Çinqiz İsmayılov Xəzər dənizinin və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix11.04.2018
ölçüsü0,83 Mb.
#36938
1   2   3   4   5   6   7   8   9   ...   31

dır.  Duzluluğun  az  olması  və  mənfi  qış  temperaturu 

Şimali  Xəzər  sularının  qışda  donmasına  səbəb  olur. 

Bütövlükdə Şimali Xəzərdə orta duzlulııq 2 - 3  promil 

təşkil edir. Əksinə, şərq sahillərində yüksək buxarlan­

ma və çay mənbələrinin olmaması səbəbindən duzlu- 

luq  13,2  -  13,5 promilə qədər qalxır. Xüsusən  bu, Qa- 

raboğazqol körfəzində daha aydın  nəzərə çarpır.

Sahəsi  12 min km2 və dərinliyi  10 metrə çatan Qa- 

raboğazqol körfəzi Xəzər dənizi səviyyəsindən 5 metr 

aşağıda  yerləşir.  İntensiv  akkumulyasiya  nəticəsində 

körfəzin  dibinin  səthi  tamamilə  düzdür.  Dənizdən 

körfəzə  ildə  10  km3  su  axır  və  bu  suyun  hamısı,  de­

mək  olar  ki,  buxarlanmaya  gedir.  Nəticədə  Qarabo- 

ğazqol körfəzində suyun duzluluğu 300 promilə çatır.

Xəzər dənizində 50-yə yaxın ada var; onların ümu­

mi sahəsi 350 km2-dir.  Bununla yanaşı, dənizin səviy­

yəsinin  tərəddüdü  və  sualtı  palçıq  vulkanlarının  mü- 

təmadi  fəallaşması  (xüsusən  Abşeron  yarımadası  sa­

həsində)  adaların  sayının  və  deməli,  onların  ümumi 

sahəsinin  dəyişilməsinə səbəb olur.

Xəzərin fiziki-coğrafi şəraiti müxtəlifliyi ilə fərqlə­

nir.  Belə  vəziyyət  ardıcıl  olaraq  dəyişən  iqlim  zonal- 

lıqları  və  dənizi  əhatə  edən  relyefin  müxtəlifliyi  ilə 

bağlıdır.  Dəniz  hövzəsində yaranan  təbii  şəraitdə  so­

yuq Arktika  hava kütlələri,  rütubətli  Atlantik okeanı, 

Orta Asiya quru kontinental və isti tropik Aralıq dəni­

zi  hava cərəyanları  həlledici  rol  oynayır.

Sahilboyu  ərazilərdə  formalaşan  təbii  iqlim  şəraiti 

hər bir konkret sahənin relyefindən bilavasitə asılıdır. 

Şimalda düzən sahillər üçün mülayim quru kontinen­

tal iqlim  tipikdir.  Dənizin qərb sahillərinin dağlıq zo­

nasında  mülayim-isti  iqlim,  şərq  sahillərində  isə  çox 

isti,  kəskin-kontinental  və  arid  iqlim  üstünlük  təşkil 

edir.  Cənub-qərb  (Lənkəran  -  Astara  sahəsi)  və  cə­

nub sahilləri  isə rütubətli subtropik zonası kimi başqa 

Xəzəryanı  sahələrdən  fərqlidir.

Şimali  Xəzərdə  havanın  orta  illik  temperaturu 

+ 10°C  olduğu  halda,  cənubda  +17°C-yə  çatır.  Tem­

peratur  fərqi  xüsusən  qış  aylarında  kəskin  şəkildə 

müşahidə  olunur.  Qeyd  etdiyimiz  kimi,  Xəzərin  şi­

mal hissəsi qışda 3 - 4 ay buzlarla örtülü  olur.

Bölgəsindən asılı  olaraq  sahil  ərazilərinin  illik orta 

rütubəti  də kifayət qədər fərqlidir. Məsələn, əgər də­

nizin  şərq  sahillərində  illik  orta  rütubət  150  -  200 

mm-dirsə, cənub sahillərində bu göstərici  1200 - 2000 

mm-ə çatır.  Beləliklə,  ərazilər arasında  illik orta rütu­

bətin fərqi  təxminən  10 dəfəyə çatır.  Dəniz suyunun 

üst  qatlarında  qış  ayları  temperatur  şimalda  0°C-yə 

yaxın  olduğu  halda,  cənubda  +12°C-yə  çatır.  Yayda

isə  suyun  maksimal  temperaturu  dənizin  cənub  və 

qərb bölgələrində müşahidə olunur. Suyun dərin qat­

larında  temperatur  dəyişmir,  sabit  qalır;  +5...+6°C 

təşkil edir.

Xəzər dənizi  şimal  və  subtropik hava  kütlələrinin 

kəsişdiyi zonada yerləşdiyi  üçün su burda daim dalğa­

lanır. Belə ki, su səthinin 2 - 3  ballıq dalğalanması Xə­

zərin adi  vəziyyətidir.

Bu  su  hövzəsində  atmosfer  sirkulyasiyasının  mü­

rəkkəb olması  su cərəyanlarının saat əqrəbi hərəkəti­

nin  əksinə,  əsasən  də  sahilboyu  üzrə  dövr  etməsini 

şərtləndirir.  Qərb  sahilboyu  cənub  istiqamətdə  hərə­

kət edən axınlara  isə dənizin  dərinliyi  və relyefi  təsir 

edir.



Abşeron yarımadası şimaldan gələn  axını  iki hissə­

yə ayırır.  Axının  əsas  hissəsi cənuba -  İran  sahillərinə 

yönələrək sahilboyu -  öncə  şərqə,  sonra şimala dönə­

rək saat əqrəbinin  hərəkətinə əks  qapalı  su  dövriyyə­

si  yaradır.  Digər,  nisbətən  zəif axın  yarımadadan  Xə­

zərin şərq sahilinə hərəkət edərək burada sahil boyun­

ca cənubdan şimala gedən cərəyanla birləşib eyni tip­

li su dövranının yaranmasına səbəb olur. Şərq sahilinin 

şimal hissəsində dəniz axınları yenə də saat əqrəbinin 

hərəkətinə əks istiqamətdə su  dövranı yaradır.

Qeyd etdiyimiz kimi, dəniz axınlarının sürətinə kü­

ləklər kifayət  qədər əsaslı  təsir  göstərir.  Dəniz  hövzə­

sində cərəyan  edən  bu  küləklər əsasən  şimal-qərb,  şi­

mal (xalq arasında “xəzri” adlanan) və cənub (“gilavar”)

istiqamətlərində  əsir.  Şi­

mal-qərb  və  şimal  külək­

ləri daha çox Abşeron yarı­

madasını  və  bütövlükdə 

Orta  Xəzəri  tutur.  Onlar 

əksər  hallarda,  ələlxüsus 

da  şiddətli  əsdikləri  vaxt 

dənizi çalxalandırıb təlatü­

mə  gətirir  və  çox  hündür 

dalğalar yaradırlar.

Əsasən  payızda və qış­

da Xəzər dənizində mütə- 

madi  olaraq güclü  qasırğa­

lar  müşahidə  olunur.  Bu 

qasırğalar  zamanı  şimal- 

qərb  istiqamətində  əsən 

küləyin sürəti dənizdə saniyədə 40 - 44 metrə çatır, dal­

ğalar isə 14 metr şahə qalxır. Belə qasırğalar neft-mədən 

və digər hidrotexniki qurğulara böyük zərər vurur.

Qasırğalar  eyni  zamanda  qovulma  və  gətirmələri 

gücləndirərək  sahilyanı  ərazilərin  böyük  sahələrinin 

suyun altında qalmasında başlıca rol oynayırlar. Qasır­

ğalar  nəticəsində  suyun  səviyyəsi  sahil  bölgələrində 

bəzən  4 - 5   metrə  qədər qalxır.  Bu  zaman  düzən  rel- 

yefli  sahil  ərazilərində  su  kütləsi  30  - 35  km-ə  qədər 

quruya  doğru  hərəkət  edir.  Belə  hallar daha çox Xə­

zərin şimal-şərq  sahilində müşahidə olunur.

XƏZƏR  DƏNİZİNİN 

SƏVİYYƏSİNİN  'l'ƏRƏD 

və  ONIJN  İZAHI

D U D U

)



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə