Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

hiyyə  ilə  də ruslar tədricən  regionda  özlərinin  işğalçı 

siyasətlərini  həyata keçirməyə  başlayırlar.

1722  -  23-cü  illər  müharibəsində  İran  Rusiyaya 

məğlub  olur və  nəticədə Xəzərin  qərb  sahili  müvəq­

qəti  olaraq  (Rəşt  -   1732-ci  il  və  Gəncə  -   1735-ci  il 

müqavilələrinə  qədər)  rusların  əlinə  keçir.  Məhz  elə 

bu  vaxtdan  etibarən  ruslar  Xəzərin  qərb  sahilində 

məskən  salmağa  başlayırlar.  Şərq  sahillərində olduğu 

kimi,  burada  da  ilk növbədə  gözətçi-qalalar inşa  edi­

lərək yaşayış qəsəbələri yaradılır.  1722-ci ildə qərb sa­

hilində  ilk  iri  qala-şəhərin -  Petrovskın (sonralar Ma- 

haçqala) əsası  qoyulur.

Qərb  sahillərinin  çox hissəsi  uzun  müddət  İranın 

təsiri  altında olduğu  üçün  burada  məskunlaşmış əha­

li  əsasən  müsəlmanlardan  ibarət  idi.  Odur  ki  Rusiya 

ilk  növbədə  bölgəyə xristianları  köçürmək  siyasətinə 

başlayır.  Bu planını həyata keçirərkən ermənilərə xü­

susi  imtiyazlar verir.  Hətta  Bakı və Dərbənd kimi bö­

yük  yaşayış  məntəqələrində  ermənilər  üçün  ərazilər 

ayrılır.  Məsələn,  1723-cü  ildə  Rusiya  generalı  Mat- 

yuşkinin  Bakını  işğal  edəndən  sonra erməni  patriarxı 

İsayın xahişi ilə I Pyotr Bakıda ermənilər üçün torpaq 

ayrılması  haqda  xüsusi  fərman  verir.  Beləliklə  də 

XVIII əsrdə ermənilər Bakıda  “ermənikənd” adlı qə­

səbə yaradırlar.  I Pyotrun əmri ilə ermənilərin ticarət­

lə  məşğul  olması  üçün  də  hər cür şərait yaradılır;  on­

ları  hətta  müxtəlif vergilərdən  də azad  edirlər.

XIX  əsrin  əvvəlində  baş  verən  Rusiya  -  İran  mü­

haribələri nəticəsində ruslar Xəzər sahillərinin təxmi­

nən  90%-ni  (cənub  sahili  istisna olmaqla) ələ keçirir­

lər.  Rusların nəzarət etdiyi sahil ərazilərində təbii sər­

vətlərin  aşkar  edilməsi,  qiymətləndirilməsi  və  tədri­

cən  mənimsənilməsi  istiqamətində  aparılan  işlər  il­

dən-ilə  artmağa  başlayır.  Bu  baxımdan  qərb  sahilləri 

daha  çox fərqlənirdi.  Zəngin  neft  ehtiyatlarının  istis­

marı və onun emalı bölgənin, xüsusən Bakının iqtisa­

diyyatına güclü  təkan  verir.

Uzun  illər  Abşeron  yarımadasında  yerli  əhalinin 

neftdən  gen-bol  istifadə  etməsi  burada  böyük 

həcmdə  yanacağın  olması  ehtimalını  daha  real  şəkil­

də ortaya qoydu.

XIX  əsrin  ikinci  yarısından  etibarən  Abşeronda 

qazılan  neft  quyularının  sayı  ildən-ilə  artmağa  başla­

yır.  Nəticədə  neftlə  çirklənmiş  torpaqların  sahəsi 

xeyli genişlənir.  Bundan  əlavə,  Bakı  buxtasında sahil 

boyunca çoxlu sayda kiçik neft emalı müəssisələri ya­

radılır.  Neft  sənayesinin  belə ekstensiv  inkişafı  ətraf 

mühitə mənfi  təsir göstərməyə başlayır. Artıq  1870-ci 

ildə  Bakının  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması 

məqsədi ilə şəhər rəhbərliyi sahildə yerləşən  100-dən 

çox neft emalı müəssisəsinin ləğv edilməsi haqda mə­

sələ qaldırır.  Demontaj ediləcək istehsal müəssisələri 

üçün  Bakının  yaxınlığındakı  Keşlə qəsəbəsinin  otlaq 

sahələri  ayrılır.  Belə  kompakt  ərazidə  neft  emalı  is­

tehsal  sahələrinin  yerləşdirilməsi  çar  Rusiyasının  şə­

hərsalma  təcrübəsində  ilk  dəfə  idi  həyata  keçirilirdi. 

Çox keçmir,  burada  çoxlu  sayda  kiçik  neft  emalı  za­

vodları  yaradılır.  Nəticədə  hava  olmazın  dərəcədə 

çirklənir  və  bakılılar  şəhərin  bu  hissəsini  “Qara  şə­

hər”  adlandırırlar.  “Qara şəhər”in zəhərli,  tüstülü  ha­

va şəraiti fəhlələrin vəziyyətini ağırlaşdırır; burada ya­

şamaq  dözülməz  idi.  Odur ki  Bakının  digər bölgəsin­

də -   Bayıl  deyilən  ərazidə  neftçi  fəhlələr  üçün  yeni 

yaşayış  qəsəbəsi  yaradılır.  Beləliklə,  neft sənayesi  və 

onunla  bağlı  digər  istehsal  sahələrinin  Bakı  şəhərin­

dən  ətraf qəsəbələrə  çıxarılması  əhalisi  sürətlə  artan 

neft paytaxtının ekoloji durumunu xeyli yaxşılaşdırır.

XX əsrdə Azərbaycanda  neft sənayesi 40-cı  ilə qə­

dər ardıcıl olaraq inkişaf edir. Sonrakı illər quruda neft 

yataqlarının  ehtiyatları  tədricən  tükənməyə  başlayır. 

Elə  təxminən  bu  vaxtlar  Volqaboyunda,  Qərbi  Sibir­

də, Türkmənistan  və  Qazaxıstan  sahillərində  ixtisaslı




neftçilərə  tələbat  günü-gündən  artırdı.  Bu  səbəbdən 

də xeyli azərbaycanlı mütəxəssis yeni neft rayonlarına 

köçür.  Məsələn,  1942-ci  ildə  SSRİ-nin  Dövlət Müda­

fiə  Komitəsinin  qərarı  ilə  Bakıdan  Türkmənistana 

1624 yüksəkixtisaslı neftçi köçürülmüşdür. 60-cı illər­

də bu proses daha da güclənir. Mütəşəkkil olaraq gənc 

mütəxəssislər göndərişlə  Qərbi  Sibirə  və  Manqışlağa 

işə  yönəldilir.  Yalnız  1960  -  88-ci  illər  ərzində  Azər­

baycanda işləyən neftçilərin sayı 42% azalmışdır.

90-cı  illərdə sahilyanı ərazilərdə əhalinin məskun­

laşmasında vəziyyət nəzərəçarpan dərəcədə dəyişmə­

yə  başlayır.  Ermənistanın  təcavüzü  nəticəsində  min­

lərlə  azərbaycanlı  qaçqın vəziyyətinə düşərək əsasən 

Abşeron  rayonunda  məskunlaşır.  Bütövlükdə  rayon­

da  baş  verən  etnik  konfliktlər  nəticəsində  Abşeron­

dan  köçən  rusdilli  əhalinin  bir  hissəsinin  əvəzinə 

MDB  məkanından türklər - məshətilər, azərbaycanlı­

lar və kürdlər respublikaya immiqrasiya edirlər.

90-cı  illərin ikinci yarısında bir-birinin ardınca bey­

nəlxalq  neft kontraktlarının bağlanması və onların hə­

yata keçirilməsi  Abşeronun cazibədarlığını artırır.  Bu­

nunla  bağlı  olaraq  respublikanın  digər  bölgələrindən

əhali  Bakıya axışır.  Beləliklə, hazırda respublika əhali­

sinin  təxminən 30%-i  Bakı şəhərində məskunlaşır.

XIX  əsrin  ikinci  yarısında  Xəzərin  şərq  sahilində 

Krasnovodsk  şəhərinin  əsası  qoyulur və  Zakaspiyski 

dəmir  yolu  xəttinin  inşası  başlanır.  Sonrakı  illərdə 

neft,  mirabilit və xörək duzu ehtiyatlarının  mənimsə­

nilməsi bu regionda yeni-yeni yaşayış məntəqələrinin 

yaranması  ilə  nəticələnir.  Bununla  bərabər,  Çələkən 

yarımadasında  təbii  şəkildə  yerin  üzərinə  çıxan  neft 

torpaq  sahələrinin  uzun  müddətə  çirklənməsinə  sə­

bəb olur.

Neft  hasilatının  tədricən  artması  Xəzərin  Türk­

mənistan  sahilində əhalinin artımına və yeni şəhərlə­

rin yaranmasına birbaşa təsir göstərir.  Burada  Krasno­

vodsk  şəhəri  ilə yanaşı,  Çələkən  və  Nebitdağ  şəhər­

ləri  inkişaf etməyə başlayır.

Neft və qaz yataqlarının istismarı yeni fəhlə qəsə­

bələrinin yaranmasına da təkan verirdi. Belə fəhlə qə­

səbələri  sırasında  Dağacıx,  Əzizbəyov,  Qoturtəpə, 

Okərəm  və  digərlərinin  adlarını  çəkmək  olar.  Sahil 

ərazilərinin  mənimsənilməsində  nəqliyyat  qovşaqla­

rının  xüsusi  əhəmiyyəti  vardı.  Bu  baxımdan  Krasno- 

vodskın neft limanı kimi Ufranı, Çələkənin neft lima­

nı  kimi  isə Cəngə və Cəbəli qeyd  etmək lazımdır.

Türkmənistanın sənaye istehsalında əsasən gəlmə 

işçilər üstünlük  təşkil  edirdilər.  Burada azərbaycanlı­

larla  yanaşı,  ruslar  və  Şimali  Qafqaz  xalqları  nüma­

yəndələri  çalışırdılar.  Əgər  nəzərə  alsaq  ki  Türkmə­

nistan ənənəvi  olaraq  əhalinin yüksək təbii  artımı  ilə 

fərqlənən respublikalardan biridir, onda yerli əhalinin 

sənaye  istehsalına  cəlb  edilməsinin  bölgədə  olan  iş­

sizliyin aradan qaldırılmasında nə qədər böyük rol oy­

naya  biləcəyi  aydın  olar.  Xatırlatmaq  yerinə  düşərdi 

ki,  keçən  əsrin  80-ci  illərində Türkmənistanda əhali­

nin artımı  34%  idi.

XX əsrin 90-cı  illərində respublikanın  iqtisadiyya­

tında  baş verən  neqativ  proseslər əhalinin  miqrasiya­

sına da təsir göstərdi.  Neftçilərin fəhlə qəsəbələrində 

əhalinin  sayı  azalmağa  başladı.  Qaraboğazqol  körfəzi 

ətrafında  yaranmış  təbii  ekoloji  gərginlik  Bektaş  şə­

hərində əhalinin  təxminən  25% azalmasına səbəb ol­

du. Bu müddət ərzində Türkmənistanın sahil ərazilə­

rindən  köçüb  gedənlərin  xüsusi  çəkisi  4  -  5%  təşkil 

edirdi.


Rusiyanın Xəzər sahilində əhalinin  məskunlaşma­

sı  Həştərxan vilayəti,  Kalmıkiya və  Dağıstan  bölgələ­

rində təbii  iqlim  şəraitinin  fərqli  olmasından,  ərazilə­

rinin  tarixi  keçmişindən,  iqtisadi  və  coğrafi-siyasi 

mövqelərinin  müxtəlifliyindən bilavasitə asılıdır.

Xəzərsahili ərazilərdə 

ayrılmış bölmələr üzrə 

əhalinin məskunlaşması

Л  5 km -44%

■ 

5 -   10 k m -  17%



Ш  10 -3 0  km -14%

Ш  3 0 -5 0  k m -8 %

Л  50-  70k m -  17%


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə