Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   ...   23   24   25   26   27   28   29   30   31

vurmamaq  məqsədilə  hələ  əməliyyatlara  başlamaz­

dan əvvəl neft axmasına qarşı reaksiya planı hazırlanır 

və qazıma qurğusunda işləyən və əməliyyatlara nəza­

rət edən  bütün işçi  heyəti  belə axmaların  baş vermə­

sinin  qarşısını  almaq  üçün  lazımi  dərəcədə  təlimat­

landırılır və  əməliyyatlar zamanı  bu  təlimatlara  ciddi 

riayət edilməsinə nəzarət edilir.

Şirkətlər  karbohidrogen  ehtiyatlarının  istismarı 

və nəqli ilə bağlı layihələr həyata keçirərkən ilk öncə 

onları yerli ictimaiyyət və ətraf mühit mühafizəçiləri­

nin müzakirəsinə çıxarır və onların qeydlərini nəzərə 

alırlar.


23  - 25  iyun  1998-ci ildə  Danimarkanın  Orxus şə­

hərində  ətraf mühit  nazirlərinin  “Avropa  üçün  ətraf 

mühit”  mövzusunda  keçirilən  dördüncü  konfransın­

da “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə 

edilməsi,  qəbul  olunan  qərarlarda  ictimaiyyətin  işti­

rakı  və  ədalət  məhkəməsinin  açıq  keçirilməsi  haq­

qında”  konvensiya  qəbul  edilmişdir.  Bir çox  dövlət­

lər  kimi,  Xəzəryanı  dövlətlər,  o  cümlədən  Azərbay­

can  da  bu  konvensiyaya  qoşulmuşdur.  Artıq  9  aprel 

1999-cu  ildə  “Azərbaycan  Respublikasının  “Ətraf 

mühitlə  bağlı məsələlərdə məlumatın əldə edilməsi, 

qəbul  olunan qərarlarda  ictimayyətin iştirakı və əda­

lət məhkəməsinin açıq keçirilməsi haqqında”  BMT- 

nin  müvafiq  konvensiyasına  qoşulması  barədə” 

Azərbaycan  Respublikasının  qanunu  qəbul  olun­

muşdur.  Bu  qanun  ekoloji  vəziyyətlə  bağlı  ictimaiy­

yəti narahat edən lazımi məlumatların əldə edilməsi­

nə  şərait  yaradır.  Belə  ki,  hər  bir  insan  özünün  sağ­

lamlığı və  firavanlığı  üçün  əlverişli  olan  ətraf mühit­

də yaşamaq  hüququna malikdir.  Odur ki  ictimaiyyə­

tin ətraf mühitə aid  məsələlər üzrə məlumat əldə et­

məsi  üçün  şərait  yaradılmalıdır.  Belədə  insanlar  qə­

bul  olunan  qərarların  həyata  keçirilməsi  prosesinə 

qoşulur  və  lazım  gəldikdə  öz  narahatlıqlarını  ifadə 

etməyə  imkan  qazanırlar.

Xəzər  dənizinin  mühafizəsinə  gəlincə,  Xəzəryanı 

dövlətlərin arasında razılıq əldə edilməsi  üçün  ilk ön­

cə Xəzərin  hüquqi  statusu  məsələsi həll  olunmalıdır. 

Lakin  bu vaxta qədər hələ də  hər bir Xəzəryanı  döv­

lət  dənizin  mühafizəsi  istiqamətində  özlərinin  milli 

proqramlarını tərtib edir.  Belə ki,  hələ 2005-ci ilin or­

talarına  Azərbaycanda  “Neftin  axıdılmasının  qarşısı­

nın alınması  üçün  milli  fəaliyyət  planı”  tərtib  oluna­

caqdır.  Qazaxıstanda  isə  2004  -  2015  illər  ərzində 

“Ekoloji  təhlükəsizlik konsepsiyası”  artıq  həyata ke­

çirilməkdədir.

İranda iri  şəhərlərdə də ekoloji gərginlik mövcud­

dur.  Belə  vəziyyəti  nəinki  Tehran  şəhərində,  hətta 

Xəzəryanı  Rəşt  şəhərində  də  müşahidə  etmək  olar. 

Ekoloji  gərginliyi  aradan  qaldırmaq  məqsədi  ilə  İran

2001-ci  ildən  “Havanın  çirklənməsinin  qarşısını  al­

maq  haqqında”  10  illik dövlət proqramını  həyata ke­

çirməkdədir.

Bu  istiqamətdə  əldə  olunmuş  razılaşmalar  bir  tə­

rəfdən  ekoloji  gərginliyin  aradan  qaldırılması  üçün 

şərait  yaradacaq,  digər  tərəfdənsə  Xəzəryanı  ölkələr 

arasında  əməkdaşlığın  inkişaf etməsinə  birbaşa  təsir 

göstərəcəkdir.




Azərbaycan  təbii  sərvətlərin  səmərəli  istifadəsi  və 

ətraf mühitin  mühafizəsi  ilə  bağlı  bir çox  beynəlxalq 

konvensiyaları  qəbul etmişdir.  Onlardan  Xəzər dəni­

zinin  problemləri  ilə  bağlı  daha  əhəmiyyətli  olanlar 

aşağıdakılardır:

4  “Bioloji müxtəliflik haqqında”  konvensiya;

4  “Transsərhəd su axınlarının və beynəlxalq göllərin 

istifadəsi və mühafizəsi haqqında”  konvensiya;



4  “Yoxolma və təhlükə altında olan nadir fauna və 

flora növlərinin beynəlxalq ticarəti haqqında” 

konvensiya;

4  “Quraqlıq və səhralaşma ilə  mübarizə haqqında” 

BMT-nin konvensiyası;



4  “Gəmilərdən çirklənmənin qarşısının alınmasına 

dair”  konvensiya;



4  “Beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələri 

haqqında”  YUNESKO-nun  konvensiyası. 

Azərbaycanın  yuxarıda  sadaladıqlarımızla  yanaşı, 

digər  beynəlxalq  konvensiyalara  qoşulması  və  ölkə 

daxilində  ətraf mühitlə  bağlı  20-yə  yaxın  qanun  qə­

bul etməsi çox əhəmiyyətli  məsələdir.  Bu  qanunların 

təxminən  yarısının  Xəzər  dənizinin  və  onu  əhatə 

edən  ərazilərin  problemlərinə  birbaşa  aidiyyəti  var. 

Qəbul  olunmuş  qanunlardan  Xəzər  dənizi  üçün  ən 

vacibləri aşağıdakılar hesab  oluna bilər:

1.  Ətraf mühitin mühafizəsi  haqqında qanun

(08.06.1999)  .

2.  Ekoloji təhlükəsizlik haqqında qanun

(08.06.1999)  .

3.  Yeraltı sərvətlər haqqında qanun (13.02.1998).

4.  Balıqçılıq haqqında qanun  (27.03.1998).

Xəzəryanı  ölkələr regionda  ətraf mühitin  mühafi­

zəsi  ilə  bağlı  əməkdaşlığı  bir  neçə  vacib  istiqamətdə 

aparırlar.  Bunlardan ən əsasları  aşağıdakılardır:

4  balıq ehtiyatlarının istifadəsi və mühafizəsi;

4  neft-qaz ehtiyatlarının  istifadəsi və  mühafizəsi;

4  nəqliyyat-iqtisadi əlaqələrin  inkişafı;

4  rekreasiya ehtiyatlarının inkişafı;

4  dənizə axıdılan çirkab sularının və başqa tullantı­

ların azaldılması istiqamətində birgə əməkdaşlıq.



XƏZƏRİN  HÜQUQİ  STA' 

PROBLEMİ  və  EKOLOJ

f'Mppi


MƏSƏLƏLƏRİN  HƏLİ

T  


U

.. . I 

#

ш

1

0 к

«* Л

S  §РЙ

Ш

' M;



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə