Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

ru çöl, yarımsəhra və səhra landşaftları mövcuddur. Xə­

zər  dənizi  sahillərində  yayılmış  səhralaşmış  ərazilərin 

40%-dən çoxu məhz Qazaxıstanın payına düşür. Sahil­

yanı ərazilərdə bir neçə dayaz körfəzin olması (Kaydak, 

Komsomolets, Myortvıy Kultuk) şoran torpaq sahələri­

nin  genişlənməsinə  təsir göstərir.  Burada  su  və  külək 

eroziyası eyni  dərəcədə səhralaşma prosesini  sürətlən­

dirir.  Bundan  əlavə, yalnız subasma nəticəsində hər il 

10 -  12 min km2 ərazi mütəmadi yararsız vəziyyətə dü­

şür.  Subasma  kənd  təsərrüfatı  üçün  yararlı  torpaqlara, 

suvarma sisteminə, otlaqlara, boru kəmərləri və nəqliy­

yat  şəbəkəsinə  böyük  ziyan  vurur.  Myortvıy  Kultuk 

körfəzinin  sahəsinin  dəyişməsi  nəticəsində  sahil  böl­

gələrində daim gölməçələr əmələ gəlməkdədir.

Mütəmadi  küləklər nəticəsində qumla örtülü  Na- 

rınkum sahəsində yeni relyef formaları əmələ gəlir və 

beləliklə, onsuz da bitki örtüyü  məhdud  olan  sahələr 

getdikcə azalır.  Lakin  qeyd  etmək lazımdır ki,  otlaq­

larda çoxsaylı  mal-qaranın  otarılması,  müxtəlif tikinti 

işlərinin  aparılması  və  torpağın  zərərli  maddələrlə 

çirklənməsi  də  bitki örtüyünün seyrəlməsinə  birbaşa 

təsir göstərir.

Qazaxıstanın sahilyanı ərazilərinin təxminən 45%- 

ni güclü səhralaşmaya məruz qalan sahələr təşkil edir. 

Onların  daxilində  antropogen  səhralaşmış  ərazilər 

getdikcə genişlənməkdədir.  Belə ərazilər əsasən təbii 

sərvətlərin  intensiv  mənimsənildiyi  bölgələrdə  daha 

çoxdur.  Çoxsaylı  neft  mədənləri  ərazilərində  səhra­

laşma  daha aydın  nəzərə çarpır.  Bu,  ilk  növbədə  Ka- 

rajanbas,  Tengiz,  Kalamkas,  Uzen  və  digər  neft  ya­

taqları sahələrinə aiddir.

Rusiyanın  sahilyanı  ərazilərinin  əsas  sahələri  olan 

Xəzərsahili düzənliyində, Çyornıye Zemli  bölgəsində 

və Terek çökəkliyində  antropogen  səhralaşma  nəzə- 

rəçarpacaq dərəcədə özünü  büruzə verir.

Böyük  bir sahəni  əhatə  edən Xəzərsahili  düzənli­

yi  bütünlükdə  Şimali  Xəzər  ərazisini  tutur.  Şimali 

Xəzər sahillərinin  həddən  ziyadə girintili-çıxıntılı  ol­

ması  burada  akkumulyativ  relyef formalarının  yayıl­

masına səbəb olmuşdur.  Volqa çayı  deltasının  sağ sa­

hilində  qum  küləklər vasitəsilə  sovurularaq  kiçik  tə­

pəciklər  yaratmışdır.  Bura,  demək  olar,  başdan-başa 

quru  çöllərdən  ibarətdir.

Volqa çayının sol sahilində, dənizdən təxminən 80- 

km  aralıda  yerləşən  Həştərxan  qaz-kondensat  komp­

leksinin fəaliyyəti nəticəsində antropogen səhralaşmış 

ərazilər  yaranmışdır.  Külək  eroziyası  texnogen  təsir 

sahəsinin daha da artmasına səbəb olmuşdur.

Xəzərin  şimal  sahilində  səhralaşan  ərazilərin 

artmasına əsasən sənaye obyektləri təsir göstərirsə, şi­

mal-qərb  və  qərb  sahillərinin  düzənlik  yerlərində 

kənd təsərrüfatının təsiri  üstünlük təşkil  edir.

Xəzərin şimal-qərb bölgəsinin əsas düzən sahələri 

olan Çyornıye Zemli və Kizlər otlaqları  Kalmıkiya və 

Dağıstan sahilləri boyunca uzanıb gedir. Bu təbii eko­

sistemlərdə  fasiləsiz  olaraq,  bəzən  isə  həddən  artıq 

dərəcədə mal-qara otarılması  nəticəsində bitki örtüyü 

xeyli  seyrəkləşmiş,  hərəkət edən qum sahələri əmələ 

gəlmiş və beləliklə,  səhralaşmış ərazilər yaranmışdır.

Volqa və Terek çayları arasındakı sahil  bölgəsində, 

əsasən  də çökəklik sahələrində vaxtaşırı  subasma  pro­

sesləri  baş verir.  Elə buna görədir ki,  sahilyanı ərazilə­

rin torpaqları öz münbitliyini itirmiş və bitki aləmi xey­

li dərəcədə qıtlaşmışdır.

Sahilyanı ərazilərin ay­

rı-ayrı  sahələrində  əhali 

əkinçiliklə  məşğul  olur.

Quraqlıq yerlərdə suvarıl­

ma  tətbiq  olunduğundan 

təkrar duzlaşma müşahidə 

edilir.  Bu, daha çox suvar­

ma  kanalları  ətrafında  nə­

zərə çarpır. Təkcə  Kalmı- 

kiya  sahillərində  təkrar 

duzlaşmış torpaqların sahə­

si  105  min  hektarı  keçib.

Səhralaşmanın  daha 

qabarıq şəkildə özünü bü­

ruzə  verməsi  bitki  aləmi­

nin  deqradasiyasında əks olunur.  Quru  çöllərdə  bitki 

müxtəlifliyinin azalması heyvandarlığın intensiv inki­

şafı ilə əlaqədardır. Bitki örtüyünün qıtlaşması eyni də­

rəcədə Volqa çayının  sol  sahillərində  və Xəzərin  Da­

ğıstan sahilində də müşahidə olunur. Burada sahələrin 

bəzi  yerlərində  torpağın  şumlanmasına  baxmayaraq, 

əkinçiliyi  inkişaf etdirmək yenə də mümkün  deyil.




Azərbaycanın  sahilyanı  əraziləri  şimaldan  Qusar  - 

Dəvəçi öndağ çökəkliyindən  başlanır.  Samur,  Qusar- 

çay və Qudyalçay kimi iri çaylar məhz bu sahə ilə axa­

raq  dənizə  tökülür.  Meyvə-tərəvəzçiliyin  və  heyvan­

darlığın inkişafı həmin ərazinin kifayət qədər mənim­

sənilməsinə dəlalət edir.

Son on il ərzində səhralaşma prosesinin güclənmə­

sinə  təsir  göstərən  amillərdən  biri  də  meşələrin  sis­

temsiz  şəkildə  qırılmasıdır.  Bütövlükdə  isə  Qusar  - 

Dəvəçi çökəkliyində deqradasiyaya uğramış meşə sa­

hələri  mövcuddur.  Meşə  sahələrinin  azalması  yeni 

əkin sahələrinin təşkili üçün əlverişli imkan yaratmış­

dır.  Lakin  təbii  şəraitin  dəyişməsi  səhralaşmanın  sa­

hilyanı ərazilərdə genişlənməsində təkanverici rol oy­

naya bilər.

Beşbarmaq dağından  başlayaraq Pirsaatçaya qədər 

sahilyanı  ərazilərdə  quru  çöl  və  səhralaşmış  sahələr 

göz  işlədikcə  uzanıb  gedir.  Bu  bölgədə  meşə  zolağı­

nın  yox  olmasına  uzun  illər  insanların  heyvandarlığı 

və  əkinçiliyi  inkişaf  etdirmələri  səbəb  olmuşdur. 

Şübhəsiz, kəskin dəyişən  relyef sahələrində su  erozi­

yası  torpaqların  münbitliyinin  azalmasına  və  səhrala- 

şan  bölgələrin formalaşmasına zəmin yaradır.

Sumqayıt çayından cənubda -  Abşeron yarımada­

sının  mərkəzi  hissəsində  Qobustan  çölləri  yerləşir. 

Buradan  dənizsahili  zonasına  irəlilədikcə  abrazion- 

akkumulyativ  düzənlik  nəzərə  çarpır.  Eol  mənşəli 

qum dyunları və təpəcikləri çöl sahələrinin yarımsəh­

ra  landşaftları  ilə  əvəz  olunmasına  şərait  yaradır. 

Məhz  bu zonada çoxsaylı  şoran  gölməçələr və çuxur­

lar müşahidə olunur.

Xəzər dənizinin qərb sahilində Abşeron yarımada­

sı  sənayenin  intensiv  inkişafına görə  xüsusilə  fərqlə­

nir.  Bu  bölgədə sahilyanı ərazilərin yüksək səviyyədə 

mənimsənilməsi ətraf mühitə texnogen təsirin artma­

sı  ilə  nəticələnmişdir.  Bu  tip  səhralaşma  prosesi  daha 

çox  Bakı  şəhəri  ətrafındakı  ərazilərdə  aydın  görün­

məkdədir.

Bir tərəfdən  daş karxanalarının (Qaradağ və Şüvə- 

lan)  istismarı,  digər tərəfdənsə neft  mədənlərinin  ki­

fayət  qədər  geniş  ərazidə  yayılması  səhralaşmış  böl­

gələrin əmələ gəlməsinə səbəb olmuşdur.  Belə ərazi­

lərin ümumi sahəsi  10 min hektardan çoxdur. Abşero­

nun neft, qazçıxarma idarələrinin  balansında olan tor­

paq  sahələrinin  yarısından  çoxu  neftlə  çirkləndiyin­

dən  bu  torpaqları  səhralaşmış  ərazilərə  aid  etmək 

olar.  Buruq  sularından  əmələ  gəlmiş  gölməçələr  isə 

təxminən  2  min hektar sahəni  tutur.

Bütün  bunlarla  yanaşı,  Abşeron  və  Qobustanda 

arid  iqlim  şəraiti  yarımsəhra  və səhra  areallarının  ya­

yılmasına  əlverişli  şərait  yaradır.  Digər  tərəfdən  çox 

təkrarlanan  isti cənub və bəzən qasırğaya çevrilən so­

yuq şimal küləkləri eol proseslərinin səhralaşan ərazi­

lərdə mühüm  rol oynadığım  göstərir.

Şəhər  ətrafında  yaşayan  insanlar  heyvandarlığa 

meyl  etdiklərindən  onsuz  da qıtlığı  ilə fərqlənən  ya­

rımsəhra  landşaftlarında  bitki  örtüyü  tamam  məhv 

olur.  Beləliklə, Abşeronda səhralaşan ərazilər daha da 

genişlənir.

Xəzər dənizinin digər sahilyanı bölgələrində oldu­

ğu  kimi,  Azərbaycanın  da sahil  zonasında dənizin  sə­

viyyəsinin  qalxması  bu  sahələrin  bəzi  yerlərdə suyun 

altında  qalmasına  gətirib  çıxarmışdır.  Eyni  zamanda, 

sahilboyu  bir  çox  sahələrdə  torpaqların  şoranlaşması 

müşahidə  olunur.  Bu  proseslər  Kür  -  Araz  düzənliyi­

nin, Cənub-Şərqi Şirvanın, Qızılağac körfəzinin, Lən­

kəran  rayonunun  sahil  zonalarında  özünü  daha aydın 

büruzə verir.

Kür - Araz ovalığının və Qusar -  Dəvəçi çökəkliyi­

nin sahil zolağında qrunt sularının səviyyəsi  1  - 2 metr 

təşkil edir.  Bunun nəticəsində sözügedən bölgələrdə­

ki  əkin  sahələri və otlaqlar şoranlaşmışdır.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə