüşlər edir.




1552-ci ildə Rusiya çarı İ van Qroznı Ordaya həlle­

dici zərbə vuraraq onun əsas mərkəzlərindən biri olan 

Kazan şəhərini süquta uğradır.  Möhtəşəm Qızıl Orda­

nın  qalıqlarından  tədricən  yeni  dövlətlər -   Kazan  və 

Həştərxan  xanlıqları  yaranır.  Çar  Rusiyası  Həştərxan 

xanlığını özünə tabe etdirdikdən sonra Aşağı Volqada 

yeni yaşayış məntəqələri salır və rusların burada məs­

kunlaşması üçün əlverişli şərait yaradır. Nəticədə rus­

ların Aşağı Volqada ilk yaşayış məntəqələri olan Çyor- 

my Yar (1627) və  Krasnıy Yar (1667) kimi  qala-şəhər­

cikləri  salınır.  Bu  yaşayış  məntəqələrinin  əhalisi  əsa­

sən kazaklardan  ibarət idi.  Kazaklar tədricən Xəzərin 

sahil ərazilərinin şimal-şərq hissəsində də məskunlaş­

mağa  başlayırlar.  Belə ki, onlar Yayık (Ural) çayı sahi­

lində Yayızkiy (Uralsk) şəhərciyinin və Quryev qəsə­

bəsinin  əsasını qoyurlar.

Xəzərin şimal-qərb sahillərində məskunlaşmış qə­

bilələrdən  monqol  mənşəli  köçəri  kalmıklar  Rusiya­

nın cənubunda öz xanlıqlarını yaradırlar. Burada yaşa­

yan  insanlar  lamaizmə  itaət  edirdilər.  Onlar Avropa­

nın  bu  tipli yeganə sivilizasiya ocağı  idi.

XVII əsrdən başlayaraq Cənubi Volqaboyunda rus­

ların məskunlaşma sahəsi genişlənir. Bunun əsas səbə­

bi  rusların  Xəzərsahili  ərazilərə  marağının  artması  ol­

muşdur.  Qeyd  etmək  lazımdır  ki,  rusların  bu  marağı 

daha qədim dövrdə də müşahidə edilmişdir. Məsələn, 

ərəb və fars səyyahlarının əlyazmalarında qeyd edilirdi 

ki, rus drujinalarının işğalçı yürüşləri hələ IX - X əsrlər­

də  başlanmışdır.  Bununla  bağlı  ingilis  səyyahı  Cons 

Hanvey özünün  “Britaniya ticarəti Xəzər dənizində ta­

rixi oçerki”  əsərində yazır ki, rusların Qafqaza yürüşlə­

ri  sanki  səlib yürüşlərinin  Yaxın  Şərqə doğru  hərəkəti 

idi  və  həmin  ərazilərin  daha  hazırlıqlı  və  əsaslı  təşkil 

olunmuş işğalına yönəlmişdi.  Rusların Qafqaza maraq­

larının  əsas  səbəblərindən  biri  də  bu  bölgənin zəngin 

təbii  sərvətləri  idi.  Məsələn,  Moskva  hökumətinin 

1637-ci  il  sənədlərindən  birində  “Top  ehtiyatlarının 

yazılması”nda  belə  bir  qeyd  var  ki,  Bakı  nefti  yanan 

halda həddən artıq təhlükəli bir silah hesab edilə bilər.

Hərbi-strateji  baxımdan  ruslar  Xəzər  dənizinə 

Hind  okeanına  çıxış  vasitəsi  kimi  baxırdılar.  Elə  bu 

səbəbdən də I Pyotrun təşəbbüsü ilə  1715-ci ildə Xə­

zər  dənizinin  şərq  sahillərinin  öyrənilməsi  üçün

89

A.Bekoviç-Çerkasskinin  rəhbərliyi  altında  xüsusi 

ekspedisiya  təşkil  olunur.  O  zaman  dənizin  şərq  sa­

hillərində  köçəri  maldarlıqla  məşğul  olan  türkmən 

tayfaları  məskunlaşırdılar.  Köçəri  maldarlıq  tərzi  dai­

mi  yaşayış  yerlərinin  yaranmasına  imkan  vermirdi. 

Aparılmış  ekspedisiyalar  nəticəsində  ruslar  Xəzərin 

şərq  sahilində  bir  neçə  gözətçi-qalalar  inşa  etməklə 

gələcək yaşayış məntəqələrinin yaranması üçün əlve­

rişli zəmin yaratdılar.

Cənub və qərb sahillərinin uzun illər boyu  İran və 

türk  tayfaları  tərəfindən  mənimsənilməsinə  baxma­

yaraq, I  Pyotr şərq sahilləri ilə yanaşı, qərb sahillərin­

də  yeni  mövqelərdə  möhkəmlənməkçün  bu  istiqa­

mətdə bir neçə ekspedisiya təşkil etdirir.  Bakı şəhəri­

nə xüsusi  diqqət  verilir.  Çünki  Rusiya  ilə Şərq  ölkə­

ləri  arasında  aparılan  ticarət əlaqələrinin  inkişaf etdi­

rilməsində  Bakının  çox  əlverişli  strateji  mövqeyi  var

idi.  Elə  bu səbəbdən də I  Pyotr sərəncamlarından  bi­

rində  belə yazırdı:  “Bizimçün Xəzər dənizi sahillərini 

ələ  keçirmək  son  dərəcə vacibdir;  türklərin  bura  gəl­

mələrinə gərək imkan verməyək”.  Bu rəsmi əhval-ru-



I


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə