Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

F Р г т '1

W  


У

щШГ

л

 

jk



%

в 

S



-f 

94 i  Ш


Xəzər dənizi  qapalı  su  hövzəsi olduğu  üçün səna­

yenin  inkişafı,  təbii  sərvətlərinin  mənimsənilməsi və 

sahilyanı ərazilərində məhsuldar qüvvələrin yerləşdi­

rilməsi  bütövlükdə Xəzəryanı regionda ekoloji vəziy­

yəti  müəyyən  edir.  Təbii  şəraitin  fərqli  olması,  təbii 

sərvətlərin qeyri-bərabər paylanması və sahilboyu ay­

rı-ayrı  ərazilərdə  əhalinin  sıxlıq  dərəcəsi  “ekoloji cə­

hətdən  gərgin”  zonaların  yaranmasına  səbəb  olmuş­

dur.  Lakin Xəzərin dəniz cərəyanları çirkab maddələ­

ri  bütün su  hövzəsinə yaydığı  üçün burada yalnız nis­

bətən təmiz zonaların qalması haqqında mülahizə irə­

li  sürmək  mümkündür.

Xəzər dənizinin ətrafında  beş  müstəqil  dövlətdən 

hər biri  dənizin  təbii  sərvətlərinin  mənimsənilməsini 

və  ətraf  mühitin  mühafizəsini  ilk  növbədə  öz  milli

maraqlarına  uyğun  başa  düşür  və  fəaliyyətlərini  də 

buna uyğun qurur.  Lakin şübhəsiz ki, hər iki məsələ­

nin  həllində  müvəffəqiyyət əldə etmək  üçün  dövlət- 

lərarası əməkdaşlıq  tələb olunur.  Bu  istiqamətdə son 

onillikdə müəyyən  irəliləyiş vardır.

Məlum olduğu kimi,  uzun illər Xəzər dənizinə da­

ir məsələlər SSRİ  -  İran  danışıqları çərçivəsində  mü­

zakirə olunurdu.  Danışıqlar əsasən  dənizdə gəmiçili­

yin inkişafı və dənizlə ticarət əlaqələrinin genişləndi­

rilməsi  ətrafında  gedirdi.  Bu  danışıqlarda  ekoloji 

problemlərə  aid  qarşılıqlı  maraq  doğuran  məsələlər 

də  müzakirə  olunurdu.  Yeni  yaranmış  şəraitdə,  yəni 

Xəzəryanı  dövlətlərin  təbii  sərvətlərdən  müxtəlif sə­

viyyədə istifadə etdiyi  bir vaxtda, təbii ki, ətraf mühi­

tə təsir də  müxtəlif dərəcədədir.

İllər  boyu  küllü  miqdarda  sənaye  tullantıları  Xə­

zərə  atılmışdır  ki,  bu  da  dənizin  ekologiyasına  əhə­

miyyətli zərər vurmuşdur.  Həmçinin, Xəzəryanı  döv­

lətlər imkanı  daxilində 

təbii  sərvətlərdən  isti­

fadə etmiş və ətraf mü­

hitin  mühafizəsi  məsə­

lələrinin  həllinə  lazımi 

dərəcədə  diqqət  yeti­

rilməmişdir.  Nə  qədər 

paradoksal  olsa da, Xə­

zər  dənizində  və  onu 

əhatə  edən  ərazilərdə 

sənaye istehsalının kəs­

kin  surətdə  aşağı  düş­

məsi  bölgədə  ekoloji 

vəziyyəti  m ürəkkəb­

ləşdirmişdir.  Düzdür, dənizə axıdılan sənaye tullantı­

larının və çirkab sularının  həcmi azalmışdır, lakin  bu­

nunla yanaşı,  dənizdə ekoloji tarazlığı  pozan ən güclü 

amillərdən  biri  qanunsuz  balıq  ovu  -   brakonyerlik 

dəhşətli  dərəcədə artmışdır. Qanunsuz balıq  ovu, de­

mək  olar,  bütün  dəniz  akvatoriyası  üzrə  yayılmışdır. 

Brakonyerlərlə mübarizədə dövlətlərarası əməkdaşlıq 

hələ  ki  qənaətbəxş  sayıla  bilməz.  Bu  sahədə  dövlət- 

lərarası  tam  anlaşma  əldə  olunmayıb.  Buna  görə  də 

Xəzəryanı  dövlətlər  tərəfindən  süni  balıqartırma  tə­

sərrüfatının  inkişafı  istənilən  nəticəni  vermir.




Xəzəryanı regionda ekoloji 

gərgin zonalar

■  


çox ağır vəziyyət 

U  gərgin  vəziyyət

münaqişəli vəiyyət 

□  


kafi vəziyyət

Xəzər  dənizinin  ekoloji  problemlərinin  həlli  ilə 

bağlı Xəzəryanı dövlətlər arasında  bir çox görüşlər və 

müzakirələr  keçirilmişdir.  Bunun  ilk  nəticəsi  kimi 

2003-cü  il  noyabrın  4-də  Tehranda  beş  Xəzəryanı 

dövlətin  nümayəndələri tərəfindən  “Xəzər dənizinin 

dəniz  mühitinin  mühafizəsi  haqqında  ÇƏRÇİVƏ 

KONVENSİYASI”  imzalanmışlar. Əldə edilmiş döv- 

lətlərarası  razılaşmanın  əsas  müddəalarından  olan 

“Çirklənmənin qarşısının alınması, azaldılması və ona 

nəzarət”  və  “Dəniz  mühitinin  mühafizəsi,  qorunub- 

saxlanması  və  bərpası”  bölmələri  tərəflərin  öz  arala­

rında konstruktiv əməkdaşlıq  üçün yeni imkanlar ya­

ratmışdır.  “Çərçivə  konvensiyası”nda  diqqəti  cəlb 

edən maddələrdən biri də “Dənizin yaxınlığının təsi­

ri altında olan qurunun idarə edilməsi”  bəndidir. Hə­

min  bənddə  qeyd  edilir  ki:  “Razılığa  gələn  tərəflər 

dənizin  yaxınlığının  təsiri  altında  olan  quru  hissənin 

planlaşdırılması və idarə edilməsi istiqamətində milli 

strategiyaların və planların hazırlanması və yerinə ye­

tirilməsi  üzrə  zəruri  tədbirlərin  görülməsinə  cəhd 

göstərirlər”. Xəzər dənizinin mühafizəsi ilə bağlı sahil 

ərazilərinin strateji inkişaf planlarının tərtib edilməsi­

nin  vacibliyinin  ayrıca  maddədə  göstərilməsi  sahil 

ərazilərinin  idarə  edilməsinin  əhəmiyyətini  qabarıq 

şəkildə əks etdirir.

Fikrimizcə,  “Çərçivə  konvensiyası”nın  “Xəzər 

dənizinin  dəniz  təsirinin  qiymətləndirilməsi”  və 

“Monitorinq”  maddələri xüsusi maraq doğurur. Birin­

ci  maddəyə  əsasən,  “Xəzər  dəniz  mühitinə  xeyli 

mənfi  təsir  göstərə  biləcək  hər  hansı  planlaşdırılan 

fəaliyyətin təsirini qiymətləndirmək qaydalarının tət­

biqi  üçün  bütün  zəruri  tədbirlərin  həyata  keçirilmə­

si”  nəzərdə  tutulur,  ikinci  maddəyə əsasən  isə  “Tə­

rəflər  Xəzər  dənizinin  dəniz  mühitinin  vəziyyətinin 

müvafiq  müstəqil  və  yaxud  birgə  monitorinq  proq­

ramlarının yaradılması və həyata keçirilməsi  üçün səy 

göstərirlər”.

Ümumiyyətlə, 37 maddədən ibarət “Çərçivə kon­

vensiyası” Xəzəryanı dövlətlər arasında Xəzər dənizi­

nin  mühafizəsi  ilə  bağlı  ilk  iri  anlaşma  sənədi  kimi 

əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Be­

lə ki, Xəzər dənizinin  hüquqi  statusu haqqındakı da­

nışıqlarda  yaranmış  mövcud  anlaşılmazlığın  aradan



113

qaldırılmasında  “Çərçivə konvensiyası”nın bəzi  müd­

dəalarından istifadə etmək məqsədəuyğun hesab olu­

na bilər.

“Çərçivə konvensiyası” və buna bənzər digər bey­

nəlxalq  razılaşmalara  əməl  olunması  üçün  Xəzəryanı 

dövlətlərin  hər biri  ayrılıqda Xəzər dənizinin və ətraf 

mühitin  mühafizəsi  ilə  bağlı  ölkədaxili  müvafiq  qa­

nunlar qəbul  etməlidir.  Yalnız  bu  halda Xəzər  regio­

nunun  mühafizəsinə  dair  dövlətlərarası  anlaşmanın 

real nəticələri  olar.

Xəzər  dənizinin  nadir  ekosistem  olduğunu  və 

onun  mühafizəsinin  vacibliyini  nəzərə  alaraq  Avropa 

İttifaqı və iri beynəlxalq maliyyə qurumlarının dəstə­

yi  ilə  1995-ci  ildə  “Xəzər  ekoloji  proqramı”  həyata 

keçirilməyə başlandı. Proqramın reallaşdırılması üçün 

Xəzəryanı  ölkələrin  müvafiq  dövlət  və  qeyri-dövlət 

təşkilatları  işə cəlb olunmuşlar.

Xəzər regionunda dayanıqlı inkişaf üçün şərait ya­

radan və ətraf mühitin  mühafizəsinə dəstək verən bu 

proqram  Xəzər  dənizinin  ümumi  problemlərinə  aid 

layihələrlə yanaşı,  hər bir sahilyanı  bölgə üçün  də ki­

çik layihələr həyata  keçirir.

Xəzər  dənizində  neft  və  qaz  hasilatının  tədricən 

artması ilə əlaqədar,  bu  sahədə çalışan şirkətlər həya­

ta  keçirməyə  başladıqları  hər  bir  layihənin  ətraf mü­

hitə təsirinin  qiymətləndirilməsini  aparır və bu  təhli­

lin nəticələrini əməliyyatlar zamanı nəzərə alırlar.  Be­

lə  ki,  ətraf  mühitə  və  Xəzərin  ekologiyasına  ziyan



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə